Şeytanın kəsici silahı nədir?


İmam Əli (ə) buyurur: “Fitnə və fəsad bir neçə şeydən meydana gələr. Onlardan biri isə qadınlarla hədsiz dost olmaq və onlara sonsuz əlaqə göstərməkdir. O, şeytan üçün kəsici qılınc olar”. (Tebyan)
İmamın (ə) bu nurani kəlamının daha da aydın olması üçün deməliyik ki, bu sözlər bütün qadınlara aid edilməmişdir. Bəlkə İmamın (ə) nəzərində olan bu qadınlar (ə) ətəyi və iffəti çirklənmiş qadınlardır. Halbuki möminə qadınların əksər hissəsi pak ətəkli və iffətlidirlər. Buna Həzrət Zəhranın (s.ə) özünü misal göstərmək olar ki, İmam (ə) ona qarşı nə qədər sevgi bəsləyirdi. O, bütün müsəlman qadınlar üçün örnək və nümunədir.
Ancaq hədisdə adı çəkilən qadınlar həqiqətən də şeytanın silahıdırlar ki, bəzi müsəlman kişiləri öz ailə ocaqlarından ayrı salır və fitnə və nifaqa səbəb olurlar. Ya da elə öz həyat yoldaşı olmasına baxmayaraq, onu məhvə sürükləyir. Bu silah çoxdur və hər yerdə ona rast gəlmək olar.
Tarixə nəzər salaq buna dair çox sayda nümunəyə rast gəlmək olar ki, bu qadınların ardınca gedib, dünya və axirətlərini məhv etmişdilər. Çünki insan bu zaman öz eyblərini görməz olar. Bu qadınlar da ondan sui-istifadə edərlər.
Qadın bəzən kin və bəzən də düşmənçilik vasitəsinə çevrilər. Misal üçün Qabil bir qadına görə qardaşına kin bəsləyir və nəhayət onu bir qadına görə öldürür. Hədislərdə oxuyuruq ki, huri (mələk) Habil üçün və cindən olan qadın isə Qabil üçün göndərilmişdi ki, bu da onların arasında düşmənçilik yaradır.
Lutun arvadının rəftarına görə idi ki, peyğəmbər qonaqlarını qorumağa çalışır. Bir qadının hiylısindən idi ki, Yusif (ə) peyğəmbər zindanda yatır. Qəddar ibni Salef bir əxlaqsız qadına ürək verdiyi üçün Salehin dəvəsini kəsir və qəbiləni həlak edir.
Bir qadına əlaqəyə görə idi ki, Bələm dağa çıxır və Musa (ə) öz qəbiləsini nifrin edir. Quran onu itə bənzədir.
Bir qadına olan əlaqəyə görə idi ki, Yəhya peyğəmbərin (ə) başını kəsib həmin qadının önünə qoyurlar. Həmçinin bir qadının vəsvəsəsinə görə idi ki, Həmzə (ə) şəhid olur və ciyəri bədənindən çıxardılır. Bir qadın idi ki, Xeybərdə Peyğəmbərə (s) zəhərli ət yedizdirir. Qutam adlı bir qadına görə idi ki, Mülcəm İmam Əlini (ə) zərbətləyir. Bir qadının səhvinə görə idi ki, Cəməl döyüşü olur və 30 min insan qətl edilir. Napak qadının fitnəsi nəticəsində İmam Həsən (ə) zəhərlənir. Həmçinin bu cür qadının fitnəsindən İmam Təqi (ə) 25 yaşında şəhid olur.
Bu cür minlərlə hadisənin adını çəkmək olar ki, hamısında da bu cür qadınların əli olmuşdur. Ancaq bunun əksi olaraq, o qədər iffətli qadının adını çəkmək olar ki, onların cəsarəti və igidliyi sayəsində minlərlə alim və Allah yolunda canından keçən şəhidlər tərbiyə edilmiş və cəmiyyətə təqdim edilmişdi. Həmçinin əri üçün bir dayaq və sirdaş olmuşdur. Bu qadınların başında isə Həzrət Zəhra (s.ə) durur ki, tərbiyə etdiyi hər bir övladı bir dəyərli gövhər və dürdür. Deyerler.org
NƏitcədə: Mömin şəxslər bilmədilidirlər ki, hər bir əməl və rəftar ki, fitnə yaradar o şeytan üçün kəsici qılınc olar. Naməhrəmlərin bir-biri ilə əlaqəsi şərti çərçivədən qıraq olan halda şeytanın qılıncının daha tez əsərli olmasına gətirib çıxarır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter