Allah yanında daha sevimli əməllər nələrdir?
Rəvayətlərdən istifadə olunur ki, Allah dərgahında ən sevimli əməllərin bir əsasları bunlardır:
1-Şəriət vaciblatlarını başa salan elmləri öyrənmək, Min gecə ibadətindən dəyərli və savablıdır.
2-Elmi mübahisələr etmək ki, o söhbətlərin hədəfində və sonucunda şübhələri aradan aparan olsun, Allah yolunda min cihad etməkdən üstün və Quran xətmindən savabı cəhətindən üstündür.
3-Alimlərlə oturub-durmaq, Min il ibadətdən savabı cəhətindən üstündür.
4-Alimlərin görüşünə getmək, Yetmiş Allah evinin ziyarətindən üstündür.
5-Namaz qılmaq, Namaz orucdan Allah yanında daha savablıdır.
6-Peyğəmbərdən itaət etmək, Allah elçisindən itaət etmək Allahın tələbləri əsasında yaşamaqdır.
7-Əməldi davamlı olmaq, istər bu əməllər az və qısa vaxtlı olsun, az əməl amma davamlı olması şeytanın davamlı hücumunun qarşısında qalxan olaraq onun cəhənnəmdən amanda qalmasına kömək edər.
8-Əliaçıqlıq etmək, abidlərin ibadət halından üstündür. ifrat və təfritdən uzaq qalmaq.
9-Başqalarını halal yollarla sevindirmək,
10-Dini qardaşlarla birlikdə olmaq, İki ay Kəbə ziyarətində ibadətdən və etikafdan savabdan üstündür.
11-Mömin qardaşın ehtiyaclarını təmin etməkdə çalışqanlıq, iyirmi həccə getməyin savabından üstündür.
12-İslam ümməti üçün ən fayda və xeyir yetirən insan olmaq,
13-Qeybət etməmək, (min rəkət namaz qılmaqdan üstündür)
14-Diş fırçalamaq, (Yetmiş bərabər adi namazdan üstündür savabı cəhətindən).