Peyğəmbərin (s) rəvayətində dünya və axirət üçün faydalı olan əxlaqlar hansılardır?


Peyğəmbərin (s) rəvayətində dünya və axirət üçün faydalı olan əxlaqlar hansılardır?İslam maarifində hər bir əxlaq ki, insanın səadətinə səbəb olar bəyənilmiş sifətlərdən hesablanmışdır. Amma bir dəstə əxlaq və xüsusiyyətlər var ki, insanın onları etməsi ilə həm dünya və axirət səadətini gətirməsinə səbəb olur. Hansı əxlaqlardır ki, insanın dünya və axirətinə xeyirlidir onları Peyğəmbərin (s) hədisindən oxuyuruq: Peyğəmbər (s) buyurur 3 əxlaq var ki, insanın dünya və axirətinə eyni zamanda xeyir verəndirlər: 1-Əlaqələri kəsənlərlə əlaqəni yaratmaqda çalışmaq, 2-Sənə qarşı əlində şərait olan halda verməyən şəxsə qarşı səxavətli olmaq, 3-Zülm edənə qarşı qüdrət ələ keçəndə bağışlamaq.


Ömrü uzadan mənəvi səbəblər nələrdir?


Ömrü uzadan mənəvi səbəblər nələrdir?İnsanın ömrünü uzadan və bərəkətli edən səbəblər iki qismə bölünür. Təbii və mənəvi səbəblər. O dəstə mənəvi səbəblər ki, insanın ömrünü uzun edər ibarətdirlər: 1-Güclü iman və rəhman Allaha güvənmək və təvəkkül etmək. 2-Sədəqə vermək. (sədəqə beş yolla mümkündür.) 3-Allah yolunda infaq edib, yaxınlarla get-gəl etmək, 4-Gizli yaxşılıqlar etmək, 5-Günah etməmək,


Kimlər heç bir zaman behiştə getməyəcəkdir?


Kimlər heç bir zaman behiştə getməyəcəkdir?Qurani-Kərim baxışında insanların bəzisi heç bir zaman behiştə daxil ola bilməyəcəkdir. Bir neçələri ibarətdirlər:
1- Kafir və müşriklər, kafir hər bir üsuliddin və firuddinlərə qarşı müxalifətçilik deməkdir, 2-Təkəbbür əhli, Yəni hər bir şeyin onun kənarda qalması ilə haqqın düz yerdə olması düşüncəsi, 3-İlahi ayələri inkar edənlər. Həqiqətləri eşidib yenə də inadkarlıq üzündən müxafalifətçilik etməklər. Belə ki, Quran buyurur: “Şübhəsiz, səmanın qapıları Bizim ayə və nişanələrimizi təkzib etmiş və onların müqabilində təkəbbür göstərmiş kəslər(in üzün)ə açılmayacaq (ki, yaşadıqları zaman duaları və öldükdən sonra ruhları göyə getsin) və erkək dəvə iynənin gözündən keçməyincə onlar əsla Cənnətə daxil olmazlar. Biz günahkarlara belə əzab veririk”. (“Əraf” 40).


Nifrinlərin təsiri vardırmı?


Nifrinlərin təsiri vardırmı?Həqiqətdə nifrin etmək bir növ sənə zülm edəndən intiqam almaqdır. Halbuki, İslam dinində əfv və bağışlamaq daha fəzilətli hesab edilmişdir. Allah Təala buyurur: “Doğrudan da kafir olub küfr halında ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!”. (“Bəqərə” 161). İmam Baqir (ə) buyurur: “O kəs ki, bir şeyi lənətləyər və o da buna layiq olmazsa, lənət onun özünə qayıdar. Ona görə də möminin lənətindən çəkinin ki, məbada özünüz giriftar olasınız”. Məzlumun nifrini ən çox təsirə malik olmasi haqda İmam Sadiq (ə) buyurur: “Məzlumun nifrinindən qorxun ki, məzlumun nifrini göyə gedər”. Nəticə: Nifrin etməyin və məzlumların nifrinə seçilmiş şəxs olmayaq ki, təsiri insanıın məhvidir. Xüsusən də valideyinə hörmətsizlik və onların nifrini insanı dünya və axirət səadətindən məhrum edər.


Uşaq tərbiyəsində 3 mühüm hansı sahələr tərbiyə olunmalıdır?


Uşaq tərbiyəsində 3 mühüm hansı sahələr tərbiyə olunmalıdır?Tərbiyə üç mərhələdə olur: 1-Bədəni tərbiyə etmək, Uşağın bədənini tərbiyə etmək o deməkdir ki, uşağın cismini möhkəmləndirmək. Misal üçüb: Üzgüçülük, ox atmaq, at minmək - bunlar elə idmanlardır ki, uşaq cismini möhkəmləndirər və müqavimətini qüvvətli edər. 2-Əqli tərbiyə etmək, İslami və fitrtərə söykənən əqli düşündürmək, Yəni İfrat və təfritdən uzaq olaraq, onu düzgün yolla inkişaf etdirir. 3-Ruhu tərbiyə etmək. Ruhu tərbiyə etmək dedikdə ilk növbədə insan qəlbinin Allahın qüdrəti qarşısında həssas və ayıq olması nəzərdə tutulur. O zaman ki, insan qəlbi Allaha həssas olarsa, onun ruhu müstəqim yola hidayət olar. Yəni Allahı mütləq kamil və hər şeyə qadir təsəvvür ilə uşaq böyüsə ruhu düzgün tərbiyə olunar.


Peyğəmbərin (s) əxlaqından bir necəsinə işarə edin?


Peyğəmbərin (s) əxlaqından bir necəsinə işarə edin?Peyğəmbərin (s) dəyərli əxlaqlarından daha əhəmiyyətlilərin bir neçəsi bunlardır: 1-Səliqəli geyinirdi, zahiri geyimin gözəl olması insanın ruhunun gözəl olması üçün səbəb olandır, 2-Dişlərini, azğının təmizliyinə və iyisinə diqqətli idi, 3-Mübarək cismini təmiz saxlayırdı, paklıqdan əlavə çirkliyin olmaması üçün də vaxtını geniş qoyardı, 4- Ətirlənirdi, Ətir nə qədər çox istifadə olunsa israf deyil, Xoş iyi insanın idarəsini gücləndirən amil olaraq rəvayətlərdə tanıtdırılmışdır. 5-şövqlə namaz qılırdı, şövq üzündən olan ibadət cəhənnəm xilaskarı və beheşt qazancıdır.


Şeytanın kəsici silahı nədir?


Şeytanın kəsici silahı nədir?Qadınlarla hədsiz dost olmaq və onlara sonsuz əlaqə göstərməkdir. O, şeytan üçün kəsici qılınc olar. Fitnə yaradan hər bir rəftar şeytan üçün kəsici qılınc olur. Ən tez fitnə yaradan amil də xanımlarla şəri çərçivədən çıxmaqla dostluqdur.


Namazda diqqəti cəmləşdirmək üçün nələr etmək gərərik?


Namazda fikri və diqqəti cəmləşdirmək üçün əməl sahibləri bu işləri görməyi tövsiyə etmişlər: 1-namazı öz vaxtında qılmaq, 2-Ümumi və məscidlərdə namazı qılmaq, 3-Namazdan əvvəl azan, iqamə və dualara diqqət yetirmək, 4-Namazın zikrlərinin mənalarına diqqət yetirmək, 5-Diqqət aradan aparan əməllərdən çəkinmək. 6-Alim və əməl sahiblərinin həyatlarını oxumaq və ...


Haqq yolçuların yolazmalarının səbəbləri nələrdir?


Haqq yolçuların yolazmalarının səbəbləri nələrdir?Bəşəriyyətin hidayət olması zəruri bir məsələdir, Amma ondan daha əsası budur ki, düzgün yolda daha möhkəm əsaslara bağlanaraq yollarını azmasınlar. Bu müəqdiməyə əsasən deyirik bəzi insanlar yollarını aza bilərlər. İslam maarifinə əsasən haqq yolçuları 5 səbəbə əsasən yollarını azarlar: 1-Lazımi və zəruri məlumatları əldə etməmələri, bilməyib soruşmamaları və axtarmamaları, 2-Haqq məktəbin öndə gedənlərin səhv hərəkət və addımları, 3-İslama yad və düşmən olanların dünyəvi əməl və baxışlarda öndə olmaları, (inkişaf üçüm islamçıların zəruri çalışmalara başlamaları zərərləri dəff edər) 4-Haqq yolçularının sual və şübhələrinin cavabsız qalması, 5-Zahirdə yad və düşmən qrupların qələbəsinin görünməsi,


İslam mədəniyyətini məhv edən amillər nələrdir?


İslam mədəniyyətini məhv edən amillər nələrdir? İslam maariflərində Dini mədəniyyəti məhd edə biləcək amillər bunlardır: 1-İslama yad və düşmən olan baxışların müsəlmanların daxilində yayılması, 2-İslami baxışlara müxalif səhv yollardan (haram yollardan) müqəddəs hədəflərə çatmaq üçün istifadələr. 3- Həddən artıq yenilk və moda arxasında olmaqlar, 4-Təbəqələr arasında ayrılıq yaratmaq, 5-Riya və yaltaqlıq xəstəlik yaradan xüsusiyyətlərin yayılması. 6-Fəsad baxış və rəftarların azad yayılması,


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter