Kimlər nicat tapanlardır?


Kimlər nicat tapanlardır?Hidayət və nicat tapmaq hər bir möminin hədəfi və əməlinin nəticəsidir. Amma gərək bilək ki, hansı əməlləri edək və hansı fikirləri özümüzdə cəmləşdirək ki, nicat tapaq. Bu haqda 4 əsas amili nicat səbəbi kimi tanıtdırmaq mümkündür: 1. Allaha, Peyğəmbərə (s) iman bəsləmək, Allah yolunda hicrət və cihad etmək. 2. Allah və Peyğəmbərinə (s) itaət etmək və İlahi təqvaya riayət etmək. 3. Həqiqəti istəmək. 4. Nəfsin islahı.


Qadın nə edəndə, ailəyə ziyan vurur?


Qadın nə edəndə, ailəyə ziyan vurur?İslam maarifi qadına belə dəyər verir! Ki, əgər ailə və həyat yoldaşına xidmət etsə Mücahid fi səbilillahdır. Amma qadın bilməlidir ki, ailə həyatında əgər bəzi əməlləri və xüsusiyyətiləri özündən uzaq etməsə Allah eləməmiş ailə və həyat yoldaşını incitmiş olar. O xüsusiyyətlər ki, ailə mühitinə mənfi təsir edir İbarətdirlər: 1. Ərinə əziyyət vermək. 2. Ərinə təşəkkür etməmək. 3. Həyat yoldaşından yersiz şeylər istəmək. 4. Ərinə minnət qoymaq. 5. Ərlə mehriban olmamaq. 6. Ərindən başqası üçün bəzənmək.


Sehr və cadı haqda qısa məlumat verin?


Sehr və cadı haqda qısa məlumat verin?Sehr və cadı etmək İslam baxışında icazəli deyildir. Amma mümkündür ki, imansız və Allahın nəhylərindən xəbərsiz olanlar tərəfindən edilsin. Mənası budur ki, sehr və cadılar insan həyatında dəyişdirici qüdrətə malik ola bilirlər. Necə ki, virus insanın canına keçə bilir. Amma bunların qarşısında çarə tapmaq mümkündürmü sualını xoşbəxtlikdən müsbət cavablandırırıq. İmam Sadiqdən (ə) nəql olunur ki, Fələq və Nas surələrini gecə-gündüz 3 dəfə oxumaq və ya dua kitablarında məxsus duaları deyilən xüsusi qaydaları ilə etmək insanın başqalarının etdiyi şərlərdən amanda qalmağına kömək edir.


İmam Zamanın (ə) varlığının hədislərdə dəlilləri nələrdır?


İmam Zamanın (ə) varlığının hədislərdə dəlilləri nələrdır?İmam Zaman (ə) 3 dəlilə əsasən bütün zamanlarda var və olması lazımdır: 1-Xilqətin yaradılışının əsas hədəfi onun səadətə çatması qərar verilmişdir, Bunu da seçilmiş şəxs edə bilər hansısa bir zamanda belə bir şəxs olmasa hədəfin ziddinə baş verən hadisə olmuşdur. Bu da hikmətli Allahdan təsəvvür olunmayan bir hərəkətdir, 2-Neçə cəhətdən İmamın olmasının zəruriliyi: a) Peyğəmbərin xətmi dinin qoruyucusu seçilməsini tələb edir. b) Siyasi hidayət üçün hidayətin hansı yönə düzgün olmasını təyin edən şəxs gərəkir, çünki siyasi hidayətçi qanunları düzgün yola yönəldir və sonucunda cəmiyyət maddi və mənəvi istiqamətdə hədəflərinə çata bilir, c) bütün hidayətçilərin canişinlərinin olması, İslam dininin də bu qaydadan kənarda qalması təsəvvür olunası deyil. 3-Məsum İmamın hər zamanda olmasının zərurliyi də tələb edir ki, İmam Zaman (ə) on birinci İmamın şəhadəti ilə davamçı olaraq yaşamalıdır.


Hansı dəlillərə əsasən cəmiyyətdə hicab olmalıdır?


Hansı dəlillərə əsasən cəmiyyətdə hicab olmalıdır?İslam maarifinə diqqət yetirdikdə 4 əsas fəlsəfə hicabdan istifadə haqda deyilir: 1-Bütün kişi və qadınların borcudur ki, cəmiyyətdə başqalarının namusuna qarşı tamahkarlıqdan uzaq dursunlar, 2-Bütün müsəlmanların borcudur ki, iffət və namuslarına qarşı qeyrətli olsunlar, və fəsad yaradan şəraitdən yan gəzsinlər, 3-Qadınlar gərək gözəlliklərini gizlətsinlər ki, naməhrəm kişilərin diqqətlərini özlərinə cəlb etməsinlər, 4-Hicab qadın və müsəlman cəmiyyəti üçün müəyyən bir əqidə davamçılığının əlamətidir,


İmam Zamanı (ə) kamil tanımağın yolları hansılardır?


İmam Zamanı (ə) kamil tanımağın yolları hansılardır?Axtarışımızın sonucundan 3 əsas yol İmam Zamanı (ə) tanımaq üçün tövsiyə olunur: 1-Həyatının tarixini dəqiqliklə mütaliə edib sünnəsini dəqiqliklə əldə edək, 2-Onların sözlərində təfəkkür etməklə, baxış və yollarını tapmaq mümkündür. 3-Allaahı tanımaq, yəni Allahın sifətlərini yaxşı tanısaq o zaman onun seçdiyi insanların da həyat tərzi və sünnəsini düzgün başa düşərik.


Kişinin hansı xüsusiyyətləri ailədə ciddi problem yaradır?


Kişinin hansı xüsusiyyətləri ailədə ciddi problem yaradır?İslam maarifində kişilərin bu rəftarları ailə istiliyinə ziyan vurucu səbəblər tanıtdırılır: 1. Həyat yoldaşına əziyyət vermək. əziyyət səmimiyyəti aradan qaldırır, 2. Pis əxlaq. Xoşbəxtliyin və həmfikirliyə ciddi ziyan veirici amildir, 3. Simiclik. Aİlə üçün rifahın daraldırması, inkişafın və geniş baxışlılıq xərab edici amili kimi qeyd olunur. 4. Tədbirsizlik. Ailənin ethiyaclarını nəzərə almamaq və ailəyə heç vaxt ayırmamaq. 5. Yenilik arxasınca olmaq, Ailənin ruhuiyyəsinə və mədəniyyətinə uyğun olmayan baxışları ailə mühitinə yükləmək, onların ziddiyyətli hərəkətlərinə səbəb olur, 6. Yersiz qeyrət göstərmək. Yersiz qeyrət və çoxlu sıxıntılar yaratmaq ailənin etimadının sarsılmasına şərait yaradar.


Arzulara çatmağın 4 yolu nələrdir?


Arzulara çatmağın 4 yolu nələrdir?İnsanlar çox zaman bu fikirdə olurlar ki, necə edək ki, (istəklərimizə istər dünya və istərsə də Axirət istəklərimizə) çataq. Qurani-Kərim arzularımıza çatmaq üçün 4 yolu tövsiyə edir: 1-Ümid. çalışqanlığın hərəkət amilidir, 2. Təvəkkül. Hər şeyin Allahın əlində olmasına inanmaq ki, hər bir mümkün olmayanlar onun əmri ilə olandır, 3. Təfəkkür. Hədəf seçmək bütün insanların xoşbəxtliyinin amildir? Amma onun yolunu da düşünmək daha lazımlıdır, çünki əyri yol insanı hidayət etməməkdən əlavə qayıdılmaz yola salar, 4. Dua. İnsan Allah mərhəmətini qazanmasının amildir, Alim Allah dua nəticəsində düzgün yolun hansı olduğunu tapmasına kömək edər. Bu dörd yoldan istifadə edərək haqq və hidayət edici arzula çatmaq mümkündür. Diqqət edək ki, bəzi istəklər yerinə yetmir, çünki onun həqiqətdə şərr olduğuna görə Allahın mane olmasına səbəb olur.


Elmi məsələləri asan öyrənmək üçün hansı yollar tövsiyə olunur?


Elmi məsələləri asan öyrənmək üçün hansı yollar tövsiyə olunur?Elmli olmaq bütün kamillik arxasında olan insanların arzusudur. Amma öyrənmək düzgün yollarla baş verməsə cahillikdə daha dərin yollara düşməyə səbəb olar. Çünki cahilikdən əlavə şübhələr də insanın yolunu azmağa daha çox səbəb olar. Elmi məsələləri düzgün və asan əldə etmək üçün yollar bunlardır: 1-Geniş elmi məsələləri bölmə-bölmə başa düşüb, öyrənmək, 2-Hər bir şeyi öyrənəndə onun özünü düzgün təsəvvür edib sonra elmini öyrənməyə üz gətirmək, 3-Öyrənmək istənilən hər bir şeyin zahiri mənasını nəzərə alandan əlavə daxili istəyini və mənasını başa düşməyin zəruriliyi, 4-Elmi məsələləri hansı yerdə və kimdən öyrəndiyinə də diqqət etsin, 5-Keçmişdə öyrəndiklərini təkrarlasın, 6-Zehində mətləbləri bir-birinə aid düzəltməyə diqqət yetirmək, 7-Oxunan hər bir məsələ haqqında sual və şübhə yaratmaqla cavabını ələ gələn mətləblərdən tapmaq, 8-Öyrəncilik zamanında qüvvəsinə inanmasının zərurliyi, və hər bir şeyi öyrənməyin mümkünlüyünü düşünmək, 9-Hər elmi mövzu haqqında yavaş-yavaş öyrəncilik etməyin gərəkliyi, tez bir zamanda hər bir şey haqqında haqqı tez tapmaq axtarmadan mümkün deyil. İmam Sadiq (ə) buyurur: üç əməl insanın yaddaşlığın qarşısını alan səbəb olur: 1-Quranı oxumaq, 2-Oruc tutmaq, 3-Dişi fırçalamaq.


Tövbəmizi sındırmamaq üçün hansı əməlləri edək?


Tövbəmizi sındırmamaq üçün hansı əməlləri edək?Tövbə yəni söz vermək. Hər bir ağıllı insan inanır ki, verilən sözə əməl etmək insanın şəxsiyyətinin və vicdanının tələbidir. İnsanın sözünə əməl etməsi onun hörmətini saxlaması deməkdir. Din təlimlərində tövbəni sındırmamaq üçün necə əməllər tövsiyə edilmişdir: 1-Gunah məclislərində iştirak etməmək, 2-Gunaha salan dostlardan uzaqlaşmaq, 3-Günah qarşısında çoxlu zikrlərdən istifadə, 4-Gunahın ziyanları haqda düşünmək, 5-Günahkarların həyatının sonucu haqda düşünmək, hər günahkar əzabsız qalmaz, 6-Din təlimlərindən günahlar haqqında əzabların deyilməsi haqqında düşünmək, eləcə də tövbəkarın savabları haqda düşünmək, 7-Həyatını düzgün əməllərlə doldurmaq, boş işlərə zamanı xərcləməmək,


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter