Quranı 6 min dəfə oxuyaraq xətm edən möminə xatun kim idi?


Quranı 6 min dəfə oxuyaraq xətm edən möminə xatun kim idi? Həzrət Nəfisə Xatun (Allahın salam və salavatı olsun ona) öz zamənəsində zahidlik, ibadət, gündüzləri oruc tutan və gecələri ibadət edərək oyaq qalan xanım idi. Onun çoxlu maddi imkanları var idi. Çarəsizlərə, xəstələrə və camaata çox zaman ehsan edərdi.
Üç dəfə həccə piyada getmişdi. Məscidul-Hərəmdə Kəvə evinin pərdələrindən asılı qalaraq fəryad edib ağalayardı, deyərdi: \"Ey mənim ağam, sahibim məni öz razılığınla sevindir ...\".
Qəbrinin qazılma hadisəsi: Nəfisə Xatun (s) qəbrini öz əli ilə qazdı və hər gün ora gedər və namaz qılıb Quran oxuyardı. Quran oxuma sayı o qədər oldu ki, qazdığı qəbrin yanında 6 minə yaxın Quran xətmi etdi! Allahu Əkbər. ... Çoxlu kəramətlərə sahib xanım idi Yəhudi qızın iflic ayağı onun dəstəmaz suyu ilə şəfa tapdı.


Naməhrəm şəxsin şəklini və onu vidеoya çəkməyin hökmləri nələrdir?


Naməhrəm şəxsin şəklini və onu vidеoya çəkməyin hökmləri nələrdir? Naməhrəm şəxsin şəklini və onu vidеoya çəkməyin hökmləri:
1-Naməhrəm qadının şəklinə baxmaq naməhrəm qadının özünə baxmaq hökmündə dеyil. Dеməli, əgər ona baxmaq ləzzət üzündən olmazsa və günaha düşmək qorxusu da olmazsa, şəkil də tamaşaçının tanıdığı şəxslərdən olmayan müsəlman bir qadına aid olarsa, еybi yoxdur. Vacib еhtiyata görə təsviri tеlеviziyadan birbaşa (canlı şəkildə) еfirə buraxılan naməhrəm qadının şəklinə baxmaq olmaz. Lakin, tеlеviziyadan canlı olmayan şəkildə еfirə buraxılsa, əgər rеybə və günaha düşmək qorxusu olmazsa, ona baxmağın еybi yoxdur.
2- Qərb ölkələrinin pеyk antеnalarının vasitəsilə еfirə buraxılan, еləcə də qonşu dövlətlərdən çoxunun tеlеviziyasından vеrilən vеrilişlər azdırıcı fikirlərə malik olub həqiqətləri təhrif еtdiyindən, ləhv və fəsada səbəb olduğundan, həmçinin əksər hallarda onların müşahidə еdilməsi insanın yoldan azmasına, fəsada və haram işlərə düşməsinə səbəb olduğundan onlara baxmaq caiz dеyil. ...


Məsciddə haram olan işlər nələrdir?


Məsciddə haram olan işlər nələrdir? Məsciddə haram olan işlər beşdir:
1- Məscidi qızılla, insan şəkilləri ilə bəzəmək haramdır, 2-Məscidə aid olan əşyaları satmaq haramdır, (əgər işlək olmayan əşlayarı satılması ilə məscidin ehtiyacları təmin olunarsa eybi yoxdur, onu yalnız məscidin idarəçisi etməlidir). 3-Məscidin özünü və torpağını satmaq haramdır, 4-Məscidi nəcis etmək haramdır, 5-Məsciddə cəsəd basırmaq haramdır.


İslam maarifində yaxşılığa dəvət və pisliklərdən çəkindirməyin şərtləri nələrdir?


İslam maarifində yaxşılığa dəvət və pisliklərdən çəkindirməyin şərtləri nələrdir? Hər bir müsəlmanın borcudur ki, pis işləri görən müsəlman qardaşıını ilahi qəzəblə qorxudaraq haram olan işlərdən çəkindirsin. Eləcə də yaxşı işləri tərk edib və ya vacib işlərdən xəbəri olmayan şəxslərin maarifləndirilməsi bilikli şəxsin şəri borcduur. Şəriət kitablarında bu dini vəzifəyə yaxşılığıa dəvət və pisliklərdən çəkindirmə vəzifəsi deyilir. Bu dini öhdəliyin şərtləri var ki, ibarətdirlər: 1-Günah edən şəxsi yaxşılığa çağıran və pislikdən çəkindirən şəxs gərək haram və vacib əməlləri dəqiq ayırd edə bilsin, 2-Bu dini vəzifəni yerinə yetirən şəxs gərək qarşı tərəfdə təsir edəcəyinə inansın, 3-Pisliklərdən çəkindirəndə və ya vacibata dəvət edən dəvətçi şəxs bilməlidir ki, qarşı tərəf Allahın qanunu pozmaq istəyir, əgər tövbə etməsini başa düşsə ona nəsihət etməsi lazım deyil, 4-Yaxşılığıa dəvət etmək və pisliklərdən çəkindirməkdə başqa fəsad nəticələr meydana çıxmamalıdır, misal üçün bu ilahi vəzifəni yerinə yetiməklə əgər şəxs üçün can, mal və abrı xətəri yaransa onun öhdəsində heç bir şəri borc qalmır.


Həqiqi tövbənin əməli dusturları nələrdir?


Həqiqi tövbənin əməli dusturları nələrdir? Hər bir günahkar insan gərək ilahi əzab və qəzəbdən amanda qalmaq üçün niyyətini peşimanlıqla doldursun və eləcə də tövəkar olmasını göstmərək üçün lazımdır ki, həqiqi tövbənin əməli dusturlarını yerinə yetirsin. Quran ayələri baxışında həqiqi tövbənin əməli dusturları ibarətdir:
1-Bəyənilən və gizli sədəqə və yardımlar etmək, (Bəqərə/271). 2-Nəfsə mübarizə məqsədyönlü çətin səfərlərə dözmək, Ali-İmran/195. 3-Böyük günahlardan çəkinməklə kiçik günahların bağışlanmasına şərait yaratmaq, (Nisa/31). 4-Yaxşı işlər görməklə pis günahların təsiri məhv etmək, Hud/114. 5-Allah yolunda İslamın xeyrinə imkanlarından xərcləmək, Allaha borc və günahların bağışlanması hesab olunur, Təğabun/17). 6-Təqvalı olmaqla Allah razılığı qazanılır və günahlar məhv olunur, (Ənfal/29) 7-Başqalarının dualarını qarazmaqda çalışqanlıq, (Yusif/97).
Nəticədə: Quran ayələrinin baxışında deyilir ki, hər bir günahkar bəndə əgər İlahi əzab və qəzəbdən amanda qalmaq istəyirsə gərək ki, tövbəsinin həqiqi və qəbul olunmasını istəyirsə bu əməli tövbə dusturlarını da həyata keçirsin və göstərsin ki, İlahi dost və şeytan düşmənidir.


Xərçəng xəstəliyindən qorunmaq üçün nələrdən qorunmalıyıq?


Xərçəng xəstəliyindən qorunmaq  üçün nələrdən qorunmalıyıq? Xərçəng xəstəliyindən qorunmaq üçün 7 qeyd:
Hər cürə xəstəlikdən qorunmaq üçün insan gərək yaşayış tərzində xüsusən də yeməklərinin quruluşunu düzgün sistem əsasında qursun. O cümlədən deyilir ki, insan xərçəng xəstəliyindən qorunmağa görə gərək 7 qeydə diqqət etsin: 1) Tütünlərdən istifadə etməmək, 2) Sağlam yemək rejimi ilə yaşamaq, 3)-Sağlamlıq bağışlayan çəkini qorumaqda çalışmaq və gündəlik cismi hərəkət üçün idman praqramınız lazımdı. 4) Günəş radiyasından özünüzü qoruyun. Dəri xərçəng xəstəliyi ümumi dəri xəstəliklərindən biridir. Bundan qorunmaq üçün bir neçə qeydiyyat, 5) Özünüzü peyvənd edin. 6) Riskli hərəkətlərdən uzaq durun. Misal üçün, müştərək iynə kimi vasitələrdən müalicə üçün istifadə etməyin. 7) Münəzzəm həkim yoxlanışına gedin.


Mərhum Ayətullah Behcət həzrətlərinin xüsusiyyətlərindən yazın?


Mərhum Ayətullah Behcət həzrətlərinin xüsusiyyətlərindən yazın? Böyük əxlaq və irfan ustadı olan Mərhum Ayətullah Behcət həzrətlərinin xüsusiyyətləri
1-Təqvalı idi və özünü islah etməkdə ciddi, 2-Ziyarət və təvəssül əməllərində xüsusi yer alardı, 3-Kəramət və əzəmət sahibi idi, 4-Başqalarının mənəvi inkişafı üçün çalışqanlığı, 5-Çox danışmaq əvəzinə düşünməyə daha çox dəyər verən şəxsiyyət, 6-Zahidliyi və sadə yaşayışı seçmiş insan, 7-Təvazökar və alçaq könüllü insan,
8-şəriətə əməl etməkdə xüsusi diqqəti, 9-İşlərində nəzm-intizama diqqət yetirən, 10-Gizli və hər şeyi açmayan şəxsiyyət, 11-İbadətə yerində diqqət yetirmək, 12-Həmişə zikrli olması, 13-Qeyri müstəqim tərbiyədən istifadə edən, 14-Diri nümunə olan əxlaq müəllimi, 15-Mənəvi hallarda irəliləyişə diqqət.


İlahi ərşi titrədən 5 əməl: 1 yaxşı, 4 pis nələrdir?


İlahi ərşi titrədən 5 əməl: 1 yaxşı, 4 pis  nələrdir? Bəzi günahlar o qədər ağırdır ki, insanın axirətini yandırar. Ona düçar olmaq həyatın bünövrəsini sarsıdar. Hər bir günah İlahi qəzəbə səbəb olar. Lakin bəzi günahlar başqalarından daha ağırdır. İnsanın həm axirətinə və həm də aqibətinə təsir qoyar. (Tebyan)
1. Allahın müqəddəs adlarının çəkilməsi. Peyğəmbər (s) buyurur: “Ey Əbdülmüttəlib övladları! Allahı bu müqəddəs kəlmələrlə çağırın. Canım əlində olan Allaha and olsun ki, o bəndə ki, dinində ixlasla bu kəlmələrlə Allahı çağırar, məgər o halda ki, ərş ona xatir titrəyər”. 2. İlahi ərşi narahat edən günahlar – ağır günahlardır. Bu cür ağır günahlardan biri də yetimi narahat etmək və incitməkdir. 3. Günahkarı mədh etmək. Peyğəmbər (s) buyurur: “Tərifləyənlərin üzünə torpaq tökün”. Yəni, yaltaqlıq üçün meydan yaratmayın. Yersiz tərif riyakarlıq yaradar. Həzrət (s) başqa yerdə buyurur: “Nə zaman pis əməl sahibi təriflənər, ərş titrəyər, Allah qəzəbə gələr”. 4. Təlaq. İmam Sadiq (ə) buyurur ki, Allahı təlaq kimi heç bir əməl bu qədər qəzəbləndirməz. Həzrət Peyğəmbər (s) buyurur:“Evlənin və təlaq verməyin ki, təlaqdan ərş titrəyər”. 5. Allaha vəzifə təyin etmək. İnsanlardan bəziləri adət edib ki, Allahın hansısa bir işində şəkkə düşsə, Allaha vəzifə təyin edər. Yəni, deyər ki: “Əgər Allah bu işi görməsəydi, daha yaxşı olardı”. Hədislərin birində oxuyuruq: “Hər kim bilmədiyi şeyi Allaha öyrətməyə qalxarsa, İlahi ərş titrəyər”.


Allaha Təvəkkül etməyin təsirləri nələrdir?


Allaha Təvəkkül etməyin təsirləri nələrdir?Ümidvar olmaq – həyatda müvəffəqiyyət qazanmağın rəmzidir. Ümidvar olmaq ruhiyyəsini gücləndirərək, hər cür ümidsizliklə mübarizə apara bilərik. Layiqli bəndə öz ehtiyaclarını və hacətini Allah Təalaya söyləyər. Çarə yolunu da Ondan istəyər. Allah da Öz məsləhəti ilə onu bu çətinliklərdən xilas edər. Necə ki, Yunusa (ə) balığın qarnında nicat vermişdi. (Tebyan)
Təvəkkülün gətirdiyi müsbət nəticələr: 1. Arxa və dayağa olan ehtiyac hissi bu yolla yerinə yetər və insan ruhi hüzur əldə edər. 2. Fikri büluğa çatmaq. İmam Əli (ə) səcdədə bu cür buyurur: “Sənə təvəkkül edirəm, təvəkkül edən kəs odur ki, bilir Sən hər şeyə qadirsən”. 3. Yerinə yetirəcəyi işə qarşı nikbin olmaq. 4. Ayıqlıq artar. şübhələrin qaranlığı ona aydın olar. 5. Başqalarından ümidini üzmək. bir növ şirkdən paklaşmaq, 6. İlahi lütfə ümidvar olmaq. 7. Çətinliklər rahatlığa çevrilər.


Imam Sadiqin (ə) hədisində Fatimeyi Zəhranın (ə) adlarının hikməti nədir?


Imam Sadiqin (ə) hədisində Fatimeyi Zəhranın (ə) adlarının hikməti nədir? İmam Sadiqin (ə) hədisində xanım Zəhranın (ə) adlarının hikməti:
İmam Sadiq (ə) buyurdular: “Fatimənin Allah yanında 9 adı var: Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Raziyə, Mərziyyə, Mühəddisə və Zəhra
Adlarının hikməti: 1-Fatimə (s) yəni o və şiələri cəhənnəm odundan uzaqlaşdırılmışlar” 2-Siddiqə (s) Düz sözdən başqa heç bir söz danışmadı, 3-Mübarəkə: Çoxlu xeyrə sahib olan, (ən bariz nümunəsi ümmətin hidayətini gətirən İmamların anasıdır). 4-Tahirə: O (xanım bütün ) zahiri və mənəvi çirkinliklərdən uzaqdır”. 5-Zəkiyyə: Zəka yəni inkişaf və irəliləyiş eləcə də paklıq mənasındadır. Hər iki məna o xanımın haqqında təsəvvür oluna bilər. 6-Raziyə: Xanımın həyatı çoxlu çətinlik və qəmlərlə dolu idi. Amma heç zaman dilini şikayətlə açmadı. 7-Mərziyyə: O müqəddəs xanımın bütün işləri Allahın razılığı və Peyğəmbərinin göstərişi ilə olardı. 8-Mühəddəsə: Ona göylərdən mələkələr yerə enər və o xanımla həmsöhbət olardılar”. 9-Zəhra: Bu müqəddəsə xanım mehrabda duranda onun nuru göylərdə yerləşənlər üçün saçardı. O cürə ki, göylərin ulduzları yer əhli üçün nur və işıq saçarlar”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter