Həzrət Müslim kim idi?


Həzrət Müslim kim idi? Əqilin oğlu Müslim üç İmamla müasir olmuşdur: İmam Əli, İmam Həsən və İmam Hüseyn (əleyhimus-salam). Üçüncü İmamın dövründə canını öz mövlasına fəda etdi və Übeydullah ibni Ziyadın (lənətullahi əlehy) göstərişi ilə şəhid edildi. İmam Hüseyn (əleyhis-salam) onu öz xüsusi nümayəndəsi ünvanı ilə Kufə şəhərinə göndərdi, amma o, kufəlilərin vəfasızlıqları ilə qarşılaşdı və İbni Ziyadın əsgərləri ilə tək-tənha halda mübarizə apardı. Çoxlu fədakarlıq və rəşadət göstərdikdən sonra onu tutub İbni Ziyadın yanına gətirdilər. O məlun göstəriş verdi ki, Müslimi qəsrinin başına çıxartsalar və orada boynunu vursunlar. Bu göstəriş icra olundu və Müslim şəhadət məqamına çatdı. Onun Kufə şəhərində yerləşən şərif qəbri Əhli-beyti sevənlərin ziyarətgahıdır.


Kasıblara infaqın fəlsəfəsi nədir?


Kasıblara infaqın fəlsəfəsi nədir? Bəzən belə deyilir: Filan şəxs kasıbdırsa, deməli nəsə edib ki, Allah kasıb olmasını istəyir. Biz varlıyıqsa deməli nəsə etmişik ki, Allah bizə bunu lütf edibdir. Buna əsasən, nə onların kasıblığı və nə də bizim varlı olmağımız hikmətsiz deyil.
Halbu ki, İlahinin infaq etmək üçün olan əmrinin müxtəlif hikmət və fəlsəfələri var, o cümlədən:
1-Varlı insanları imtahan etmək. 2-İnsanın qəlbini dünyaya çox məhəbbət bəsləməkdən azad etmək. 3-İnsanda qəlb yumşaqlığı yaratmaq. 4-İlahi nemətlərə şükr etmək. 5-Nemətin çoxalması. 6-Ruhi rahatlıq. 7-Bəla və pis ölümü aradan aparmaq...
Əlbəttə bu təsirlərin hamısı o zaman baş verir ki, infaq halal və şərii maldan olsun. Allah ondan qeyrisini qəbul etməz və bərəkət verməz.


Nə üçün zinadan əmələ gələn övlad pişnamaz dura bilməz?


Nə üçün zinadan əmələ gələn övlad pişnamaz dura bilməz? Fiqhi kitablarda zinadan (qanunsuz yolla, şəri nikah olmadan) dünyaya gələn şəxsin (ona vələduz-zina deyilir) pişnamaz ola bilməməsinə dair çoxlu dəlillər qeyd olunmuşdur. Digər tərəfdən, alimlərin fikir birliyinə əsasən belə bir şəxsin İmam-camaat olmağa səlahiyyəti yoxdur. Ehtiyat da belə bir hökmü tələb edir. Yəni əgər vələduz-zinaya iqtida etmək nəticəsində namaz kimi vacib vəzifənin insanın öhdəsindən götürülüb-götürülməməsində şəkk edildikdə, ehtiyat budur ki, ona (vələduz-zinaya) iqtida etməyək.
Bu hökmün əsl dəlili “vələduz-zinanın İmam-camaat olmağa haqq yoxdur” - deyə buyuran çoxlu rəvayətlərdir. Bəlkə də bu hökmün fəlsəfəsi zina əməlinin çirkinliyinin cəmiyyətdə hamı üçün aşkar və bəyan olunmasıdır ki, bu günahın kökü aradan qalxsın. Bundan əlavə, bəzi mənsəblər, o cümlədən pişnamazlıq bu xüsusiyyətə malikdir və gərək onu öhdəsinə alanlar bəzi nöqsanlardan, hətta şəxsin özü o nöqsanının əmələ gəlməsində heç bir rol ifa etməsə belə, pak olsun. Yəni onun pişnamaz ola bilməməsi İmam-camaat mənsəbində mövcud olan xüsusiyyətə qayıdır.


Ədəbsizliyin müalicə yolu nədir?


Ədəbsizliyin müalicə yolu nədir? Ədəb bir növ seçilmiş və xüsusi rəftardır (ki, böyük və kiçik, tanış və yadda) müsbət tərbiyədən qaynaqlanır. Ağılla yaşamaq, dildə mətanət və əməldə vüqarlı olmaq ədəbin nişanələrindəndir. Amma ağılsızlıq, pis danışıq, əxlaqsızlıq, əhanət, təəssüb və... ədəbsizliyin nişanələridir. Ədəb təlim alınmalı bir hünərdir ki, tərbiyəvi dəqiq nöqtələri əldə etmək və onlara əməl etmək lazımdır.
İslam göstərişləriylə tanışlıq və İslam Peyğəmbərinin (s) həyat tərzindən məlumatlanmaq və Əhli- beytin həyatından ülgü götürmək, gözəl ədəb və əxlaqa yiyələnməyin ən gözəl yoludur. O cümlədən digərlərinin gözəl əməlləri insanda müsbət təsir qoyur və insanların pis əməlləri və əxlaqı da öz mənfi təsirini qoyur. Böyük şəxsiyyətli insanlar digər insanların mənfi əməllərindən də ibrət və dərs alırlar. Cəmiyyətdə ədəbsizliyin ən yaxşı müalicə yolu, ədəbsiz insanların qiymətsiz və ədəbli insanların qiymətli olmalarına diqqət yetirməkdir. İslamda ədəb və əxlaq barəsində bir çox kitab və mənbələr vardır ki, ətraflı cavabda onlardan bəzilərinə işarə olunacaqdır.


Şərab kimi Haram əşyaları satan super marketlərdə işləməyin hökmü nədir?


Şərab kimi Haram əşyaları satan super marketlərdə işləməyin hökmü nədir? Rəhbər bu suala ki, donuz əti konserva fabrikində və gecə klublarında və fəsad mərkəzlərində işləmək və ondan gələn gəlirin hökmü barədə suala cavabında buyurmuşlar: Donuz əti konserva fabrikində və gecə klublarında və fəsad mərkəzlərində və bu kimi Haram işlərdə işləmək cayiz deyildir. (İcazə verilmir) və onlardan gələn gəlir haramdır və insan o işlərin qarşılığında aldığı maaşın maliki hesab edilmir. ...


Qadınlar cümə namazına getməlidirmi?


Qadınlar cümə namazına getməlidirmi? Cümə surəsinin 9-10-cu ayələrində deyilir: “Ey iman gətirənlər! Cümə günü namaza çağıran azan oxunan zaman, Allahı anmağa tələsin, alış-veriş işlərini qoyun bir yana. Bunun sizə xeyrini bilsəydiniz. Elə ki, bitirdiniz namazı, dağılışın yer üzünə. Allahın lütfündən pay diləyin. Allahı çox anın ki, bəlkə uğura uğrayasız”. Göründüyü kimi, xitab kişilərə yox, bütün möminlərədir. Qadınların bu namazda iştirakını çətinləşdirən üzrlü səbəblər ola bilər. Amma qadınların cümə namazına getməməsini prinsip halına gətirmək yanlışdır.


Həzrət Yusifin (ə) qardaşlarının adı nədir?


Həzrət Yusifin (ə) qardaşlarının adı nədir? Yusifin (ə) qardaşlarının adları aşağıdakı kimidir:
1.Rubil (Rubin) 2.Şəmun 3.Lavi. (deyilən tarixlərə görə peyğəmbərlik bunun nəslindən davam etmişdir) 4-Yəhuda. 5.Yəşcir (Yəşakir) 6.Rəyalun (Zəbulun ya zəblun) 7.Binyamin. 8.Dan. 9.Nəftali. 10.Cad. 11.Əşir (əşər), (Tarixi-Ənbiya 1, 227.Qurani-Məciddə Yusifin (ə) qardaşlarının adı yoxdur. Amma Mubarək Yusif surəsinin 58-ci ayəsində “Yusifin qardaşları” cümləsi mövcuddur.)


Həqiqətən də cadu, bəd nəzər, bəd dua varmı? Bunlardan qorunmaq ücün nə etmək lazımdır?


Həqiqətən də cadu, bəd nəzər, bəd dua varmı? Bunlardan qorunmaq ücün nə etmək lazımdır? Quranda cadu ilə insanlara təsir etməyin mümkünlüyü inkar olunmur: «De ki, «Mən sığınıram qaranlıqdan səhəri yarıb çıxaran Rəbbə, qaçıram Onun yaratdıqlarının şərindən, qatılaşan qaranlığın şərindən, düyünlərə üfürən qadınların şərindən, paxıllığı tutan zaman bir paxılın şərindən». (Fələq, 1-5). Eyni zamanda cadugərlərin uğura uğramadığı, bu işin günah (Ta-hə, 68-70), küfr olduğu da vurğulanır: «Sehr işlədərək kafirlik eləməmişdi Süleyman» (Baqara, 102). ...


Təfəkkür neçə növdür?


Təfəkkür neçə növdür? Təfəkkür nədir? Təfəkkür: təhlil, sintez, təzə məlumatı almaq üçün köhnə məlumatı təhvil etməkdir.
Təfəkkürün növləri:
1. Hədəfsiz təfəkkür (xəyal): xəyallar qurmaq və dağınıq düşüncələr.
2. Yaradıcı təfəkkür: xüsusi bir zəminədə yeni layihə qurmağa səbəb olan düşüncələr.
3. Fəza təfəkkürü: zahirdən batinə seyr etmək, hadisənin dərinliyini və onda İlahi nişanələri görmək.
4. Məntiqi təfəkkür: məlum olanları məchulu aradan aparmaq üçün nizama salmaq.
Məntiqi təfəkkür ən çox dəqiq elmlərlə məşğul olan insanların yardımına gələr. Belə ki, bir riyaziyyatçı məsələni həll edən zaman məntiqi təfəkkürdən istifadə edər.


Allahın qəzəbinə düçar olan 2 dəstə kimlərdir?


Allahın qəzəbinə düçar olan 2 dəstə kimlərdir? Dünyamız qəribə bir dünyadır. Bir-birimizin yanında yaşayırıq, lakin bir-birimizə bənzəmirik. Nə zahirdə bənzəyirik və nə də batində. Düşüncə və təfəkkür tərzimiz də fərqlidir. Bu dünyada xeyir və şər də çoxdur. Bu dünyada bəziləri şər işin əhlidirlər və bəziləri isə xeyir işin. Bəs insanların ən pisi kimlərdir? (Tebyan) İmam Əli (ə) bizə Allahın ən çox nifrət etdiyi iki dəstəni tanıtmışdır ki, bunlar: bidət edən cahillər və yalançı alimlərdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter