Daxilimizdəki baharı yaşıllaşdırmaq hansı əməllərlə olur?


Qış fəslindən sonra bahar gələr. Hər yer canlanar və insanlar qışda yığılan kir və pası evlərindən təmizləyərlər.
Əgər bu qışın çirk və pası qəlbimizdə də qalıbdırsa, onu da təmizləmək lazımdır, yoxsa baharın ab-havasını hiss edə bilməz. Əgər qəlbimizə qüsl versək, paklanar və bütün çirk və pasını atar. Qış fəsli ləngiyir və bahar da gəlməyə qorxur. Əgər qəlbimizdə də eyni şey baş verirsə, özümüz qəlbimizdə bahar ruhiyyəsi yaradaq və onu hər cür kin və küdurutdən, nifrət və həsəddən təmizləyək.
İsti paltarları yığıb bir yerə qoymusunuz və onları yığışıdırmağı düşünürsünüz, çünki bahar gəlir. Əgər hər il baharın gəlişi ilə qəlbimizdəki soyuqluğu da aradan qaldırmağı qərara alsaq, illərlə qəlbimizdə pas bağlamış yaraları və qara ləkələri təmizləsək, biz də qəlb baharının təravətini hiss edə bilərik.
Ona görə də baharın gəlişi ilə biz də canlanaq və dəyişməyə çalışaq. Biz də bahar kimi cücərək və yeniləşməyə, təzələnməyə çalışaq.

Daxili baharı bu baxış və əməllərlə həyatımızda yarada biləriK:

1-Bahar təravətini qəlb evimizə dəvət edək. yəni təzəlik və təmizlik həyatımızda və vucudumuzda yaradaq. və eləcə də Bahar artıq gəlməkdədir. Pəncələri açın və bahar küləyini evinizə buraxın və dərindən nəfəs alın. Hər nəfəslə daxilinizi boşaltmağa çalışın. Hər nəfəs almaqla bu təravəti qəlbinizə ötürün və hər nəfəs verəndə qışın pasını atmağa çalışın.

2-Qəlbinizi silkələyin. Saleh əməlləri artıraq və pis və günah işlərdən uzaq duraq.
İnanın ki, bu dünya - düşündüyümüzdən də qısadır. Ömrümüz bahar kimidir. Çarəsiz xəzana çevrilər. Ona görə də fürsəti qənimət bilək və ömrümüzü bahar kimi yaşıllaşdıraq. Nə qədər keçmiş günlərin həsrətini çəkəcəyik. Nə qədər gələcək haqqında nigaran olacağıq. İnanın ki, bu dünya ömrü bir tükə bənzəyir. Elə bu gündən qərara alın ki, dəyişəcəksiniz və stəkanın dolu tərəfinə diqqət edin, boş tərəfinə deyil. Başqa sözlə desək, bahar hüzurunu və rahatlığını daxilinizə buraxın. Çalışın ki, bu gündən müsbət düşünməyə çalışasınız.

3- Daxilinizdə baharı yaşıllaşdırın. Saleh əməlləri dərinləşdirək yəni etdiklərimizi dərin bilik və mərifətlə yerinə yetirək.
Baharı hiss etməyə çalışın və bahar kimi yaşıllaşın. Baharın təzə açmış qönçəsi kimi dodaqlarınıza təbəssüm qondurun. Həyat sevincinizi artırın. Əvvəl özünüzə dəyər verin. Əgər özünüzə dəyər versəniz, başqalarına da verə biləcəksiniz. Baxışlarınızı yaşıllaşdırın və qəlbinizə bahar ətiri vurun. Ailənizə, valideynlərinizə, dostlarınıza bu yaşıllaşmış baxışlarla baxın. Qəlb çirkinizi yuyun və beyninizi ağır xatirələrdən təmizləməyə çalışın.

4-Mehriban olun. Özümüzə və başqalarına nisbətdə xoş rəftarlı olaq ki, eyni bizə etdiyimiz olunar.
daxilinizi bahar sevgisi ilə doldurmağa çalışın. Sonra isə bu sevgini ətrafınızda olan əzizlərinizə paylayın. Bunu bilin ki, bu sevgiyə həm sizin və həm də onların ehtiyacı vardır.

5-Xeyir işlər görməyi unutmayın. XEyir işlərdə ciddi və davamlı olmaq.
Ruhunuzun sağlam olmasına çalışın. Başqalarına yardım edin və xeyir işlər görün. Qollarınızı çırmalayın və ətrafınıza diqqətlə baxın. Kiminsə yardıma mütləq ehtiyacı vardır.

6-Müsbət düşünün və təbəssümü yaddan çıxarmayın. Bacarıqlı insan olduğumuzu düşünək və mənfi baxışdan üz çevirək. Yəni edə bilərəm əgər istəsəm və çalışam.
Çalışın xəstə dostlarınıza və qohumlarınıza baş çəkəsiniz. Bir neçə dəqiqə və ya saatınızı onlarla keçirin. Bu kimi əməllər qəlbinizdə bahar təravətini canlandırar və illərlə yığılmış çirk və pası təmizləyər. Axı siz buna layiqsiniz. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter