Səfərə çıxmaqda niyyət nə olmalıdır?


Ariflər və din alimləri müxtəlif şəkildə səfərə çıxmağın faydaları haqqında söz açmış və hamısı səfərə çıxmağın nəfsi islah etmək və insanın təkamülü üçün əhəmiyyətli olduğunu vurğulamışdılar. (Tebyan)
“Səfər” ərəb sözü olub mənası öz şəhərindən xaric olmaq və başqa bir yerə getmək deməkdir. Qəzzali bu hadqa deyir: “Səfəri ona görə səfər adlandırırlar ki, gizlini kəşf edər”.
Səfərin əhəmiyyəti.
Səfər o mövzulardandır ki, bütün İlahi Övliyalar onun əhəmiyyətli olduğunu vurğulamışdılar. Bu haqda Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Səfərə çıxın, baxmayaraq ki, bu səfərdə maddi qazanc əldə etməsəniz belə, əqli faydasından bəhrələnmiş olarsınız”.
İmam Əliyə (ə) nisbət verilən divanda oxuyuruq: “Tərəqqiyə çatmaq üçün öz vətənlərinizdən uzaqlaşın və səfərə çıxın ki, səfərdə beş fayda vardır:
1. Səfər ruhun istirahətinə və rahatlığına bais olar, qəmi aradan aparar.
2. Səfərə çıxmaq qazanc əldə etməyin yollarından biridir.
3. Səfərə çıxmaq elm və təcrübə əldə etməyin vasitəsidir.
4. Səfərə çıxmaq insana həyat ədəbini öyrədər.
5. İnsan səfərdə fəzilətli insanlarla rastlaşar və onlarla dost olar”.
Bu hədislərdən belə nəticəyə gəlmək olur ki, səfərə çıxan zaman hədəfin və niyyətin olmalıdır. Əks halda faydasız olar.
Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) verdiyi vəsiyyətdə belə buyurur: (Layiqli deyildir ki, aqil insan səfərə gedər, məgər bu üç məqsəddən başqa:
1. Ticarət və qazanc əldə etmək üçün. \"özünün və ailəsinin rifahını təmin etmək hər bir kişinin şəri borcudur bu niyyətlə səfərə çıxsa Allah yanında dəyərli və vacib əməlini yetirmiş olur).

2. Mənəvi kamala çatmaq və məad azuqəsi üçün. (elm öyrənmək və ya dəyərli ziyarətlərə getməklə Həcc ziyarəti və Peyğəmbər və Kərbəla ziyarəti kimi bir yerlərə gedə və məəqsədi bu ola ki, o müqəddəs məkanların ziyarəti ilə bəzi çirkin əməlləri tərk edə onda Allah yanında mənəvi dəyərlər əldə edər və eləcə də çox ilahi savablara nail olar).

3. Əylənmək və mübah ləzzətlər cəlb etmək üçün”. (Streslərini və əsəblərini rahatlaşdırmaq üçün əgər gəzintilərə çıxsa və məqsədi bu ola ki, qəlbində sakinlik yaratsın Allah yanında böyük əməl etmiş olar).

Səfər normal niyyət və qəsdlə olduqda, insan çox sayda təcrübə əldə edər. İnsan öz mühitindən xaricdə əlavə biliklər və elmlər kəsb edər. İnsan səfərdə qədimdən qalma əsərləri görərək zamanın keçdiyini hiss edər, bütün varlığı ilə dərk edər ki, dünya fani bir yerdir. İnsan qısa bir müddətdə onda yaşayar və bir gün başqaları kimi o biri dünyaya köçər.
İnsan getdiyi yerlərdə yadigar qalmış abidələri görən zaman belə nəticəyə gəlir ki, adının diri qalması üçün yaxşı işlər görməlidir. Tarixdə o qədər insanlar olub ki, uzun yaşayıblar, ancaq onların adı cavidan qalmamışdır. Tarixdə o qədər zalımlar olmuşdur ki, insanlarla etdikləri zülmə görə ancaq lənət və nifrin qazanmışdılar. Bəsirətli insan bu yadigarları görərək öz ömrünün qədrini bilər və çalışar ki, yaxşı işlər görərək, adını tarixə yazsın.
Ona görə də Quran möminlərə tövsiyə edir ki, yer üzərində gəzin və ibrət götürün. “(Ya Peyğəmbər!) de: «Bu yer üzündə gəzin, dolanın, beləliklə baxın görün ki, sizdən öncəkilərin (tüğyan edənlərin, zalımların, sərvət toplayanların) aqibəti necə oldu?! Onların əksəriyyəti müşrik idi»”. (“Rum” 42).
Allah səfərə çıxmağın səbəblərindən biri haqqında belə buyurur: “(Ya Peyğəmbər!) De: «Yer üzündə gəzib-dolanın, baxın görün ki, (Allah) məxluqları necə yaratmışdır. Sonra isə Allah başqa bir aləm icad edəcəkdir. Həqiqətən, Allah hər şeyə qadirdir»”. (“Ənkəbut” 20).
Allah dağları, dənizləri, meşələri xəlq etmişdir. Onun icazəsi olmadan heç bir şeyin var olması mümkün deyildir. Varlıq aləmi Onun hikməti və qüdrəti ilə mövcud olur. Bütün bu təmtəraqı və əzəməti görərək, insan bu əqidəyə gəlib çatar ki, Uca Allahdan başqa qüdrət yoxdur. Ondan başqa heç kimdən çəkinmək lazım deyildir. Aqil insan bilir ki, ancaq Allah qarşısında boyun əyməli və Ondan başqasına bel bağlamamalıdır. Hər nə varsa, Onun qüdrətli ilə olar.
Bəli, səfər elə bir fürsətdir ki, insan həm əylənər, həm istirahət edər, həm şirin və yadda qalan anlar və xatirələrlə qayıdar. O kəs ki, səfər edər, bu dünyaya bel bağlamaz və onun fani olduğunu yəqin edər, çünki həqiqətləri görməyə başlayar. Bu onun həm dünya və həm də axirəti üçün faydalıdır. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter