Hansı irs dəyərli axirət azuqəsidir və o azuqəni nələrlə düzəldək?


Hansı irs dəyərli axirət azuqəsidir və o azuqəni nələrlə düzəldək?Saleh övlad Qiyamət üçün azuqədir. Onları axirət azuqəsi etmək üçün övladların tərbiyəsi üçün üç əsas məsələyə diqqət yetirmək gərəkir. Onların: 1)Etiqadını düzəltmək. «Ey Rəbbim, (sonralar Məkkə adlandırılacaq) bu şəhəri təhlükəsiz hərəm et və məni və oğlanlarımı bütlərə ibadət etməkdən uzaq saxla!». (“İbrahim” 35). 2) Əməl. «Ey Rəbbim, məni namaz qılanlardan et, həmçinin övladlarımdan (da namaz qılanlar et)! Ey Rəbbimiz, duamı qəbul et!». (“İbrahim” 40). 3) Əxlaq. «Ey Rəbbimiz, bizi Özünə (əmrlərinə) təslim et, övladlarımızdan da Sənə təslim olan ümmət (yarat), bizim (Həcc, qurban kəsmək və qurbanlıq yerləri kimi) ibadət əməllərimizi bizə göstər və bizə nəzər sal ki, həqiqətən çox mehriban, tövbələri qəbul edən və rəhmli Sənsən!». (“Bəqərə” 128).
Nəticədə: İnsanın ən dəyərli azuqəsi ilahi qəzavətdə övladın saleh olmasıdır. saleh övladın əsas üç təribəyəsinə diqqət yetirmək gərəkir: Etiqadı. əməl və əxlaqıni düzgün istiqamətləndirmək.


Dualarımızın qarşısını alan bütlər nələrdir?


Dualarımızın qarşısını alan bütlər nələrdir?Ali dini Rəhbərin “Dua” kitabının tövsiyələrində 3 amili duanın qarşısını alan bütlər tanıtdırılmışdır. İbarətdirlər:
1- Özünü bəyənməsi, 2- Təkəbbürlülük, 3- Əməllərə qane olub nicata inanmaqdır.


Dini qəbul etməyən adama son sözümüz nə olsun?


Dini qəbul etməyən adama son sözümüz nə olsun?İki əsas sual verməklə onun üçün höccəti tamam edib və qarşı tərəfin hidayəti üçün ilahi vəzifəni kamil etdiyini yəqin etsin. O suallar ibarətdirlər: 1-İnsan ehtimal verdiyi hadisələrə qarşı hazırlıq görməlidir? 2- Bəs peyğəmbərlərə inanmayıb, kefindən qalmayan insanlar qiyamət sorğusu düz olarsa (hansı ki, düzdür) nə edəcəklər?


Şəkk-şübhələr qarşısında vəzifəmiz nədir?


Şəkk-şübhələr qarşısında vəzifəmiz nədir?İki əsas yola əl atmaq insanı şək və şübhələrin zəlalət gətirəcək sonuclarından amanda saxlayar:
1-Dövrün ehtiyaclarını tanıyan şəxslərə müraciət edib cəhlinin aradan qaldırmaq,
2-Şək və Şübhələr qarşısında qərəzsiz olaraq araşdırma aparıb haqqı əldə etmək.


Elm öyrənmək vacibdirmi?


Elm öyrənmək vacibdirmi?Həzrəti Məhəmməd (s) buyurur: “Elm öyrənmək bütün müsəlmanlara vacibdir”; “Beşikdən qəbrədək elm öyrənin”. Çünki: İnsanı xoşbəxt etmək üçün onun həyatını elektrikləşdirmək, kompyüterləşdirmək kifayət etmir. Axı onun döyünən qəlbi, daim rahatlıq axtaran ruhu var! Ruhən xoşbəxt olmayan insan dünyadan imtina edir, intihara əl atır. Allah-təala Qurani-kərimdə buyurur: “Qəlblər yalnız Allahı xatırlamaqla rahatlanar. “Dini elmlər isə məhz bunu, Allahı xatırlamağı və ona yaxışlaşmağı öyrədir! Nəticədə: Ayənin məzmunu və deyilən insani ehtiyacı nəzərə alaraq elm öyrənməyin zəruri olması aydın məsələ olaraq qəbul olunur.


Rahat yuxu hansi seylərlərlə ələ gələr?


Rahat yuxu hansi seylərlərlə ələ gələr?Bunu bilmək lazımdır ki, yaxşı və rahat bir yuxu sizin arıq qalmağınıza yardım edər. Rahat yuxu nələrdən ələ gəlir? Yuxunu rahat edən əməllər: 1-Yatağa uzanan zaman bir qədər mütaliə edin. 2- Gilas yeyin. 3-Fəal olun. 4-Yatmamışdan əvvəl yüngül yemək yeyin. 5-Tərkibində kofein olan içkiləri azaldın.


Ailə səadətinin davamlılığı üçün nə lazımdır?


Ailə səadətinin davamlılığı üçün nə lazımdır?Ailə mubarək qurulus. Mubarək ailə sirinliklərlə qurulur. Onu davam etdirmək gərəkir. Yəni Hətta əgər ailə həyatınız boyu ancaq xoş xatirələr vardırsa, bu xatirələri təzələməyə ehtiyac vardır. Onu ancaq qəlbinizdə istəməyiniz kifayət deyildir, bunu əməldə də göstərməlisiniz. Kisilərin borcudur işdən qayıdana qədər bir süfrə açın və mülayim və aram bir musiqi (halaliqini nəzərə almaq zəruridir) qoyun. Incə baxislar kudurəti aradan aparir və davamli edir.


Necə edək ki, övladımız zəkalı olsun?


Necə edək ki, övladımız zəkalı olsun?“Bu uşaq yaşından da çox bilir” bu cümləni eşidən hər bir kəs həmin uşağın nə qədər zəkalı olduğunu yəqin edir. Bir çoxlarımız zəkalı övlada malik olmağı arzu edirik və mümkünsüz də deyi. Bunun 5 şərtlərə əməl etməliyik: 1. Həyat yoldaşı seçəndə diqqətli olunması gərəkən xüsusiyyətlər, Çünki irsi təsirlər övladın formalaşması təsir qoyur. 2. Quran oxuyun. Təbiidir ki, Allahı yada salmaq - qəlb və zehnin rahatlamasına səbəb olar. Valideynin xüsusən də ananın rahat ruhiyyəyə malik olması uşağı da ruhi sağlamlıqla dünyaya gəltirər. 3. Valideynin sağlamlığı. Sağlam ruhda sağlam düşüncə olar valideyn sağlam olmasa uşağı da sağlam xüsusiyyətli böyütməsi mümkünsüz həddində bir məsələdir. 4. Halal qidalar yeyin. Haram qidalar uşaqları manavi paklıqdan uzaq saxlayan amillərdəndir. 5. Təbii yeməklər yadınızdan çıxmasın. süni qidalanma ruhi və cismi sağlamlıqdan övladları məhrum edər. sağlamlıq olmayanda düşüncə də naqis qalar.


Şüeyb və Əyyub Peyğəmbəri qısa tanıtdırın?


Şüeyb və Əyyub Peyğəmbəri qısa tanıtdırın?Şüeyb: Xətibi ləqəbi, atasi: Seyfun, Mika anası, 242 il yaşamış, Beytül-Müqəddəsdə dəfn, 7 qızı var idi. Musanın (ə) qayınatası, Mədyən əhli üçün seçilmiş, onları boş yaşayış və az satmaqdan çəkindirirdi. Qövmün zülmkarlığı nəticəsində Allahın əzabı zəlzələ ilə nazil oldu. Sonra yenidən şəhəri abadlaşdırdılar (möminlər).
Əyyub (ə) Allaha qayıdan mənasında, atası: Amus, anası Yahir, 140 il yaşamış, Şamda seçilmiş, Huran bölgədə dünyaya gəlmiş, 7 oğul-4 qıza sahib. İslam təlimlərində: imkanlı adam olmuşdur. İlahi imtahan səbəbindən hər şeyi alındı və çətinliyə çəkildildi - xəstəlik imtahanı. Səbrinə görə yaradan cavanlığını və varını ona geri qaytardı.


Təhsil mərkəzi Vətən hesab olunurmu?


Təhsil mərkəzi Vətən hesab olunurmu?Bütün alimlər deyirlər ki, təhsil alınan şəhərlər vətən hökmünə daxil olmazlar. Sistani buyurur: 2 il müddətində təhsildə haftədə iki gün kamil orda qalsa vətən hökmü alır. Məkraim Şirazi aqa deyir: Bir ildən artıq oxuması olsa həftədə üç gün qalsa vətən hesab olunur. Vəhid: Bir il müddətində oxumaq məqsədli olsa həftədə dörd gün qalsa vətən hesab olunur. və gərək namazları tamam və oruclarını tutsunlar. Hər il ki təyin olunmuşdur onlardan çox qalsa da vətən hökmü sabitdir. (vətən hesab olunsa namazı tamam qılmalı və vətən hökmü aid olmasa qalmamağı ücbatından və ya məsafənin az olmasına görə namazını qəsr qılmalıdır).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter