Qadınlar ailə problemlərinin həlli üçün hansı məharətləri əldə etməlidirlər?
Qadınlar adətən kişilərdən fərqli olaraq, danışmağa daha çox meyl göstərirlər. Bəzi vaxtlar həm danışmaq və həm də dinləmək istəyirlər. İstəyirlər ki, həm desinlər və həm də eşitsinlər.(Tebyan saytına istinadən)
Uzun illər bir yerdə olan cütlər, bir-birlərinin həssas nöqtələrini və tərəflərini tanımalıdırlar. Əks halda qarşı tərəfə ziyan vura bilərlər. Bəzi vaxtlar qadınlar yaxşı rabitə qurmaq niyyətilə həyat yoldaşına bir mövzunu açırlar. Ancaq bu mövzunu düzgün bilmədikləri və ya deməli olmadıqlarını dediyi üçün, nəinki yaxşı rabitə qurmaq alınmır, əksinə, ərinin qəzəbinə və mənfi münasibətinə də səbəb olarlar.
Kişilərin həssas yerini tanımaq
Xanımların ərlərinə deməli olmadıqları sözlərin siyahısı yoxdur. Ancaq hər bir qadın öz ərini tanıdığı üçün, onu zədələyə biləcək tərəfləri də bilməlidir. Qadın gərək bilsin ki, dedikləri sözlər ərində necə reaksiyaya səbəb olacaqdır. Bəzi sözlər vardır ki, bütün kişiləri özündən çıxara bilər. Onlardan biri də həqarət hissidir. Bu hətta bir gülüş olsa belə, onları özündən çıxardar. Ərin başqa kişilərlə müqayisə edilməsi də qətiyyən yolverilməzdir. Ya da başqa bir kişinin yaxşı işlərinə qulaq asmaq da olmaz. Bu söhbətlər ərin şəxsiyyətinə zərbə vurar və bəzən də kobud rəftar etməsinə gətirib çıxarar.
Düşünmədən danışmamaq
Bəzən qadınlar öz sözləri ilə kişilərə nə qədər əziyyət verdiklərini hiss etməzlər. Misal üçün, özlərini tərifləyərlər və bu yolla da həyat yoldaşı ilə özü arasına fasilə salmış olarlar. Həyat yoldaşı bu söhbətdə ondan aşağıda qaldığı üçün həqarət hiss edər və mənfi reaksiya göstərər. Ona görə də danışmazdan əvvəl hər zaman düşünmək lazımdır.
Söhbət zamanı ərini laqeyd hesab etmək olmaz
Bəzən qadınlar elə danışırlar ki, həyat yoldaşlarını laqeyd göstərmək istəyirlər. Bu da müştərək həyatlarına zərbə vurur. Qadın gərək əri ilə danışan zaman elə sözlər işlətməsin ki, kişini laqeyd olması ilə ittiham etsin. Həmçinin əgər qadın danışan zaman təhqiramiz sözlər işlədərsə, kişi xanımının sevgisinə və hörmətinə görə şəkkə düşər və bu da ailə həyatlarını məhv edər.
Yorucu sözlərdən çəkinmək
Qadın ola bilsin ki, əri ilə söhbət edən zaman heç bir təhqiramiz söz işlətməsin, ancaq ərinə aidiyyəti olmayan mövzu haqqında o qədər danışsın ki, hövsələdən çıxsın. Hansı söhbətlərin kişilər üçün yorucu olduğunu dəqiq demək olmaz. Ancaq hər bir qadın söhbət edən zaman ərinin reaksiyasından bunu rahat hiss edə bilər. Əks halda kişi xanımının sözlərinə qulaq asmayacaq və tədricən bu rəftara adət edəcəkdir. Hətta əgər mövzu onu maraqlandırsa belə, adəti üzrə xanımına qulaq asmayacaqdır.
Ona görə də çox danışan xanımlara tövsiyə edirik ki, ərlərinin həssas tərəflərini tanısınlar və onlara əziyyət verən və yoran mövzuları danışmaqdan çəkinsinlər. Çünki bu iş onu hövsələdən çıxarır və kobud rəftar etməsi üçün şərait yaradır.
Beləliklə, qadının ərinə qarşı həssas və diqqətli yanaşması, rabitə problemini həll etməklə yanaşı, ailədə sülh və mehribançılığın bərqərar olunmasına xidmət edər. Deyerler.org