Tövbənin dünyəvi nəticələri varmı?


Tövbənin dünyəvi nəticələri varmı?Həzrət Saleh (ə) öz qəbiləsinə deyir: “Nə üçün Allahdan bağışlanmağınızı diləmirsiniz ki, bəlkə sizə rəhm oluna?». (“Nəml” 46). Bu ayədən göründüyü kimi hər kim tövbə edər, İlahi rəhmətə şamil olar. Lakin Salehin (ə) qəbiləsi tövbə emtədiyinə görə Allah onlara İlahi əzab nazil etdi və onları məhv etdi. Bu sualın cavabını bu ayə aydınca buyurur: “Və dedim ki; «Öz Rəbbinizdən bağışlanmaq diləyin. Çünki O, çox bağışlayandır». «Göydən (buluddan) sizə bol yağış göndərsin». «Və sizə mal-dövlət və oğullar (əta etməklə) yardım etsin, sizin üçün bağlar yaratsın və sizin üçün çaylar axıtsın». (“Nuh” 10-12). Allahın dünya rəhmətini insanlara nazil etməsi insanların dünyada günahlardan peşiman olması ilə sıx bağlıdır.


Əməllərimizin ixlasına nə mane olur?


Əməllərimizin ixlasına nə mane olur?İxlas - hər cür çirkinlikdən uzaq olmaq deməkdir. İxlaslı insan o kəsdir ki, özünü hər cür şirkdən paklayar və icazə verməz ki, hədəfinə və ya niyyətinə Allahdan qeyrisi daxil olsun. İxlaslı insanın seyri Allahdan Allahadır, Allaha təvəssül və təvəkküllədir. Hər bir yerdə qeyrisini Allahla qarışdırmaz. Bu, elə bir sifətdir ki, ancaq Allaha aşiq olanların ürəyində meydana gələr. Ona görə də hər kim bu ali məqama çatmaq istəyirsə, gərək Allahı öz məhbubu qərar versin. Bu yolla Allahın razılığını özünə cəlb etsin. Hər kim Allahın məhbubu olar, bütün varlığı ixlasa bürünər. Sevgi o zaman həqiqi olur ki, ikitərəfli olsun. (Erfan) İnsan çox mürəkkəb bir varlıq olduğu üçün ixlasın meydana gəlməsi asan məsələ deyildir. İnsanın ehtiyacları olduğu üçün maddi dünyaya çox meyl edər və ona görə də maddi həyat insanın ixlaslı olmasına mane olan ilk amildir.


Fitr bayramının əməlləri nələrdir?


Fitr bayramının əməlləri nələrdir? Fitr bayramı İslam bayramlarının ən böyük günlərindən biri kimi qəbul olunur. Dəyərli günlərdə bəzi əməllərin edilməsinə din təlimlərində təkid olunur. O cümlərdən fitr bayramının bir sıra əməlləri vardır. Ibarətdirlər: 1-Bayram qüslü etmək, 2-Təzə paltar geyinmək, 3-ətir vurmaq, 4-İmam Huseynin (ə) ziyarət duasını oxumaq. 5-Namazdan öncə iftar niyyəti ilə süfrə açıq bayram keçirmək, 6-Fitrə zəkatını çıxmaq, namaz qılan öncə, namazı qılmayan zöhr azanına qədər. 7-Fitr bayramının çox fəzilət və savabı olan namazını qılmaq,


Fitr bayramı haqda Əli (ə) nə buyurmuşdur?


Fitr bayramı haqda  Əli (ə) nə buyurmuşdur? Fitr bayramı Əli (ə)-ın xütbəsində : “Ay camaat! Bu gün elə bir gündür ki, onda yaxşı əməl sahibləri savab əldə edirlər və ləğv işlərlə məşğul olanlar ziyan görürlər. Bu günün qiyamət gününə çox oxşarlığı var. Düşünün: Nə zaman evinizdən ibadətgahlara (məscidlərə) gedirsiniz, O günü yada salın ki, Allahınıza tərəf yollanırsınız. O zaman ki, namaza durursunuz, o günü yada salın ki, Allah dərgahında dayanırsınız. Evə qayıtdığınız zaman o günü yada salın ki, behişdə qazandığınız evlərinizə dönürsünüz.


Müsəlmanlar neçə dəstə olaraq qiyamətdə tanınacaqlar?


Müsəlmanlar neçə dəstə olaraq qiyamətdə tanınacaqlar? Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətim dörd dəstədirlər:
1. Səhlənkar namazqılanlar ki, namazdan qəflət edərlər. (şəfaətdən məhrum) 2. O namazqılanlar ki, bəzən qılır və bəzən də qılmırlar, onlar cəhənnəmim başqa bir dərəsi olan Ğəy əhlidirlər. 3. O dəstə ki, heç bir zaman namaz qılmamışdır. cəhənnəm əhli olduqlarını özləri iqrar edəcəklər, 4. O insanlar ki, həmişə namaz qılırlar və namazda mütidirlər”. Allahın nemətlərindən bəhrələnənlər.


Xoşbəxtliyə çatmağın ən mühüm yolu hansıdır?


Xoşbəxtliyə çatmağın ən mühüm yolu hansıdır? Xoşbəxtliyə çatmağın yolu çoxdur. Ancaq bu yollardan biri elə bir yoldur ki, onda heç bir zaman peşman olmazsınız. Bu, elə bir yoldur ki, hər addımı dəyərlidir. Hər bir addımında böyük xeyir vardır. (Tebyan) İnsanın xoşbəxtliyə çatmağının ən mühüm yolu - özünü tanıması və özünü tərbiyə etməsidir. Özünü tərbiyə etmək üçün özünü tanımaq lazımdır. İnsan əgər özünü tanıyarsa, Allahını da tanıyar. Əgər Allahı tanıyırıqsa, deməli real xoşbəxtliyə çata bilərik.


Yaxşılığıa dəvəti öncə haradan başlamalıyıq?


Yaxşılığıa dəvəti öncə haradan başlamalıyıq? Çox təəssüf ki, bir çoxlarımız belə düşünürük ki, əmr-be-məruf və nəhy-əz-munkər ancaq xüsusi insanlara aid olan vəzifədir. Halbuki, bu düşüncə yanlışdır. Əmr-be-məruf gərək hər birimizin vəzifəsi olsun və buna övladlarımızı ailədən adət etdirək. (Tebyan) “Gərək sizdən (aranızda) (insanları) xeyir işə dəvət edən, yaxşı işə buyuran və pisliklərdən çəkindirən bir dəstə olsun. Məhz onlardır nicat tapanlar!”. (“Ali-İmran” 104). Hər bir kəs düzgün yolu göstərmək istəsə öncə öz ailəsini bu müqəddəs hədəfləri ilə tanış etməlidir.


İmam Əlinin (ə) müsəlmanlara son vəsiyyəti nələr olmuşdur?


İmam Əlinin (ə) müsəlmanlara son vəsiyyəti nələr olmuşdur? “Bismilləhir-Rahmənir-Rahim!
Allahdan qorxun, Allahdan qorxun, Ramazan ayının orucuna görə. Çünki o, sizin üçün cəhənnəm atəşindən yaxşı qalxandır.
Allahdan qorxun, Allahdan qorxun, Qurana görə. Məbada kimsə ona əməl etməkdə sizi qabaqlayar.
Allahdan qorxun, Allahdan qorxun, əlinizin altında olanlara, kəniz və nökərlərinizə görə. Çünki Peyğəmbərin (s) son tövsiyə bu idi ki, buyurub: “Mən sizə əlinizin altına olan iki gücsüzü sifariş edirəm”. ...


Qədr gecəsi ilə əlaqədar tövsiyələr nələrdir?


Qədr gecəsi ilə əlaqədar tövsiyələr nələrdir? Qədr gecəsi ilə əlaqədar tövsiyələr:
1. Gecəyə qədər, Allahdan bu gecənin bərəkətindən istifadə etmək ləyaqətini əldə etmək üçün dua etmək;
2. Qədr gecəsinin keçirilmə keyfiyyətini əvvəlcədən proqramlaşdırmaq;
3. Qədr gecəsində əhya saxlayacağını (oyaq qalacağını) nəzərə alaraq, gecəyədək dincəlməyi unutmamaq;
4. Qədr gecəsi başlananadək, Allah dərgahında səmimi surətdə tövbə edib, qəlbində bütün mö’minlərin öz üzərində haqqını halal etmək;
5. Əhya niyyətilə qüsl almaq; 2 rükət əhya namazı qılmaq; təvəssül əməlini və Qədr gecəsinə aid müfəssəl kitablarda göstərilmiş digər əməlləri yerinə yetirmək;
6. Allahdan özü üçün və digər müsəlmanlar üçün çox-çox bağışlanmaq istəmək; Qur’an oxumaq; qəza namazları varsa, onların qılınmasına vaxt ayırmaq; İslam maarifi ilə məşğul olmaq.


Fitr bayramı namazının qəzası varmı?


Fitr bayramı namazının qəzası varmı? Fitr bayramı namazını qılmayan şəxsin öhdəsinə vacib namazlar kimi fitr namazı qəza gəlmir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter