İmam Məhdinin (ə.f.) inqilabı üçün hansı şərtlər lazımdır?


İmam Məhdinin (ə.f.) inqilabı üçün hansı şərtlər lazımdır? İmam Məhdinin (ə.f.) inqilabı üçün dörd şərt lazımdır:
1. Mükəmməl qanun. yəni: yaxşı bir inqilabın iki proqrama ehtiyacı vardır: 1.Mövcud vəziyyəti aradan qaldırmaq üçün proqram. 2. Cəmiyyətin yaxşı bir vəziyyətə tərəf hərəkət etməsi üçün münasib qanun. Həzrət Məhdi (ə.f.) qiyamı üçün bu şərtlər də lazımdır.
2. Rəhbərlik. Bir inqilabın meydana gəlməsi üçün lazım olan şərtlərdən biri də agah bir rəhbərə malik olmaqdır. O, hədəfləri və maneələri yaxşı tanımalıdır.
3. Dostlar. Bir inqilabın başqa bir şərti isə fədakar tərəfdaşların olmasıdır. Onlar rəhbərlərinin hədəflərini və əqidəsini bilir və həyatlarının sonuna qədər inqilab rəhbərindən əl çəkmirlər. Hər cür fədakarlığa hazırdırlar.
4. Ümumi hazırlıq. Bir inqilabın baş tutmasında lazım olan şərtlərdən biri də insanların bu inqilabı qəbul etməsidir. Əgər insanlar onu istəməslər, o, alınmaz. Buna bariz nümunə Kərbəla qiyamıdır. (Qeyd etdiyimiz dörd şərtin ikisi hazırdır. Ancaq üçüncü və dördüncü şərtlər hazırdırmı? Görəsən İmamın (ə.f.) tərəfdaşları kifayət qədərdimi? İnsanlar bu inqlabı qəbul edəcəklərmi?)


İmam Zaman ağa (ə.f) hansı ailəni bəyənir?


İmam Zaman ağa (ə.f) hansı ailəni bəyənir? Ailə öz etiqad üsulu ilə sabahkı cəmiyyətin etiqadını müəyyən edər. Evin rəhbəri olan ata gərək İlahi riza yolunda səy göstərsin və Vəliyyi-Əsrini (ə.f) tanıyıb, ona itaət edən olsun. Əgər ata və ana İmam Zaman ağanın (ə.f) razılığını əldə etmək üçün səy göstərərsə, İmamın (ə.f) ruhu həmin ailədə təcəlli edər. Məhdi (ə.f) ailəsi o ailədir ki, İmam Zamanın (ə.f) varlığını dərk edərək, rəftarlarını onun razılığını əldə edəcək şəkildə tənzim edərlər. Hədəfləri - İmamın (ə.f) hədəfi olar, ibadətləri - İmamın (ə.f) ibadətinə bənzəyər, bəndəlikləri - İmamın (ə.f) bəndəliyini yada salar.
İslam dedikdə, Quran və Əhli-Beyt (ə) nəzərdə tutulur. İslam dininin əsasında Allah rizası durur. Haqq yolu ilə həqiqətə çatmaq. Ona görə də hər bir müsəlman öz qidasına diqqət edərsə, öz ruzisini halallığına diqqət edərsə, mötədil olmağa çalışarsa, infaq edərsə, İmama (ə.f) layiq müsəlman ola bilər. Əgər yediklərimiz Allahın bəyəndiyi olarsa, əgər ətrafımızda olan insanlara qarşı laqeyd olmarıqsa, əgər ibadətimizdə təvazökar olarıqsa, ruhi rahatlığa və ürək əminliyinə çatarıq. Çünki biz pak qidalarla bədənimizi gücləndirib ruhumuzu paklaşdırarıq və bu zaman da hər bir əməlimizə nəzarət edər və İmamın (ə.f) bəyəndikərini etməyə çalışarıq. - Beləliklə deyə bilərik ki, əgər ailəmizin Həzrət Məhdiyə (ə) layiq olmasını istəyiriksə, gərək onun bəyəndiyi və razı qaldığı işlər görək, rəftar nümayiş etdirək. Bu yolda ailənin rolu mühümdür.


Loğman (ə) necə hikmətli şəxsiyyətə çevrildi?


Loğman (ə) necə hikmətli şəxsiyyətə çevrildi? Loğmanın (ə) həyatında əsas məsələ budur ki, belə bir şəxsiyyət hikməti qazanmaqda hansı sektora malik idi. Başqa sözlə desək: Bu suala cavab vermək lazımdır ki, Loğman nə əməl sahibi idi ki, Allah Taala onu hikmət nemətindən bəhrələnməyi nəsib etdi? Əgər bu sirr açılsa başqaları da öz zamanlarında Loğmanın sünnətinə əməl etməklə bu məqama nail ola bilərlər.Bu sualın qısa cavabı budur ki, Hikmət nuru, ilahi sünnətə söykənərək özünəməxsus başlanğıc əməllərə bağlıdır. Onların ən əsası: İman, ixlas, saleh əməl etmək, zahidlik və halal ruzidən istifadədir.
Hikməti qazanmağın ən əsas reseptini İmam Əli (ə) kəlamında tapmaq olar, O həzrət buyurur: “Hər kim qırx gün ixlasla əməl etsə, halal yesə, günləri oruc tutsa, gecələri oyaq qalsa, Munəzzəh Allah, onun qəlbində olan hikmət bulaqlarını dilinə axıdar”. “Mustənəde Zeyb İdn Əli” kitabı, səh: 384
Loğman (ə) buyurur: Düz danışmaq, əmanətdarlıq, mənə aid olmayan işlərdən uzaq durmaq, dilimi qorumaq, yeməyimin paklığı və halallığı. Bundan sonra hər kim bu əməllərdən az etdisə, məndən aşağıdakı məqamda qaldı. Hər kim bu əməllərdə öncül oldusa məndən öncə keçdi. Hər kim mənim kimi əməl etdisə mənim məqamıma çatdı. (“Tənbihul Xəvatir” kitabı, cild: 2, səh: 230; Bihar əl-Ənvar, cild: 13, səh: 21). ...


Loğman Həkimin (ə) peyğəmbər idi yoxsa yox?


Loğman Həkimin (ə) peyğəmbər idi yoxsa yox? Əhli Beyt (ə) Loğmanın peyğəmbər olmasını inkar etmişlər.
Rəvayət: Peyğəmbərə (s) nisbət verilir: “Həqiqət budur ki, Loğman peyğəmbər deyildi. Lakin iradəli, düşüncəli, xoş niyyətli, Allah bəndəsi olmuşdur. Nəticədə Allah onu bu xüsusiyyətlərinə görə sevirdi. Və hikməti ona hədiyyə etdi. Bir gün Loğman (ə) günorta yatmışdı. Anidən Allahın yer üzündə xəlifəliyini qəbul etməyə dəvət olundu: Ey Loğman! İstəyirsən Allah səni yer üzündə xəlifə seçsin, bu məqama çatmaqla camaat arasında hökm edəsən?.
Loğman oyandı və bu sualın cavabında dedi: Əgər Yaradanım məni bu işlə öhdələndirsə, qəbul edərəm; çünki bilirəm əgər mənə bu vəzifəni versə dadıma yetişərək biliyimi artırar və səhvlərədn qoruyar. Amma əgər məni ixtiyar sahibi etsə, rahat yaşayışı seçər və ağır imtahanı qəbul etməkdən uzaq duraram”. ... Loğmanın bu sözündən aydın olur ki, o peyğəmbərlik məqamına seçilmədi. ...


Loğman Həkimin (ə) həyatına bir baxış


Loğman Həkimin (ə) həyatına bir baxış Hikmət sahibi Loğman (ə) seçilmiş mənəvi insanlardan idi. Qurani Kərim buyurur: “Həqiqətən, Loğmana: “Allaha şükür et!” (deyə) hikmət verdik. Loğman/12. Quran Loğman surəsində onun dəyərli nəsihətlərini gələcək nəsillər üçün nəql etmişdir. Bəlkə dəyərlər axtarışınca olanlar ibarət alıb seçilmiş insalardan olsunlar.
1- Həbəşəli kölə. İmam Əlidən (ə) nəql olunan hədisə görə, o birinci kölə idi ki, öz sahibi ilə anlaşaraq bəzi öhdəliyi boynuna aldı və özünü köləlikdən azad etdi. 2-Həyatı: Bu ilahi hikmətli şəxsin həyatı haqda, dəqiq tarixi faktlar tapmaq olmaz. 3- Vətəni: Tarixin bəzi məlumatlarına əsasən, Şam şəhəri Loğmanın (ə) vətəni və məşhurlaşma vətəni olmuşdur. 4- Sənəti: Loğmana Dərzilik, dülgərlik, çovanlıq və odunculuq, sənətləri nisbət verilir. 5- Üzüyü: Üzüyündə həkk olunan cümlə: “Gördüyünü örtmək guman etdiyini aşkar etməkdən daha yaxşıdır”. 6-Şagirdləri: Həmdullah Mustəfəvi yazır: Fisağurs (Yunanlı həkim) və Camasəb (İranlı həkim) –lər Loğman həkimin şagirdlərindən hesab edilir. 7-Ömrü: Loğmanın ömrünü 200 il olmuş, Başqa bir rəvayətdə, Loğmanın ömrü 1000 il olaraq qeyd olunur. Uzun ömürlülüyü haqda tarixdə gəlmişdir: “Loğman (ə) oğluna belə buyurmuşdu: 4 min il ilahi peyğəmbərə (ə) köləlik etdim. ...” 8-Qəbri: Əylə və Rəmlə şəhəri, Səyyah tarixçilər isə yazırlar: Onun dəfn olunduğu yer: İskəndəriyyədir, indiki Misir.


Əxlaq ustadları valideynə hörmətin təsiri haqda nə buyururlar?


Əxlaq ustadları valideynə hörmətin təsiri haqda nə buyururlar? Tehranın əzəmətli əxlaq və hövzə ustadı olan mərhum Ayətullah Muctehidi Tehrani həzrətləri valideynin dəyəri haqda belə buyurmuşdu:
\"Diqqətli olun ki, valideynin üzünə qayıtmayın! Ata-ana sizlərə nifrin etməsinlər. Heç zaman onlara qarşı pis baxışla baxmayın. Bəzən mümkündür ki, atanızın əsəbi narahat olmuş ola və sizin üstünüzə çığırsınlar. Siz gedin onun əlindən öpün və üzr istəyin ki, onu narahat etməkdə nəsə etmiş olarsınız. Baxmıyaraq ki, onun səhv olduğunu bilirsiniz. Siz elə təsəvvür yaradın ki, siz günahkarsınız və deyin: Atacan, anacan, mənim gunahımdan keçin. ... Bu əməlinizlə sizlərə böyük ilahi lütflər nazil olar. O dəstə insanlar ki, valideyinləri onlardan razı olmuşdu əllərini nələr vurmuşlar qızıla çevrilmişdir! Və o dəstə insanlar ki, valideyinləri onlardan naraza qalmışdı əllərini hər nə işə uzatsalar da qaplar üzlərinə bağlı qalmışdı! Mümkündür ki, diriliklərində sizlərdən razı olmuşlar, indiki dünyadan getmişlər onlar üçün xeyir və ehsanat edirsinizmi?! Hər gecə-gündüz vaxtında bir dəfə belə olsa əlləri xeyir əməldən üzülmüş valideyninizi quranla yad edin! (Bu əməlin ki xərci yoxdur). Əgər onları yadd edəsən və ziyarətlərini unutmayasan işlərin xeyirli və bərəkətli olar!


Gözəl əxlaqın 3 dərəcəsi. Münafiqin 3 nişanəsi. Cəmiyyətdə düzgün davranış qaydalar hansılardır?


Gözəl əxlaqın 3 dərəcəsi. Münafiqin 3 nişanəsi. Cəmiyyətdə düzgün davranış qaydalar hansılardır? Rəsuli-Əkrəm (s) buyurur: “Münafiqin üç nişanəsi vardır: yalan danışmaq, əmanətə xəyanət etmək və verdiyi sözə əməl etməmək”.
Əziz Peyğəmbərin (s) nəzərinə görə cəmiyyətdə bu qaydalara riayət olunmalıdır: 1. Uyğunlaşmaq. 2. Abırı qorumaq. 3. Valideyn haqqına riayət etmək. 4. And içməkdən çəkinmək. 5. Ticarətdə insaflı olmaq. 6. Qəzəbi yatızdırmaq.


Əmirəl-Mömininin (ə) hədisində dəyərli insanlar kimlərdir?


Əmirəl-Mömininin (ə) hədisində dəyərli insanlar kimlərdir? Həzrəti Əmirəl möminin (Allahın salamı və salvatı olsun ona) buyurur:
Dünyada 4 dəyər:
1.Elminə əməl edən alimin dedikləri.
2. Elm öyrənməkdən çəkinməyən cahil.
3. Malını Allah yolunda xərcliyən səxavətli.
4. Axirətini dünyasına satmayan fəqir.


Başqalarının abrını tökmək Allahla muharibə deməkdir!


Başqalarının abrını tökmək Allahla muharibə deməkdir! İnsanların abrı ilə oynamaq Allahın qəzəbinə səbəb olar!
Ayətullah Məzahiri buyurur: Təhqir etmək və insanların abrı ilə oynamaq, Allahla müharibəyə başlamaq deməkdir.
Quranın maariflərində deyilir: 5 məkan Allah dərgahında çox dəyərli və hörmətlidir hər kəs ona qarşı təhqiramiz hərəkət etsə Allahın qəzəbinə düçar olmuş şəxs olar:
1-Allahın Rəsulu (s) və bütün peyğəmbərlərin (ə) məqamına hörmətsizlik, 2-Allah Rəsulunun (s) Əhli-Beytinə (ə) hörmətsizlik, 3-Allahın kitablarına və qanunlarına hörmətsizlik xüsusən də Qurani Kərimə. 4-Allahın müqəddəs evləri arasında seçilmiş Kəbə evinin məqamına hörmətsizlik, 5-Möminin şəxsiyyəti və abrı ilə oynamaq bağışlanmayan gunah və Allahın qəzəbinin nazil olmasına səbəb olandır.


İmam Həsən Əsgərinin (ə) əsas fəaliyyətləri nələrdən ibarət idi?


İmam Həsən Əsgərinin (ə) əsas fəaliyyətləri nələrdən ibarət idi? İmam Həsən Əsgərinin (ə) əsas fəaliyyətləri:
1). Mümkün qədər şiələr ilə əlaqələrin zahirdə azaldılması və \"təqiyyə\". 2). Şiələri müxtəlif yollarla maddi baxımdan himayə etmək. 3). Şiələrin siyasi, ictimai və dini məsələlərinə \"vəkillər şəbəkəsi\" vasitəsilə nəzarət etmək – (Məhəmməd bin Əhməd bin Cəfər; Cəfər bin Süheyl Əs-Siqəl). 4). Əhl-Beyt (ə) maarifini yaymaq üçün istedadlı şagirdlərin tərbiyə olunması – (İmamdan (ə) 149 nəfər vasitəsiz hədis nəql edib). 5). Şiələri İmam Mehdinin (ə.f) qeybət dövrünə hazırlanması. 6). Şiələrin tanınmış və nüfuzlu şəxsləri ilə görüşərək onların \"Qeybət\" dövrü barəsində olan şübhələrini ortadan qaldırmaq və bu barədə imanlarını gücləndirmək. 7). İmam Mehdi (ə) üçün xüsusi naiblərin hazırlanması. 8). Batil firqələrlə mübarizə və şübhələrə cavablar... və... s.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter