İmam Sadiqin (ə) nəsihətlər bulağından bir hədis qeyd edin?


İmam Sadiqin (ə) nəsihətlər bulağından bir hədis qeyd edin? İmam Sadiqin (ə) İslam ümmətinə xidmət edən şəxsin məqamı haqqında buyurduğu hədisi:
Amma bu hədisdən istifadə olunan mətləb budur ki, həzrət İmam Sadiq (ə) buyurur: kim camaatın işini öhdəsinə götürərsə məsələn kisik bir toplumun işini idarə edərsə, bu idarə etmədə ədalətə riayət edərsə, qapılarını camaatın üzünə açarsa, camaatla öz arasında heç bir hicab salmazsa, camaatın istər dünyəvi ya axirət işlərinə baxarsa, camaatın məişət, təhlükəsizlik, ictimai. əxlaqi, tərbiyəvi məsələlərinə bir sözlə hədisdə bütün işlər nəzərdə tutulur və buyurulur ki, kim bu işləri öhdəsinə götürərsə, Allah yanında olan hüquqlarından biri bu olacaq Allah onu qiyamət günün qorxusundan və məhşərdəki qovğadan, o böyük hesab-kitabdan amanda saxlayacaq və asanlıqla onu cənnətə daxil edəcəkdir.


İslam Peyğəmbərinin (s) səhabələrindən on nəfərə behişt müjdəsinin verilməsi”- rəvayəti səhihdirmi?


İslam Peyğəmbərinin (s) səhabələrindən on nəfərə behişt müjdəsinin verilməsi”- rəvayəti səhihdirmi? Əhli-sünnə rəvayətlərinin mənabelərində belə bir rəvayət vardır. O cümlədən, “onluq müjdəsi” və o rəvayətdə deyilir ki: “İslam Peyğəmbərinin (sələllahu ələyhi və alihi və səlləm) səhabələrindən on nəfərə behişt müjdəsi verib.” Amma, şiə alimləri belə bir rəvayəti qəti dəlillərlə rədd edir və rəvayətin saxta olmasını isbat edir.


Quranda bərzəx aləmi ilə bağlı məlumat varmı?


Quranda bərzəx aləmi ilə bağlı məlumat varmı? Var. Məsələn, Muminun surəsinin 99-100-cü ayələrində deyilir: “ Onlardan hər kimi ölüm haqlayarsa, deyər: «Rəbbim, geriyə qaytar məni. 100. Yarımçıq qoyduğum işimi tamamlaram, yaxşı işlər görərəm». Bir sözdür deyir o, deməyin nə faydası? Diriləcəkləri günə qədər bir maneə dayanar onların arxasında.
BƏRZƏX VƏ ƏRAF haqqında: Dünyadakı həyatın bitməsinin absolyut son olmaması, ondan sonra yeni bir həyatın – axirətin olmasına inam iman əsaslarındandır. “Axirət” sözü axır deməkdir. Amma bu mütləq son yox, bu dünyadakı həyatın axırı, insandan ilahi nəfəsin alınması, yeni bir vüsalın başlanğıcıdır. Quranda dəfələrlə “onlar ki Allaha və axirətə inanarlar” ifadəsi keçir. Yəni bir çox hallarda başqa iman əsasları sadalanmır, Allaha və ölümdən sonrakı həyata inam isə qoşa səsləndirlir. ...


İslama görə, qadın hökmdar, dövlət başçısı ola bilərmi?


Nəml surəsində Səba kraliçasının haqqında yazılanları oxuyanda bu qadının ağıllı, tədbirli, ölkəni məşvərətlə idarə edən birisi olduğu görünür. Əvvəlcə kafir olsa da, haqqı görüncə Süleymanın əmrinə girib Allaha təslim olduğu görünür. Burada Səba kraliçası haqda mənfi heç nə yoxdur. Ona görə Quranın qadınların dövlət başçısı olmasına müsbət yanaşdığı bəlli olur. Siz deyən hədis isə belədir: “Başlarına bir qadını keçirən bir qövm uğura uğramaz” (Buxari, “Fitən” 18, Tirmizi “Fitən” 75).
Göründüyü kimi bu hədis Qurana ziddir, ona görə qəbul edilə bilməz.


Tövbənin açdığı 8 qapı nələrdir?


Tövbənin açdığı 8 qapı nələrdir? İslam dininin ən mühüm mövzularından biri - günahı tanımaq və onu aradan qaldırmağın yolları mövzusudur. İnsanların bir çoxu günah işlədir, ancaq bu günahlarının çirkin aqibətindən amanda qalmağı hamı istəyir. (Tebyan) Allah Quran ayələrində tövbə edənlərə 8 bərəkəti vəd edir: 1. Bağışlanma müjdəsi. 2. Səmadan bərəkət endirəcəkdir. 3. Ruzisi artar. 4. Dünya həyatında övladlardan bəhrələnmək. 5. Dünya və axirətləri abad olar. 6. İnsanın cismi və ruhi qüvvəsi artar. 7. Qəm və qüssə aradan gedər. 8. Borcdan nicat tapar.


Günahların bağışlanmasının 4 amili nələrdir?


Günahların bağışlanmasının 4 amili nələrdir? İnsan günah işlədə bilər, çünki məsum deyildir. Məsumlar (ə) nəinki günah işlətməz, bəlkə heç onun fikrini belə etməzlər. İnsan lazımlı mərifətə malik olmadığına görə günah işlədə bilər və hər birimiz qəbul edə bilərik ki, günahkarıq. Əgər günahımızdan peşman olsaq, bizim üçün tövbə qapısı açıq olar.
Günahların bağışlanmasının 4 amilinə nəzər salaq; 1-Çətinlikdə və bolluqda infaq etmək, 2-qəzəbini yatızdırmaq, 3-bir-birini bağışlamaq və 4-başqalarına sevgi göstərmək - dörd amildir ki, əgər insan ona əməl edə bilsə günahları bağışlanar.
İnfaq etmək


Acı hadisə ilə qarşılaşanda, nə edək?


Acı hadisə ilə qarşılaşanda, nə edək? (Ustad Möhsün Qiraətinin dərslərindən) Bir süfrəyə həm duz-istiot qoyarsınız və həm də şirniyyat və mürəbbə. Uşaqlar şirniyyat və mürəbbədən ləzzət alarlar. Və duz-istiotu lazımsız hesab edərlər. Lakin böyuklər üçün hər ikisi lazımlıdır. (Tebyan) Acı hadisələrin də bərəkəti vardır: 1. İnsanın Allaha olan diqqətini daha da artırar. 2. İnsanı müdrik edər və istedadlarını çiçəkləndirər. 3. Günahlarının və büdrəmələrinin kəffarəsi olar. 4. İlahi nemətlərin qədrini daha çox bilər. Nəticədə bərəkətlərini nəzərə alaraq səbir etmək daha məqsədyonlü olar.


Paltaryuyan maşın paltarı pak edərmi?


Paltaryuyan maşın paltarı pak edərmi?Cavab 1: Əgər eyni-nəcasət aradan getdikdən sonra kür suya bağlı olan paltaryuyan maşındakı paltarın hər yerinə bu su çatsa və su maşının içini tamamilə əhatə etsə, bu paltarlar pak olar. Eyni şəkildə az su ilə maşın paltarları 2 dəfə yuyarsa, pak olar. Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası
Cavab 2: Paltarları bir neçə dəfə yuyub suyunu sıxan avtomat paltaryuyan maşınlar vasitəsilə yuyulan paltarlar pakdır. İstər paltarları yuyarkən borulardan gələn suya birləşmiş olsun, istər su kəsiləndən sonra yumağa başlasın. Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin dəftərxanası


Bəzi şəxslər raşidi xəlifələrə lənət oxuyurlar. Bu işin hökmü nədir?


Bəzi şəxslər raşidi xəlifələrə lənət oxuyurlar. Bu işin hökmü nədir? Cavab 1: Əhli-sünnə qardaşlarımızın müqəddəsatlarına toxunmaq haramdır.
Cavab 2: Müsəlmanları parçalayan bu cür işlərdən uzaq olmaq lazımdır. Bütün müsəlmanlar İslam düşmənlərinə qarşı birləşməlidirlər.


Şərabla murdarlanmış qabı neçə dəfə yumaq lazımdır ki, şəri olaraq pak sayılsın?


Şərabla murdarlanmış qabı neçə dəfə yumaq lazımdır ki, şəri olaraq pak sayılsın? Cavab 1: Az su ilə yuyulsa, 3 dəfə yuyulsa, pak olar. 7 dəfə yuyulması daha yaxşıdır. Kürr yaxud axar suda yuyulan nəcis qabın 1 dəfə yuyulma ilə pak olması, üstün nəzər olsa da 3 dəfə yuyulması ehtiyata uyğundur.
Cavab 2: Şərabla nəcis olmuş qab gərək 3 dəfə yuyulsun. Bu hökmdə az su, kürr və axar su arasında fərq yoxdur. Müstəhəbb ehtiyat budur ki, 7 dəfə yuyulsun.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter