Kişilərin naməhrəm qarşısında qısa qollu paltar geyinməyin hökmü necədir?


Kişilərin naməhrəm qarşısında qısa qollu paltar geyinməyin hökmü necədir?Bütün alimlər caizliyini demişlər, bəzi alimlər isə qeydiyyatı ilə birlikdə nəzər bildirib deyirlər: Əgər qısa qollu geyinmək xas fəsada yol aça onda geyinilməsi haram hesab olunur. (əxlaqi cəhətdən də uyğun olmaması nəzərə çarpır). Safi və Behcət aqa ehtiyat vacibə görə qısa qollu paltarı kişilərin geyinməkdən çəkinməsini lazım bilmişlər.


Həqiqi müsəlman olmaq üçün riayət edilməli 5 məsələ hansılardır?


Həqiqi müsəlman olmaq üçün riayət edilməli 5 məsələ hansılardır?Həqiqi müsəlman olmaq üçün beş mühüm məsələlər ki, onlara riayət etmək lazımdır, ibarətdirlər:
1. Etiqadi məsələlər. “Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, ...”. (“Ənfal” 2).
2. Əxlaq məsələləri. “(Həmçinin) böyük günahlardan və çirkin əməllərdən çəkinən ...”. (“Şura” 37).
3. İbadət məsələləri. “Həmişə kitabdan yapışan və namaz qılan kəslərin mükafatını zay etməyəcəyik”. (“Əraf” 170).
4. İqtisadi məsələlər. “Öz mallarını gecə və gündüz, gizlin və aşkar xərcləyənlərin Rəbbi yanında məqamlarına layiq mükafatları vardır”. (“Bəqərə” 274). 5. İctimai məsələlər. “Kim Allahı, Onun peyğəmbərini və iman gətirənləri sahib və başçı(sı) kimi qəbul etsə şübhəsiz, Allah firqəsi qalibdir”. (“Maidə” 56). Bu məsələlərə əməl etmədən həqiqi müsəlman olmağı iddia etmək problematikdir.


İt nəcasətindən də pis olan şey nədir?


İt nəcasətindən də pis olan şey nədir?Bu sualımızın cavabınıda İmam Əli (ə) əziz övladı İmam Həsənə (ə) belə buyurur: “Bunu yəqin bil ki, sən bütün arzularına çata bilməyəcəksən. Ölənə qədər çox yaşamayacaqsan. O kəsin yolunda gedirsən ki, səndən əvvəl getmişdir. Ona görə də dünyanı ələ keçirtməkdə sakit ol. Hər səy edən də istədiyi ruziyə çata bilməyəcəkdir. Nəfsini hər cür alçaqlıqlardan saxla. Baxmayaraq ki, səni hədəfinə çatdırar. Qul olma, çünki Allah səni azad xəlq etmişdir. Şər vasitəsilə əldə edilən yaxşılıq, yaxşılıq deyildir. O rahatlıq ki, çətinliklərlə əldə edilər, rahatlıq deyildir”. Nəticədə itdən nəsic olan şey insanın nəfis əsasında hərisliyi və istəkləridir ki, İlahi yoldan uzaq ola.


Müdrik çoban Həzrət İsaya (ə) hansı 6 həqiqət barədə danışdı?


Müdrik çoban Həzrət İsaya (ə) hansı 6 həqiqət barədə danışdı?İsa (ə) səfələrindən birində Çobanla rastlaşır. ... Çoban deyir: “Ey, Allahın peyğəmbəri! Mən bütün elmlərin 6 həqiqətini öyrənmişəm: 1. Zamana qədər ki, Allahın halalı süfrədədir, haram yemərəm. 2. Zamana qədər ki, düzlük və doğruluq vardır, yalan danışmaram. 3. Öz eybimi gördüyüm üçün başqalarının eybinə diqqət etmirəm. 4. Allahın xəzinələrini boş görməyənə qədər insanların mal və sərvətinə tamah etmərəm. 5. O zamana qədər ki, iblis həlak olmayıb, onun vəsvəsəsindən qafil olmayacağam. 6. Ayağımı behiştə qoymayınca əzabdan amanda olmayacağam. ... Həzrət İsa (ə) onun dediklərini təsdiq etdi. ...dedi: “Əvvəlinci və axırıncı elm elə sənin dediklərindir”. (Erfan)


Dilin gətirdiyi bəlalardan necə qorunaq?


Dilin gətirdiyi bəlalardan necə qorunaq?Dilin necə ki, insan həyatına ziyanları var, onun qarşısını almaq üçün yolunu da din təlimlərindən əldə etmək mümkündür. Hədislərə müraciət etməklə dilin ziyanlarından amanda qalmağı belə başa düşmək olar?
Həzrət Peyğəmbər (s) buyurur: “Bəndənin imanı o zamanadək düzəlməz ki, qəlbi düzəlsin və qəlbi də o zamanadək düzəlməz ki, dili düzəlsin”.
İmam Səccad (ə) buyurur: “Dilin haqqı odur ki, onu çirkin danışmaqdan qoruyasan və yaxşılıqlara adət verəsən, yersiz çox söz danışmağı kənara qoyasan, insanlara yaxşılıq edib, onlar haqqında yaxşı danışasan”. Nəticədə: Dilimizi günahdan saxlamaq üçün Allahı daha çox zikr edək və istiğfar edək.


Dinimizin nəzərində ən üstün xeyir nədir?


Dinimizin nəzərində ən üstün xeyir nədir?Bu sualı məsum İmamın sözü ilə cavablandırırıq. İmam Əli (ə) xeyri “Nəhcul-bəlağə”də belə şərh etmişdir: “İmamdan soruşrular ki, xeyir nədir? Cavab verir: “Xeyir bu deyildir ki, malın və övladın çox olsun. Bəlkə xeyir odur ki, elm və biliyin çox olsun”.


DÜŞMƏNLƏR QARŞISINDA BİZİM VƏZİFƏMİZ NƏDİR?


DÜŞMƏNLƏR QARŞISINDA BİZİM VƏZİFƏMİZ NƏDİR?İslam düşmənləri qarşısında müsəlmanların vəzifəsi budur ki, vəhdət yaradan amillərə üz gətirməli və təfriqə yaradan fikir və rəftarlardan uzaq durmalıdırlar. Allah-Taala bu vəzifəni Ali-İmran surəsinin 103 cü ayəsində və Ənfal surəsinin 46 ayəsində buyrmuş və tələb etmişdir.


İŞLƏRDƏ İRƏLİ GETMƏK ÜÇÜN NƏLƏR ETMƏK LAZIMDIR?


İŞLƏRDƏ İRƏLİ GETMƏK ÜÇÜN NƏLƏR ETMƏK LAZIMDIR?İşlərdə irəli getmək üçün dörd əsas qaydaya diqqət edilməlidir:
1-İşi dəqiq və eşqli seçmək, 2-İşi həyatın əsas hissəsinə yerləşdirmək, 3-Fürsətləri qənimət bilmək, 4-İşlərdə işyoldaşlarla birgə hərəkət \"haqq yolunda\" etmək.


KİŞİLƏRİN QIZILDAN İSTİFADƏ ETMƏSİ HARAMDIR, BƏS AĞ QIZIL NECƏ?


KİŞİLƏRİN QIZILDAN İSTİFADƏ ETMƏSİ HARAMDIR, BƏS AĞ QIZIL NECƏ?Əgər qızıl cinsindən hesab olunsa \"deyilən ağ qızılın kişilərin geyinməsi\" - icazəli deyildir, baxmayaraq ki, rəngi ağ belə olsa. (bu barədə Xamenei həzrətlərinin 2 dildə cavabını geniş məlumatımızda oxuya bilərsiniz).


İMAM ƏLİ (Ə) XƏLİFƏLƏRİN DÖVRÜNDƏ YAŞADIĞI MÜDDƏTDƏ ETDİYİ FƏALİYYƏTLƏR NƏLƏRDƏN İBARƏT İDİ?


İMAM ƏLİ (Ə) XƏLİFƏLƏRİN DÖVRÜNDƏ YAŞADIĞI MÜDDƏTDƏ ETDİYİ FƏALİYYƏTLƏR NƏLƏRDƏN İBARƏT İDİ?İMAM ƏLİ (Ə) xəlifələrlə (Əbu Bəkr, Ömər və Osmanın) yaşadığı dövrdə 7 əsas işləri görmüşdür:
1- Allah bəndəliyi şəxsiyyətinə layiqincə, 2-Quranın təfsiri, 3-Dünya alimlərinni suallarını cavablandırması,
4-Yeni şəri hökmləri cavablandırması, 5-Ruhu təmiz insanları tərbiyə etməsi, 6-Kimsəsizilərə arxa durması,
7-Xilafətdə olan siyasi məsələyə qarşı nümunəvi yol göstərmələri.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter