İmam Rza (ə.s)-ın pak hərəminə girən zaman hansı dua oxunmalıdır?


İmam Rza (ə.s)-ın pak hərəminə girən zaman hansı dua oxunmalıdır? İmam Əli ibn Musa-Rza (ə.s)-ın pak hərəminə girən zaman oxunulan dua:
Duanın oxunuşu: Girişdən qabaq bu duanı oxuyursan.
\"İlahi, mən Peyğəmbərin qapılarından birində durmuşam ki Sənin salamların ona və əhlibeytinə olsun, Sən özün insanlara o qapıya icazəsiz daxil olmağı qadağan etdin və buyurmusan-Ey iman əhli Peyğəmbərin evinə daxil olmayın, məgər ki sizə giriş icazəsi verilə. İlahi, həqiqətən bu şərəfli məşhəd sahibinin qayibinə və həmçinin hüzuruna imanım var və yəqinim var sənin göndərdiklərin və canişinlərindir (Allahın salamı olsun onlara) ki sənin yanında diridirlər və ruzilənirlər, bizim məqamımızı görürlər, bizim sözlərimizi eşidirlər, bizim salamımıza cavab verirlər və sən onların kəlamını-sözünü eşitməyimə pərdə çəkib ləziz münacat yolumu açmısan. İlahi, əvvəl Səndən və sonra sənin Rəsulundan (Allahın rəhməti ona və əhlibeytinə olsun) icazə istəyirəm və üçüncü dəfə sənin canişinin ki onun itaəti bizə vacibdir Əli ibn Musa-Rza (ə.s)-dan və o mələklər ki bu bərəkətli torpağın keşikçilərindədirlər, icazə istəyirəm. Ey RəsulAllah daxil olummu? Ey Allahın höccəti, daxil olummu? Ey bu mübarək Məşhəddə sakin olan, Allaha yaxın olan mələklər, daxil olummu? Ey mövlam, mənə daxil olmaq icazəsin versən, o icazə ki ən yaxın dostlarına mərhəmət etmisiz, əgər mən o icazəyə layiq olmasam, siz mərhəmət sahibisiniz\". Allah bütün istəyənlərə bu ziyarəti qismət etsin. Amin!


Körpə olarkən dünyasını dəyişən uşaqlar qiyamətdə əzab olunacaqlarmı?


Körpə olarkən dünyasını dəyişən uşaqlar qiyamətdə əzab olunacaqlarmı? Rəhman və Rəhim Allah bəndələrinə qarşı çox mehribandır və istəməz ki, insanlar əzaba düçar olsunlar. Bəlkə insanların özləridirlər ki, pis əməlləri, zülm və başqalarının haqqını zay etməklə əzab olunmağa ləyaqətlənirlər. Belə bir başlanğıcla necə deyə bilərik ki, Rəhim Allah pis əməlləri olmayan və şəri hökmlərə qarşı heç bir öhdəlikləri olmayan körpələri Allah qiyamətdə əzab edər! Qiyamət və qəbr əzabı insanın etdiyi pis əməllərinin nəticəsi olaraq Allahın mələkləri tərəfindən həyata keçirilir. Körpə məsum və günahsız olan uşaqlar haqda əzab və qəbr sıxıntısı düşünmək məntiqsiz bir nəticə olar. Bu məqaləmizdə rəvayətlərdən bəzilərinə işarə edirik: 1-Peyğəmbərdən (s) nəql olunur ki, buyurdular: \"Möminlərin körpələri qiyamət günü o zaman ki, məxluqatın hesab vaxtı gələn zaman Allah Cəbrailə (ə) buyurar: Onları Behiştə daxil et. Behiş qapılarında dayanarlar və öz valideyinləri haqda soruşarlar. Behişt qapıcıları deyərlər onlar sizi kimi (pak) deyillər. Günah və səhvləri var ki, gərək onların hesabını versinlər. Körpələr uca səslə ağlayarlar. Allah buyurar: Ey Cəbrail! Bu ucalan səs kimlərindir? Cəbrail ərz edər ki, İlahi sən məndə daha biliklisən. Bunlar möminlərin uşaqlarıdır ki, deyirlər biz behiştə daxil olarmıq o zaman kimi ki valideyinlərimiz də bizimlə behiştə gəlsinlər. Sonra Allah buyurar: Ey Cəbrail! Cəmiyyətin içinə daxil ol Onların ata-analarının əlindən tutub və körpələri ilə birlikdə rəhmət sifətimə söykənərək körpələrin valideyinlərini behiştə daxil et. ...


Məryəm (s) və Asiyənin türbəti (və şəhadət dastanı) haradadır?


Məryəm (s) və Asiyənin türbəti (və şəhadət dastanı) haradadır? Məryəm (s) və Asiyənin türbətinin yerləşmə məkanı: 1-İsa (ə)-ın anası olan Müqəddəs Məryəmin (s) türbət və qəbri Beytül-Müqəddəsdə, Fələstin şəhərində yerləşir. Məryəmin (s) ölümü zamanı yaşının neçə olması haqda isə baxışlar fərqlidir. Bəzi tarixçilər onun rihlətində 51, bəziləri də 63 yaşında olmasını qeyd ediblər. 2-Həzrət Asiyənin (s) türbəti Misirdə yerləşmişdir. Asiyə xanım gizli iman gətirən imanlı xanım olmuşdur.
Asiyənin iman gətirməsi və şəhadəti: Musa (ə) Fironun sahirlərinə qələbə çalan zaman Asiyə bunu müşahidə edərək, iman gətirdi və imanını gizləyirdi. Firon onun möminə olmasından xəbərdar oldu, dəfələrlə onu bu imandan çəkindirdi. Amma bu qadın Fironun istəklərinə tabe olmadı. Nəhayət vəziyyət o həddə gəldi çatdı ki, Firon əmr etdi ki, onun ayaq və əllərini kora ilə zəncirləsinlər və onu yandırıcı günəş altında saxlayaraq ağır daşı onun sinəsi üstünə qoysunlar. Ömrünün axır anlarında bu duanı dilinə gətirib, dedi: \"İlahi mənim üçün Behiştdə özünün kənarında bir ev ver və məni bu fironun və onun çirkin əməllərindən azad et və zalım tayfadan uzaqlaşdır\". Allah da bu pak möminə xanımın duasını qəbul edərək dünyanın ən üstün qadınların cərgəsinə saldı və Müqəddəs Məryəmlə kimi xanımların həmsöhbəti seçdi.


İmam Həsənin (ə) Peyğəmbər (s) yanında dəfn olunmasına kim mane oldu?


İmam Həsənin (ə) Peyğəmbər (s) yanında dəfn olunmasına kim mane oldu? Bu bir tarixi həqiqətdir ki, Aişə Peyğəmbərin (s) zövcəsi İmam Həsənin (ə) cəddi kənarında dəfn olunmasına mene oldu. Biz bu məqaləmizdə Üsul Kafi hədis kitabından bir hədisi nəql etməklə kifayətlənirik. Muhəmməd ibn Muslim deyir: Eşitdim ki, İmam Baqir (ə) buyururdu: \"Elə ki, İmam Həsən (ə) ömrünün son anlarını yaşayırdı, qardaşı Huseynə (ə) buyurdu: \"... Elə ki, İmam Həsən (ə) dünyasını dəyişdi, onu tabutuna yerləşdirdilər. Onu Peyğəmbər (s) cənazələrə namaz qılan yerə apardılar. İmam Huseyin (ə) qardaşının cənazəsinə namaz qıldı və Peyğəmbərin (s) məscidinə daxil oldu və o həzrətin məzarı başı üzərində dayanmışdılar ki, Aişəyə xəbər göndərdilər ki, Bəni Haşim Həsən (ə)-ın cənazəsini gətirib ki, Peyğəmbər (s) kənarında dəfn etsin. Aişə özünü yetirib, dedi: (Ey Bəni Haşim!) Övladınızı mənim evimdən bayıra çıxarın, burda heç bir şey basırılmamalıdır və Peyğəmbərə (s) hörmətsizlikdir.
Bu sənədlərə əsasən Aişə İmam Həsənin (ə) cəddinin yanında basırılmasının qarşısını aldı. Bu tarixi fakta əsasən aşağıda bir neçə sual ortaya çıxır: 1-Aişə nə üçün İmam Həsənin (ə) cəddi Peyğəmbərin (s) yanında basırılmasına narazı idi? 2-Bu evin ixtiyarı Aişənin əlində idi ki, bu işi görməyə icazəsi olsun? Kim bu evi ona vermişdi? Əgər o bu evi Peyğəmbərdən (s) irs aparmışdısa Fatimə (s) atasından irs nə üçün irs aparmadı? Əgər İmam Həsənin (ə) peyğəmbər (s) kənarında dəfn olunması o həzrətə hörmətsizlik idisə bəs başqa müsəlmanların həzrətin yanında dəfn olunması hörmətsizlik hesab olunmadımı?!


İsa (ə) neçə il peyğəmbərlik etdi və onun risalətinin qlobal olmasına dəlillər nələrdir?


İsa (ə) neçə il peyğəmbərlik etdi və onun risalətinin qlobal olmasına dəlillər nələrdir? Quranın aydın ayələrinə əsasən Həzrət İsa (ə) körpə və qundaqda olduğu bir halda Bəni İsrailin (ə) müqəddəs Məryəmə (ə) töhmət etdiyi vaxtda dilə gəlib öz peyğəmbərliyini və anasının pak olmasını dedi.
Quran buyurur: “Allahdan bir möcüzə olaraq körpə dilə gəlib) dedi: “Mən, həqiqətən, Allahın quluyam. O mənə kitab (İncil) verdi, özümü də peyğəmbər etdi” –Məryəm/30. O həzrətin risaləti 29 yaşından meraca çəkilənə qədər davam etdi. İsa (ə)-ın risaləti Bəni İsrail tayfasına təbliğ etməkdən başlanmışdır, amma onlar üçün məxsuslaşmamışdı. İsanın (ə) risalətinin qlobal olmasına dəlillərimiz: - 1- Mərum Əllamə Təbatəbai (r) Bəqərə/213 ayənin təfsirində deyir: İsa (ə) Musa (ə) kimi ulul-əzm (seçilmiş peyğəmbər) olmuşdur və bütün insanlar üçün yeni risalət gətirmişdi. 2-Başqa cəhətdən isə İsanın (ə) risalətinin qlobal olmasının sübutu isə o həzrətin müxtəlif bölgələrdə dinini təbliğ etməsi olmuşdu, ki risalətini yaymaq üçün müxtəlif möcüzələrini çox saylı bölgələrdə həyata keçirmiş. 3-O həzrətin Ulul-əzm peyğəmbər (s) olması onun qlobal risalətə sahib olmasına böyük dəlil ola bilər. 4-O həzrət (ə) Həvarilərini də müxtəlif bölgələrə təbliğ üçün göndərərdi və onlar həzrət İsanın (ə) yoxluğundan sonra bu öhdəliyi yerinə yetirərdilər.


Kərbəla hadisəsi və Aşura gününün tarixi hansı yollarla nəql olunub?


Kərbəla hadisəsi və Aşura gününün tarixi hansı yollarla nəql olunub? Kərbəla qiyamı və aşura hadisəsinin tarixini üç yolla nəql olunmuşdur:
1-Bir dəstə insanlar var idi ki, İmam Huseynin (ə) qiyam karvanında idilər, və aşura günündən sonra sağ qaldılar və olanları düzgün şəkildə nəql etdilər,
2-Bəzi tarixi faktlar Muxtarın Kufəyə hakim olması zamanı ələ gəldi, yəni Muxtar İmam Huseyin (ə) şəhadətində əli olanları tutanda onlardan Aşura hadisəsində olanları və etiklərini danışmağı tələb edirdi, aşura tarixinin necə olmasını danışdıqdan sonra isə onları həlak edərdi, 3-Kərbəla hərəkatını danışmaq və yazmaq üçün Ömər Sədin qoşununda bəzi tarixçilər var idi və ya yerləşdirilmişdi ki, olanları hər nə niyyətə olursa olsun yazıb və nəql edərdilər. Onların ən məşhuru Həmid ibn Müslumdir ki, hadisələr haqda məlumatlar əldə edib tarixi fakt olaraq yazardı. Nəticədə Kərbəla qiyamı və aşura dastanının düzlüyü bu qeyd olunan üç yolla əldə edilir.


Abbasi xəlifələrindən hansı, şiələrə daha çox zülm etmişdir?


Abbasi xəlifələrindən hansı, şiələrə daha çox zülm etmişdir? Abbasi xəlifəsi Mütəvəkkil şiələrə ən çox cinayət törədənlərdən olmuşdur. O, şiələrə qarşı ürəyində həddən artıq kin-küdurət bəsləyirdi. Onun hakimiyyət dövrü şiəllərə ən pis dövrlərdən biri sayılır. Onun törətdiyi bütün cinayətləri qeyd edə bilməyəcəyimizi nəzərə alaraq, bəzi cinayətlərinə işarə edirik: 1)– Mütəvəkkil tərəfdən ələvilərdən bə’zisi ya həbs və axtarışda idilər. 2)–Mütəvəkkil hicrətin 236ı ilində İmam Hüseyn (ə) məqbərəsini və onun ətrafında olan binaları əkin sahəsinə çevirdi. Hətta 17 dəfə xərab etməsi nəql olunmuşdur. 3) Mütəvəkkil hakimiyyəti dövründə İbn Səkkit kimi İslam aləminin böyük şəxsiyyətini və Əhli-beytə (ə) sadiq olan bir sıra şəxsləri qətlə yetirmişdir. 4) Xətib Bağdadi yazır: “Mütəvəkkil Nəsr ibn Əli Cəhzəmiyə Həzrət Əli (ə), xanım Zəhra (s), İmam Həsən (ə) və İmam Hüseyn (ə) fəzilətinə dair bir hədis dediyinə görə min şallaq vurdurur. 5) Mütəvəkkil öz mənliyini satmış şairlərə pul verərək onları Abbasi hökumətinin qanuni hökumət olması barədə və ailəsini tərif etmək haqda şerlər yazmağa məcbur edirdi. 6) Mütəvəkkil Şakiriyyə adlı yerdə yeni ordu təşkil edərkən əsasən Suriya, Əlcəzair, Cəbəl, Hicaz və Ənbada Ələvilərin ziddinə ad çıxarmış şəxslərdən istifadə edir. 7) Mütəvəkkil Misir hakiminə əmr edir ki, Misirdə olan bütün Ələviləri İraqa sürgün etsin. 8)– Mütəvəkkil idarələrdən şiələri işdən çıxartmaqla onların camaatın yanındakı mövqeyini zəiflədirdi.


İmam Hüseynin (ə) hərəmini ziyarət etməyin 15 fəziləti nələrdir?


İmam Hüseynin (ə) hərəmini ziyarət etməyin 15 fəziləti nələrdir? Məsum İmamların (ə) bizlərə evrdiyi tövsiyələrindən biri də İmam Hüseyn (ə) hərəmini ziyarət etməkdir. Bu ziyarət üçün çox sayda fəzilət bəyan etmişdilər ki, onlardan bəsinizə işarə edək: 1. “O zaman ki, insan ziyarət üçün qəsd edər, Allah onun günahlarını bağışlayar. 2. O zaman ki, Həzrət Hüseynin (ə) ziyarəti üçün lazım olan şeyləri hazır edər və alar, xərclədiyi hər dirhəmə görə Ühüd dağı qədər ona savab verilər. 3. O zaman ki, mənzilindən çıxar, altı tərəfindən ona 600 mələk yoldaşlıq edər. 4. İmam Hüseyn (ə) hərəminə yollanan zaman hər nəyə və hər yerə addım qoysa, onun üçün dua edərlər. 5. Yolda günəşin şüası üzərinə düşən zaman, onun günahlarını, atəş odunu yandırdığı kimi yandırar və məhv edər. 6. O zaman ki, Fərat suyu ilə qüsl alar, bütün günahları tökülər. 7. Havanın şiddətli hərarətindən tərləyər və yolun əziyyətindən yorular. Hədislər deyir ki, onun bu tərindən 70 min mələk meydana gələr, 8. Ziyarət qüslu alıb hərəkət edəndə hər atdığı addıma görə qəbul olmuş yüz həcc və yüz ümrə və Peyğəmbərlə (s) birgə edilən yüz cihadın savabını qazanar. 9. Hərəmə yaxınlaşan zaman mələklərin müxtəlif dəstələri və hər dəstədə on min nəfər onu qarşılamağa gedər. 10. O zaman ki, zəvvar Həzrət İmam Hüseynin (ə) hərəmini mərifətlə (elmlə) ziyarət edər, o əziz ona nəzər salar və onun üçün dua edər. 11. O zaman ki, evinə tərəf qayıdar, mələklər onu müşayiət edərlər, Cəbrail (ə), Mikail (ə), İsrafil (ə) onu yola salarlar. 12. Bu ziyarətdən bir və ya iki il sonra ölərsə, mələklər cənazəsini müşayiət etmək üçün hazır olarlar. Onun üçün Allahdan bağışlanma istəyərlər. 13. Əgər zəvvar yolda dünyasını dəyişərsə, mələklər bədənini müşayiət edərlər. Behiştdə onun üçün kəfən gətirərlər və kəfəni ona geyindirərlər. 14. O zaman ki, zəvvar yolda həbsə düşər və zərbə alar, İmam Sadiq (ə) buyurur: “Hər həbs olunduğu və ya zərbə aldığı günə görə Qiyamət günü şadlığı və mükafatı olar. 15. İmam Sadiq (ə) buyurur: “Əgər Hüseyn (ə) zəvvarı ziyarət yolunda öldürülərsə, ilk damcı qanı ilə bütün günahları bağışlanar.


Vilayəti-fəqihin zəruriliyi nədədir?


Vilayəti-fəqihin zəruriliyi nədədir? Vilayəti-fəqihin zəruriliyi: Vəliyyi-fəqihi olan şiə İslam dinini ancaq namaz və oruc, xüms və zəkatda xülasələşdirmir.
Vilayəti-fəqih müsəlman və şiə aləminə ən böyük nemətlərdən biridir. Əgər şiə aləmində yüzlərlə müctəhid olsa, amma vəliyyi-fəqih olmasa, İmam Zamanın (əc) qeyb dövründə şiə ictimai, siyasi və dini həyatda özünü qoruya bilməyəcək. Qeyb zamanı şiənin izzəti vilayəti-fəqih olan dövrdə görünür. Bir misal çəkək. Təqribən yüz il öncə vəhabilər şiələrin və müsəlmanların müxtəlif müqəddəs şəhərlərinə hücüm edib bu şəhərləri xaraba qoyublar. Məsələn, bir gün ərzində Kərbəla şəhərini viran edib, İmam Hüseynin (ə) hərəmini dağıtdılar və yerini şumladılar. Kərbəla sakinləri (o insanlar ki hər il Hüseynə görə başlarını yarardılar) o şəhəri tərk edib qaçdılar. Halbuki, o zaman Kərbəlada və Nəcəf şəhrində yüzlərlə müctəhid və mərcəi-təqlid yaşayırdı. Onlar böyük və əzəmətli alimlər idilər. Sizcə, bu alimlər niyə bir iş görə bilmədilər, bu cinayətlərin qarşısı alınmadı? Halbuki, indi təkcə vəhabilər və sələfilər yox, Əl-qaidə, hətta bəzi qərb ölklər və onlarla başqa ölkə çalışırlar Suriyada Xanım Zeynəbin (s.ə) və Rüqəyyənin (s.ə) hərəmini dağıtsınlar, oranı viran etsinlər. Amma gördüyünüz kimi 3 ildir bu niyyətlərini həyata keçirə bilmirlər. Sizcə nə üçün? ...


Şeyx Səduq Peyğəmbərin (s) hədislərində hansı əməlləri münkər olaraq tanıtdırmışdır?


Şeyx Səduq Peyğəmbərin (s) hədislərində hansı əməlləri münkər olaraq tanıtdırmışdır? Şeyx Səduq Peyğəmbərdən (s) rəvayət etmişdir ki, o həzrət (s) bir çox şeyləri nəhy etmişdir. Bu nəhylərin bə`ziləri məkruh, bə`ziləri də mühərrəmatlardır. Biz onların müəyyən qismini burada qeyd edirik:
1.Cənabət halında yemək yemək. 2. Hamamda misvak etmək. 3. Ağızın, yaxud burunun suyunu məsciddə yerə atmaq. 4. Məscidləri yol üstü keçid vasitəsi kimi istifadə etmək. Həzrət (s) buyurub: ”Yolunuzu məscidlərdən salmayın. Əgər belə etsəniz, orada iki rükət namaz qılıb sonra oradan çıxın.” 5. Meyvə ağacının altına bövl etmək. 6. Sol əllə yemək yemək. 7. Yemək yeyərkən söykənmək. 8. Məqbərələri tə`mir etmək və orada namaz qılmaq. 9. Açıq yerdə çimərkən, yaxud qüsul alarkən övrəti açıq saxlamaq. 10. Axarı olmayan suya bövl etmək. 11. Ayaqyolunda üzü qibləyə oturmaq. 12. Bəla və müsibət zamanı ah-nalə edib fəryad qoparmaq. 13. Yas mərasimlərində növhə demək və ona qulaq asmaq. 14. Yalan yuxu danışmaq 15. Şəkil çəkmək. 16. Hər hansı bir heyvanı yandırmaq. 17. Cinsi əlaqədə olan zaman çox danışmaq. 18. Zibili atmayaraq gecəyə qədər evdə saxlamaq. 19. Gecə əli yağlı olduğu halda və oturan halda yatmaq. 20. Ərinin icazəsi olmadan qadının evdən bayıra çıxması. 21. Qadının öz ərindən başqası üçün bəzənməsi. 22. İki qadının çılpaq halda bir yataqda yatması. ...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter