Bu insanın ədalətli və din qardaşı hesab etmək olar! İmam Sadiqin hədisi ..


... \"Nəhl” surəsinin 91-ci ayəsində buyurulur: \"Əhd bağladığınız zaman Allahın əhdinə vəfa edin”. \"Bəqərə” surəsinin 27-ci ayəsində oxuyuruq: \"O kəslər ki, Allahla əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayır və yer üzündə fitnə-fəsad törədirlər, məhz belələri ziyana uğrayanlardır”. \"İsra” surəsinin 34-cü ayəsində isə belə buyurulur: \"Əhdə vəfa edin. Doğurdan da, əhd barəsində soruşulacaqdır”. \"Maidə” surəsinin 1-ci ayəsində oxuyuruq: \"Ey iman gətirənlər, əhdlərə sadiq olun”. İslam Peyğəmbəri (s) buyurmuşdur: \"Hər kəsdə üç xüsusiyyət olsa, o, münafiqdir - hətta namaz qılıb oruc tutsa, özünü müsəlman bilsə də: onu əmin bildikləri halda xəyanət edər, ağzını açanda yalan danışar, verdiyi vədə vəfa etməz.” İmam Sadiq (ə) buyurur: \"Xalqla rəftarında zülmə yol verməyən, onlara yalan danışmayan, vədini pozmayan insanın mürüvvəti kamil, qeybəti haram, ədaləti aşkardır və onu din qardaşı bilmək lazımdır.....


İslam maarifinə əsasən dilinə düşə biləcəyi 40 günah hansılardır?!


DİLİN 40 GÜNAHI
1.Yalan 2.Töhmət 3.Dil yarası 4.Tənə vurmaq 5.Eyb axtarmaq 6.Abır aparmaq 7.Qəlbi sındırmaq 8.Naməhrəmlə zarafat 9.Yersiz danışmaq 10.Danışıqda lovğalıq
11.Yaxşılığa qadağa 12.Dində bidət 13.Nahaq hökm etmək 14.Yalan and 15.Möminə əziyət etmək 16.Həsədi üzə çıxartmaq 17.Pis əxlaq 18.Camaatla pis danışmaq
19.Küfru təsdiq etmək 20.Acı danışmaq ...


Uşaq tərbiyəsində edilən 8 səhv və xətalar hansı düşüncələrdən ibarətdir?!


Gələcək üçün günahkar insan yetişdirməyin 8 asan yolu....
1- Daha kiçikken uşağa istediyi her şeyi vermeye başla! Bu şekilde o her kesin onun dolanışığını temin etmek mecburiyyetinde olduğuna inanacaq.
2- Pis sözler söylediyi zaman, gül. Belece o özünün ağıllı olduğuna inanacaq.
3 - Ona düşünmeyi ve beynini istifade etmesini öyretme, 21 yaşına gelince özü qerar versin, deye gözle.
4 – Yere atdığı her şeyi götür! Kitablarını, ayaqqabılarını, paltarlarını, onun üçün her şeyi sen et ki, o bütün mesuliyyetlerini başqalarına yüklemeye alışsın.
5 - Onun qarşısında tez-tez aile mübahiseleri et ki, onun da ailesi bir gün dağıldığında, bir o qeder de teeccüblenmesin...


Pis əməllər haqqda 75 göstəriş hansılardır?!


1.Cahillik hələ heç vaxt heç kəsə kömək etməmişdir.
2.Qorxusuz yaşamaq istəyirsənsə,başqalarına pislik etmə.
3.Nifrətə yalnız məhəbbətlə qalib gəlmək olar.
4.Birisinin tikəsini əlindən alıb başqasına vermək heç də igidlik deyil.
5.İnsan hirslənəndə əqli yerindən oynayırBelə hallarda heç bir iş görmə!
6.Zülm,həsəd,hiylə ilə bu dünyada iş aşmaz.
7.Paxıllıq insanın qəlb rahatlığını pozan can odudur.
8.Paxıllıq odundan yandırıcı od hələ görünməmişdir...


Hz Peyğəmbər (s) Allahdan həya etməyi hansı əməllərə bağlı olduğunu buyurur?!


Kim Allahdan həya edirsə Bir gün Rasulullah (s) minbərə çıxır və səhabələrə müraciət edərək buyurur: - \"Allahdan həya edin!” Səhabələr dedilər: - \"Ya Rasulullah! Axı biz Allahdan həya edirik.”
Rasulullah (s) buyurdu: - \"Sizdən kimsə Allahdan həya edirsə heç bir gecə ölümü gözü önünə gətirmədən yatmasın,qarnına haram tikə qoymasın, zinadan çəkinsin, dilini, gözünü və qulağını haramdan qorusun, ölümü və öldükdən sonra çürüyəcəyini düşünsün, dünya zinətinə aldanmasın!


Hədislərə əsasən Gözəl əxlaqa malik olmayan, hansı nəticələrlə qarşılaşacaqdır?!


İslam dini davamlı olaraq öz ardıcıllarını gözəl əxlaqa dəvət etməkdədir. Pis əxlaqı isə həmişə məzəmmət etmişdir. Çünki pis əxlaq insan həyatına ancaq mənfi təsirlər göstərər. Bu təsirlər hansılardır?
1. İnsanın ruhi əzab çəkməsinə səbəb olar. Pis əxlaqın insana vurduğu ziyanlardan biri budur ki, insan ruhi əzab çəkər. Çünki bu cür insan ruhi şadlıq əvəzinə, həmişə qəmgin və narahat olar. Bu insanın qəmi bitməz.
2. İnsanlar pis münasibət bəsləyər. Pis əxlaq səbəb olar ki, onun ətrafında olan insanlar ona nifrət etsinlər və onunla fasilə saxlasınlar.
3. Yaxşılıqları aradan aparar. O zaman ki, insanın əxlaqı pis olar, hər nə qədər yaxşı əməl görsə də qarşı tərəfə həmişə minnət qoyar və ona dili ilə əziyyət verər. Bu cür yaxşılıqların dəyəri aradan gedər...


İmam Səccad (ə) onu təhqir edən şəxsin cavabında hansı duanı etdi?!


... Həzrət ayaqqabılarını geydi və ayağa qalxıb Quran ayəsi oxudu: \"O kəslər ki, qəzəblərini udar, xalqa güzəşt edərlər; Allah xeyir əməl sahiblərini sevir.”503 İmamı müşayiət edənlərdən biri deyir ki, biz İmamın ona təhqirlə cavab verməyəcəyini bilirdik. Hər halda onunla gəldik. İmam onu çağırdı, Əli ibn Hüseynəm dedi. Ev sahibi bayıra çıxdı. O əmin idi ki, İmam bir az əvvəlki təhqirə cavab verməyə gəlib.
Həzrət buyurdu: \"Bir qədər mənim yanımda qaldın, mənim haqqımda nələr dedin! Əgər mən sən deyən kimiyəmsə Allahdan bağışlanma diləyirəm, əgər dediklərin məndə yoxsa, Allah səni bağışlasın.” Həmin şəxs İmamın alnından öpdü və dedi: \"Dediklərim səndə yoxdur, mən özüm dediyim sözlərə layiqəm.” Rəvayətçi deyir ki, həmin şəxs İmamın əmisi oğlu Həsən ibn Həsən idi!


Allah-Təalanın (c.c) xüsusi bəndələrini fərqləndirən cəhətlər hansılardır?!


“Rəhman (olan Allah)ın (həqiqi) bəndələri yerdə sakit və təvazökarlıqla yol gedən və nadanlar onlara xitab edən zaman «salam» deyən kəslərdir”. (“Furqan” 63).
Uca Allah bu mübarək ayədə Öz xüsusi bəndələrinin sifətlərini açıqlamış və onları mədh etmişdir. Allah bu insanların iki mühüm sifətini bizlərə tanıtmışdır.
1. Yer üzərində təkəbbürlə yol getməzlər. Allahın xüsusi bəndələri o kəslərdir ki, özlərini rəzil sifət olan təkəbbürdən və lovğalıqdan uzaq tutarlar. Yer üzərində təvazökarcasına yol gedərlər. Təvazökarlıq – həqiqi möminlərin bariz sifətlərindəndir. Həzrət Peyğəmbər (s) buyurur: “Bəndəlikdə ən üstün insanlar o kəslərdir ki, böyük olduqları halda təvazö edərlər”. Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Təvazökarlıq insanın ucalmasını artırar. Ona görə də təvazö edin ki, Allah sizi ucaltsın”.
2. Başqaları ilə yaxşı rəftar edərlər. Allahın xüsusi bəndələrinin başqa sifəti odur ki, başqaları ilə yaxşı rəftar edərlər. Onlar nadanla qarşılan zaman onlar kimi rəftar etməzlər. Əksinə, onlarla ən yaxşı şəkildə rəftar edərlər...


Quran və hədislərdə qeyd olunan «Liqaullah» nədir?!


Cavab: Qurani-kərimdə qarşılaşdığımız kəlmələrdən biri də, «liqaullahdır». Liqaullah, ərəb dilindən tərcümədə «Allahla görüş» mənasını verir. Allah-təala cism olmadığımızdan onun adi gözlə görünməsi də, sözsüz ki, mümkün deyildir. Liqaullah dedikdə, qiyamət səhnəsində Allahın qüdrətinin müşahidəsi nəzərdə tutulur. Allahın mükafat, cəza, nemət və əzabı bu qüdrətin təzahürlərindəndir. Bu sözün başqa bir mənası da zahir yox, iç gözü ilə Allahın varlığına şahid olmaqdır. İnsan elə bir kamillik mərtəbəsinə çata bilər ki, Allah-təalanı sanki qəlb gözü ilə görər və onun varlığına bir zərrə də olsun şəkki qalmaz. Əlbəttə ki, bu hala yalnız yüksək paklıq, təqva yolu ilə yetişmək olar. «Nəhcül-bəlağə»də oxuyuruq: «Dostlarından biri Həzrəti Əlidən (ə) soruşdu: «Allahını görmüsənmi?»...


İslam əxlaqına görə Qonaqdan ac olduğunu soruşmaq olarmı?


Qonağa böyük əhəmiyyət verilməsi ilə yanaşı, onu təmtəraqla qəbul etmək nəhy olunur. İslam qonağın sadə şəkildə qəbul edilməsini tövsiyə edərək məsləhət görür ki, ev sahibi olanını müzayiqə etməsin, qonaq bunda artıq qəbulun intizarında olmasın.
İmam Sadiq (ə) buyurur: «Qonaqdan yemək yeyib- içməyəcəyini soruşmayın. İmkan çatan həddə süfrə açın». Açılmış süfrəni kasıb bilərək, təhqir etmək caiz deyil. «Sizə layiq süfrə aça bilmədim» demək olmaz. İmam Sadiq (ə) buyurur: «Açılmış süfrəni əskik bilən ev sahibi və qonaq azğındır».
Qonağın da öz vəzifələri vardır. Qonaq ona göstərilən yerdə oturmalı, ev sahibinin narahatçılığına səbəb olacaq hərəkətlərə yol verməməlidir...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter