İlahi rəhbərlərin uğur qazanmasının səbəbləri nələrdir?


İlahi rəhbərlərin uğur qazanmasının səbəbləri nələrdir? İlahi peyğəmbərlərin uğurlar əldə etməsini bir neçə dəlillə bəyan etmək mümkündür:
1-İlahi rəhbərlər pak keçmişə sahib olmuş və heç bir gözlənti olmadan borclarını yerinə yetirmişlər.
2-İlahi rəhbərlər insanları hidayət etmək üçün möhkəm dəlilə və məntiqə sahib olmuşlar.
3-Hər bir şey demişlər özləri öncül və əməl etmişlər, və çətinliklər qarşısında dözümlülüklərini yüksək həddə göstərmişlər.
4-Onlar düşmənlər və cahillər qarşısında geniş qəlbliklikləri və eləcə də xoş rəftarları cəzb edici amil olmuşdur,
5-Tapşırıqları və təlimatları ilahi qanun çərçivəsində və insanın dəyərli fitrətinə uyğun olmuşdur,
6-İlahi təlimləri hər cəhətli insan səadətini özündə yerləşdirmişdir, insanların şəxsi və ictimai xeyirlərini güdən ilahi təklifləri bəyan etmişlər.
7-İlahi təkliflərin asan olmasını və insan qəbul edən həddə olmasına inandırmaq,
Bu ilahi rəhbərlərin uğur qazanma yollarına diqqət etməklə bütün haqq yaymaq istəyində olanlar bu əsaslara söykənərək ilahi dini təbliğatda addımlamalıdırlar, ki zəhmətləri xoş səmərə ilə sonuclansın.


Ailədə mübahisə zamanı edilməməli 4 hal nələrdir?


Ailədə mübahisə zamanı edilməməli 4 hal nələrdir? Ailə həyatında bir çox çətinliklərin amili - düzgün ünsiyyətin olmamasıdır. Çünki cütlərdən çoxu sözlə rabitə qurmaq məharətinə malik deyildirlər. Ona görə də həyat yoldaşımızla danışan zaman bəzən elə sözlər işlədirik ki, şirin söhbət davaya çevrilir. Ona görə də ailə qurmuş hər bir insan rabitə qurmaq məharətini öyrənməli və bilməlidir.
Danışıq məharətlərindən biri budur ki, elə sözlərdən istifadə etmək lazımdır ki, qarşı tərəfi alçaltmasın və onu qəzəbləndirməsin. Belə ki, həyat yoldaşınızla rabitə quran zaman bu dörd haldan istifadə etməyin: 1. Tənqid. Həyat yoldaşınızın şəxsiyyətinə hücum etməkdir. 2. Təhqir. Bilərəkdən qarşı tərəfi təhqir etməkdir. 3. Öz səhvini müdafiə etmək. Yəni, məsuliyyətini inkar etmək. 4. İsrar etmək. Yəni, şikayətini sükut edərək vermək.


Saleh insanların ən bariz sifəti nədir?


Saleh insanların ən bariz sifəti nədir? “O kəslərə ki, Allah yad ediləndə (Onun adı çəkiləndə) qəlbləri qorxuya düşür, üz verən (çətinlik)lərə səbr edir, namaz qılır və verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər”. (“Həcc” 35).
Allah bu ayədə möminlərə behişti müjdə verir və bunun üçün yollar göstərir. Bu yollardan biri Allahı yada salmaq və zikrdir. Zikr insan qəlbini cilalayar. Həyat çətinliklərindən ən asan şəkildə keçməyə imkan yaradar. (Tebyan)
Möminləri behiştə apara biləcək sifətlərdən ən barizi isə səbir və mətanətdir. Quran və Məsumlar (ə) möminlərə həmişə səbir etməyi tövsiyə edirlər. Əslində səbir - saleh insanların ən bariz sifətidir.


Elm, ağıl və təcrübə olan yerdə imama nə ehtiyac var?


Elm, ağıl və təcrübə olan yerdə imama nə ehtiyac var? Bəziləri düşünürlər ki, elm və texnika əsrində rəhbərə ehtiyac yoxdur. Onların nəzərincə, bəşəriyyət günbəgün müstəqilləşir və kamilləşir, onun qeybi yardımlara ehtiyacı azalır, ağıl və elm tədricən boşluqları doldurur... Əslində isə elm və texnika əsrində bəşəriyyət üçün daha böyük təhlükələr yaradır. Əsas təhlükə tamahkarlıq, məqampərəstlik, bir sözlə, nəfsə itaətdən doğur. Məgər elm və texnikanın inkişafı insanlardakı təqva, haqpərəstlik, iffət meyllərini təmin edə bilirmi? Əslində iş tamam başqa cürdür. Yəni: Elm insan və onun meyllərindən savay hər şeyə hakim ola bilir.


Məhdəviyyətin (İmam Zamanın olması və gəlməsinin) bir əsası vardırmı?


Məhdəviyyətin (İmam Zamanın olması və gəlməsinin) bir əsası vardırmı? Məhdəviyyətin (İmam Zamanın olması və zühuru) əsasının açıqlaması:
1. Bu əqidə təkcə şərqə aid deyil, əksər dinlərdə, məktəblərdə və ayinlərdə onun oxşarı var.
2. Məhdəviyyət insan fitrətindən qaynaqlanan bir əqidədir.
3. Qeyd olunduğu kimi, məhdəviyyət ayə və rəvayətlərə, icmaya və bütün din və məktəblərə uyğun əqidədir. İngilis filosofu Bertrand Rassel deyir: “Dünya hamını birləşdirib, bir bayraq və bir şüar ətrafında toplayacaq xilaskarın intizarındadır”. Nisbilik nəzəriyyəsinin banisi Eynşteyn deyir: “Sülh-səfanın bütün yer üzünü bürüyəcəyi və insanların dost və qardaşcasına yaşayacağı gün bir o qədər də uzaq deyil”. ...


Peyğəmbər (s) hədisində günahdan daha ağır olanlar nələrdir?


Peyğəmbər (s) hədisində günahdan daha ağır olanlar nələrdir? Günah insan həyatında ruhi zərərlər yetinrən amildir. Hər bir kəsin əməlində baş versə pak qəlbi, böyük ləkəyi özündə yerləşdirər. Günah tozdur, artsa qəsavət olar, təkrarlansa qəlb bərkiyər rəhmsizlik bütün əməllərini əhatə edər. Əməllər səmimi olmasa və cəmiyyətdə mehribanlıqla yaşamasa düşüncəsi korluğa yönələr belə olan halda isə ölümü və nəsihəti qəbul etməz. Bəşər günahı o zaman bu mərhələlərə gələr çatar ki günahdan daha ağır hesab olunan 4 şeyə əl atmış olsun. Günahdan daha ağır olan və Allah qəzəbini artıranlar ibarətdirlər, Peyğəmbər (s) buyurur:
1-Günahı kiçik saymaq, yəni nə etmişəm ki başqaları nələr edir mənim günahım bir şey deyil ki!
2-Günahı etməklə yanaşı, etdiyi itaətsizliyə və zülmə fəxr edə!
3-Günahı ilə fəxr etmək, nə gözəl aldatdım heç özü də başçıxara bilmədi demək!
4-Günaha israrçı olmaq, yəni günahının yaxşı nəticələri haqda üzr gətirmək, yəni belə etdim ki, başqa işləri düzəldim!


İmam Mehdi öz imamətini sübut edibmi?


İmam Mehdi öz imamətini sübut edibmi? Həzrət Mehdi (ə.f) öz İmamətinin şiə cəmiyyətinə sübutu üçün bir sıra işlər gördü:
1. Möcüzələr və kəramətlər – öncə Əbülədyandan nəql etdiyimiz əhvalatda deyilirdi: “İmam Əskəri (ə) vəfat edən vaxt bir uşaq qabağa çıxıb İmamın cənazəsinə namaz qıldı. Sonra İmam atası ilə yanaşı dəfn olundu. Bu körpə (Həzrət Mehdi (ə.f)) mənə buyurdu: “Ey Bəsri! Yanındakı məktubu mənə ver. Məktubları Həzrətə təqdim etdim. Gördüyüm bu iki nişanə uşaqdakı İmamət nişanələridir...” Əbül-Ədyan deyir: Xadim bayıra çıxdı və dedi: “Filan məktublar var, xurcunlarınızda 1010 dirhəm var.” Oradakılar məktubları və dinarları ona verib dedilər: “Səni bu iş üçün göndərən, həqiqətən, İmamdır...
2. Məsələlərin cavablandırılması – Həzrət Mehdi (ə.f) öz nümayəndələri vasitəsi ilə xalqın suallarına cavab verirdi. Onun verdiyi cavablar İmamətinin digər bir sübutu idi. Mənbələrdə Həzrət Əhməd ibn İshaq Əşəriyə, İshaq ibn Yəquba, Həmiriyə, Məhəmməd ibn İbrahim Məhzyara, Əbülhüseyn ibn Məhəmməd Əsədiyə verdiyi cavablar nəql olunur.


Quranda buyurulur: Peygəmbərin( ə ) min keçmis ve gələcək gunahlarini bagisladiğ. Bu ayənin acixlamasini deyərdiniz?


Quranda buyurulur: Peygəmbərin( ə ) min keçmis ve gələcək gunahlarini bagisladiğ. Bu ayənin acixlamasini deyərdiniz? Bu barədə İmam Rza (ə) buyurur: Məmunun bu ayəni dəlil gətirərək peyğəmbərin günah edib-etməmsi barədə sualına cavab olaraq İmam buyurdu: \"Məkkə müşriklərinə görə peyğəmbərin günahı hamının günahından böyükdür. Onlar üç yüz bütə pərəstiş etdikləri halda peyğəmbərin (s) onları tövhidə dəvət etməsi onlar üçün ağır gəldi və təəccüblə dedilər: \" O bizim bütün allahlarımızı bir Allahlamı əvəz etmək istəyir? Necədə təəccüblü bir şeydir?\" Onlara görə peyğəmbərin bu işi ən böyük günah idi. Amma Allah Məkkəni, peyğəmbəri üçün fəth edən zaman, ona buyurdu: \"(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə (müsəlmanların fəthlərinin başlanğıcını qoyan, Kəbənin yerləşdiyi Məkkə şəhərinin, habelə bir çox başqa məmləkətlərin fəthinə səbəb olacaq ) açıq-aşkar bir zəfər bəxş etdik! Bununla da müşrik ərəblərin yanında, tövhidə dəvət etdiyinə görə (onların günah hesab etdiyi) keçmiş və gələcək günahlarını bağışladıq.\" Məkkə Fəth olunduqdan sonra bəzi müşriklər islamı qəbul etdi, bəziləri oranı tərk etdi qalanlar da İslam təbliğ etdiyin zaman onu inkar edə bilməzdilər. Beləlliklə bu fəthlət vastəsi ilə müşriklər də peyğəmbəri günahkar saymaqdan əl çəkdilrə.\"


İslam Peyğəmbəri (s) hansı şeyləri qərib olaraq tanıtdırır?


İslam Peyğəmbəri (s) hansı şeyləri qərib olaraq tanıtdırır? Əziz İslam Peyğəmbəri Hz. Məhəmməd (s): Altı şey altı yerdə qəribdir: 1). Məscid namazqılmayanlar arasında; 2). “Müshəf” (Quran ya hər hansı bir kitab) onu oxumayanlar arasında; 3). Quran fasiqlərin ağzında - (onu fasiq oxuyarkən); 4). Müsəlman qadın zalim, fasiq və pis əxlaqlı kişinin əlində; 5). Müsəlman saleh kişi rəzil və pis əxlaqlı qadın əlində; 6). Alim, ona qulaq asmayanların (onun elmindən istifadə etməyənlərin) arasında.
Allah-Taala Qiyamət günü onlara (bu altı şeyi qərib edənlərə) baxmayacaq (onlardan üz çevirəcək).


İmam Həsən Əsgəri (ə) hansı tövsiyələri edir?


İmam Həsən Əsgəri (ə) hansı tövsiyələri edir? İmam Həsən Əsgəri (ə) buyurur:
\"Sizlərə tövsiyə edirəm ki... 1). Təqvalı olun və Allahdan qorxun; 3). Allah yolunda çalışın; 4). Doğru danışın; 5). Xəyanət etməyin; 6). Səcdə də çox qalın; 7). Qonşularla yaxşı davranın, 8). Sizinlə yaşayan əhli-sünnə və digərlərini yoxlayın, cənazələrinin dəfnində hazır olun, xəstələrini ziyarət edin, 9). Sizdən biriniz bu deyilənlərə əməl edib, camaatla gözəl rəftar edərsə, deyəcəklər bu kişi şiədir! 10). Allahdan qorxun və bizə zinət və yaraşıq olun. 11). Allahı çox zikr edin, ölüm həmişə yadınızda olsun. 12). Quran çox oxuyun. 13). Peyğəmbərə (s) çoxlu salavat deyin. ...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter