Şəxsi gigiyena ilə bağlı dinimizin bəzi tövsiyələrini qeyd edin?


Şəxsi gigiyena ilə bağlı dinimizin bəzi tövsiyələrini qeyd edin? İslam dinində şəxsi gigiyenaya diqqət etmək xüsusi əhəmiyyətə malik olan mövzulardandır. Bəzi yerlərdə hətta vacib hesab edilir, bəzi yerlərdə isə müstəhəb. Şəxsi gigiyanaya riayət etməyə aid çox sayda hədislərimiz vardır. (Tebyan) İslam dininin nəzərinə görə mənəviyyatla təmizliyin rabitəsi vardır. Buna vacib və müstəhəb olan qüslları misal göstərmək olar. İbadətin həqiqi olması bədənin pak və təmiz olmasından çox asılıdır.
İmam Rza (ə) yuyunmağın faydalarını bəyan edərək buyurmuşdur: “Hamamın çox faydası vardır. Çirk və pislikləri aradan aparar. Bədəndə olan damarları kiçikdən tutmuş böyüyə qədər yumşaldar. Bədəni gücləndirər. Lazımsız maddələri məhv edər. İltihabı aradan aparar”.


İmam Rza (ə) rəvayətlərindən bir neçə sualımı cavablandırın?


İmam Rza (ə) rəvayətlərindən bir neçə sualımı cavablandırın? İmam Rzanın (ə) hədislərində bir neçə sualın cavabı belə gəlmişdir:
1-Allah nədir və haradadır? Cavab: Diqqət olunsa Allah ahqqında bu sual və baxış səhvdir. Çünki Allah məkanı yaradandır və özünün bu məhdud məkana ehtiyacı yoxdur deyə məkanda yerləşməmişdir, və nəlikləri yaradan odur zəif olanlar kimi Allahın olmasını düşünmək səhvdir, buna görə məxluqların ehtiyacı olanlara nəzər salaraq Allahın haqqında oxşadaraq belə sual soruşmaq düzgün deyildir.
2-Mümkündürmü Allahı bizim üçün tanıtdırasınız? Cavab: Hər kim Allahı müqayisə edərək tanıtdırmaq istəsə, səhv yolda addımlamış olar və hər nə Allaha nisbət versə İslam maarifi ilə uyğun deyildir. ...


Tövbənin mahiyyəti və xalis tövbə haqda geniş yazın?


Tövbənin mahiyyəti və xalis tövbə haqda geniş yazın? İmam Sadiq (ə) buyurur: «Hər dəstənin özünə məxsus tövbəsi var. Allahın məxsus bəndələrinin tövbəsi Allahdan bir an da olsa, qafil olmaları üçün etdikləri tövbədir. Ümumi camaatın tövbəsi isə günahlardan tövbə etməkdir». İmam Baqir (ə) buyurur: «Allah Təalanın bəndəsinin tövbəsinə sevinməsi, övladı olmayan adamın uşağı olandan sonrakı sevincindən, itirdiyi şeyi tapan şəxsin və həmçinin, susuz adamın su tapdıqdan sonrakı sevincindən çoxdur». İmam Baqir (ə) buyurur: «Tövbəni tə’xirə salmaqdan çəkin. Çünki tövbəni tə’xirə salmaq bir dənizə bənzər ki, tövbə etməyi tə’xirə salan şəxs onda boğulacaqdır». -Xalis tövbənin beş şərti var: 1. Günahı tərk etmək; 2. Keçmiş günahlardan peşman olmaq 3. Günah etməyəcəyini qərara almaq 4. Etdiyi günahları ibadətlə əvəz etmək 5. Dillə tövbə etmək ...


Hansı insanların qəbirdə bədəni çürüməz?


Hansı insanların qəbirdə bədəni çürüməz? İslam təlimlərinə əsasən insanı qəbirdə qoyandan sonra cəsədi çürüyür və torpağa qarışır, amma bəzi insanlar var xoş niyyətli əməllərinə görə İlahi qüdrətin istəyi əsasında cəsədləri qəbirdə çürüməz ki, ibarətdirlər:
On qrup adamın cəsədi qəbirdə çürümür: 1-Cihad edənlər, 2-Azan deyənlər, 3-yaxşılığıa dəvət edib pislikdən çəkindirən alimlər, 4-Quranı əzbər bilənlər, 5-Şəhidlər, 6-Peyğəmbərlər, 7-Doğuş zamanı ölən qadın, 8-Zülm ilə məzlumcasına öldürülən şəxs, 9-10-Cümə günü və ya cümə axşamı ölən şəxs,


İslam dini yoxsulluq və aclıq dinidirmi?


İslam dini yoxsulluq və aclıq dinidirmi? Bəzi insanlar bir sıra müsəlmanların təkəbbürlü və nalayiq hərəkətlərini dindən bilirlər. Ancaq halbuki, həmin bu müsəlmanların geri qalmışlığı onların özünə aiddir, İslam bir şeydir, müsəlman olmaq başqa bir şeydir.
İslam dinində müsəlmanlar iqtisadi fəaliyyətlərə dəvət olunur, yoxsulluqdan, hər cür işsizlikdən uzaq olmağa çağırılır. Bu məsələyə o qədər təkid edilir ki, hətta ailə üçün ruzunun qazanılması Allah yolunda edilən cihadla bir tutulmuşdur. Şərhçilərdən biri “Muzəmmil” surəsinin 20-ci ayəsinin təfsirində yazır: “Bu ayədə “cihad fi səbilillah” - yaşamaq üçün səylər göstərmək mənasındadır və bu da onu göstərir ki, İslam bu mövzuya xüsusi əhəmiyyət verir. Zira, yoxsul, ac və başqalarına möhtac olan bir millət heç bir zaman istiqlaliyyət və əzəmət qazanmaz. Əslində iqtisadi cihad düşmənlə cihadın bir hissəsidir”. İmam Sadiq (ə) ruzi əldə etmək haqda buyurur: “Ruzi əldə etməkdə tənbəllik etməyin, çünki atalarımız bu yolda çalışıblar və ruzini istəyiblər”. Ona görə də İslam dini müsəlmanları təkcə yoxsulluqdan uzaq olmağa çağırmır, həm də onu cihad adlandırmışdır. Deməli, din müsəlmanların yoxsul olmasını istəmir. ...


Yeniyetmələrin düzgün tərbiyəsi üçün hansı tövsiyələr olunur?


Yeniyetmələrin düzgün tərbiyəsi üçün hansı tövsiyələr olunur? Uşaq tərbiyəsi İslam dinində həmişə diqqət mərkəzində olan mövzulardan biridir. Valideyn övladın nütfəsi qoyulan ilk gündən övladına tərbiyə verər. Bu tərbiyə uşağın yaşı artdıqca, daha da çətinləşər və diqqət tələb edər. Uşaq tərbiyəsində ən çətin dövr yeniyetmə dövrüdür. Bu, elə bir dövrdür ki, uşaq iki yol ayrıcında olur: uşaqlıq və cavanlıq. (Tebyan) Ona görə də valideyn cəmiyyətə sağlam cavan təqdim etmək üçün səy göstərməli və övlad tərbiyəsində daha diqqətli olmalıdır. Yeniyemənin həm cismi və həm də ruhi ehtyacları artar və bu ehtiyaclardan biri də cinsi ehtiyaclardır ki, valideyn gərək onu düzgün tərəfə yönləndəriə bilsin. Bunun üçün bəzi tövsiyələr verilir ki, onlara diqqət etməklə saleh və sağlam övladlar böyütmək mümküdür: 1-Yeməyinə diqqət etmək. 2-Paltarına diqqət etmək. 3- İstirahəti kifayət qədər olmalıdır, 4- Dostluq rabitələrinə diqqət etmək. 5- Valideyn rabitəsi. 6-Bacı və qardaş münasibəti. 7-Məşğuliyyət yaratmaq. 8-İffət və əxlaq.


Hədislərdə mal-dövlətin bərəkətini aparan amillər nələrdir?


Hədislərdə mal-dövlətin bərəkətini aparan amillər  nələrdir? Bir çoxları bu sualı verir ki, niyə malımızın bərəkəti yoxdur? “Bərəkət” sözünün mənası “çoxlu” deməkdir. “Bərəkət” həm də “davamlı olmaq” deməkdir. Lakin hər bir çox olan şeyə bərəkət deməzlər. Misal üçün itin həmişə balası çox olar. Deməzlər ki, nə qədər bərəkətli övladları vardır. (Tebyan) Bərəkəti aradan aparan amillər çoxdur: namaz qılmamaq, namazı yüngül hesab etmək, təqvasızlıq, xəyanət və sair.
Həzrət Peyğəmbər (s) buyurur: “Dörd şey vardır ki, əgər onlardan biri evə daxil olarsa, xarab olar və bərəkətlə abad olmaz: xəyanət etmək, oğurluq, şərabxorluq, zina”.


Daxili eybləri tanımağın yolları hansılardır?


Daxili eybləri tanımağın yolları hansılardır? İnsan özünü sevdiyindən eyblərinə az diqqət edər. Ona görə də onları aradan qaldırmaq istəmir. Elə buna görə də ola bilər ki, insanların yanında bu eybləri aşkar olar. Bu eyblərinə görə insanların məzəmmətinə səbəb olar. İctimai mövqeyini əldən verər. Peyğəmbər (s) bu haqda buyurur: “O zaman ki, Allah bəndəsinə yaxşılıq istəyərsə, ona dində məhəbbət, dünyada zahidlik verər və eyblərinə agah edər”. Bizim daxilimizdə olan eybləri məhv etməsək, dünya və axirətdə abır və izzətimizi aradan aparacaqdır. Məsum İmamlar (ə) bizlərə bu zəmində yol göstərmişdilər ki, bəzilərinə işarə edək: 1. Özünlə haqq-hesab etmək. Əmirəl-möminin (ə) buyurur: “O kəs ki, özü ilə hesablaşar, eyblərindən agah olmuş və günahlarını əhatəyə almış deməkdir”. 2. Rəzil insanların ibrəti. Loğman Həkim onun üzərində olan pərdəni qaldırmışdır. “Ədəbi kimdən öyrənmisən?” sualına belə cavab vermişdir: “ədəbsizlərdən”.


Ailənin dindar olması üçün nə etməliyik?


Ailənin dindar olması üçün nə etməliyik? Bütün İlahi dinlərdə ailə bəşərin ən müqəddəs ocağı hesab olunur ki, orada insanlar bir-birinin yanında kamala çatarlar. Dini tərbiyədə ən mühüm amil - ailədir. Ailədə uşaqların dini dünyagörüşü formalaşar. Həzrət Peyğəmbər (s) buyurur: “Bütün övladlar pak İlahi fitrətlə doğular, ailə tərbiyəsidir ki, övladı yəhudi və ya xaçpərəst edər”. (Tebyan) Ailə dini məsələyə qarşı hər nə qədər həssas olarsa, övladın dinə münasibətdə sabitqədəmliyi çox olar. Dini dəyərlər ailə vasitəsilə övlada ötürülər. ...


Əgər Qurani-kərimin ayələri ilə əql arasında ziddiyyət meydana gələrsə bu zaman bizim vəzifəmiz nədir?


Əgər Qurani-kərimin ayələri ilə əql arasında ziddiyyət meydana gələrsə bu zaman bizim vəzifəmiz nədir? Ümumiyyətlə Qurani-kərim ilə əqlin arasında ziddiyyətin meydana gəlməsi qeyri-mümkündür. Düzdür bəzi mütəşabeh ayələr zahiri əql ilə ziddiyyət təşkil edir.Amma həmin ayələrin batini dəlalətinə gəlincə orada ziddiyyətin olması mümkün deyil.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter