Din göstərişləri irqçilik və ayrı-seçkiliyi tənqid edirmi?!


Cavab: İslam dini müsəlmanlar arasında hətta qohumluq əlaqələri olmadan belə, onların arasında qardaşlıq məfhumunu irəli sürərək, bütün müsəlmanların, möminlərin bir-biri ilə qardaş olduğunu elan etdi. Quranda “Hucurat” surəsinin 10-cu ayəsində buyrulur:

إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ.

“Həqiqətən, möminlər bir-biri ilə qardaşdırlar”.

Allahın Rəsulu (s) da buyurur:  “Mömin möminin qardaşıdır və onlar bir bədən kimidir”.

Başqa bir hədisdə buyurur:

قَالَ رَسُولُ اللَّهِ (ص)‏: أَيُّهَا النَّاسُ إِنَّ رَبِّكُمْ وَاحِدٌ وَ إِنَّ أَبَاكُمْ وَاحِدٌ لَا فَضْلَ‏ لِعَرَبِيٍّ عَلَى عَجَمِيٍّ وَ لَا لِعَجَمِيٍّ عَلَى عَرَبِيٍّ وَ لَا لِأَحْمَرَ عَلَى أَسْوَدَ وَ لَا لِأَسْوَدَ عَلَى أَحْمَرَ إِلَّا بِالتَّقْوَى

“Ey insanlar! Həqiqətən sizin Rəbbiniz birdir. Sizin atanız da (Adəm) birdir. Heç bir ərəbin əcəmdən (qeyri-ərəbdən), əcəmin ərəbdən, ağ dərili insanların qara dərililərdən və qara dərililərin ağ dərililərdən üstünlüyü yoxdur, üstünlük yalnız təqva ilədir”.[1]

Öz ardıcıllarını bir-biri ilə qardaş hesab edən bir din, irqlçiliyə necə bənzəyə bilər?

Din özünü bəyənməni, təkəbbürlüyü pisləyir. Hətta Quranın digər dinlərin ardıcılları ilə də sülh və vəhdətlə davranmağa əmr etdiyini görürük. Onları birliyə dəvət edir və ixtilaflı fikirləri kənara qoymağı əmr edir. Yəni onlarla belə irqçiliklə rəftar etmir.

“Ali İmran” surəsinin 64-cü ayəsində buyrulur:

قُلْ يَا أَهْلَ الْكِتَابِ تَعَالَوْاْ إِلَى كَلَمَةٍ سَوَاء بَيْنَنَا وَبَيْنَكُمْ أَلاَّ نَعْبُدَ إِلاَّ اللّهَ وَلاَ نُشْرِكَ بِهِ شَيْئاً وَلاَ يَتَّخِذَ بَعْضُنَا بَعْضاً أَرْبَاباً مِّن دُونِ اللّهِ فَإِن تَوَلَّوْاْ فَقُولُواْ اشْهَدُواْ بِأَنَّا مُسْلِمُونَ.

“De: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan “Allahdan başqasına ibadət etməyək, heç nəyi ona tay tutmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” kəlməsinə tərəf gəlin! Əgər onlar (bu çağırışdan da) üz döndərsələr, o zaman deyin: “Şa­hid olun ki, biz müsəlmanıq!”

Allah-taala burada qeyri-müsəlmanlara xitab edir və onları vəhdətə və irqçilikdən çəkinməyə dəvət edir.

“Bəqərə” surəsinin 194-cü ayəsində buyrulur:

وَقَاتِلُواْ فِي سَبِيلِ اللّهِ الَّذِينَ يُقَاتِلُونَكُمْ وَلاَ تَعْتَدُواْ إِنَّ اللّهَ لاَ يُحِبِّ الْمُعْتَدِينَ

Sizə qarşı həddi aşanlara qarşı siz də həmin öl­çüdə həddi aşın. Allahdan çəkinin (təqvalı olun, ifrata varmayın) və bilin ki, Allah təqvalılarladır”.

“Maidə” surəsinin 87-ci ayəsində buyrulur:

إِنَّ اللّهَ لاَ يُحِبُّ الْمُعْتَدِينَ

Həqiqətən, Allah həddi aşanları sevməz!

Həzrət Muhəmməd (s) buyurur:

قَالَ رَسُولُ اللَّهِ ص‏ مَنْ كَانَ فِي قَلْبِهِ حَبَّةٌ مِنْ‏ خَرْدَلٍ‏ مِنْ عَصَبِيَّةٍ بَعَثَهُ اللَّهُ يَوْمَ الْقِيَامَةِ مَعَ أَعْرَابِ الْجَاهِلِيَّةِ.

“Hər kəsin qəlbində xardal dənəsi qədər təəssüb­keşlik və irqçilik olsa, Allah onu Qiyamətdə cahiliyyətdəki ərəb­lərlə məşhur edər”.[2]

Dində əsla irqçiliyə yer yoxdur. Dinin göstərişləri irqçilik və ayrı-seçkiliyi tənqid edir. Dində, irqçilikdən fərqli olaraq, ədalət və əmin-amanlıq var, yerli-yersiz ayrı-seçkilik yoxdur. Təbii ki, başqa dinlərlə ziddiyyətli məsələlər var, lakin bu o demək deyil ki, İslam irqçiliyə yol verir. İslam dini səhv yollardan çəkindirir və bu kimi məsələlərdə fərqli yanaşmağa əmr edir. Əgər bir yol səhvdirsə, ona fərqli yanaşma heç də irqçilik deyildir və o demək deyil ki, biz kor-koranə olsa belə, o yolu getməliyik. İslam da həmin məsələlərə aydınlıq gətirir və düz yola yönəldir. Bu fərqləndirmə irqçilik demək deyil. Dinin özünəməxsus məntiqi var və bu məntiq bəşəri deyil, İlahi məntiqdir.

 


[1] “Mədənul-cəvahir və riyazətul-xəvatir”, s.21.

[2] “Kafi”, c. 2, s. 308.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter