Tərbiyədə işlənəcək yollar hansılardır?


Tərbiyədə işlənəcək yollar hansılardır? İslam tərbiyəsi keçmiş suallara cavablarımızda bəyan etdik ki, çox üstünlüklərə malikdir, o cümlədən İslami tərbiyə hər cəhətli inkişafı həm maddi və həm də mənəvi tərbiyə önəm vermişdir. Amma bəzən insanlar məqsədlərini müqəddəs tuturlar yollarını bilmədiklərinə görə istənilən hədəflər çatmırlar ya da naqis çatışlarına görə narahat olurlar. İslami maarifə diqqət edəndə görürük ki, İslam təlimləri bizim müqəddəs hədəflərə çatmamız üçün yolların düzgün olmasını belə açıqlayır ki, gərək tərbiyən edən şəxs öncə tərbiyə alan şəxsi nəzərə alaraq ona uyğun yolları işlətsin. Sonra hədəfi arxasınca olsun. Amma gələk sualımızın cavabına ki, tərbiyədə işlənəcək yollar bunlardan ibarətdir: 1-Alimləri İslama hidayət etmək üçün gərək İslamın möhkəm hikmət və dəlillərini onun üçün aydınladağ, 2-Uşaqlar üçün, Dastan, nağıl və nəsihət etmək yolu ilə, 3-Yolunu azmışların tərbiyəsi üçün onun vəziyyətinin nə ziyan verəcəyindən bəyanat vermək, 4-Möminləri daha da uca məqamlara çatdırmaq məqsədi ilə tərbiyə edəndə olduqları saleh əməllərin içində nələr qazanadıqlarını xatırlatmaq, 5-Misal və oxşatma ki, bütün insanları üçün işləkdir.


Yüksək əhvali-ruhiyyə əldə etmək üçün əməli tövsiyələr nələrdir?


Yüksək əhvali-ruhiyyə əldə etmək üçün əməli tövsiyələr nələrdir? Həyat bəzən bizim üçün çox yorucu olur, iqtisadi çətinliklər, ailə problemləri, tıxaclar... həyatımızı acılaşdırır. Belə olan halda necə şad olmaq olar ki? Elə bir əsrdə yaşayırıq ki, stress həyatımızın bir parçasına çevrilmişdir. Stress bütün xəstəliklərin anasıdır. İnsan əgər sağlam olmaq isrəyirsə? bu stressin miqdarını azaltmalı və şad olmağa çalışmalıdır. Ona görə də həyatımıza yaxşı rəhbərlik etməliyik. Bu çağırılmamış qonağın təsirini azaltmalı, onun meydana gəlməsi üçün şərait yaratmamalıyıq. Şad olmaq və şad yaşamağın çox faydaları vardır. İnsanlarla olan rabitəyə müsbət təsir qoyar. Ömrü uzadar, insanın yaşını olduğundan az göstərər. Bəs bunun üçün nə etməli? 1-Allahla rabitə qurmaq. 2-Vəzifəyə əməl etmək. 3-Nemətləri xatırlamaq. 4-Səhər yuxudan tez durmaq. 5-Həyat yoldaşı seçimi. 6-Mühiti yaxşılaşdırmaq. 7-İdman. 8-Nəzmli olmaq. 9-Rəng. yeni bəzi rənglər vardır ki, insanı qəmgin edər. Lakin bəzi rənglər əksinə, insana sevinc gətirər. Belə ki, əziz İmam Rza (ə) nə zaman süfrədə göyərti olmazdı, orada əyləşməzdi və buyurardı: “Göyərti - süfrənin zinətidir”. 10-Səyahət. 11-Su. Suya tamaşa etmək və onunla təmas etmək insana sevinc gətirər. 12-Xoş ətir vurmaq. 13 Dünyaya bel bağlamamaq.


Narahatlıqdan qurtularaq, xoşbəxt həyat yaşamağın reseptləri nələrdir?


Narahatlıqdan qurtularaq, xoşbəxt həyat yaşamağın reseptləri nələrdir? -Dünən tarixin bir hissəsidir, sabah isə sirrdən başqa bir şey deyildir.
Yuxarıda dediyimizə diqqət etsəniz, sizin ruhiyyəniz yaxşı olacaqdır. Tədricən əvvəlki şadlığınıza qayıdacaqsınız. O zaman lazımlı stimulu əldə etməyə davam edəcəksiniz. Narahatlıqdan qurtularaq, xoşbəxt həyat yaşamağın reseptlər aşağıdakılardan ibarətdir: 1. Ancaq bu günü və özünüzün indiki vəziyyəti haqda düşünün. Keçmiş və gələcək qapılarını üzünüzə bağlayın. 2. Başqaları tərəfindən möcüzə intizarında olmayın, özünüz möcüzə yaradın. 3. Bəd şanslılıq kimi mənfi sözlərdən uzaq olaraq, öz gücünüzü bir neçə dəfə artırın. 4. Başqalarının yersiz sözlərinə əhəmiyyət verməyin, özünüz, öz həqiqi aqibətiniz üçün yaşayın, başqaları üçün deyil. 5. Öz istedad və qabiliyyətinizə imanınız olsun. Onun üçün proqram qurun. Başqalarının əsassız sözlərinə əhəmiyyət verməyin.


İnsan nə üçün evlənməyə ehtiyaclıdır?


İnsan nə üçün evlənməyə ehtiyaclıdır? Evlənmək İlahi bəyənilmiş qanundur ki, Peyğəmbər (s)-ın böyük və çox qiymət verilmiş sünnətlərindəndir. Evlənməyin sünnət olmasına görə bəşər sübaylıqdan uzaq qalsın, əql də hökm edir ki, insan evlənməyə əhəmiyyət verməlidir. Çünki bəşərin bəzi ehtiyacları var ki, onların kamil sürətdə təmin etməyə daha yaxın olan dövrü onun ailəyə sahib olmasıdır. Evlənməyin zərurətliyini aydınladan ehtiyaclar: 1. Fiziki ehtiyaclar. 2. Təhlükəsizlik ehtiyacları. 3. Sevgi ehtiyacları. 4. Şəxsyyət ehtiyacları. 5. Kamala olan ehtiyac. 6. Mənəviyyata ehtiyac.


Rəcəb ayında gündəlik namazlardan sonra oxunan dua hansıdır?


Rəcəb ayında gündəlik namazlardan sonra oxunan dua hansıdır? Rəcəb ayında gündəlik namazlardan sonra oxunan dua
-Yə mən ərcuhu li kulli xayr. Və ə mənu səxatahu ‘ində kulli şərr. -Yə mən yu’til-kəsi_ra bil-qalil. -Yə mən yu\'ti mən sə-ələhu, -Yə mən yu’ti mən ləm yəs\'əlhu, və mən ləm yə’rifhu, təhənnunən minhu və rahməh. -Ə’tini biməs’ələti iyyəkə, cəmi ’ə xayrid-dunyə və cəmi’ə xayril-ə xirah. -Vəsrif ənni biməs’ələti iyyəkə, cəmi’ə şərrid-dunyə və şərril-əxirah. -Fə innəhu ğayru mənqusin mə ə’taytə, və zidni min fazlikə yə kərim, -Sol əlinlə başını və ya saqqalını tut və sağ əlinin şəhadət barmağını qibləyə tərəf yönəldərək, xuzu və xuşu halında de: Yə zəl-cələ li vəl-ikra m. Yə zənnə’mə-i vəl cud. Yə zəl-mənni vəttavl. Hərrim şəybəti ələn-nər, hərrim şə’ri ələn-nər, hərrim cəsədi ələn-nər. Qeyd: Altında _ işarəsi olan hərflər oxunarkən, səs 2 dəfə uzadılır.


İnsanlar arasında əlaqənin kəsilməsinə səbəb olan 3 amil hansıalrdır?


İnsanlar arasında əlaqənin kəsilməsinə səbəb olan 3 amil hansıalrdır? Qohum-əqrəba ilə get-gəl etmək İslam maarifi tərəfindən çox önəm verilmiş məsələlərdən biridir. Bu əlaqənin möhkəm və davamlı qalması üçün çalışqanlıq bütün müsəlmanların borcudur. Bu əlaqənin davamlı və yaxşı qalması üçün gərək bəzi əməlləri görək və bəzi əməllərdən uzaq duraq ki, bu sualımızda o amillər haqqında soruşuruq ki, dostluğu pozan səbəb kimi deyilmişdir. Sualımızın cavabını məsumların bulaqından bir damla hədislə cavablandırırıq. İmam Sadiq (ə) buyurur: “Qardaşlar öz aralarında üç şeyə ehtiyac duyurlar. Əgər istifadə etsələr, dostluq yaranar, əks halda bir-birindən ayrılar və düşmən də olarlar. Bu üç şey bunlardır: bir-birinə qarşı insaflı olmaq, bir-biri ilə mehriban olmaq, bir-birinə həsəd aparmamaq”. (Tebyan) Deməli, əlaqənin kəsilməsinə səbəb olan 1-ci amil: -bir-birinə qarşı insaflı olmamaq. 2-ci amil: bir-birinə qarşı mehriban olmamaq. 3-cü amil: həsəd aparmaqdır. Hədisin söylədiyinə görə, bu üç amil insanı başqalarından uzaq salar və hətta düşmən belə edə bilər.


Din elmlərinin insan həyatında təsiri nələrdir?


Din elmlərinin insan həyatında təsiri nələrdir? Elm insan üçün çox dəyərli xəzinədir. Odur ki, insanı hər cürə ziyan verici əməllərdən uzaq saxlayır. Bu xüsusiyyət Dini elmlərdə daha gözə çarpır. Çünki baxırıq ki, İslam tərbiyəsi bəşərin inkişafı üçün hərcəhətli cavab verici qüvvəsini nümayiş etdirir. Bu müqəddimə ilə deyirik hər kəs İslam maarifini əldə edərsə 3 faydanı əldə edər: 1-Dini elmi olanın dözümü və işində davamlı çalışqanlığı artar. 2-Çətinliklərə qələbə çalmaq, Yəni elmsiz insan heç bir xoşagəlməzəyən qarşısında təslim olmağı qəbul etmir. Dini elm bizə öyrədir ki, hadisələrin hamsı haqqında elm lədə etmək bəzən mümkün deyildir. 3-Əməlin gözəlləşməsi, Dini elmi olan şəxs bilər ki, necə əməl etsəm həm dünya və həm də axirət ehtiyaclarım təmin olunsun. Dini elmin yayılması cəmiyyətin oyaqlığına gətirib çıxan və eləcə də bəşəriyyətin çirkin əxlaq və əməllərdən amanda qalmasına yardım edən amildir.


Əliyən Nəqinin (ə) fəaəliyyətləri nələrdən ibarət idi?


Əliyən Nəqinin (ə) fəaəliyyətləri nələrdən ibarət idi? İmam Əliyın Nəqi (ə) şiə məktəbinin onuncu İmamıdır. O həzrət İmamət dövründə öncəki İmamlar kimi İlahi hədəfləri çin etmək üçün bəzi zamana uyğun vasitələrdən istifadə etdi. İmam Əliyən Nəqi (ə) İmamət dövründə gördüyü işlər bunlardır: 1-İmamət məqamının həqiqətini aydınlaşdırmaq, 2-Məqamı dövründə baş verən hökumət qarşısında haqq qiyamlara müxtəlif yollarla kömək və əlindən gələni əsirgəmədi. 3-İmamın dövründə müxtəlif ölkələrdə şiə tərəfdarları üçün tərbiyə olunmuş tələbələri İslami məsələləri görmək üçün tam vəkil olaraq göndərdi, 4- İmam Zamanın (ə) qeybəti üçün şərait yaratmaq, 5-Dövrünün batil düşüncələri ilə mübarizə etdi, 6-Etiqadi məsələlərdə yaranan şübhə və sualları cavablandırmaq, 7-İstedadlı və ləyaqətli insanları təbriyə etmək, 8-Hökumətdə baş verən çətinliklərin həllində əlindən gələni əsirgəmədi, (İslam dinin başqa din tərəfdarları qarşısında aciz olmadığını sübut etmək məqsədi ilə). 9-Müxtəlif məzhəblərin nahaqlığını və onların şərrini İslam və müsəlmanlardan uzaq saxlamaq üçün onlarla mübahisə etmək.


Özünü tərbiyə etməyin 7 yolu hansılardır?


Özünü tərbiyə etməyin 7 yolu hansılardır? İnsan əgər özünü tərbiyə edə bilməzsə, həyatda heç bir nailiyyət əldə edə bilməz. Çünki insan əgər nəfsinə qalib gələ bilmirsə, şübhəsiz ki, havayi-nəfsinin qurbanına çevrilər və dünya və axirətini bada verər. (Tebyan) Özünü tərbiyə etməyin 7 mühüm açarı təqdim edilir ki, onlara işarə edək: 1. İlk addımda əxlaq və ürfana aid kitablar mütaliə olunmalıdır. 2. Əxlaq və özümüzü islah etməkdə əksəriyyətə tabe olmayaq. Kamil insanlar adətən azlıq təşkil edir. 3. Təmrin hissəsidir. Nə zaman və harada büdrəsək, istəməsək və ya bacarmasaq, ya sevgi və hisslərimizə məğlub olsaq, özümüzü cərimə edək. 4. Günahdan çəkinməyin ən rahat yolu - zəhərli və günah mühitinə daxil olmamaqdır. 5. İnsanı həqiqi yoldan saxlayan amillər: tamah, təmtəraq ardınca olmaq, qənaət etməmək, sadə yaşamağı sevməmək və bu kimidir. 6. Başqaları ilə olan rabitə nə ifrat olsun, və nə də təfrit. 7. Ömür qızıldan da dəyərli bir nemətdir. Gərək onu xərcləyən zaman simic olaq.


Rəcəb ayının əlamətdar tarixləri hansılardır?


Rəcəb ayının əlamətdar tarixləri hansılardır? Rəcəb ayının əlamətdar tarixləri:
1- Rəcəbin 1 - İmam Muhəmməd Baqirin (ə) mövlud günü, 2- Rəcəbin 3-ü Əliyyən-Nəqi (ə) şəhadəti, 3- Rəcəbin 8-i İslam dininin Misirə gəldişi, 4- Rəcəbin 10-u hicri 195-ci il - İmam Muhəmməd Təqinin (ə) mübarək mövludu gün, 5- Rəcəbin12-i hicri 36-cı il - Həzrət Əli (ə) Kufə şəhərinə girişi və paytaxt elani, 6- Rəcəbin 13-ü hicrətdən 23 il öncə Məkkə şəhərində, Həzrət Əli (ə) dünyaya gəlişi, 7- Rəcəbin 19-u, 9-cu hicri ilində, Təbuk qəzvəsi (muharibəsi), 8- Rəcəbin 20-si, 13-cü hicri ilində müsəlman mücahidlərilə Rum imperiyası arasında Yərmuk döyüşü, 9- Rəcəbin 24-ü, 7-ci hicri ilində, mühüm strateji əhəmiyyətə malik olan Xeybər qalasının fəthi, 10-Rəcəbin 25-i, hicri 183-cü ildə, Həzrət Museyi-Kazım (ə), xəlifə qəsbkar Harun-ər-Rəşid tərfindən şəhadəti, 11-Rəcəbin27-də, hicrətdən 13 il öncə - Həzrət Muhəmməd ibn Abdullaha (s) besətin verilməsi, mubarək Məbəs, 12-Rəcəbin 28-i, isə hicrətin 60-cı ilində İmam Hüseyn (ə) Mədinədən Məkkəyə doğru hərəkəti,


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter