Dindar necə şadlanmalıdır?


Bəzi insanlar xüsusilə də cavanlar belə düşünürlər ki, dindarlıq ilə şad olmaq bir-birinə zidd kəlmələrdir. O kəslər ki, dindardır, guya bu həyatda daha az şadlıq və sevincə malik olurlar. O kəslər ki, dinin hökmlərinə daha az əməl edirlər, guya həyatın sevincindən və ləzzətindən daha çox bəhrələnirlər. Bəs belə düşünməyə nə səbəb olur? (Tebyan)
1. Bəzi dindarlar dinin buyurduğunun əksinə olaraq, həmişə qaşqabaqlıdırlar. Bütün məsələlərə giley və narazılıqla yanaşırlar. Sanki onların həyatında heç bir şadlıq və sevinc hisis yoxdur.
2. Məsumlara (ə) görə keçirtdiyimiz əzadarlıq mərasimləri mövlud mərasimlərindən çoxluq təşkil edir.
3. Dini əhkamlar bəzi əməllərə məhdudiyyət qoyur və bunun da səbəbi insanı haramdan qorumaqdır: ğinaya qulaq asmaq, naməhrəm kişi ilə qadının zarafat etməsi kimi. Bu da cavanların nəzərində olan şadlıq məfhumunu bir qədər azaldır və məhdudlaşdırır. Həmçinin dinimiz israf etməyin əleyhinədir, amma sağlam istirahəti və gəzintini bəyənir.
4. Dini təlimlərə qəmlənmək və günahlara görə göz yaşı tökmək həmişə bəyənilmiş əməllərdən hesab edilir. Lakin həddən artıq gülmək və çox zarafat etmək məzəmmət olunur. Ona görə də dindarlıq dedikdə, bəzən yanlış başa düşülür.
Lakin dindarlığın ən düzgün mənası budur ki, dinə və etiqadi məsələlərə qarşı sadiq, əhkam və dini qanunlarını yerinə yetirəndir. Həqiqi İslam isə odur ki, cəmiyyətin hər bir üzvü dini etiqada qarşı hər nə qədər dəqiq və dərin inanc əldə edərsə, əməldə də ona daha çox riayət edər. Məsum İmamlar (ə) buyurur: “Bizim davamçılarımız – yəni həqiqi dindarlar bizim şadlığımızda sevinir və qəmimizdə kədərlənirlər”.
Bəs şad olmaq nə deməkdir?
Şadlıq - həmin xoş və müsbət hisslərdir ki, hər birimiz onu təcrübə etmişik. Xeyir bir xəbəri eşidən zaman, işimizdə uğur qazanan zaman, təhsildə müvvəffəq olan zaman, qürurverici səhnələri müşahidə edən zaman və s.
Ancaq bütün şadlıqlar eyni səviyyədə deyildir. Belə ki, bir fəhlə ruzi qazanmaq və həyatında rahatlıq yaratmaq üçün yorucu iş görür və onun əziyyətinə dözür. Bu yolda çox sayda kiçik şadlıqlara göz yumur. Çünki bilir ki, aldığı qazancla daha çox şadlıq və sevinc ələ edə biləcəkdir.
Lakin insan tez keçən və ömrü azan olan şadlıqlara tərəf daha çox meyl edir, nəinki qalıcı şadlıqlara tərəf. Əgər şadlıq dedikdə, məqsəd maddi və zahiri şadlıqdırsa, dindarlıq bu cür şadlıqla uyğun gəlmir. Çünki dinimiz deyir ki, başqalarının rahatlığı sənin rahatlığından öncə gəlməldiir. Yəni daha qalıcı və daha ləzzətverən şadlığa meyl etməyimizi tövsiyə edir. Nəinki Qərb ölkələrində olduğu kimi insan özü üçün yaşayır və şadlanır. Başqaları onun üçün əhəmiyyətli deyildir.
Bəli, hər bir insanın şad olmağa ehtiyacı vardır. Dinimiz də bunu inkar etmir. Bunun üçün bizə çox sayda düzgün yollar tövsiyə edir. Lakin yaxşı olar ki, bir dindar dünya sevinci və şadlığı üçün yaşamasın və həyatını bununla məhdud etməsin. Əgər belə olarsa, fasiqlərdən və həqiqəti inkar edənlərdən fərqlənməz. Çünki onlar maddi həyatdan başqasına inanmır və ancaq bu dünya üçün yaşayırlar.
Beləliklə deyə bilərik ki, hər bir insan kimi, dindar üçün də maddi sevinc və şadlıq lazımlıdır, lakin bir şərtlə ki, bu şadlıq dinin bəyəndiyi kimi olsun və sonradan bizə əziyyət gətirməsin. Dindar olmaq o demək deyildir ki, həmişə qəmli və kədərlidir, heç sevinmir. Xeyr, dindar da həyatın xoş hadisələrinə sevinir və şadlanır. Lakin dindar insan üçün İlahi razılıq və Allahın bəyəndiyi şadlıqdan üstün bir şey yoxdur. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter