Allah-Təlanın hansı adını 101 dəfə zikr etmək insana şəfa verər?!


Allah Təalaya aid olan “Huvə” ismi – zati isimlərdəndir və bəzi isimlərdən daha üstün sayılır. Belə ki, “Ədilə” duasının şərhində bu məqam qeyd olunmuşdur.

Əgər bir şəxs sübh namazından sonra 1000 dəfə \"Ya Allah, ya Huvə\" desə, yəqin əhlindən olar və qeyb nuru onun üçün zahir olar.

Əgər bir şəxs gecə yarısında dəstəmaz alıb, üzü qibləyə oturaraq bu zikri yerinə yetirsə, din elmlərindən bəhrələnmiş olar və mərifət əhlindən olar.


\"Əl-Vahid\" - yəni yeganə və həmtayı olmayan deməkdir. Elə bir fərddir ki, ikincisi yoxdur.

Məna etibarı ilə hasil olan budur ki, şəriki yoxdur və mürəkkəb deyil, bəsitdir.

Bu ismi davamlı olaraq zikr etmək üns, ülfət və izzətə nail olmağa səbəb olar və əgər bir şəxs bu ismi təamın üzərinə oxuyub, ondan yesə qəlbi nuraniləşər və əgər əlacdan əlini üzmüş xəstə gündə 101 dəfə bu ismi oxusa, şəfa tapar. (“Allahın 99 gözəl adı” kitabına istinadən)-Elnur Əlizadə, “Dəyərlər”in oxucusu


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter