İmam Əli (ə)-ın bir ərəbin 7 sualına cavabı....


Bir kişi Həzrət Əlinin (ə) yanına gəlib dedi: \" Mən yeddi yüz fərsəx yol gəlmişəm ki, Sizdən 7 sual soruşum.” Həzrət Əli (ə) buyurdu: \"Buyur soruş”. Həmin kişi soruşdu:

1. Səmadan daha böyük olan nədir? Həzrət (ə) buyurdu: \"Günahsıza yalan bağlamaq”

2. Yerdən daha böyük olan nədir? Həzrət (ə) buyurdu: \" Haqq yerdən daha genişdir.”

3. Oddan daha isti olan nədir? Həzrət (ə) buyurdu: \" Hərislik oddan da istidir.”

4. Buzdan da daha soyuq olan nədir? H əzrət (ə) buyurdu: \" Paxıl adamın yanına hacət aparmaq buzdan daha soyuqdur.”

5. Dəryadan daha ğəni olan nədir? Həzrət (ə) buyurdu: \" Qane olan insan dəryadan daha ğənidir.\"

6. Daşdan daha möhkəm olan nədir? Həzrət (ə) buyurdu: \" Kafirin ürəyi daşdan daha möhkəmdir.”

7. Yetimdən daha zəif olan nədir? Həzrət (ə) buyurdu: \" Söz gəzdirən yetimdən daha zəif və daha artıq biçarədir.\".ehliwie-samux.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter