Möhkəm ailənin sirri nələrdədir?
O zaman ki, bir dam altında yaşayırsınız, qarşı tərəfdən hər nə görsəniz, çətirinizin altına gedərsiniz. Bu çətir də etimaddır. O zaman ki, etimad edərsiniz, bu zaman qarşı tərəfdən nigaran qalmazsınız. Həqiqətən də müştərək həyatda ata biləcəyiniz ilk addım - təhlkəsizlik hissini yaratmaqdır. Bu hiss o zaman meydana gələr ki, insanlar bir-birinə etimad bəsləyərlər. Ərlə arvad hər nə qədər bir yerdə çox yaşayarsa, bir-birinə olan etimadı da güclü olar. Bu da təhlükəsizlik və hüzur hissini yaradar.(Tebyan saytına istinadən)
Bəs etimadı necə qazanaq?
Həqiqəti deyin. amma düzgün məkanda, düzgün yolla və düzgün şəraitdə,
Müştərək həyatın ilk günlərindən, hətta elçilik günlərindən belə düz sözü demək lazımdır. Bunu dəqiq surətdə demək olar ki, yalan - etimadı aradan aparan amillərdən ən mühüm olanıdır. Düz danışmaqdan qaçmaq - ailə rabitənizi süstləşdirər və zəiflədər. Halbuki, sədaqət və düzlük müştərək həyatda etimadı gücləndirər.
Rəftarınızda mötədil olun.
Çalışın ki, həyatında baş verən enişlər və yoxuşlarda həyat yoldaşınızı incitməyəsəniz. Pis rəftarlar sizə ancaq ziyan gətirər. Sizin sədaqət hissinizi ayaqlar altına alar. Ona görə də bayırda olanları evə gətirməyin. Rəftarınızda mötədil olun.
Bir yerdə olmağa çalışın.
Bəzən elə olur ki, gündəlik proqramınızı həyat yoldaşınızla bir yerdə olmaq üçün təxirə salırsınız. Bu da qarşı tərəfə nə qədər əhəmiyyət verdiyinizin şahididir. Dostlarınız yerinə həyat yoldaşınızla bir yerdə olmağı seçməyiniz - ona əhəmiyyət verdiyinizi br daha isbat edər. Bu rəftar etimad hissini gücləndirər.
Bir-birinizə ehtiram qoyun.
Həyat şərikinizin təhlükəsizlik hissinə ehtiyacı vardır. Heç bir zaman həyat yoldaşınızın öz fikirlərini bəyan etməsinə mane olmayın. Bu rəftar sizin həyat yoldaşınızın yanındakı yerinizi yüksəldər. Etimadı gücləndirər.
Həmdərd olun.
Mümkündür ki, siz mehriban bir həyat yoldaşısınız, ancaq qarşı tərəfin hisslərini rahatalıqla dərk edə bilmirsiniz. Bu zaman həyat yoldaşınızın həmdərdi olun və onun dərdinə şərik olun. Bu zaman o, özünü tənha hesab etməz. Onun çətinliklərini həmişə eşitməyə çalışın.
Təşəkkür edin.
Həyat yoldaşınıza təşəkkür edin. Bu, sizin sevginizi göstərməyinizin ən yaxşı yoludur. Bu rəftarınızla etimadı gücləndirə bilərsiniz.
Yadda saxlayın ki, əgər aranızdakı etimad yox olarsa, yerini kin və kidurətə verər. Deyerler.org