Abırı aparan, ömrü qısaldan, duaları həbs edən günahlar nələrdir?
Yaxşı əməl insanın ürəyini və simasını nurlandırdığı halda, günah ürəyi qaraldar və başqalarının nifrətinə səbəb olar. (Tebyan)
İmam Sadiq (ə) ən şox mənfi təsir qoyan günahlara işarə etmiş və buyurmuşdur: “O günah ki, neməti dəyişdirər - başqalarının haqqına təcavüz etməkdir. Peşmanlıq gətirən günah - qətldir. O günah ki, giriftarlıq əmələ gətirər - zülmdür. O günah ki, abırı aparar - şərabxorluqdur. O günah ki, ruzinin qarşısını alar - zinadır. O günah ki, ölümü tezləşdirər - qohumlarla əlaqəni kəsməkdir. O günah ki, duaların qəbul olmasına mane olar - ata və anaya itaətsizlik etməkdir”.
Qətl.
Peşmanlıq gətirən kəbirə günah - qətldir. İmam Səccad (ə) buyurur: “O günah ki, peşmanlıq gətirər, (onlardan biri) Allahın (öldürməsini) haram etdiyi insanı öldürməkdir”.
Allah Təala Qabilin qardaşını öldürmək macərasında buyurur: “Səhəri peşman halda etdi”.
Abırı aparan günahlar.
Pərdəni kənara çəkən günahlar ibarətdir:
1. Qaytarmağa niyyəti olmadığı halda borc almaq.
2. İsraf etmək.
3. Ailəyə qarşı simiclik etmək.
4. Pis əxlaq.
5. Az səbir.
6. Tənbəllik.
7. Dindarlara xəyanət etmək.
Ömrü qısaldan günahlar.
Bəzi günahlar ömrü qısaldar və onlar ibarətdir:
1. Qohumlarla əlaqəni kəsmək.
2. Yalandan and içmək.
3. Yalan danışmaq.
4. Zina.
5. Müsəlmanların yolunu bağlamaq.
6. Yalandan İmam olduğunu iddia etmək.
Duaları həbs edən günahlar.
1. Pis niyyət.
2. Batinin pis olması və xəbislik.
3. Din qardaşları ilə nifaq etmək və ikiüzlü olmaq.
4. Duaların qəbul olmasına iman bəsləməmək.
5. Namazı vaxtı keçənə qədər təxirə salmaq.
6. Sədəqə verməmək.
7. Söyüş söymək.
Yağışın qarşısını alan günahlar.
1. Hakimlərin zülm etməsi və məhkəmənin zalımcasına hökm verməsi.
2. Yalandan şəhadət vermək.
3. (Haqq) şəhadətini gizlətmək.
4. Zəkat verməmək və başqalarına borc verməmək.
5. Yoxsullara qarşı rəhimsizlik.
6. Yetimlərə zülm etmək.
7. Yoxsulu əliboş qaytarmaq.
Bu günahları tanıyıb onları tərk etməyə çalışaq və əgər düçar olmuşuqsa, tövbəni təxirə salmayaq. Deyerler.org