Allah yanında əziz olan insanlar kimlərdir?


Allah yanında əziz olan insanlar kimlərdir? O kəslər ki, həyatın çətinliklərini səbir və Allaha imanla arxada qoyurlar, bu yolda zəiflik göstərmirlər, kamal və fəzilətə çatırlar - Allah bu insanları daha çox sevir və əziz tutur. İnsan xilqətin lap əvvələrindən İlahi imtahanla üzləşmişdir. Bu İlahi imtahanlar hər bir insana aiddir, istisna yoxdur. İlahi peyğəmbərin (ə) imtahanı adi insanların imtahanından daha çətin olmuşdur. Onlar bu imtahandan həmişə iftixarla və başıuca halda çıxmış və öz İlahi risalətlərini bu yolla təsdiq etmişdilər. İlk İlahi imtahan olan insan Adəm (ə) olmuşdur. “Və dedik: «Ey Adəm, sən və zövcən bu bağda məskunlaşın, onun (meyvə və nemətlərinin) istədiyiniz yerindən bolluca yeyin və bu ağaca (buğda, üzüm, ya əncir ağacına) yaxınlaşmayın ki, zalımlardan olarsınız»”. (“Bəqərə” 35).


Bəqi qəbristanliğına qarşı vəhhabilər hansi cinayəti etdi?


Bəqi qəbristanliğına qarşı vəhhabilər hansi cinayəti etdi? 1925-ci ilin may ayinda hakimiyyeti ele keciren vehabiler Beqi qebirsitanliginda olan tarixi abideleri yerle-yeksan edirler. Indinin ozunde de Allaha deyil, vehabi rejimine qulluq eden \"muselman nezaretciler\" sesguclendiricilerden istifade ederek, ereb ve fars dillerinde beyanatlar verir, orani ziyarete gelenleri dagidir ve orada kimsenin defn olunmadigini iddia edirler. Amma gorunen daga ne beledci?


Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?


Niyə duaların çoxu yağış yağan zaman qəbul olur? Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır.


Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?


Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir? On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. Elə buna görə də, əlibağlı namaz qılmaq müsəlmançılığa deyil, atəşpərəstliyə oxşar bir əməl sayılır. Peyğəmbər (s) namaz qılarkən namazın əvvəlindən sonuna qədər yerinə yetirdiyi əməllər barədə daha dəqiq və etibarlı rəvayətlərə rast gəlirik. Ancaq sözü gedən rəvayətlərdə namaz qılarkən “əli əlin üzərinə qoyulmalıdır” göstərişini görmürük. Yeri gəlmişkən, xatırlatmalıyıq ki, namazın əlibağlı qılınması Peyğəmbər (s) həyatda ikən yox, vəfatından sonra yəni ikinci xəlifənin dövründə ortaya çıxarılmışdır. Elə həmin gündən bəri bəzi sünnə əhlini nəzərə almamaq şərtilə, qalan digər sünnülər namazı əlibağlı qılırlar.


Qurani- kərim baxımından özünü düşünmənin mənası nədir?


Qurani- kərim baxımından özünü düşünmənin mənası nədir? Özünü tanıma Quranda, fitri və daxili istedadları diriltmək və tərbiyələndirmək vasitəsi ilə öz həqiqətini yenidən ələ gətirmə mənasınadır. Bu həqiqət onun vücudunda gizlənibdir. Öz həqiqətini ələ gətirəndən sonra növbə, İlahi adlar sifətlər və varlıq aləminin həqiqətlərinin qəlbi dərk olunmasına yetişir.
Özünü tanımanın fitri, dünyəvi və irfani kimi müxtəlif şöbələri və mərtəbələri vardır. Onun kamil mərtəbəsi irfani özünü tanımadır. Bu mərtəbə, insan ilə onun həqiqi mahiyyəti və gerçəkliyinin rabitəsinə peyvənd edilmişdir. Bu mahiyyət isə insanın Allahın xəlifəsi olmasıdır.


Peyğəmbər (s) niyə öz evində torpağa tapşırıldı?


Peyğəmbər (s) niyə öz evində torpağa tapşırıldı?İslamın əziz Peyğəmbəri (s) dünyadan gedəndən sonra, müsəlmanlar o həzrətin müqəddəs bədənini dəfn etməyin yerini müəyyənləşdirməkdə, fikir ayrılığına düçar oldular. Bir dəstə dedi: Məscidində dəfn olunsun. Digər bir dəstə dedi: Səhabələri ilə dəfn olunsun. Bu zaman Əmirəl- möminin Əli (ə) buyurdu: Allah, Peyğəmbəriən pak yerdə qəbzi- ruh edibdir. Deməli, ən yaxşısı budur ki, dünyadan getdiyi otaqda dəfn olunsun.[1] Ətrafdakılar Əli (ə)- ın sözünü qəbul etdilər və o İmam (ə), pak bədəni, Peyğəmbər (s)- in öz evində, yəni o həzrətin Allahı sitayiş və zikr etdiyi yerdə, dəfn etdi. Buna əsasən, İmam Əli (ə)- ın buyurduğu sözə əsasən: Peyğəmbər (s)- in evi o həzrətin böyük ruhunu qəbz etməyə ən pak yer olduğuna görə, orada İmam Əli (ə)- in əmri ilə torpağa tapşırıldı.


Həzrət Məryəmin uca məqama sahib olmasının illəti nədir?


Həzrət Məryəmin uca məqama sahib olmasının illəti nədir? Ali İmran surəsinin 41- ci ayəsi buyurur: (O vaxt ki, Mələklər dedilər ey Məriyəm həqiqətən Allah səni pak qərar verib və dünya qadınları üçün numuna olaraq secib) Quranın buyurduğuna əsasən Həzrət Məriyəm nəyinki özü layiq görünmüşdür bəlkə Allah onu pak və dünya qadınları ücün numunə qərar vermişdir. Onun üstünlüyünün illəti nədi? İnsanlara xidmət etmişdir və yaxud yalnız digər qadınlara nisbət ibadətn daha çox olmuşdur. Həzrət İsanın (ə) hekayəsi də bunu bildirir ki, İlahi peyğəmbərlər öncədən təyin olunmuşdurlar. Özləri gözəl insanlar olmaq üçün hec bir səy etməmişdirlər; çünkü beşikdə olan bir uşağınpeyğəmbərlik iddiası etməsi, nə zaman onun öz üzərində çalışmasından xəbər verir?


İmam Əli (ə) ölünü dirildə bilər?


İmam Əli (ə) ölünü dirildə bilər? Bu ki, bir şəxs müstəqil şəkildə Allaha ehtiyacı olmadan, belə bir iş etməsi Allahın əfali tohidlə (yaradılışda tohid) ziddiyyət vardır. Çünki ölüm və həyat təkcə Allahın əlindədir. Amma əgər bir şəxs Allahın icazəsiylə belə bir iş etsə, bu iş mümkün olacaq. Bunun əqli cəhətdən məneəsi yoxdur. Allah Taala Quranda həzrəti İsanın (ə) dilindən buyurur: Anadan gəlmə koru və pisini sağaldıram və ölüləri Allahın iradəsiylə dirildirəm. Buna əsasən heç bir müsəlmanın onun baş verməsinin isbatında şübhəsi yoxdur.
Çünki sonuncu Peyğəmbərin (s) dərəcəsi, digər Peyğəmbərlərin o cümlədən İsanın (ə) dərəcəsindən yüksəkdir və Quranın nəssinə əsasən Əli (ə) Peyğəmbərin (s) nəfsi və canıdır. Nə maneəsi var ki, əziz Peyğəmbər (s) və Əli (ə) da həzrəti İsa (ə) edə bildiyi işi, edə bilsinlər.


Quran nəzərindən seçilmiş xalqın xüsusiyyətləri nədir?


Quran nəzərindən seçilmiş xalqın xüsusiyyətləri nədir? Quranda “seçilmiş xalq” və onun xüsusiyyətləri ilə əlaqədar nazil olan ayələri araşdırarkən aşağıdakı məsələlər əldə olunur: 1. Qurani peyğəmbərlərin ümmətindən heç birini bütün cəhətlərdən ideal olan bir xalq (qövm və ümmət) kimi təqdim etməmişdir, əksinə əksəriyyətini məzəmmət etmişdir. 2. Qurani yalnız peyğəmbərləri və həzrət Məryəmi (ə) “səfvət” – seçilmiş şəxslər kimi təqdim edir. 3. Qurani bir neçə yerdə “Biz Bəni-israil qövmünü başqalarından üstün etdik” - deyə buyursa da, Quranda bu xalqın əleyhinə mövcud olan məzəmmətlərə, habelə digər dəlillərə nəzər salmaqla başa düşülür ki, Allah-taala bu qövmün işlərini yox, Öz nemətlərini bəyan etmək və tərifləmək məqamındadır. 4. Qurani yalnız peyğəmbərlərdən bir qrupunu gözəl sifətləri ilə birlikdə xatırlamışdır: a) İbrahim (əleyhis-salam) və onun əqidə və məramına tabe olanlar, b) Peyğəmbərlərin sonuncusu həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) və onun ideologiya və məramına tabe olanlar, v) Əshabi-kəhf, q) Mühacirlər və onlara sığınacaq verən köməkçiləri. 5. Qurani-kərim bəzi qrupları bəyənilən səciyyələrlə və külli ünvanlar altında bəyan etmişdir: Hizbullah və s. Deməli, o ümmət və xalq seçilmiş sayılır ki, peyğəmbərlərə tabe olaraq Allahın göstərişlərinə layiqincə əməl etmiş olsunlar.


Hansı dəlillərə əsasən Məmun İmam Riza (ə)-ın bayram namazı qılınmasının qarşısını aldı?


Hansı dəlillərə əsasən Məmun İmam Riza (ə)-ın bayram namazı qılınmasının qarşısını aldı? Məmunun İmam Riza (ə)-ın İmaməti ilə fitr bayram namazı qılınmasının qarşısını almasının ümdə dəlili o həzrətin namaz qılması ilə əlaqədar hökumətə yönələn təhlükə hissi idi. Bu hadisə Mərv (Xorasan) əhalisinin İmam Riza (ə)-ın müsəllaya getməsi xəbərini eşitməklə eyni zamanda hamılıqla evlərindən müsəllaya tərəf axışmaları zamanı baş vermişdi. Onlar yolun iki tərəfində oturub səbirsizliklə İmamın gəlişini gözləyirdilər. Qadınlar və uşaqlar damlara çıxıb onun mübarək qədəmlərinin intizarını çəkirdilər. Bütün ordu sərkərdələri, örkənin məşhur siyasi şəxsiyyətləri – hər sinifdən olursa olsun – İmam (ə)-in evinin qarşısına toplaşmışdılar. Hamı o həzrətə məhəbbət göstərirdi. Bu zaman Məmun və onun müşavirləri hiss etdilər ki, İmam tərəfindən bu namazın qılınması və xütbə oxunması onun hökumətini devirə bilər. Onlar İmamın nəinki adi camaatın arasında, hətta sarayın əyan-əşrafları, ölkənin ordu sərkərdələri və məşhur şəxsiyyətlər arasında bu qədər sevilməsini əsla təsəvvür etmirdilər. Buna görə də göstəriş verdi ki, İmam bayram namazını qılmaq fikrindən keçsin, bu yolla həm özünü, həm də hökumətini ehtimal verilən təhlükələrindən qoruyub saxlasın.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter