K.Hitçens: “İnsanlar dini məsələlərdə hər cür namussuzluğa və intellektual sax-takarlığa əl atır"?!
CAVAB: Bu hansı insanlardır? Söhbət kimdən gedir? Söhbət mömin və dindarlar ya qeyri-mömin və qeyri-dindarlardan gedir?
Əgər dinsiz insanlardan söhbət gedirsə, onların dinlə heç bir əlaqəsi yoxdur. Bu, sanki bir oğrunun oğurluq etməsinə görə kiminsə İslam dinini pisləməsinə bənzəyir. Bu nə dərəcədə düzdür? Əgər dinsiz biri dini məsələlərdən sui-istifadə edir və namussuzluq edirsə, bunu dinlə əlaqələndirmək olmaz. Əgər dindar insanlar dini göstərişlərə əməl etməklə namussuzluğa əl atırlarsa, Əxlaq və Əqaid bölməsində ədalət, zülm etməmək və s. kimi məsələlərə göstəriş verilir ki, burada saxtakarlıq və namussuzluq yoxdur. Dindarlar dini göstərişlərə əməl etməklə yanaşı saxtakarlıqla məşğuldurlarsa, burada da deməliyik ki, bütün dindarlar belə deyil və onların çox az bir qismi günaha mürtəkəb ola bilər. Buna baxmayaraq, yenə də bu, dinin nöqsanı hesab olunmur, şəxslərin nöqsanıdır. İnsanların dini məsələlərdə hər cür saxtakarlıq və namussuzluğa əl atdığını iddia etmək əsassızdır.
Tanrı böyükdür Kitabı 144-145 səhifələr. İlahiyyatçı: Camir Ağayev.