Dostluğu zəiflədən amillər nələrdir?


Həyatda bu hadisə hamımızın başına gəlir ki, bəzi səbəblərə görə ətrafımızdakılardan küsür və inciyirik. Rabitələrimizi kəsir və bir-birimizdən uzaqlaşırıq. Gəlin bir qədər fikirləşək: əgər bizə desələr ki, küsdüyün insan dünyasını dəyişmişdir, nə edərdik? (Tebyan)
Bu zaman müxtəlif hisslər keçirir və müxtəlif hallarla rastlaşarıq. Ancaq bir çoxlarımız bu pislikləri unudub öz-özümüzə deyərik ki, kaş onun öləcəyini əvvəlcədən biləydim. Bu zaman kin və küdurəti kənara qoyardım. Ancaq çox heyf ki, gecdir.
İndi fikirləşin ki, əgər bacı və ya qardaşınızla küssəniz və belə bir hadisə baş versə, nə edərsiniz? Ya dostunuz və ya yaxın qohumunuz? Hələ ki, fürsət var, qədrini bilin.
İmam Əli (ə) necə də gözəl buyurmuşdur: “Əgər insanlar bilsələr ki, bir yerdə olmaqları məhduddur, bir-birinə olan sevgiləri çox olardı”.
Bu bayram - küslükləri unutmaq üçün yaxşı fürsətdir. Gəlin daha çox bir yerdə olmağa addım ataq.
İnsanlar cəm halında olanda şaddırlar, çünki insan ictimai xəlq edilmişdir. Tək və tənha qalmaq - ona xəstəlikdən başqa bir şey gətirməz. Ancaq bir yerdə olmağın özünəməxsus qaydaları vardır. Bəzi amillərə diqqət edilməlidir ki, insanlar arasında olan dostluğu zəiflətməsin. Bu amillərdən bəzisinə işarə edək:
1. Narahat etmək. İmam Əli (ə) buyurur: “Nə zaman insan din qardaşını narahat edər, onu əldən verəcəkdir”.
2. Həsəd aparmaq. İmam Əli (ə) buyurur: “Dostun həsəd aparması dostluğun sağlam olmamasına görədir”.
3. Bədgümanlıq. İmam Əli (ə) buyurur: “Əgər bədgümanlıq sənin varlığına hakim olarsa, sənin başqası ilə dostluğuna yer qoymaz”.
4. Münaqişə etmək. İmam Əli (ə) buyurur: “Hər kim qardaşı ilə münaqişə edərsə, dostları az olar”.
5. Xırdaçılıq. İmam Əli (ə) buyurur: “Hər kəs dostuna qarşı xırdaçılıq etsə, dostluq kökləri qırılar”.
6. Dava etmək. İmam Hadi (ə) buyurur: “Dava etmək – köhnə dostluğu bir-birinə vurar və möhkəm düyünləri açar. Dava etməyin ən azı odur ki, hər biri o birisinə hakim olmaq istəyər. Bu hakim olmaq hissi dostluq bağlarının kəsilməsinin əsl amilidir”.
Əgər ətrafımıza dəqiq nəzər salsaq, görərik ki, dostluqların bir çoxu yuxarıda saydığımız səbəblərə görə qırılmış və aradan getmişdir. Ona görə də hər birimiz bu deyilənlərə riayət etməliyik ki, dortluğumuz uzunmüddətli və möhkəm olsun.
Dostluğun sərhədləri
İmam Sadiq (ə) dostluğun sərhədləri haqqında belə buyurmuşdur: “Dostluğun sərhədləri vardır ki, hər kimdə onun hamısı və ya bəzisi olarsa, dost olar. Əks halda onu dost hesab etmə. Birincisi budur ki, zahir və batini səninlə bir olar. İkincisi budur ki, sənin abırını öz abırı bilər, sənin eybini isə öz eybi bilər. Üçüncüsü budur ki, mal və vəzifəsi sənə qarşı münasibətini dəyişdirməz. Dördüncüsü budur ki, əlindən gəldiyi qədər yardımını səndən əsirgəməz. Beşincisi: giriftar olan zaman səni tək qoymaz”.
İblisi sevindirməyin!
Dostlar və qohumlarla küsmək və onlardan uzaqlaşmaq bəyənilməyən əməllərdəndir. Özü ilə pis nəticələr gətirər. Həzrət Peyğəmbər (s) buyurur: “Müsəlmanın qardaşı ilə küsməsi - onun qanını tökmək kimidir”. İki müsəlmanın bir-birindən küsməsi İblisi sevindirər.
İmam Sadiq (ə) buyurur: “O zamana qədər ki, iki müsəlman bir-biri ilə küsülü qalar, İblis sevinər. Nə zaman bir-biri ilə barışsalar və görüşsələr, (İblisin) dizləri bir-birinə dəyər və bağları kəsilər. Fəryad çəkər: Vay olsun mənə, həlak oldum!”.
O kəslər ki, üç gündən çox küsülü qalar, onları pis aqibət gözləyər. Həzrət Peyğəmbər (s) buyurur: “Bir-birinizə arxa çevirməyin və əlaqənizi kəsməyin. Ey Allah bəndələri, qardaş olun. Möminin küsməyi üç gündür, əgər üç gündən sonra söhbət etməsələr, Allah hər ikisindən üz döndərər, o zamana qədər ki, bir-biri ilə söhbət edərlər”.
Bu il bayram xanım Həzrət Fatimənin (s.ə) şəhadət günlərinə təsadüf etmişdir. Xanım Zəhra (s.ə) qısa ömründə bütün varlığı ilə İslam dinini müdafiə etmiş və dəyərli yadigarlar qoyub getmişdir. Yaxşı olar ki, bu Əyyamı qənimət bilib, küsdüklərimizlə barışaq və Həzrət Zəhranı (s.ə) sevindirək. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter