Heyvanların dilini bilən Hz Suleyman (ə) Bayquşda hansı sualları soruşdu və hansı cavabları eşitdi?!


Bütün heyvanların və quşların dilini bilən Süleyman peyğəmbərlə (ə) bayquş arasında hikmət dolu bu dialoqun yaşandığını rəvayət edirlər.
- Niyə buğda yemirsən?
- Adəm əleyhissalam ona görə cənnətdən çıxarıldığı üçün.
- Niyə su içmirsən?
- Nuh əleyhissalamın qövmü suda boğulduğu üçün.
- Niyə həmişə xarabalıqlarda olursan?
- Xarabalıqlar Allah-təalanın mirasıdır...


Xalid İbn Vəlidin İmam Əli (ə) tərəfindən nəfəsinin kəsilməsindən kim və necə xilas etdi?!


Xalidin müqabilində Hz Əli (ə)-ın əksul əməli: Həzrət (ə), Xalidə üz tutub, buyurdu: Ey Xalid! Əbubəkr sənə nə göstəriş vermişdi?
Xalid dedi: Əmr etmişdi ki, sənin boynunu vuram! Buyurdu: Bu işi edəcəkdinmi? Dedi: Bəli, and olsun Allaha!Əgər namazın salamından qabaq o sözləri deməsəydi, səni öldürəcəkdim. Həzrət buyurdu: Ey anasız! Yalan deyirsən! Bu işi görən gərək səndən şücaətli olsun.
Sonra həzrət yerindən qalxdı. Yalnız iki barmağı ilə Xalidin boğazından yapışıb,elə sıxdı ki,o dəhşətli bir fəryad çəkdi. Az qaımışdı gözləri hədəqəsindən çıxsın.Camaat vəhşətə düşdü. Hər kəs öz fikrində idi. Xalid də Əli (ə)-ın əlində çabalayır və danışmağa qüdrəti yox idi. Sonra Əli (ə) Xalidin yaxasından tutub divara çırpdı. Əli (ə) Ömərə xitab edib buyurdu: Ey Səhhakın oğlu! And olsun Allaha! Əgər Peyğəmbər (s) tərəfindən əhd-peyman və Allah tərəfindən yazılmış yazı olmasaydı, görərdin ki, bizim hansımızın zəif və az qoşunu vardır.


Hz Əli (ə)-ın məsciddə Əbubəkr və Ömər üçün geniş surətdə dəlil və sübut gətirməsi Fədəkin kimə aid olmasını sübut etdi?!


... Qəsbkar qəzavət hökmlərindən xəbərsizdir! Həzrət Əli (ə) buyurdu: Müsəlmanların barəsində etdiyin hökmü üçün bizim üçün edirsən?
Əbubəkr dedi: Yox. Əli (ə) buyurdu: Əgər müsəlmanların əlində bir şey olsa və mən onu özüm üçün iddia etsəm, hansımızdan şahid tələb edəcəksən?
Əbubəkr dedi: Səndən şahid istəyərəm.
Əli (ə) buyurdu: Əgər mənim əlimdə bir şey olsa və müsəlmanlar onu özləri üçün iddia etsələr, məndən şahid istəyəcəksən?! Nə üçün Fatimədən şahid istəyirsən? Halbuki, Fədək onun əlində və ixtiyarındadır. Peyğəmbərin (s) həyatında və ondan sonra Fatimə (s.ə) onun maliki olubdur. Niyə müsəlmanlardan şahid istəmirsən?!
Əbubəkr susdu.Ömər dedi: Bu müsəlmanların qənimətidir. Biz sənin kəlamınla müqabilə edə bilmərik. Əgər ədalətli bir şahid gətirsəz, Fədək sizindir. Yox əgər gətirmədiniz, bu diyar müsəlmanların qənimətidir. Sənin və Fatimənin onda haqqı yoxdur!!! Mənbə: \"Fatimə Zəhra (s.ə) xütbəsi\" kitabı


Qurani Kərimdə günahlarla ömrünü keçirən insanlar verilən cavabsız suallar nələrdir?!


Cavabı olmayan suallar - Mübarək \"Tur” surəsində 15 dənə sual zikr olunmuşdur. Bunlar danlaq və ilzam üçündür ki, cavabları yoxdur. Məsələn bəzən sizlərdən biri kağız səhifəsini uşağın əlinə verirsiniz ki, yazsın. Sonra evə qayıdanda görürsünz ki, əyri-əyri xətlər çəkmişdir. Ona deyirsiniz: Sənə qələm vermədimmi? Sənin üçün nümunə yazmadımmı ki, bu cür pis xətlərlə yazmısan? Bunlara cavabı olmayan suallar deyilir. Allah-Taala on beş dənə bu cür suallarla buyurur: \"Yoxsa səbəbsiz yerə yaradıblar?! Yoxsa özünüz özünüzü yaradıbsız?!”
Bəhlul barəsində yazıblar ki, günlərin birində qəbiristanlıqda oturub bir insan kəlləsinin sümüyünü tapmışdı. Onu torpaqla doldurub sonra boşaldırdı. Bir nəfər gəlib soruşdu: Nə üçün bu cür edirsən? Dedi: İstəyirəm bildirəm ki, bu dünyada bu qədər iddialar edən bəşərin beyni necə də torpağa dönmüşdür!
Bir neçə il bundan qabaq Şiraz şəhərinin sursat anbarına od düşmüşdü. Hamı Allahın dərgahına pənah apardı, hətta ömrü boyu bir namaz qılmayan bir dəfə \"ya Allah” deməyən kəslər də. Nədən pənah aparmışdılar...


Ücb (Özündən razılıq) haqda Allah-Taala (c.c) Hz Davuda (ə) nə buyurmuşdur?!


...İslam Peyğəmbəri (s) buyurur: «Allah-Taala Davuda buyurdu: Ey Davud! Günahkarlara müjdə ver, siddiqləri (möminləri) qorxut. Davud ərz etdi ki, günahkarlara müjdə verim siddiqləri qorxudum? Allah-Taala buyurdu: Ey Davud! Günahkarlara müjdə ver ki, tövbələrini qəbul edər, günahlarını bağışlayaram. Siddiqləri qorxut ki, əməllərini bəyənib lovğalanmasınlar. Çünki mənə hesab verən bəndə (bağışlamasam) həlak olar». Mənbə: \"Kumeyl duasının şərhi (1-ci cild)\" kitabı.


Hansı üç dəstə insanlar qiyamətdə daha çox həsrət çəkəcəklər?!


Qiyamət günü – həsrət günüdür. İnsanların əksər hissəsi həmin günü hansısa əməli yerinə yetirmədiklərinə və ya yerinə yetirdiklərinə görə həsrət çəkəcəklər. Ancaq bu günü ən çox həsrət çəkənlər üç dəstə olacaqdır. Onlarla tanış olaq:
1. O kəs ki, axirətini başqasının dünyası üçün satacaqdır. Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü bütün insanlardan ən peşman olanı o kəsdir ki, axirətini başqasının dünyası üçün satmışdır”.
2. O kəs ki, ədalətdən dəm vurar, ancaq özü ədalətə riayət etməz. İmam Sadiq (ə) buyurur: “Qiyamət günü ən peşman olan şəxs o kəsdir ki, insanlar üçün ədalətdən danışar, ancaq özü başqalarına qarşı ədaləti rəva bilməz”...


Axirət əhli olmaq üçün Loğman Həkimin 2 tövsiyəsi nələr olmuşdur?!


Loğman oğluna deyir: “Oğlum! Dünyada iki şeyə riayət et ki, axirət əhlindən olasan:
1. Yaxşı yoldaş tap ki, səni axirət əhlindən etsin. Çünki əgər şər yoldaş tapsan, onunla əyləşmək səni cəhənnəm əhlindən edəcəkdir.
2. Dünyada sənə çatana qənaət et ki, sağlam yaşayasan”.
Qiyamət günü olan zaman bir dəstə deyəcəkdir: “«Vay olsun mənə! Kaş (mənim azmağıma səbəb olan) filankəsi (özümə) dost tutmayaydım»”. (“Furqan” 28).
İnsanın nəfsinə bir çox şeylərin təsiri vardır. Onlardan biri də insanın yoldaş olduğu insanlardır. İnsan istəsə də, isməsə də təsir qəbul edəndir. Fikirlərinin əksər hissəsini yoldaşları tərəfindən əldə edər. Bi mövzu həm elmi, həm təcrübə yolu isə isbat edilmişdir...


Tövbəni kamilləşdirən beş müstəhəb əməl hansılardır?!


Yaxşı olar ki, tövbə etmək istəyən insan bəzi müstəhəb qaydalara əməl etsin. Əslində tövbənin həqiqəti odur ki, insan qəlbində peşman olsun. Həmçinin bu peşmançılığı əməlində də nümayiş etdirsin. Haramlardan çəkinsin. Tövbənin özünəməxsus müstəhəb əməlləri vardır ki, onlarla tanış olaq:
1. Üç gün oruc tutmaq. İmam Sadiq (ə) buyurur: “Allahın əmr etdiyi Nəsuh tövbəsi – çərşənbə günü, cümə axşamı günü və cümə günündə oruc tutmaqdır”.
2. Tövbə qüslü almaq. Həzrət Peyğəmbər (s) buyurur: “Elə bir bəndə yoxdur ki, günah etsin, sonra peşman olsun və tövbə etsin, məgər o halda ki, Allah ona bağışlanma ilə nəzər salar”. Sonra Həzrət (s) tövbə etmək istəyən insana buyurur: “Ayağa qalx və qüsl al və Allah üçün səcdə et”...


Necə edək ki, hikmət bulaqları bizim də qəlbimizə axsın?!


Hədislərdə oxuyuruq ki, hər kim 40 gün ərzində Allah üçün niyyətini xalis edərsə, hikmət bulaqları qəlbindən dilinə axar. Bəs ixlasın bu dərəcəsinə necə çata bilərik?
Bəli, bir yol vardır ki, ariflər ixlas əldə etmək üçün 40 gün ondan istifadə edirlər. Bu yollar müşaritə, müraqibə və mühasibədir.
Hər kim bu məqama çatmaq istəyirsə, gərək hər səhər özü ilə şərt kəssin ki, günahlardan uzaq olacaqdır və ya hansısa məkruh işləri yerinə yetirməyəcəkdir. Sonra səhərdən axşama qədər nəfsinə nəzarət etsin və baxsın görsün, günah edirmi? ...


Bəni İsrail möminlərindən olan Qarunun cəhənnəmə getməsinin əsas amili nədir?


... Müqəddəs Qurani-Kərimin ayələrinə nəzər salanda görmək olur ki, cəhənnəm əhlinin ona düşməsinin səbəbləri çoxdur. Onlardan iki amil əsas hesab olunur. Biri namaz qılmamaqdır və o birisi isə yoxsullara əl tutmamaqdır. “(Onlara üz tutaraq soruşarlar:) «Sizi Cəhənnəmə daxil edən nədir?».
Deyərlər: “Biz namaz qılanlardan deyildik. Fəqirə və yoxsula təam verməzdik””. (“Muddəssir” 42-44).
Başqa ayədə oxuyuruq: “Onlara: «Allahın sizə ruzi olaraq verdiyindən (haqqı olan şəxslərə Allah yolunda) sərf edin!» - deyildikdə, kafirlər iman gətirənlərə: «Allahın istədiyi təqdirdə yedirə biləcəyi kəsəmi yemək verək?» – deyərlər (Allah onun ac qalmağını istəmişdir!) Siz yalnız açıq-aşkar azğınlıq içindəsiniz”. (“Yasin” 47).
Qarun – bu deyilənlərə aydın misaldır. Zəngin olmasına baxmayaraq, yoxsullara əl tutmazdı. Onun cəhənnəm əhli olmasının əsil səbəblərindən biri də məhz bu amildir...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter