İmam Zamanın (ə) qeybət dövründə o həzrətlə görüşmək mümkündürmü?


İmam Zamanın (ə) qeybət dövründə o həzrətlə görüşmək mümkündürmü? İmam Zamanın (ə) qeybi dövründə o həzrətlə görüşmək haqda 2 baxış var:
1-Rabitə yaratmağın mümkün olmaması, Bu dəstənin dəlili İmam Zamanın (ə) kiçik qeybət dövründə axrıncı naibi olan Əli ibn Məhəmməd Səmuriyə yazdığı mətndir: \"Tezliklə şiələr arasında bir dəstə tapılacaqlar ki, mənimlə görüşdüyünü iddia edəcək, oyaq olun ki, hər kim Sifyaninin və göydən səs gələndən öncə mənimlə görüşdüyünü iddia etsə töhmət vuran yalançıdır\".(1)
2-Rabitə yaratmağın mümkün olması, Bunun özü o həzrətin varlığının faydalarındandır. Yəni əgər o həzrətlə görüşmək mümkün olmaya və zəruri hallarda çıxış yolları o həzrətdən alınmasa onda həzrətin qeybətdə və sağlıqda olmasının nə belə faydası var sualı irəli gəlir! İmam Zamanlı görüşməni inkar edəcək dəlil yoxdur ki, bu məsələni qeyri mümkün hesab edək!
Nəticədə: Hər kəs İmam Zamanla (ə) görüşməsini idda etsə yalançıdır hədisi o ağa ilə görüşməyə heç bir mane deyil, çünki ixlaslı insanlar zəmanənin sahibi ilə görüşəndə onu heç kəsə bildirməsələr o hədislə heç bir ziddiyyət olmaz ki, görüşməyi inkar etmək həddinə gətirək.


İmam Əlinin (ə) baxışında Əli aşiqinin xüsusiyyətləri nələrdir?


İmam Əlinin (ə)  baxışında Əli aşiqinin xüsusiyyətləri nələrdir? Bir dəstə adam Həzrət Əmirəlmöminin Əlinin (ə)ardınca hərəkət еdirdilər.Həzrət (ə) оnlardan sоruşdu: -«Siz kimsiniz?» Оnlar dеdilər: -«Ya Əmirəlmöminin! Biz sənin ardıcıllarınıq». Həzrət (ə.) buyurdu: -«Bəs niyə mən sizdə, mənim davamçım оlmağınızın əlamətini görmürəm?»Оnlar dеdilər: -«Sizin davamçılarınızın əlaməti nədir?»
Həzrət (ə.) buyurdu: -«Mənim davamçılarımın bеlə bir əlaməti vardır:
-1. Sifətləri gеcə оyaq qalmaqdan və ibadətin çоxluğundan sarıdır. 2. Bədənləri оruc tutmaqdan arıqlayıb. 3. Dоdaqları həmişə haqqı zikr еdər və dоdaqları zikrin çоxluğundan quruyubdur. 4. Оnların üzünə Allah qоrxusunun tоzu qоnubdur»


Qeyri müsəlmana quran hədiyyə etməyin hökmü nədir?


Qeyri müsəlmana quran hədiyyə etməyin hökmü nədir? Cavab: Qeyri müsəlmana Quran hədiyyə etmək əgər İslamın müqəddəs kitabına qarşı hörmətsizliyə səbəb olarsa, qadağandır. Əgər bilinsə ki, qeyri müsəlman İslam haqda araşdırma fikrindədir, quranın ona verilməsinə heç bir günah yazılmaz. Hətta əgər bilinsə ki, onun hidayət olunması üçün Quran verilməsi yaxşı olar vacibdir ki, Quran qeyri müsəlmana verilsin. İslama dəvət etmək üçün şahidiyik ki, quran mərkəzlərinin çoxu Quranı başqa dillərə tərcümə etməklə qeyri müsəlmanları İslama çəkmək üçün addımlar atırlar.


Bu aləm sona çatandan sonra təzə yaradılış olacaq?


Bu aləm sona çatandan sonra təzə yaradılış olacaq? Allahın mütləq feyz verməsi daimi yaradılışı tələb edir və yaradılışa laiq olan hər bir şeyi yaradır. Nəticədə fəyyaz olmağın tələbi yaratmaqdır. Allah heç vaxt feyzindən maneçilik etməyib və etmir, bəlkə onun feyzi həmişə cərəyan edir. Çünki Allahın nə əvvəli var nədə sonu, bəlkə o həmişə olub və olacaq. Nəticədə Allahın feyzidə həmişə olub və olacaq. Allahın feyzi hər zamanda bir nəslin yaradılması ilədir. Hazırki nəsl Quran və rəvayətlərin sözünə əsasən bir adəmin zürriyəsindəndir ki, torpaqdan və sudan yaradılıbdır. Təfsiri Safidə Qaf/15: \"Biz ilk yaradılışda aciz qaldıq (ki, Qiyamət yaradılışına qadir olmayacaq)?!\"Amma onların bu qədər aydın dəlillərlə) yenə təzə yaradılışda şəkləri var\".
İmam Baqir (ə) nəzərdə tutulan sual haqda belə buyurur: \"O zaman ki, Allah bu Adəm nəslinin və bu aləmin ömrünü sona çatdırdı və cənnət əhlini cənnətdə çəhənnəmlikləri cəhənnəmdə sakin etdi təzə insanlar ki, heç bir Ata anadan dünyaya gəlməyiblər yəni bir dünya yaradacaq. Müvəhhid insanlar ki, Allaha ibadət edəcəklər. Onlar üçün bu yerdən başqa bir yer icad edəcək ki, onun üzərində sakin olsunlar və o göy ki, onun sayəsində sığınalar. Siz xəyal edirsiz ki, siz bəşərdən başqa yəni Adəm Əbul- bəşərin nəslindən başqa bəşər yaradılmayıbdır? Bəli and olsun Allaha Allah minlərlə Aləm və minlərlə Adəm yaradıbdır... Bu hədisin əvvəlinə əsasən bu dünya sona çatandan sonra, yaradılış bitməyəcək, bəlkə təzə yer və təzə göylə təzə insanlar yaradılacaq. ...


Tövbə etməyin və günahları bağışlatmağın yolları nələrdi?


Tövbə etməyin və günahları bağışlatmağın yolları nələrdi? Quran ayələrində və çoxlu rəvayətlərdə tövbə etməyin və günahları bağışlatmaq üçün tövbə edən şəxslərə tələbatlar istənilib və yollar tövsiyə olunub ki, biz onlardan bəzilərinə işarə edirik:
1-Gizli kömək və bəyənilən sədəqələr etmək: Bəqərə surəsi, ayə:271.
2-(Günahlı məkanlardan) Hicrət və (çətinliklərlə qarşılaşdıqda) cihad etmək. Ali-İmran surəsi, ayə:195.
3-Böyük günahlardan çəkinməklə (keçmiş günahlardan peşman olduğunu göstərmək) Nisa surəsi, ayə:31.
( Böyük günahlar O dəstə günahlara deyilir ki, Quranda onlar üçün əzab olunması deyilmiş olsun ...)
4-Yaxşı işlər görmək, Quranda bu haqda oxuyuruq: Hud surəsi, ayə:114,
5-Borc vermək, Təğabun surəsi, ayə:17,
6-Təqvalı olmaq, Ənfal surəsi, ayə:29,
7-Başaqlarının onun haqqında dua etməsi,


Hansı saleh əməllərdir ki, Yaradan cavabsız qoymaq?


Hansı saleh əməllərdir ki, Yaradan cavabsız qoymaq? Peyğəmbərdən (s) nəql olunan hədislərdə gəlmişdir, həzrət buyurur:
Allah-təala buyurur: “Ey mənim bəndələrim! Altı şey sizdəndir, altı şey Məndən;
1- tövbə sizdəndir, bağışlamaq Məndən, 2-itaət sizdəndir, behişt Məndən, 3-şükr sizdəndir, ruzi Məndən,
4-riza (razılıq) sizdəndir, qəza (təqdir) Məndən, 5-səbr sizdəndir, bəla Məndən, 6-dua sizdəndir qəbul etmək Məndən.


Əhli-beyt tərəfdarının 12 xüsusiyyəti nələrdir?


Əhli-beyt tərəfdarının 12 xüsusiyyəti nələrdir? Bizi tanıyan hər bir müsəlman gündəlik özünü hesaba çəkməlidir. Xeyir iş gördükdə artırmaq uğrunda çalışmalı, mənfi əməl gördükdə isə tövbə edib tərk etməlidirlər. İmam Cəfəri Sadiqin (ə) Əhli-beyt tərəfdarlarının sahib olduğu 12 xüsusiyyəti bəyan edir:
1. Axirət: Axirət onların gözündə çox böyükdür, 2. Allah ilə ünsiyyət: dünyapərəstlərdən uzaq olarlar, 3.Özünü hesaba çəkmək, 4Xeyir iş gördükdə artırmaq uğrunda çalışmalı, mənfi əməldə tövbə edər, 4.Səxavət: Qardaşlarına qarşı və ehsan edərlər, 5. Gündəlik 50 rükət namaz və namazın vaxtlarına diqqət, 6. Aqressivlik və qışqırmaqdan uzaq olmaq, 7. Tamahdan uzaq olmaq, 8. Düşmənlərdən uzaq olmaq, 9. Yeməyə diqqət yetirmək: haram ruzilərdən uzaq durarlar, 10. Behişt yolunu tutarlar, 11.Azğın əqidələrdən uzaq olmaq, 12. Ən gözəl işləri görmək.


Kişilər qadınların hansı xasiyyətini bəyənmir?


Kişilər qadınların hansı xasiyyətini bəyənmir? Kişilər qadınlarda bəyənmədiyi xasiyyətlər:
1. Kişilər səliqəsiz və zövgsüz qadınları sevmir. 2. Əsəbi qadınlara kişilərdə antipatiya olur. 3. \"Kişiləşmiş”, özlərini kişi kimi aparan qadınlarla da kişilərin arası olmur. 4. Kişilər ifrat dərəcədə makiyajdan xanımları bəyənmir. 5. İdman növləriylə məşğul olan qadınlar da bəyənilməyənlər sırasındadır. 6. Zəif, fədakar, qürursuz qadınları da bəyənmirlər. 7. Sərxoş, normadan artıq içki qəbul edən, 8. Kişilər yanlarındakı qadının başqa bir kişiyə diqqət göstərməsinə tab gətirə bilmir. 9. Kişilərin şopinqi sevən, vaxtının böyük hissəsini buna «xərcləyən», həmçinin kişilərin də onlarla birgə şopinqə getməsini istəyən qadınlarla arası olmur. 10. Kişilərdə onları ataları, qardaşları, xüsusilə də keçmiş sevgililərilə müqayisə edən qadınlara qarşı antipatiya olur. 11. İfrat dərəcədə qısqanclıq kişilərin əsəblərinə toxunur. 12. Kişilərdən pulunun miqdarını soruşan, 13. Kiçik bir şeyi şişirdən qadınlar, 14. Ən kiçik hadisədən ağlayan qadınlar, 15. Qadınlarda uzun dırnaqları sevmirlər. 16. Durmadan danışan, 17. Kişilər onların şəxsi əşyalarına toxunan qadınları sevmir. 18. Başqa qadınların gözəlliyini, pulunu, zərifliyini qısqanan qadınlar 19. Kişilər yol verdikləri xətaları, qüsurları tez-tez dilə gətirən qadınlardan daha tez bezir.


Allah hansı dəstələrə lənət edər?


Allah hansı dəstələrə lənət edər? Allahın lənət etdiyi dəstələr:
1 - ALLAH ŞƏNBƏ QADAĞASINI, ƏHDLƏRİNİ POZAN VƏ \"ALLAHIN ƏLİ BAĞLIDIR” DEYƏN YƏHUDİLƏRİ LƏNƏTLƏMİŞDİR: Maidə/ 64\" 2 - ALLAH MÖMİN ŞƏXSİ QƏSDƏN ÖLDÜRƏNƏ LƏNƏT EDƏR: Nisa/93\" 3-ALLAH ŞEYTANA LƏNƏT EDƏR: Nisa/118\" 4 - ALLAH KÜFR ETDİKLƏRİNƏ GÖRƏ LƏNƏT EDƏR: Nisa/46 \" 5 - ALLAH TAĞUTA VƏ BÜTLƏRƏ İNANANLARA LƏNƏT EDƏR: Nisa/50,51\" 6 - ALLAH MÜNAFİQLƏRƏ (İKİÜZLÜLƏRƏ) LƏNƏT EDƏR: Tövbə/ 68\" 7 - ALLAH,ALLAHI VƏ ELÇİNİ İNCİDƏNLƏRƏ LƏNƏT EDƏR: Əhzab/57” 8 - ALLAH FİTNƏ-FƏSAD TÖRƏDƏNLƏRƏ LƏNƏT EDƏR: Muhəmməd/22,23 \" 9 - ALLAH,ALLAHA QARŞI PİS FİKİRDƏ VƏ SƏHV ZƏNDƏ OLANLARA LƏNƏT EDƏR: Fəth/6 \" 10 - ALLAH KAFİRLƏRƏ LƏNƏT EDƏR: Tövbə/68 \" 11 - ALLAH ÜSYAN EDƏN VƏ HƏDDİ AŞANLARA LƏNƏT EDƏR: Maidə/78\" 12 - ALLAH,KİTABDA OLANI GİZLİ SAXLAYANLARA LƏNƏT EDƏR: Bəqərə/159” 13 - ALLAH QOHUMLUQ ƏLAQƏLƏRİNİ KƏSƏNLƏRƏ LƏNƏT EDƏR: Muhəmməd/22,23 \" 14 - ALLAH,İSMƏTLİ QADINA ZİNA İFTİRASI ATANLARA LƏNƏT EDƏR: Nur/23\" 15 - ALLAH YALANÇILARA LƏNƏT EDƏR: Ali-İmran/61” 16 - ALLAH,İMAN GƏTİDİKDƏN SONRA KAFİR OLANLARA LƏNƏT EDƏR: Ali İmran/86,87\" 17 - ALLAH ZALIMLARA LƏNƏT EDƏR: Hud/18\"


Yaxşı ana olmağın sirləri nələrdir?


Yaxşı ana olmağın sirləri nələrdir? Bir körpənin dünyaya gəlməsiylə ana da yenidən doğulmuş kimi olur.
Yaxşı ana olmaq bir qadının ən böyük istəklərindən biridir. Yaxşı ana olmağın 10 sirri sizə bu məsələdə köməkçi olacaq. Analıq çox çətin bir prosesdir, böyük məsuliyyət tələb edir, analıq dünyanın ən çətin sənətidir. Bunu heç bir zaman unutmayın: bir ananın uşağına verə biləcəyi ən əhəmiyyətli şey onu sevməsi və bunu hiss etdirməsidir. Yaxşı ana olmağın sirləri: 1-Sevginizi ifadə edin! 2-Ünsiyyət qurun 3-Onlara vaxt ayırın 4- Dəstək vacibdir 5-Yaxşı nümunə olun 6-Uşağınızın görüş və fikirlərinə hörmət edin 7-Səbrli olun 8-Məsuliyyət sahibi olun 9-Səhvlərini anlamalarına fürsət verin! 10-Özünüzü inkişaf etdirin. ...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter