Kimdir o ən istədiyi ki, insan ona hamıdan çox zülm edir?


“Şübhəsiz, Allah insanlara (onları dünya çətinliklərinə və axirət əzablarına düçar etməklə) heç bir zülm etmir, lakin insanlar (həmin şeylərə səbəb olan əməlləri ilə) özləri özlərinə zülm edirlər”. (“Yunus” 44). Bəs necə ola bilir ki, insan özünə zülm edir?
Zülm adətən insanın başqasına pis şeylər istəməsindən meydana gəlir. Necə ola bilər ki, insan özü üçün pis şeylər istəsin?
İnsanın özünə zülm etməsinin səbəblərindən biri – qəflət və cahilliyidir. Cahilliyi üzündən belə xəyal edir ki, özünə fayda verəcəkdir, ancaq əskinə - ziyan vurar.
Bir nəfər Həzrət Peyğəmbərin (s) səhabələrindən birinə məktub yazır və ondan nəsihət verməsini istəyir. Səhabə də cavabında yazır: “O kəsə ki, hamıdan çox sevirsən, pislik etmə”. Həmin kişi bu cümlənin mənasını başa düşmür və xahiş edir ki, bu cümləni onun üçün şərh etsin...


Dostlarımızı necə nəsihət edək?! İmam Əsgəri (ə)-ın hədisi


İmam Həsən Əskəri əleyhissalam buyurur: “Kim (din) qardaşına gizlində öyüd-nəsihət versə onu bəzəyib zinətləndirib. Ancaq kim (din qardaşına) başqalarının qarşısında moizə edib öyüd versə onu ləkələyib.” Tuhəful uqul 489-cu səhifə Din qardaşını, yəni kişilərin öz dostlarını və qadınların öz rəfiqələrini moizə və öyüd-nəsihət etmək hər bir şəxsin əxlaqi vəzifəsidir. Eləcə də yerində və haqlı olan nəsihəti qəbul etmək də hər bir insanın mədəniyyətinin göstəricisidir.
Nəsihət etmək sadə məsələ deyil, belə ki nəsihət edə bilmək üçün elm, mərifət və təcrübədən əlavə nəsihət etməyin əxlaqi normalarına riayət etmək də vacib məsələdir. Cəmiyyətdə hər bir şəxs öz abırını və ad-sanını qorumağa çalışır, həm də insanlar tərəfindən ona ehtiram olunmasının arzusundadır.
Odur ki, başqalarını nəsihət edərkən bu məsələni unutmamalıyıq. Nəsihət etməkdə daha çox əhəmiyyətə malik olan iki məsələ vardır....


Necə edək ki, yalanı tamamilə tərk edək? Hz Peyğəmbərin (s) hədisi


Yalan elə kəbirə günahlardandır ki, başqa günahlar ondan mənbə alırlar. Misal üçün, Həzrət Peyğəmbərdən (s) belə nəql edirlər: “Məsxərənin kökü – yalançılara etimad etməkdədir”. Əlbəttə, ancaq məsxərə deyildir, buraya başqa kəbirə günahlar da daxildir. O cümlədən: təkəbbür, başqalarının təhqir edilməsi, qeybət, töhmət, böhtan...
Bəs necə edək ki, bu xəstəlik bizi tərk etsin?
1. Ümumi qayda. Başqa günahlarda olduğu kimi, həmin günahın nə qədər çirkin olmasını və nəfsimizin nə qədər alçaq olmasını dərk etməliyik.
Həzrət Peyğəmbər (s) buyurur: “Yalançı, nəfsinin alçaqlığına görə yalan danışır”. Bu həqiqəti dərk edən insan, öz varlığının nə qədər şərəfli bir varlıq olması barəsində düşünməli və xilqətinin hədəfini tanımağa çalışmalıdır. Bilməlidir ki, Allah insanı behişt üçün xəlq etmişdir, cəhənnəm üçün deyil....


İnsanı özünü günahdan qorumaq üçün hansı yolla mübarizə aparmalıdır?!


Biz insanların əksəriyyəti istəyir ki, dünyada səadət və xoşbəxt halda yaşayıb, axirətdə İlahi qürb məqamında qərar tutsun. Ancaq bu ali hədəfə çatmaq yolunda bəzən çox sayda günahlara düçar oluruq. Hər nə qədər günah etməməyə qərar versək də, yenə də ayağımız bəzən büdrəyir və yıxılırıq.
Bəs biz günahla necə mübarizə apara bilərik? - Fikir və düşüncələrimizə kontrol edərək. - Gözümüzə və qulağımıza kontrol edərək.
- Sözlərimizə kontrol edərək. - Evlənərək. - Hicaba riayət edərək. - İbadət və dua ilə....


Hüsnü-zənnin insana verdiyi 10 bərəkət nələrdir?!


Hüsnü-zənn cəmiyyətdə rabitələrə müsbət təsir qoyduğu kimi, özü ilə çox sayda bərəkət gətirir. İslam dini istəyir ki, cəmiyyətdə kamil şəkildə əmin-amanlıq təmin olunsun. Yəni, həm əməl baxımından və həm də fikir və düşüncə baxımından başqaları tərəfindən qəbul olunsunlar. Hüsnü-zənnin gətirdiyi bərəkətlərlə tanış olaq:
1. Məhəbbəti cəlb etmək. İmam Əli (ə) buyurur: “İnsanlara qarşı nikbin olmaq – onların dostluq və məhəbbətinə səbəb olar”.
2. Rahatlıq və əmin-amanlıq. Hüsnü-zənn insana ruhi və psixoloji rahatlıq və hüzur gətirir. İmam Əli (ə) buyurur: “Nikbinlik insanın qəmini azaldar və günahın ağırlığından xilas edər”.
3. Qəlbin pak və səfalı olması. Həzrət Peyğəmbər (s) buyurur: “Mömin qardaşlarınıza gümanlarınızı yaxşı edin. Çünki möminə hüsnü-zənn etmək – qəlbin saflığına və paklığına səbəb olar”...


Hədislərə əsasən insan qəlbini nuraniləşdirən əməllər nələrdir?!


Qəlbin nurani olması üçün bir çox yollar vardır ki, onlarla tanış olaq:
1. Elm və hikmət. İmam Əli (ə) buyurur: “Qəlbini moizə ilə dirçəlt və onu hikmətlə aydınlat”.
2. İman. İmam Əli (ə) buyurur: “İman qəlbdə ağ nöqtə əmələ gətirər. İman hər nə qədər çox olarsa, həmin nöqtə böyüyər”.
3. Yəqin. İmam Əli (ə) buyurur: “Yəqin – nur və aydınlıqdır”.
4. Düşünmək və ağlamaq. İmam Sadiq (ə) buyurur: “Qəlb aydınlığını axtardım və onu ağlamaqda və düşünməkdə tapdım”.
5. Gecə namazı qılmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Namaz nurdur”. İmam Sadiq (ə) buyurur: “Gecə namazı simanı aydın və nurani edər. Gecə namazı insanı xoş ətirli edər. Gecə namazı ruzi gətirər”...


Müqəddəs İslam dini aqressiv davranışa necə baxır?!


Aqressiv olmaq elə bir zəhərdir ki, dünya və axirətimizi bada verər. Məsumlarımız (ə) bu əməli kəskin şəkildə qadağan etmişdilər. Həzrət Peyğəmbər (s) buyurur: “Pis əxlaq və kobud olmaq – əməlləri məhv edər, necə ki, sirkə balın şirinliyini məhv edər”. Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Müsəlmana iki sifət yaraşmaz: simiclik və pis əxlaq”.
Başqa hədisdə oxuyuruq: “Pərdələri cıran günahlar: ödəmək niyyəti olmadan borc almaq, xərcləyən zaman israf etmək, ailəyə və qohumlara simiclik etmək, pis əxlaq, səbirsizlik, dar düşüncəlik, tənbəllik, dindarları yüngül insanlar hesab etmək”. Həzrət Peyğəmbərdən (s) soruşurlar ki, xarlıq nədir? Buyurur: “Pis əxlaq”. Həzrət Peyğəmbər (s) buyurur: “Allahın pis əxlaqa malik olan insanın tövbəsindən kərahəti vardır”. Soruşurlar ki, bu, necə olur?...


Bu günahı hətta şeytan belə etmək istəmir?!


Töhmət vurmaq və böhtan atmaq – o qədər çirkin sifətlərdir ki, hətta şeytan (lən) belə bu cür insanlardan qaçır. Halbuki, şeytan həmişə insanların rəzil işləri görməsindən sevinir. Ancaq bəzi əməllər o qədər çirkindir ki, hətta şeytan belə onun ağırlığını hiss edib, ondan uzaq olmağa çalışır. Töhmət və böhtanın ziyanları:
1. Töhmət və böhtan insan mənəviyyatına təsir edər. İmam Sadiq (ə) buyurur: “O zaman ki, mömin, mömin qardaşına töhmət vurar – iman onun qəlbində əriyər. Necə ki, duz suda əriyər”.
2. İnsan rabitələrinə mənfi təsir edər. İmam Sadiq (ə) buyurur: “O kəs ki, din qardaşına töhmət vurar, onların aralarında hörmət qalmaz”...


Həyanın 3 əsası. Həyanın təqvadan fərqi nədədir?!


“Həya” sözünün lüğətdəki mənası “utancaqlıqdır” ki, əks mənası “utanmazlıqdır”. Əxlaq alimlərinin nəzərinə görə, həya elə daxili sifətdir ki, insanı bəyənilməyən əməllərdən çəkindirir. Həyanın mənşəyində qorxu və başqalarının məzəmməti durur. O zaman ki, insan, Uca Allahı öz əməllərinə nazir, nəzarət edən hesab edər – özünə layiq olmayan əməlləri yerinə yetirməkdən çəkinər. Ona görə də həyanın üç əsası vardır: - fail (əməl edən); - feil (əməl); - nazir (nəzarət edən).
Həyada fail o şəxsdir ki, nəfsani kəramətə və alicənablığa malik olar. Həyaya nazir o şəxsdir ki, o, failin nəzərində ən uca və ən böyükdür. Həyanı həyata keçməsinə səbəb olan feil isə bəyənilməyən əməllərdir. İnsan bu əməllər qarşısında həya göstərər. Əgər həyanı qorxu və təqva ilə müqayisə etmək istəsək, gərək deyək ki, həyaya səbəb olan əsil amil – nazir olan Allahı dərk etmək və ona ehtiram göstərməkdir. Ancaq qorxu və təqvada əsil amil – Allahın qüdrətini dərk etmək və cəzasından qorxmaqdır...


Zahidlik nədir? Zahidlik insana nə kimi mənəvi üstünliklər verir?


Zahid o insana deyirlər ki, səy və çalışması ilə bərabər, dünyaya qarşı etnasızlıq edir. Yəni, dünyanın xoşluqlarından üz çevirir və yaxşı bilir ki, mal, sərvət, vəzifə və başqa şeylər ölüm gəlib çatan kimi məhv olacaqdır. Əmirəl-möminin (ə) buyurur: “Əgər dünyaya son hədəf və müstəqil məqsəd kimi baxsanız, əliniz boş qalacaqdır. Ancaq əgər ona bir vasitə kimi baxsanız, bu dəyərsiz şey hər bir şeyə çevriləcəkdir”. Allah Təala Quranda buyurur: “(Bu,) əlinizdən çıxan şey üçün təəssüflənməməyiniz və sizə verilən şey üçün (yersiz) sevinməməyiniz üçün(dür)! Allah heç bir öyünən təkəbbürlünü sevmir”. (“Hədid” 23).
Bu ayə zahidliyin əsil mənasını bizlərə bəyan etmişdir. Buyurur ki, insan gərək gəlib-gedən nemətlərə görə qəlbini xoş etməsin. Bu iki cümlə varlıq aləminin qarışıq bir problemini həll edir. Belə ki, insan bu varlıq aləmində davamlı olaraq çətinliklər və müsibətlər ilə üzləşir və özünə sual verir ki, bu hadisələrin səbəbi nədir? Quran buyurur ki, səbəbi budur ki, siz dünyanın bər-bəzəyinə əsir olmayasınız. O kəs ki, keçmişinə görə təəssüflənməz və gələcəyinə görə sevinməz – zahidliyin bütün şərtlərinə əməl etmiş olar....


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter