Haram məclislərdə oturmaq məcburi olsa vəzifəmiz nədir?


Haram məclislərdə oturmaq məcburi olsa vəzifəmiz nədir?Fiqh alimlərinin hamısı deyirlər: Pisliklərdən çəkindirmək üçün əgər şərait əldə olunması təsəvvür olunsa ki, təsir edə bilərsiniz qalmağınızın heç bir eybi yoxdur, qalmaq təsirsiz olsa onda məclisi tərk etmək zəruridir, bir halda zərurət miqdarında qala bilərsiniz ki, fitnə və fəsad yaranmasına mane olasınız. Bu qalmaq müddət mömin şəxsin təyininə bağlıdır.


Quran və hədis baxışında hansı məclislərdə iştirak etmək qadağandır?


Quran və hədis baxışında hansı məclislərdə iştirak etmək qadağandır?Mömin üçün hansı məclislərdə oturmağın haram olması haqda ayə və hədislərdən aşağıdakı nəticələr əldə olunur: 1. Günah məclisində iştirak, günahda iştirak kimidir; 2. Belə məclisdə iştirak edən şəxs, ya günahın qarşısını almalı, ya da həmin məclisi tərk etməlidir; 3. Belə məclislərdə sakit oturanın cəzası, günahkarların cəzası qədərdir; 4. Günaha yol verilməyən məclislərdə kafirlərlə oturmaq olar; 5. Günahkarlarla mehriban münasibət nifaq nişanəsidir. Çünki həqiqi müsəlman, ilahi hədlərin pozulduğu mühitdə rahat dayana bilməz.


Ən gözəl bəndə hansı xüsusiyyətlərə malik olmalıdır?


Ən gözəl bəndə hansı xüsusiyyətlərə malik olmalıdır?İmam Baqirin (ə) hədisinin baxışında ən gözəl bəndə bu xüsusiyyətlərə malik olar:
1.Ehsan edərək şadlıq yaradır, 2. Səhv edəndə bağışlanmaq tələb edir (səhvlərinə görə üzr istər), 3. Hədiyyə alanda təşəkkür etməyi unutmaz. 4. Çətinliyə düşüncə səbr yolunu tutar, 5. Əsəbləşəndə bağışlayar.


Əməl dəftəri nədir?


Əməl dəftəri nədir?Qurani-Kərimdə bir çox ayə vardır ki, orada Allahın insanların əməllərini yadda saxlanılması yazılmışdır. Bəs əməl dəftərinin mənası nədir? 1-Bəzi təfsirçilərin dediyinə görə, bu dəftər insanın ruhundan başqa bir şey deyildir. Orada bütün əməllər qeyd edilmişdir. Ya da ola bilər ki, bu dəftər bizim bədənimizin dərisi olsun və ya torpaq və ya səma olsun. Çünki onlar həmişə bizimlə olmuş və bizim keçmişimizdən xəbərdardırlar.
2- Əməl dəftəri insanın dünyada gördüyü bütün əməllərin həqiqətidir. Yəni, bu insan dünyada necə yaşamış, necə əxlaq nümayiş etdirmiş və ətrafdakıları ilə necə rəftar etmişdir - hamısı burada qeyd olunur. Beləliklə əməl dəftərini: Hər bir varlığın insan xeyrinə və ziyanına qiyamətdə şahədət verməsi əməl dəftəri kimi məna etmək olar.


Şeytanın üç səhvi hansılardır?


Şeytanın üç səhvi hansılardır?Biz dəfələrlə şeytanın dastanını eşitmişik. Ancaq şeytanın bu əhvalatından necə ibrət götürəcəyimizə diqqət etməmişik. Əgər ibrət götürsəydik, onun getdiyi yolu getməzdik. Öyrənək və onun səhvlərindən uzaq duraq. Şeytan üç səhv edib:
Birinci səhv: İblisi cənnətdən qovan onun təkəbbürü idi. İkinci səhv: Şeytan öz üsyanı ilə Allahın elm və hikmətini kiçik hesab etdi. Üçüncü səhv:. İblis (lən) bu qədər səhvinə görə süqut edir. Allah rəhmətindən qovulur.


Ayətullah Behcətin Muxtar Səqəfi barədə suala cavabı nə olmuşdur?


Ayətullah Behcətin Muxtar Səqəfi barədə suala cavabı nə olmuşdur?Ayətullah Behcətin cavabı belə olmuşdur: “Muxtar - namaz əhli ... və Muxtarı tanımaq üçün onun Əhli-beytin (ə) qatillərindən qisas almasına diqqət yetirməyimiz kifayətdir. Sonuncu qatili öldürdüyü zaman “indi rahatlaşdım, “indi ölsəm də qorxum yoxdur” deyib”.


Şeytanın (lən) bizdən istədiyi, amma dilinə gətirmədikləri nələrdir?


Şeytanın (lən) bizdən istədiyi, amma dilinə gətirmədikləri nələrdir? İnsanın həyatı boyu ona düşmənçilik edənlərin sayı heç də az olmur. Ancaq şeytanı bu düşmənlər içərisində ən güclüsü hesab etmək olar və O (lən) bizdən istəyib, dilinə gətirmədikləri: 1. İstədiyiniz hər sözü dilinizə gətirmək (ölçüsüz olsa belə). 2. Şeytanın dəstəsinə qoşulmaq. 3. Addım-addım şeytana yaxınlaşmaq. 4. Qumar və şərab əhli olmaq. 5. Əxlaqsız olmaq.6. Hər yeməkdən yemək. 7. Heç kimə kömək etməmək. 8. Gözünüzə nəzarət etməmək. Bunların hamısı Quranın tələblərinə ziddir və insanı bəxbəxtliyə sürükləyən amillərdir.


Quran baxışında bərəkətli yaşayışı əldə etmək üçün nələr etmək lazımdır?


Quran baxışında bərəkətli yaşayışı əldə etmək üçün nələr etmək lazımdır?\"Məcməül-Bəhreyn\" lüğət kitabına əsasən bərəkətin mənası çoxalmaq və davamlı olmağa deyilir. Eləcə də Quran və hədislərə əsasən bərəkəti yaradan amillər ibarətdirlər: 1. Allahı zikr etmək və Quran oxumaq, 2-İşləri başlayanda Allahın adını çəkmək, 3-Ata-ananın xeyir duası. 4-Qohumlarla əlaqəni yaratmaq, 5-Təqva və iman sahibi olmaq, 6- Ədalətli olmaq. 7-Vəhdətli yaşamaq və təfirqə yaradan yollardan əl çəkmək. ...


Kişi və Qadınların qarşılıqlı şəri borcları hansılardır?


Kişi və Qadınların qarşılıqlı şəri borcları hansılardır? Kişilərin xanımlarına nisbətdə şəri borcları ibarətdir: 1. Yemək və içməyini təmin etmək, 2. Şəninə uyğun geyimini təmin etmək, 3-Evlərinin ehtiyaclı vəsaitlərini ixtiyarında qoymaq, 4-Yaşayacaq ev ilə təmin etmək və 5-Fitri və ruhi ehtiyaclarını təmin etmək.
Xanımların həyat yoldaşlarına nisbətdə borcları ibarətdir: 1. Evdən yoldaşının icazəsi ilə bayıra çıxması, 2-Fitri və ruhi ehityaclarını doydurması, 3- Nifrət yaradan amilləri aradan qaldırması, 4-Özündə təmizliyə və gözəlliyə diqqət etməsi, 5-Nəzr və andını yoldaşının icazə ilə həyata keçirməsi.


Təzə müsəlman olmuş xanımla evlənməyin hökmü necədir?


Təzə müsəlman olmuş xanımla evlənməyin hökmü necədir?Bütün alimlərin baxışında raşidə xanımla icazə verilmişdir. Atası qeyri-müsəlman olan raşidə xanımın atasından icazə də gərək deyldir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter