Kimlərin səfərə çıxması şəriətə görə haramdı?


Kimlərin səfərə çıxması şəriətə görə haramdı? 4 dəstənin səfərə çıxması şəritə baxımında haramdır və namazlarını gərək səfərdə tamam qılsın:
1-Səfərə çıxan şəxsin səfəri haram olsun misal üçün xəstənin səfərə çıxması onun üçün zərərli ola, və ya səfərə çıxması haram işi görmək üçün ola, misal üçün oğruluq üçün səfərə çıxan şəxs. 2-Evladın ata və anasının narazılığı olan halda səfərə çıxması İslam şəriəti baxımından qadağandır, misal üçün müstəhəb ziyarətinə gedən evlad əgər ata-anasının narazlığının bilə-bilə səfərə getsə haram etmiş olar. 3-Hər bir səfərə getmək ki, valideyni narahat edə, dini təhsil almaq üçün səfərə çıxan şəxs ata-anasının haqqını ödəməkdə maneçilik törədirsə gərək onların razılığını alsın, ala bilməsə səfərə çıxması qadağandır. 4-Qadının həyat yoldaşından icazə almadan səfərə çıxması şəriət baxımından haram və qadağandır.


Dərdlərə dərman olan zikr hansıdır?


Dərdlərə dərman olan zikr hansıdır? 99 dərdə dərman olan zikr: Əziz İslam Peyğəmbər (s) buyurur: «لا حول و لا قوة الا باللّه‏» \"La Hövlə vəla qüvvətə illa billahil Əliyyil əzim\" zikr 99 dərdə şəfa verər onların ən azı qəmginliyin aradan getməsidir.
İmam Əli (ə) buyurur: \"Xəstələndim Allahın Rəsulu mənim iyadətimə gəldi və buyurdu: \"De: İlahi! Səndən istəyirəm sağlamlığı ki verirsən mənim üçün önə salasan, tez verəsən! Mənim imtahanımda səbir verəsən və məni öz rəhmətinə yaxınlaşdırasan.\" Mən bu duanı oxudum və bundan sonra xəstəlik yatağından ayağa durdum. Güya ki belə bir çətinlikdə olmamışdım\". Yenə də İmam Əli (ə) buyurur: \"Allahın Rəsulu Ənsardan olan səhabələrdən olan bir kişini görməyə getdi. Xəstə şəxs peyğəmbərə dedi: Ey Allahın Rəsulu! Mənim üçün Allaha dua et. Allahın Rəsulu cavabında buyurdu: \"De: Böyük Allahdan və Ərşin hökmdarından istəyirəm sağlamlıq diləyirəm!\". Kişi bu duanı üç dəfə oxudu və xəstəlik yatağından ayağa durdu, elə bil ki, heç xəstəlik keçmişə malik deyildi. (Dərdlərin dərmanı və şəfası Allahın qüvvət və hökmdarlığına inanmaqla dilə gətirmək əldə etmək mümkündür).


Aşura ziyarətini oxumağın təsirindən yazın?


Aşura ziyarətini oxumağın təsirindən yazın? Aşura Ziyarətini oxumağın təsiri:
Mərhum Ayətullah Əbdül Kərim Hairi Yəzdidən nəql olunur: İraqın Samirra şəhərində dini təhsil alan zamanlarda Samirra əhalisi vəda adlı bir xəstəliyə düçar olmuşdu və hər gün bir dəstə ölürdü! Bir gün ustadım olan Fişarəkinin evində idim bir dəstə alimlər də oraya gəlmişdilər. Birdən evə Aqa Mirzə Məhəmməd Təqi ağa daxil oldu. Söhbət Vəba xəstəliyindən getdi və deyildi ki, hamı ölümlə üz-üzə qalıb. Mərhum Mirzə ağa buyurdu: Əgər mən bir hökm versəm onu etmək vacibdirmi? Məclis əhlinin hamısı dedi: Bəli. Buyurdu: Mən hökm edirəm ki, 10 bütün şiələr Aşura ziyarətini oxusun. və savabını İmam Zamanın (ə) anası olan Nərcis xatunun ruhuna hədiyyə etsinlər. Ta ki, bu bəlanı onlardan uzaqlaşsın. məclis əhli bu hökmü bütün şiələrə çatdırdılar. Hamı Aşura ziyarətini oxumağa başladı. O günün sabahından şiələrin vəba xəstəliyindən ölməsi dayandı. (Dəstqeyb ağanın, Gözlənilməyən hadisələr kitabından, səh: 273-274).


Əbu Hureyrənin hədis raviliyinə hansı şübhələr irəli sürülür?


Əbu Hureyrənin hədis raviliyinə hansı şübhələr irəli sürülür? Əbu Hureyrə Yəməndə dünyaya göz açımış və 30 yaşında qəbilə başçıları ilə birlikdə Mədinəyə gələrək Peyğəmbərə (s) beyət etmişdi. Tarixçilərin baxışına əsasən o hicrətin yeddinci ilindən müsəlman olmuş və 3 il həzrət Peyğəmbəri (s) görmüşdü. Əbu Hureyrə Mədinənin Əhli Siffə adlı dəstənin üzvü idi, məsciddə yaşayar və müsəlmanlardan kömək əli gözləyirdi. Əbu Hureyrənin bu qısa yaşayış tərzindən hədisşünaslığına olan şübhələr:
1)-Onun əhli siffə olması ilə yanaşı və maddi çətinliklərlə üzləşməsi onun hədis elmində böyük məqamlara çatması ağla sığan bir məsələ deyil. 2)-Belə bir çətin maddi imkanlarda olan şəxs və az bir müddət həzrət Peyğəmbəri (s) görən adam necə edə bildi ki, Peyğəmbərin (s) dövründən o həzrətdən çoxlu hədislər nəql etsin! 3)-Əbu Hureyrədən əhli-sünnət kitablarında 5374 hədis nəql olunur bir halda ki səhabələrdən heç biri Peyğəmbərdən (s) bu qədər hədis nəql etməmişdi?! Hətta Peyğəmbərin (s) həyat yoldaşı olan Aişədən 2300 hədis nəql olunur.


İmam Sadiqin (ə) müsəlman üçün əxlaqi göstərişlərindən bir hədis yazın?


İmam Sadiqin (ə) müsəlman üçün əxlaqi göstərişlərindən bir hədis yazın? İmam Sadiq (ə)-dan bir əxlaqi göstərişlər edən hədisi:
Süfyani Suri adlı bir şəxsdən nəql olunur ki, İmam Sadiq (ə) ilə görüşdüm. Dedim: Ey Allahın Peyğəmbərinin (s) balası mənə nəsihət edin: Buyurdu: Süfyani! 1-Yalançılıqda padişahlıq olmaz, 2-Tez inciyənin dostu olmaz, 3-Paxılılığın rahatlığı olmaz, 4-Kobudun dəyəri olmaz.
Süfyani deyir. İmam dedim: Ey Allah Rəsulunun balası! Yenə də buyurun: Buyurdu: Süfyani!
1-Allaha ümid et ki, iman elə budur. 2-Onun verdiklərinə razı ol, ehtiyacsızlıq elə budur, 3-Qonşularınla xoş rəftar ol ki, müsəlmanlığındır, 4-Dinsizlə dost olma ki, fasiq əməllərini və zülmlərini nəsə öyrədər, 5-Allahdan qorxan və təqvalı insanlarla məşvərət et (ağıllarına şərik olarsan).


İslam aləmində etimad olunacaq alimlərdən İmam Sadiq (ə) şagirdlərinin bir neçəsini tanıtdırın?


İslam aləmində etimad olunacaq alimlərdən İmam Sadiq (ə) şagirdlərinin bir neçəsini tanıtdırın? İmam Sadiqin (ə) müxtəlif elmlərdə mütəxəssis səhabələri və şagirdləri var idi. O həddə ki, hədis ravilərini tanıyan və hədis elmində bilik sahibləri deyirlər: İmam Sadiqin (ə) elm məktəbi yaratdığı zamanda 4000 minə yaxın şagirdi var idi. İmam Sadiqin (ə) bir neçə müxtəlif sahələrdə dərin elmə sahib olan səhabə və şagirdləri:
A) İmamın şəiətdə yetişdirdiyi şagirdlər: 1-Aban ibn Təğləb, Şəriət müəllimi olmuşdu, 2-Zurarə ibn Əyən, alimliyə lazım olan dəyərlərin çoxuna sahib olan şəxsiyyət idi. Quran qarisi, müctəhid, kəlam ustadı, şair və güclü ədəbiyyatçı olmuşdu
B) İmamın əqaid elmində yetişdirdiyi şagirdlər: 1-Mömin Taq, Əbi Hənifə və Mürciə məzhəbi ilə münazirələri kitab şəklində yazılmışdır. Xəvaric qrupu (Əli (ə)-la düşmən olanlar) haqda əqaid araşdırmaq aparmışdı, İmamət haqda geniş qeydiyyatlar yazmışdı. 2-Hişam İbn Həkəm Kindi, Zindiqlərin (Allahı inkar edənlərin) batil olmasına dair kitab yazmışdı.
C) İmamın hədis elmində yetişdirdiyi şagirdlər: 1)Cabir ibn Yəzid Cöfi, Cəməl müharibəsi, İmam Əli və Huseyin (ə) şəhadəti haqda kitablar yazmışdı, 2-İshaq ibn Əmmar Kufi. Hədis ravilərini tanımaqda alim olan şəxsiyyətlər onun haqqında deyiblər: O böyük hədis bilimçisi və düz danışan ravidir.


İmam Sadiq (ə)-ın həyatına bir baxış


İmam Sadiq (ə)-ın həyatına bir baxış İmam Sadiq (ə) Altıncı İmam. Ləqəbləri: Düzdanışan, pak, qiyam edən, nicat verən, səbirli və düzlüyü təsdiqləyən. ... Künyəsi: Əbu Əbdillah. Valideyni: İmam Baqir (ə) Anası: Fatimə (Ümmü Fərvə). -83-cü hicri, 17 Rəbiül-əvvəl ayı, Mədineyi-Münəvvərə. Şəhid olduğu gün: 148-ci hicri ili, 25 şəvval. Ömrü: 65 il. Qatili: Mənsur Dəvaniqi. Məqbərəsi: “Bəqi” qəbiristanlığı. Üzüyündəki yazı: “Əllahu Xaliqu kulli şəyin” (Allah hər bir şeyin xaliqidir). İmam Sadiqin (ə) həyatında iki əsas incəliyə diqqət yetirmək lazımdır:
1-Müsəlman ümməti tərəfindən İmama rəhbərlik təklifi gəlirdi amma İmam həqiqətlərdən agah olduğundan bütün vəsvəsəfi təkliflərdən imtina edərdi. İmkan olan fürsətlərdə isə İmam düzgün etiraz və qiyamlardan himayə edərdi. O cümlədən Əmisi olan Zeydin qiyamını düzgün və saleh əməl kimi tanıtdırdı.
2- İmam Sadiq (ə) öz tərəfdarlarını həmişə təhriflərdən pak bir İslama dəvət edirdi. Bu da xilafətin mövqeyini dəstəkləyən fəqihlərin, qondarma müftilərin və eləcə də onların arxasında duran hakimlərin etirazına səbəb olurdu. Çünki həqiqi İslam onların təbliğ etdiyi və faydalandığı dindən uzaqdır və camaatı öz haqlarını tələb etməyə təşfiq edirdi. Odur ki, İmam Sadiq (ə)-ın qoyduğu dərslər bir cəhətdən də hakim təbəqənin ideoloji prinsip- lərinin sarsılmasına yönəlmişdi. İmamın (ə) ictimai fəaliyyətinin tərkib hissəsi olan digər cəhət isə xilafətin müxtəlif bölgələrinətəbliğməqsədilə nümayəndələr göndərməsi idi.


İmam Huseyindən (ə) günahla mübarizə yoluna aid bir hədis yazın?


İmam Huseyindən (ə) günahla mübarizə yoluna aid bir hədis yazın? Günahla mübarizə yolu İmam Huseyin (ə) hədisində:
Bir kişi İmam Huseynin (ə) hüzuruna gələrək dedi günahkaram və günahdan çəkinə bilmirəm. Bu şeytani yoldan uzaqlaşmaq üçün mənə nəsihət edin. İmam Huseyin (ə) cavabında buyurdu: Beş iş yerinə yetir onlardan sonra hər nə qədər günahlar istəyirsən et! O əməllər ibarətdir:
1-Allahın ruzisini yemə və hər nə qədər günah istəyirsən et! 2-Allah hökumətindən çıx hər nə qədər günah istəyirsən et! 3-Günah üçün elə bir yer seç ki, Allah səni görməsin hər nə qədər günah istəyirsən et! 4-Əzrail canını almaq üçün gələndə onu uzaqlaşdır hər nə qədər günah istəyirsən et! 5-Cəhənnəm sahibi səni oda atanda, alova girmə hər nə qədər günah istəyirsən et! (İmam günahkar şəxsə demək istəyir ki, əgər bunları etməyə qüdrətin varsa onda günaha etməkdə azadsan əks təqdirdə bəs nə üçün bu qorxuları hiss edərkən günahdan çəkinməyə çalışmırsan?!). İmam Huseyin (ə) sözlərinin ensiklopediya kitabı, Hədis: 559.


Quran Kərim Bələme Bauranı nə üçün itə bənzədir?!


Quran Kərim Bələme Bauranı nə üçün itə bənzədir?! Bələm Baura İmam Rzanın (ə) hədisində belə tanıtdırılır:
\"Bələm ba Ura ism Əzəm (güclü ilahi qüvvəyə) malik idi. İsm Əzəm ilə dua edirdi və Allah onun duasını qəbul edirdi. Ömrünün sonlarında Firona tərəf yönəldi, və onun saray alimlərindən oldu. Bir gün Firon onun yanından keçirdi Bələm Bauranı görərək dedi: Musanı axtarıram Allahdan istə ki, Musanı və səhabələrini bizim tələmizə düşürsün. Bələm öz uzunqulağına mindi, Musanı axtarmaq üçün addımlağa başladı. Mindiyi uzun qulaq yeriməkdən dayandı. Bələm heyvanı döyməyə başladı. Allah uzunqulağın dilindən tutqunluğu açaraq dilə gətirdi və uzunqulaq dedi: Vay olsun sənə məni nə üçün döyürsən?Aya güman edirsən səninlə gələrək Allahın peyğəmbərini (ə) tələyə salaram!? və Sən də Allahın peyğəmbərini sahabələri ilə birlikdə nifrin edərək Firona əsir edə biləsən?! Bələm bunu eşitdi və başladı uzunqulağı döyməyə, heyvana o qədər zülm etdi ki, o öldü. Elə o zamandan Bələm Baura ilahi qüvvədən məhrum qaldı.
Yəni Bələm Baura əlində olan dünya və axirət nemətlərinə kifayətlənməyərək Quduz it kimi sussuzluq hiss edərək maldan az qazandığını düşünərək fironun saray alimi və Peyğəmbər (s) düşməni olmasını şeytana uyaraq qəbul etdi.


İmam Zamanın (ə) 313 əsgəri zühurdan öncə o həzrətin əsgərləri olmasını bilirlərmi?


İmam Zamanın (ə) 313 əsgəri zühurdan öncə o həzrətin əsgərləri olmasını bilirlərmi? İmam Zamanın (ə) 313 nəfər xas naibi zühurdan öncə xas əsgər olmaları haqda məlumatları olması haqda rəvayətlərdə heç bir işarə olunmamışdır.
Bu məqamdan məlumatlandırılma Allah məxsus qeybi bir bilikdir. Allah zühurun yaxınlaşması zamanı insani və ilahi dəyərlərdə kamalata yetişmiş və İmam Zaman (ə) əsgərliyini qazanmış bəzi əhli-beyt aşiqlərinə bu məqam haqda məlumat verilməsi inkar olunmur. Eləcə də rəcət edib 313 əsgər ola biləcək bəzi ixlaslı bəndələrin bu haqda xəbərdarlığı zehinlərdən uzaq məsələ deyil. Misal üçün: Əshabi Kəhf, Musa Peyğəmbərin (s) vəsisi olan Yuşə ibn Nun, Malik Əştər, Miqdad. rəvayətdə onların zühur zamanı dirilməsi deyilir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter