Hansı vaxtlar dua etmək üçün daha münasibdir? İmam Sadiqin (ə) mübarək izahı


İmam Cəfəri Sadiq (ə) buyurur: \"Namazlardan sonra dua edin, çünki, belə bir dua qəbul olar\"
İmam Baqir (ə) buyrur: \"Cümə axşamı gəldikdə Allah təala buyurar: \"Bir dua edən varmı ki,onu bağışlayım? Tövbə edən varmı ki,tövbəsini qəbul edim?\"
Həzrət peyğəmbər (s) buyurub:\"Duanın ən yaxşı vaxtı səhər çağıdır.\"

İmam Cəfər Sadiq (ə) buyurdu:\"Günəş çıxmazdan və batmazdan qabaq dua etmək vacib göstəriş və sünnədir, əlbəttə günəşin çıxmağı və batmağı ilə birikdə.\"
Həzrət peyğəmbər (s) buyurub:\"Şübhəsiz gecənin elə bir saatı vardır ki,o saatda bəndənin hər bir duası qəbuldur. O saat gecənin yarısı ilə qalan üçdə bir hissəsi arasındadır.\"

Ravi deyir:\"O xüsusi bir gecədir, yoxsa bütün gecələrə aiddir? Həzrət buyurdu: \"Hər bir gecəyə aiddir.\"
İmam Cəfər Sadiq (ə) buyurub: \"3 vaxtda dualar qəbul olar:
1-Vacib namazdan sonra.
2-Yağış yağan halda.
3-Allah tərəfindən öz bəndələri üçün bir nişanə və ya möcüzənin aşkar olduğu halda\"=Mənbə: \"Mənəvi xəzinələr\" kitabı


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter