Halali harama qarışan maqağalarda işləməyin hökmü necədir?


Halali harama qarışan maqağalarda işləməyin hökmü necədir? Bir kafe var ki, orada hem yemək həmdə haram içkilər verilir. Mən orda işləsəm və əgər içki istəyənə içki verməsəm, sadəcə yemək versəm, budan aldığım əmək haqqı halal sayılırmı?
Cavab: Sualda qeyd olunan halda, orada işləməyə və bunun əvəzində maaş almağa icazə yoxdur. (Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası)


İnsanın günah və şəhvətli fikirləri zehnindən keçirməsi günahdırmı?


Cavab: Sırf günah düşünmək, günah sayılmır, lakin ehtirasını oyadarsa icazə yoxdur. (Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası)


Kafir (və ya qeyri-müsəlman) ölkələrin seçkilərində iştirak etmək müsəlmanlar üçün caizdirmi?


Kafir (və ya qeyri-müsəlman) ölkələrin seçkilərində iştirak etmək müsəlmanlar üçün caizdirmi? Qanuni olan ictimai və siyasi vəzifələri yerinə yetirmək üçün seçilən millət vəkillərinə səs verməyin eybi yoxdur. Bu namizədin müsəlman və ya qeyri-müsəlman olmasının fərqi yoxdur. (Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası)


İnsanlarla insaflı rəftarın meyarı nədir?


İnsanlarla insaflı rəftarın meyarı nədir? İnsaf - insan əxlaqının ən gözəl sifətlərindən biridir. Ədaləti yerinə yetirmək, insanların haqqını etiraf etmək və əda etmək mənasını verir. İnsaflı insan hər xeyiri ki, özü üçün istəyər, başqaları üçün də istəyər. O ziyanı ki, özü üçün bəyənməz, başqaları üçün də bəyənməz. (Tebyan) “O kəslər ki, özləri insanlardan ölçü ilə bir şey aldıqda, onu tam ölçüb alarlar, onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə isə onu əskildərlər”. (“Mutəffifin” 2-3).


Təkəbbürün olub-olmamasını aşkar etmək üçün 7 yol hansılardır?


Təkəbbürün olub-olmamasını aşkar etmək üçün 7 yol hansılardır? Təkəbbür elə bir haldır ki, nəfs insana hakim olar və onu vadar edər ki, özünü yuxarı tutsun və hətta başqalarını təhqir etməkdən çəkinməsin. Yəni, insan özünü başqalarından üstün görür. Bu, bir ruhi xəstəlikdir ki, insanın dar düşüncəli olmasından qaynaqlanar. O, özündə elə fəzilətlər görər ki, başqalarında yoxdur. O, heç bir zaman öz nöqsanlarını və başqalarının kamal sifətlərini görməz. (Tebyan)
Təkəbbürün olub-olmamasını aşkar etmək üçün bəzi yollar vardır ki, onlara işarə edək: 1. Səhvi etiraf etməmək, 2. Məclisdə baş tərəfdə oturmaq ağır gələrsə, 3. Salamı ilk verməmək, 4. Əgər zəngin və yoxsul eyni deyilsə, 5. Təmtəraqlı paltar geyinməyi sevmək 6. Əlinizin altında işləyənlərlə əgər bir süfrədə əyləşməkdən imtina olunsa, 7. Bəzi insanlarla görüşən zaman ədəb qaydalarını onlardan əsirgəmək. Bu yeddi xüsusiyyəti olan və ya hər biri bir şəxsdə olarsa bilməlidir ki, şeytanı Cənnətdən qovan təkəbbürlük xüsusiyyəti ona hakim olmuşdur.


Əməllərin savabına nisbətdə dəniz dəyərində olan əməl hansıdır?


Əməllərin savabına nisbətdə dəniz dəyərində olan əməl hansıdır? İmam Baqir (ə) buyurur: “Əmr be-məruf və nəhy-əz-munkər - iki mühüm və böyük İlahi vacibatdır ki, o ikisinin vasitəsilə başqa İlahi vacibatlar yerinə yetirilər. İnsanların qazancları halal, insanların haqqı təmin olunan, diyarları abad və düşməndən intiqam alınmış olar. Bütün işlərin möhkəmliyi bu iki əsasın yerinə yetirilməsindən asılıdır”.
Əmr-be-məruf və nəhy-əz-munkər İslam dininin iki vacibatlarındandır. Məsumlarımız (ə) bu İlahi vacibatın yerinə yetirlməsini çox vurğulamışdılar. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim əmr-be-məruf və nəhy-əz-munkəri yerinə yetirərsə, yer üzərində Allahın canişini və ümməti arasında Rəsulunun (s) canişini olar”.


Sükut etməyin 7 faydası hansılardır?


Sükut etməyin 7 faydası hansılardır? Həzrət İmam Sadiq (ə) bizləri sükutun gətirdiyi 7 fayda ilə tanış edir, onlara işarə edək: 1. Dünya və axirətdə rahat olmaq. 2. Günahdan uzaq olar. 3. Nəfsani istəkdən uzaq olmaq. 4. Nəfsi tərbiyə etmək. 5. İbadətin şirinliyini hiss etmək. 6. İffət. yəni Hər kim çox danışmağa adət edərsə, hər dediyi sözünin aqibətinə düçar olar. 7. Gözəl əxlaq.


Süfrə kənarında 4 vacib, 4 müstəhəb, 4 ədəb hansılardır?


Süfrə kənarında 4 vacib, 4 müstəhəb, 4 ədəb hansılardır? Mərhum Ayətullah Müctəhidinin əxlaq müəllimlərindəndir ki, özü vəfat etsə də, tövsiyələri insanlar üçün yadigar qalmışdır. Alimin əxlaq dərsinin birində söylədiklərinə işarə edəcəyik. (Tebyan)
Ayətullah Müctəhidi buyurur ki, Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) vəsiyyət etmişdir ki, o süfrənin ki, kənarında əyləşirsən, gərək 12 sifəti öyrənəsən. Onların dördü vacib, dördü müstəhəb, dördü isə ədəbdir. Onların vacib olanları: 1. Bax gör yediyin yemək haramdır, yoxsa halal. 2. Yeməyin əvvəlində “Bismillah” de. 3. Yeməkdən sonra şükür et və de: “Əlhəmdulilləh!”. 4. Razı olmaq, yəni yediyin yeməyə razı olmaq.


Meyitin ruhunun şad olması üçün hansı işləri görmək olar?


Meyitin ruhunun şad olması üçün hansı işləri görmək olar? Müsibətə səbir etmək, onun təsirlərinə diqqət yetirmək və ölümün hamı üçün və haqq olması barədə təfəkkür etməklə müsibətlərin təsirini asanlaşdırmaq olar. Dünyadan gedən şəxslər üçün əncam verilə bilən müstəhəb əməllər: dəfn olunduğu birinci gecədə vəhşət namazı qılmaq, meyitin tərəfindən sədəqə vermək, dua etmək və onun üçün Quran oxumaq. Vəhşət namazını bütün gecələrdə yox, yalnız dəfn gecəsi qılmaq müstəhəbdir. Başqa günlərdə onun yerinə yaxşı olar ki, ölülər üçün digər müstəhəb işlər əncam verilsin.


Təvəssül nədir? Quran və sünnətdə onun şəri bir iş olmasına dəlil nədir?


Təvəssül nədir? Quran və sünnətdə onun şəri bir iş olmasına dəlil nədir? Müxtəlif dövrlərdə müsəlmanların arasında adi və rəvacda olan bir iş – mütəal Allahdan başqasına təvəssül etmək, peyğəmbərlərdən və ilahi övliyalardan kömək istəmək Allahın fellərində şərik qoşmaq mənasına deyildir. Əksinə, məqsəd budur ki, Allah-taala insanların istək və hacətlərini bu ilahi övliyaların varlıq bərəkəti ilə yerinə yetirir. Həqiqətdə bu insanlar ilahi övliyaların vasitəsi ilə Allahın Özünə təvəssül edir, Allahı çağırırlar ki, onların istəklərini rəva etsin. Müsəlmanlar Allah övliyalarını çağırırlar ki, övliyalar onların istəklərini Allahdan diləsinlər. Bu məna Qurani-kərimdə möminlərdən istənilmişdir: يا أَيُّهَا الَّذينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَ ابْتَغُوا إِلَيْهِ الْوَسيلَةَ “Ey iman gətirənlər! Allahdan qorxun (Onun əmr və fərmanları ilə müxalifətdən çəkinin) və Ona (Onun dərgahına) yaxınlaşmaq üçün vasitə axtarın!”
Qısa şəkildə desək, Allah övliyalarına təvəssül etmək əql və şəriət tərəfindən bəyənilən bir işdir. Peyğəmbər (səlləllahu əleyhi və alih) və məsum İmamların (əleyhimus-salam) tutduğu yol, habelə keçmiş dövrlərdən indiyə qədər bütün müsəlmanların adəti ilahi övliyalara təvəssül etmək əsasında olmuşdur. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) və Əhli-beyt İmamları camaatı Qurana və Allah övliyalarına təvəssül etməyə təşviq edirdilər.
“Maidə” surəsi, ayə: 35


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter