Həzrət İsa (ə) Tələsik mühakimələrdən çəkinmə haqda hansı tövsiyəni vermişdir?!


Bir çox insanlar yalnız zahiri müşahidə aparmaqla mühakimə yürüdür, kiminin pis, kimininsə yaxşı adamı olması haqqında tələsik qərar çıxarırlar. Bu iş təkcə möminə yox, özünü ağıllı hesab edən heç bir fərdə yaraşmaz. Zahir həmişə aldadıcıdır.

  Zahirən xoşagəlməz bir işə görə insanı pis hesab etmək olmaz. Əslində çox yaxşı bir iş zahirən pis də görünə bilər. Həzrət İsa (ə) bu böyük bəlaya işarə ilə buyurur: «Xoş o insanın halına ki, gözü ilə deyil, qəlbi ilə görür». Heyvanlar da adi gözlə görürlər. Amma insanda onun düşüncəsi ilə bağlı olan bəsirət gözü də vardır.

 

İnsan zahiri gözlə görüb yalnız hiss üzvlərinə əsaslanaraq mühakimə yürütməkdən çəkinməlidir. Ağlını işə salıb dərin araşdırmalar aparmaqla şeytanın tələsindən qurtulmaq olar.

  İnsan bir baxışa görə əbədi bədbəxt ola bilər. Unutmaq olmaz ki, İslama arxadan zərbə vurmaq istəyənlər həmişə üzlərinə möminlik maskası taxmışlar. Demək, zahir əsas deyil. Əksinə, zahirən mömin qiyafəsində olmayan bir şəxs daxilən əsl mömin ola bilər.

 


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter