Məsumların hədisinə əsasən Allah yanında fəqirin məqamı nə həddədir?!


Bir gün Әli (ә) kаsıblаr üçün bir аz хurmа göndәrmәk istәdi. Bir nәfәr Hәzrәtә dеdi: Yа Әli! Оnlаr sizdәn хurmа istәmәyib. Bununlа bеlә оnlаrа хurmа göndәrirsiniz? Buyurdu: Аllаh sәnin kimilәri möminlәrin аrаsındа çохаltmаsın. Mәn istәyirәm öz mаlımdаn еhsаn еdim. Sәn niyә pахıllıq еdirsәn?! Әgәr istәyәndәn sоnrа хurmа göndәrsәm, хәcаlәt çәkәrlәr. Оnа görә dә istәmәmişdәn qаbаq хurmа göndәrirәm.
İmаm Kаzim (ә) buyurub: “Аllаh-tәаlа buyurur: Әgәr kаsıblаr оlmаsаydı, vаrlılаr cәnnәtә gеtmәzdilәr.
İmаm Sәccаd (ә) bir dilәnçini görüb buyurur: “Аfәrin о kәsә ki, mәnim аzuqәmi cәnnәtә аpаrır...


Həzrəti Peyğəmbərin (s) valideynə hörmət haqqında tapşırıqları...


- Bir kişi rəsulallahdan soruşdu: <<Valideynin övlad üzərində haqqı nədən ibarətdir?>> Peyğəmbər buyurdu: <<Onlar sənin cənnətin və cəhənnəmindir.>>
- Ata-ananıza ehtiram edin ki,övladlarınız da sizə hörmət qoysunlar. Həyalı və namuslu olun ki,qadınlarınızda həyalı və namuslu olsunlar.
- Bir nəfər rəsulallahın yanına gəlib dedi:<<Mən cihad etmək istəyirəm,amma buna gücüm çatmayır>>.Peyğəmbər soruşdu: <<Valideyinlərindən sağ olan varmı?>> O adam <<Anam var>> - dedi.Peyğəmbər həzrətləri buyurdu:<<Onun qulluğunda durmaqla Allahın huzuruna yetiş.Bunu etsən həm həcc və ümrə ziyarəti,həm də cihad etmiş olarsan...


İnsan öz sevdiyinə pislik edərmi?! İmam Sadiqin (ə) hədisi.


Həzrəti İmam Sadiq (ə) buyurdu: “Bir kişi Əbuzərə (rəh) məktub yazaraq soruşdu: “Ey Əbuzər! Elmdən bir şey mənə öyrədəsən ki, təzə və yönlü olsun.
Əbuzər onun cavabında yazdı: Elm çoxdur. Amma əgər edə bilsən sevidiyinə pislik etmə; Eləcə et!
Onun təəccüblü nəsihətindən sonra ərəb soruşdu: Aya elə bir şəxsi görmüsənmi ki, sevidiyinə pislik etsin?!
Əbuzər (rəh) ona dedi: “Bəli! Sənin öz nəfs və canın hamıdan sənə əziz və sevimlidir. Allah-Təaalaya (c.c) günah etdiyin zaman, həqiqətən də öz nəfsinə pislik etmiş olursan.
Usuli-Kafi, cild-2, iman və küfr babı, səh: 867


Allah-Təlanın hansı adını 101 dəfə zikr etmək insana şəfa verər?!


\"Əl-Vahid\" - yəni yeganə və həmtayı olmayan deməkdir. Elə bir fərddir ki, ikincisi yoxdur. Məna etibarı ilə hasil olan budur ki, şəriki yoxdur və mürəkkəb deyil, bəsitdir.
Bu ismi davamlı olaraq zikr etmək üns, ülfət və izzətə nail olmağa səbəb olar və əgər bir şəxs bu ismi təamın üzərinə oxuyub, ondan yesə qəlbi nuraniləşər və əgər əlacdan əlini üzmüş xəstə gündə 101 dəfə bu ismi oxusa, şəfa tapar. (“Allahın 99 gözəl adı” kitabına istinadən)


İmam Səccad (ə)-ın hədisinə əsasən hansı beş dəstə ilə dostluq etməyək?!


Cаvаb: Imаm Zеynəlаbidin əlеyhissаlаmın buyurduğu bеş dəstə аşаğıdakılаrdаn ibаrətdir:
1) Fаsiqlə dоst оlmа, çünki о səni bir tikəyə, həttа bir tikədən də аzа, yəni bir tikənin dаdınа sаtаr.
2) Pахıl аdаmlа yоldаş оlmа, çünki sоn dərəcə еhtiyаcın оlаn zаmаn səni öz mаlındаn məhrum еdər.
3) Yаlаnçı аdаmlа yоldаş оlmа, çünki о ilğım kimidir, yахını sənin üçün uzаq və uzаqı yахın kimi cilvələndirir...


Həzrəti Peyğəməbərin (s) hədislərinə əsasən dəstəmazın hansı mənəvi təsir və faydaları vardır?!


Dəstəmazın iki cəhətdən faydaları diqqət mərkəzində ola bilər: onlardan biri cismani və gigiyena tərəfidir. O birisi isə mənəvi tərəfidir. Dəstəmazın mənəvi cəhətdən bərəkətlərinə nəzər salaq:
1. Ömrü uzun edər. Həzrət Peyğəmbər (s) buyurur: “Ey insan! Çalış təharətli və dəstəmazlı olasan ki, Allah ömrünü uzun etsin. Əgər bacarsan gecə və gündüz dəstəmazlı olasan – bu işi gör. Çünki əgər dəstəmazlı halda dünyadan getsən, şəhidin savabına çatacaqsan”.
2. Hacətin yerinə yetməsinə səbəb olar.
3. Şəhadətin savabına çatmaq. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, dəstəmazlı yatar, əgər gecə ölüm sorağına gələrsə, bu insan dünyadan şəhid getmiş olar”...


İmam Əli (ə)-ın bir ərəbin 7 sualına cavabı....


Bir kişi Həzrət Əlinin (ə) yanına gəlib dedi: \" Mən yeddi yüz fərsəx yol gəlmişəm ki, Sizdən 7 sual soruşum.” Həzrət Əli (ə) buyurdu: \"Buyur soruş”. Həmin kişi soruşdu:
1. Səmadan daha böyük olan nədir? Həzrət (ə) buyurdu: \"Günahsıza yalan bağlamaq”
2. Yerdən daha böyük olan nədir? Həzrət (ə) buyurdu: \" Haqq yerdən daha genişdir.”
3. Oddan daha isti olan nədir? Həzrət (ə) buyurdu: \" Hərislik oddan da istidir.”
4. Buzdan da daha soyuq olan nədir? H əzrət (ə) buyurdu: \" Paxıl adamın yanına hacət aparmaq buzdan daha soyuqdur...


Hansı vaxtlar dua etmək üçün daha münasibdir? İmam Sadiqin (ə) mübarək izahı


İmam Cəfəri Sadiq (ə) buyurur: \"Namazlardan sonra dua edin, çünki, belə bir dua qəbul olar\"
İmam Baqir (ə) buyrur: \"Cümə axşamı gəldikdə Allah təala buyurar: \"Bir dua edən varmı ki,onu bağışlayım? Tövbə edən varmı ki,tövbəsini qəbul edim?\"
Həzrət peyğəmbər (s) buyurub:\"Duanın ən yaxşı vaxtı səhər çağıdır.\"
İmam Cəfər Sadiq (ə) buyurdu:\"Günəş çıxmazdan və batmazdan qabaq dua etmək vacib göstəriş və sünnədir, əlbəttə günəşin çıxmağı və batmağı ilə birikdə.\"
Həzrət peyğəmbər (s) buyurub:\"Şübhəsiz gecənin elə bir saatı vardır ki,o saatda bəndənin hər bir duası qəbuldur. O saat gecənin yarısı ilə qalan üçdə bir hissəsi arasındadır.\"


Səhih hədisi qeyri-səhih hədisdən necə fərqləndirmək olar?


Peyğəmbərin (s) dövründənbaşlayaraq saxta hədis qondaranların mövcudluğunu nəzərə almaqla, səhih hədisi qeyri-səhih hədisdən seçmək üçün bir sıra meyarlara ehtiyac duyulur. Həmin meyarlardan bəzilərini aşağıda qeyd edirik:
1. Quranla uyğunluq – İmam Sadiq (ə) Peyğəmbərdən (s) belə nəql etmişdir: \"Həqiqətən, hər bir haqq üçün bir həqiqət və hər bir savab üçün bir nur var. Allahın kitabına uyğun gələni əxz edib, ona zidd olanı boşlayın”. (Kafi, c.1, səh.69)
2. Məsumların buyuruqları ilə uyğunluq – Həsən ibn Cəhm deyib: (İmam) Rzaya (ə) dedim ki, sizin tərəfinizdən bizə fərqli hədislər çatır. (Həzrət) buyurdu: \"Bizim tərəfdən sizə çatanı Allahın kitabı və bizim hədislərlə müqayisə edin. Əgər uyğun gəlsə, bizdəndir, uyğun gəlməsə, bizdən deyil”. (Vəsailuş-şiə, c.27, səh.121)...


İmam Sadiqin (ə) izahında nafilər namazlarının qılınmasının mənası


... Həzrət İmam Sadiq (ə) buyurdu: “Nafilələrin qılınması – vacib namazların təkidi üçündür. Belə ki, əgər insanların namazları ancaq dörd rükət zöhr olsaydı, ona görə mütləq səhlənkarlıq edərdilər. Bu həddə ki, bəzən vaxtını belə keçirərdilər və onu qılmazdılar. Ancaq o zaman ki, vacib namazlardan başqası haqlarına (boyunlarına) qoyular, namazın çox olmasına görə sürətlənərlər ki, bəlkə hamısını vaxtında yerinə yetirə bilsinlər.
Həmçinin (bu mövzu) əsr namazının əvvəlində olan nafiləyə də aiddir. Yəni, (nafilə) namazı təyin edildikdən sonra insanlar sürətləndilər ki, həm nafiləni qıla bilsinlər və həm də vacib namazı. Həmçinin məğrib namazından sonra qılınan 4 rükət nafilə də o cür. Gecə namazının gecənin sonunda qılınmasına ona görə göstəriş verilmişdi ki, sübh namazının qılınması üçün sürətlənsinlər. Ona görə də bu səbəb dən namazlar bu keyfiyyətlə vacib buyurulmuşdur”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter