Hansı ibadətlər daha üstündür?


Hansı ibadətlər daha üstündür?İslam dinində hansı ibadət başqalarından daha çox üstündür?- sualına dəqiq cavab vermək çətindir. Ancaq hədislərə əsasən ibadətləri savablarına görə şərti olaraq belə sıralamaq olar. 1. Allahın zikri. daimi və diqqətli zikrlər, 2. Namaz. Əhli-Beyt (ə) aşiqlərinin namazı vacib və müstəhəblərdən ayrılmaz olar, yəni gecə namazında diqqət sahibidirlər. Başqa sözlə desək 51 rükət Əhli-Beyt (ə) davamçılarının nişanəsidir. 3. Fərəcin intizarı. İmam Zamanın (ə) gəlişinə uyğun dua və əməllərin edilməsi, 4- Əhli-beytin (ə) vilayəti. Əhli-Beyt (ə) məqamını qəbul etmək onların seçdiyi ilahi yolda addımlamaq, 5. Ən çətin işlər - ən üstünləridir. Çətin olsa daha sevimli olar, çətin ibadət eşqin əlamətidir, 6. Niyyətin dəyəri, Allahı yeganə söykənəcək tanımaq, 7. İnsanları doyuzdurmaq. Başqlarına rəhm ibadət üçün ilahi yardımlara səbəb olar, 8. Saleh əməl. Hikmət verici əməllərə yönəlmək,


Hansı hallarda sirri aşkar etməyə icazə verilir?


Hansı hallarda sirri aşkar etməyə icazə verilir?İslam maarifində başqalarının sirli əməl və sözlərini açmağa qadağa qoyulmuşdur. Hər bir qadağalarda müstəsna hallar olduğu kimi bu məsələ haqqında də bəzi qeyd olunan hallar var ki, onda sirri saxlamaq haram deyil hətta saxlanılması qadağan olunur. Yəni 6 haldır ki, sirri ifşa etmək olar: 1. Məhkəmədə. məzlumun haqqını müdafiə etmək gərəksə, 2. Münkəri nəhy edəndə. Alim şəxs bunu edə bilər. 3. Təhlükənin qarşısını almaq üçün. deyilməməsi çoxlu fəsadlar törədər ona görə desin, 4. Ziyan vura biləcək adam barədə məsləhət zamanı. Əgər islahatçı şəxs sirri tələb edə ki, onu bilməklə çoxlu fəsadları aradan qaldıracaq onda demək lazımdır, 5. Cəza təyin edilən zaman. Sirr sahibi bəyan edəndə şahidləri də özü ilə olsun, 6. Aşkar fasiqin. Onun çirkin işləri deməklə başqalarını faqisin fəsadlarından amanda saxlamaq məqsədi ilə.


İmam Rzanın (ə) münazirələrinin gözəgələn faydaları nələrdir?


İmam Rzanın (ə) münazirələrinin gözəgələn faydaları nələrdir?Peyğəmbərdən (s) sonra İmamların öhdəliklərindən biri də bu idi ki, İslamın həqiqi yolunu bəyan və aydın etsinlər. Necə ki, İmam Sadiq (ə) çoxsaylı tələbələrə dini maarifləri bəyan edirdi. İmam Rza (ə)-ın dövründə də bu şərait yarandı ki, İmam Rza (ə) başqa yolla bu öhdəliyini yerinə yetirsin. İmam Dövründə haqqı bəyan etmək yolu onun münazirə və mübahisə etməsi ilə mümkün idi. sualımız budur ki, bu münazirə ilə hansı faydalı ələ gətirdi İmam bu addımı atmağa razı oldu? Cavabda deyirik İmamın münazirələrdən gözəgələn İslam ümməti üçün faydaları bunlardan ibarətdir: 1-İslam ümmətində müxtəlif baxışları düzgün yola yönəltmək, 2-Başqa ölkələrin təhrifi baxışlarını daxil olmasının qarşısını aldı, 3-O zaman Mötəzilə qrupunun baxışının rövnəqlənməyinin qarşısını aldı, 4-Zamanın hakiminin sui niyyətlərinin qarşısını aldı, 5-Azad fikirlərin genişliyinə şərait yaratdı, 6-Münazirə ilə İmam müxaliflərin düzgün yolda olmadığını sübut etdi, yəni sübut etdi ki, naqisdirlər deməli haqq Əhli-Beytlədir məktəb də budur.


Gecə namazı haqqında bir neçə hədis gətirin?


Gecə namazı haqqında bir neçə hədis gətirin?Gecə namazı Peyğəmbərdən (s) üçün vacib və möminlərə isə savab qazandıran əməl hesab olunur. Gecə namazı haqda bir neçə hədis gətirsək bu gözəl 3 hədisi deməyimiz yerinə düşər. Peyğəmbərdən (s) belə hədislər gəlmişdir: 1-\"Gecə namazı qılın çünki bu Peyğəmbərinizin bəyənilmiş sünnətindəndir, və sizdən öncəki saleh insanların adətlərindəndir, eləcə də bədəninizin dərd və ağrlarını uzaqlaşdıran əməldir\". 2-Eləcə də o həzrətdən başqa bir hədisdə gəlmişdir: \"Hər zaman bir bəndə Allahı ilə gecənin qaranlığında və gecənin yarısında (hamı yuxuda olan halda) Allahı ilə xəlvət edə və danışa (namaz qılmaq və Quran oxumaqla) Allah bir nur (onu səadətə çatdıran) qəlbində yerləşdirər ... sonra isə mələklərinə deyər: Ey Mənim Mələklərim! Bəndə nəzər salın ki, gecənin yarsında boş və hədəfsiz yaşıyanlar ləğv işlərlə məşğuldurlar və qafillikdə olanlar isə yatıblar, mənimlə künclənmişdir, siz şahid olun ki, mən onu bağşladım\".


Arif və ayətullan Noxudəki imam Xomeyniyə namazdan sonra hansı əməlləri etməyi tövsiyə edir?


Arif və ayətullan Noxudəki imam Xomeyniyə namazdan sonra hansı əməlləri etməyi tövsiyə edir?İmam Xomeyni böyük əxlaq və irfani əməllərə sahib şəxsiyyətdir 30 yaşında Məşhəddə olanda Arif və müctəhid olan Noxudəki adlı bir şəxsiyyətlə görüşür ona deyir ki, mənim üçün faydalı bir tövsiyə əta ellə o deyir ki, namazdan sonra bu əməlləri gör ruhunun inkişafına səbəb olar, çünki hər bir ibadətlər inkişafdır amma hər birinin öz ölçüsündə təsirləri var. O əxlaq müəlliminin namazdan sonra əməllər tövsiyələri bunlardır: 1-Bir dəfə “Ayətül-kürsünü” oxu. 2- Həzrət Fatimənin (s.ə) təsbihini et. 3-Üç dəfə “Tövhid” surəsini oxu. 4-Üç dəfə salavat deyirsən. 5-Üç dəfə “Təlaq” 2-3 ayəsini oxuyursan. (diqqət edək ki, böyük əxlaq müəllimi Xomeyni həzrətləri bu şəxsdən əməllər tösviyələri alır).


Əxlaqi geriliyin səbəbləri nələrdir?


Əxlaqi geriliyin səbəbləri nələrdir?İnsanların əxlaqı üstünlük əldə etməsi daxili kəmal tələbliyindən irəli gəlir. Əgər əməlləri inkişaf üçün olmasa dayan halı olsa zamanə və cəmiyyətin inkişaf olduğu halda və ehtiyacların artması ilə insanların əxalqı və yeniliklərlə uyğunlaşa bilmədiyi üçün səhv yollara yönələ bilər. Əxlaqı pozan əsaslar Quran və rəvayətlərdə baxımından bunlardır: 1-Allahdan uzaqlaşmaq, 2-Şeytanın hiylələri, 3-Daxili istəklər, 4-Gunahlar, 5-Uzun uzadı istəklər, 6-Tamahkarlıq, 7-Dünya pərəstlik, 8-Qəflət və özünü yaddan çıxarmalar, 9-İsrafkarlıqlar, 10-hədsiz kasıbçılıq və sərvətə başın qarışması,


Malik Əştərin nə belə xüsusiyyətləri var idi?


Malik Əştərin nə belə xüsusiyyətləri var idi?Malik Əştər Əli (ə)-ın ən yaxın dostlarından idi. o həddə böyük dərəcəyə çatmışdı ki, Əli (ə)-dan belə söz gəldiyi söylənilir: Malik mənim ucun mənim Peyğəmbər (s) ucun olduğum həddədir. O böyük səhabənin hansı xüsusiyyətləri var idi ki, Əhli-Beyt (ə) baxışında belə üstünlüyü əldə etmişdir. Malik Əştərin yaşayışından istifadə olunan xüsusiyyətləri bunlardır: 1. Vilayəti qəbul etmişdi. 2. Siyasi işlərə rəhbərlik etməkdə əsl siyasətçi idi. 3. Fəsahət və bəlağət. 4. Cihad və hicrət əhli idi. 5. Düşməni tanıyırdı. 6. İslami dəyərləri müdafiə edərdi. 7. Xeyirxah və səbirli idi.


Hansı amillər ruzini azaldır?


Hansı amillər ruzini azaldır?Musalmanlardan bir dəstəsi deyir ki, ruzini artiran əməlləri yerinə yetirirəm amma yenə də yaşayışım çətinlikdədir. Bəs bu sözlər və əməllər necə olur ki, nəticə vermir. Cavabında deyilir ki, ruzini artıran amillər olduğu kimi onu azaldan səbəblər də mütləq olmalıdır. İslam maarifində ruzini azaldan amillər ibarətdirlər: 1. Tənbəllik. 2. Proqramsızlıq. 3. Allahdan qeyrisinə təvəkkül etmək. 4. Günah və itaətsizlik. 5. Zinakarlıq. 6. Pis əxlaq. 7. İsrafçılıq. 8. Əmanətdə xəyanət.


Allahin məhəbbətini cəlb edən əməllər hansilardir?


Allahin məhəbbətini cəlb edən əməllər hansilardir?Islam təlimlərində coxlu əməllər vardir ki Allah məhəbbətinin cəlb edən əməllər kimi qeyd olunmusdur. əsaslarindan sadalayiriq: 1- Iman və saleh əməl. 2-Gunahlardan pesman olmaq, 3-Həsənə əməllər,
4-Mustəhəb əməllər gecə namazi əsas qeyd olunmusdur, 5-Davamli duallar, 6-Cətinlikdə səbirli olmaq,
7-Qohumlarla əlaqədə olmaq, 8-əxlaqli olmaq, 9-Duzgunluq, 10-Dini qardasla get-gəl edib kasiblara yardim etmək, 11-Salavati təkrarlamaq, 12-Quran oxumaq, 13-Oruclulara iftar vermək, və sair. Bunu da qeyd etmak lazimdir ki, Ilahi məhəbbəti cəlb edan əməllər eyni zamanda gunahlari da məhv edən əməllərdir.


Hansı insanlara cəhənnəm odu yaxın düşməyəcək?


Hansı insanlara cəhənnəm odu yaxın düşməyəcək?O kəslər ki, hesab vermədən behiştə daxil olarlar, cəhənnəm atəşi onlara haram olar. Ancaq hədislər bəzi insanların adını çəkmişdir ki, onlar cəhənnəm atəşindən xilas olmuşlardır. Onlardan bir neçəsinə işarə edək:
1. Allah qorxusundan ağlayan gözlər. 2. O kəslər ki, öz qəzəblərinə nəzarət edərlər. 3. O kəslər ki, Əhli-beyti (ə) yada salan zaman ağlayarlar. 4. Rüku və səcdə edənlər. 5. O kəs ki, Rəcəb ayının 7 gününü oruc tutar. 6. Əmmar Yasir. Hədisdə gəlir ki, Peyğəmbərimizin (s) və İmam Əlinin (ə) sadiq silahdaşı olan Əmmar Yasirə cəhənnəm odu yaxın düşməyəcək: “Əmmarın əti və qanı atəşə haramdır”. Musalmanlar da bu insanlarin hayatina baxmaqal onlar kimi mujdalanmayi bacara bilarlar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter