Müsəlman cəmiyyətin bu gün əxlaqi böhran yaşamasının səbəbləri nələrdir?


Müsəlman cəmiyyətin bu gün əxlaqi böhran yaşamasının səbəbləri nələrdir? Cəmiyyətimiz bu gün əxlaqi böhran içindədir. Bunun bir çox səbəbləri vardır:
1- İnsanların əxlaqi dəyərlərdən uzaqlaşması və əxlaqi maarifsizlik. 2-Qərbin mədəni hücumu. 3- İnsanların dünyaya bağlılığının artması. 4- Cəmiyyətdə əxlaqsızlığın və ədəbsizliyin hər tərəfli şəkildə yayılması. 5- Ədəb və əxlaqdan kənar olan insanların cəmiyyətə ülgü və ideal kimi təqdim edilməsinə cəhdlər göstərilməsi. 6- Əxlaq ustadlarının və əxlaqi dəyərləri təbliğ edən insanların azlığı. 7- Heç bir qurumun ölkədə əxlaqın maarifin yayılmasına maraq göstərməməsi. 8- Cəmiyyətdə gizli qüvvələr tərəfindən əxlaqi dəyərlərin əleyhinə güclü təbliğatın aparılması.


İmam Hüseyn (ə) unudulmamasının fəlsəfəsi nədir?


İmam Hüseyn (ə) unudulmamasının fəlsəfəsi nədir? Alimlərdən birisi Hüseyn (ə) haqqında belə deyir: «Biz tarixdə yalnız bir insanlıq sifətinə görə səciyyələnən insanlarla qarşılaşırıq; bəzisi şücaət, bəzisi zöhd, bəzisi isə səxavətinə görə. Lakin İmam Hüseyn əleyhissalam bir yaxud bir neçə sifətə görə səciyyəvi şəxsiyyət deyildi. O, bütün üstün sifətlərə malik idi və bütün insani dəyərləri özündə cəmləşdirmişdi». Bəli, belədir Məhəmməd nübuvvətinin varisi; Әlinin ədalət və igidliyinin varisi; Fatimənin nəciblik və paklığının varisi. O, bütün fəzilətlərin, fədakarlıqların simvolu, Allaha sitayiş və ülvi bir şəkildə Onu arzulamağın örnəyidir.


Həzrət İsa (ə)-dan dünyaya bağlanmağın pisliyi haqda ibrətamiz dastan!


Həzrət İsa (ə)-dan dünyaya bağlanmağın pisliyi haqda ibrətamiz dastan! Həzrət İsa (ə) və dünyaya canını qurban verən səhabəsinin dastanı:
Bir gün Həzrət İsa (ə) onu üzdə sevən biri ilə birlikdə səfərə çıxır. Bir müddət yol gedirlər. Namaz və Allaha ibadət vaxtı gəlib çatır. Həzrət İsa (ə) səhabəsinə buyurur: \"Alllaha ibadət vaxtı gəlib çatdı. Mən Allaha namaz qılıb baş əymək istəyirəm. Sən isə bu pulu al və get 3 çörək al gətir birlikdə yeyək. Həzrət İsa (ə) namaza durur və səhabəsi gedir 3 çörək alıb gəlir. İsa (ə) dostu gəlib görür ki, Allah övliyası və Peyğəmbəri (ə) olan İsa Məryəm oğlu hələ də ibadət halındadır. Düşünür ki, həzrətin xəbəri olmayacaq çörəkdən birini yeyir. Həzrət ibadətini sona çatdırandan sonra dostunun yanına gəlir və görür ki, dostunun əlində iki çörək var. Buyurur: Sənə demişdim üç çörək al. Neçə çörək aldın? Səhabə deyir: Verdiyiniz pulla iki çörək ala bildim. İsa (ə) heç bir şey demədən onunla oturub çörək yeyir. Sonra yollarına davam edirlər. Bir müddət yol gedəndən sonra qarşılarına bir çeyran çıxır. Onlar heyvanı övlayır və bişirib yeyirlər. Həzrət İsa (ə) deyir: İstiyirsən sənə möcüzə göstərim?! Deyir: Bəli. İsa (ə) buyurur: Yediyimiz ceyranın sümüyünü mənə gətir. Səhabə ceyranın sümüyünü bir yerə cəmləşdirir və İsanın (ə) önünə yığır. İsa (ə) Allahın izni ilə ceyrana can verir və səhraya azad edir. Və səhabəsindən soruşur: Neçə çörək almışdın? O yenə də deyir: İki çörək. ...


Qızdırsa öldürməliyəm! SubhanAllah sən necə anasan?!


Qızdırsa öldürməliyəm! SubhanAllah sən necə anasan?! Bu USM aparatları çıxandan qatil anaların sayı artıb. Yenə cahiliyyə dövründə atalar aparıb öldürürdü qız uşaqlarını. İndi analar öldürür. Heç bir zəruri səbəb olmadan. Onların bəhanələrini saysaq hamısına Allah cavab verir. Ruzi darlığındanmı qorxursan? Birdən uşaq ac qalar? Yenə ac qalmağı sənin onu öldürməyindən yaxşıdı ki. \"Yoxsulluq qorxusundan uşaqlarınızı öldürməyin. Axı onların da, sizin də ruzinizi Biz veririk. Onları öldürmək, həqiqətən də, BÖYÜK GÜNAHDIR.\" (İsra/31)
Bu da açıq-aydın dəlil. Sən elə bilirsən uşaqların ruzisini sən təmin edirsən? Sənin öz ruzini də Allah verir? İşləyib qazanıram demə. Allah sənə verdiyi o sağlam bədəni, iş həvəsini, qabiliyyətini bir anda səndən almağa Qadirdir. \"Onlardan birinə qızı olması ilə müjdə verildikdə hikkəsindən üzü qapqara qaralır. Verilən bəd xəbər ucbatından camaatdan gizlənir. Bilmir nə etsin, körpəni rüsvayçılıq içində saxlasınmı, yoxsa onu torpağa gömsün? Onların VERDİKLƏRİ QƏRAR NECƏ də PİSDİR!\" (Nəhl/58-59)


Bir nəcis paltar necə pak olur, açıqlayın?


Bir nəcis paltar necə pak olur, açıqlayın? Nəcis paltarın necə pak edilməsi:
Nəcis olan paltarın üstündə olan eyni nəcisi təmizləyəndən sonra kür və axar suyun içində yaxalandırılsa pak olar, sudan çıxardan sonra isə sıxmaq lazımdır. Qırantdan gələn su da kür hökmündədir. Amma əgər pak etdiyim suyun miqdarı kürdən az olarsa, bövldən başqa bir şeylə nəcis olan paltarın nəcisini aradan aparandan sonra bir dəfə yumaqla paltar pak olar. əgər nəcis olan paltar bövlə murdarlanıbsa onu iki dəfə qəlil su ilə yuyub sıxmaq lazımdır. - Əgər bövllə nəcis olan paltar südlə bəslənən uşağın nəcisi olsa, nəcis paltarı bir dəfə yumaq kifayət edər.
- Əlavələr: 1-Bulanıq yəni iysi, rəngi və dadı dəyişilmiş su ilə nəcislər pak olunmaz. 2-Paklamaq istənilən hər bir nəcisin su hər bir yerinə çatdırılmalıdır.


İslam maarifində tərsliyin çarəsi nədir?


İslam maarifində tərsliyin çarəsi nədir? Yaxşı olar ki, bir qədər də tərslik və inadkarlıq xasiyyətinin müalicəsi haqqında danışaq. Uyğun xəstəliyə düzgün müalicə təyin etmək üçün əvvəlcə təsəvvürümüzdə tərs və inadkar bir uşaq canlandıraq. Onunla necə rəftar edirsiniz? Əgər inadkarlıq göstərirsə, nə tədbir görərsiniz? Tutaq ki, bir uşaq xəstədir və orqanizmi üçün zərərli olan bir şey yemək istəyir. Ya da bu uşaq ona məsələhət görülməyən oyunlara qatılmaq üçün inadkarlıq göstərir. Əgər bu vaxt onunla baş-başa gəlsəniz, siz də inadkarlıq etmiş olarsınız. Belə bir münasibətin zərərini müəyyənləşdirmək çətindir. Amma ağıllı bir tədbir görmək istəsəniz, onun sevdiyi, maraqlandığı bir işi öz məqsədiniz üçün vasitə seçməlisiniz. İmam Sadiq (ə) tərslik və ləcbazlığı möminliyə zidd bir xüsusiyyət tanıtdırmış və buyurmuşdu: Mömində 6 xüsusiyyət olmamalıdır: İfrati həddə ciddilik, Xeyirsizliyi, paxıllıq, inadkarlıq, yalançılıq və başqasının haqqına girmək. Vəsail əş-Şiə, cild-15, səh: 349.


Zühur zamanını təxmin etmək mümkündürmü?


Zühur zamanını təxmin etmək mümkündürmü? Bu haqda bir rəvayətdə gəlmişdir: Məhzəm Əsədi İmam Sadiqdən (ə) soruşdu: \"Canım sənə Fəda Ey Allaha Rəsulunun övladı! Ali Muhəmmədin Qaiminin zuhuru və haq dövlətin qurulması çox çəkdi. Bu İlahi hadisə nə zaman həyata keçəcəkdir?
Həzrət buyurdu: Zühur üçün vaxt təyin edənlər yalançıdırlar. Tələsənlər həlak olarlar, bu hadisə qarşısında razı olub təslim olanlarl (səbrli olanlar) isə xoşbəxt olarlar\".
Bu hədisə görə deyirik ki, zühur üçün vaxt təyin etmək düzgün deyil. Amma zuhurun həyata keçməsi hər zaman mümkündür və bizim borcumuz budur ki, onun üçün hazırlıqlarımızı edək. İmam Zaman (ə) buyurmuşlar: \"Mənim zühurum üçün dua edin\".


Nə edək ki, danlanmayaq?


Nə edək ki, danlanmayaq? Danlanan şəxsin danlanmaması üçün ən sadə yol günah və eyiblərdən uzaq olmaqdır. Hətta bəzən elə olur ki, bizlərin yersiz addımlarımız və əslində günah olmayan sair əməllərimiz bizim danlanılmağımıza səbəb olur. Buna görə də hər bir rəftarımızı düşünərək etməliyik. Əli (ə) nəql edir ki, bir gün sevimli peyğəmbərimiz həzrət Muhəmməd (s) belə buyurdu: “Ya Əli, səkkiz dəstə insanlar vardırlar ki, əgər təhqir edilsələr yalnız özlərini danlasınlar (çünki özləri müqəssirdirlər): 1- Çağırılmadan və xəbərsiz qonaq gedən adam, 2- Ev sahibinə əmr və göstəriş verən adam, 3- Düşmənindən xeyir və yaxşılıq istəyən adam, 4- Alçaq adamlardan bəxşiş uman (gözləyən) adam, 5- Aralarında sirr olan iki nəfərin arasına girən adam, halbuki o iki nəfərin heç biri kiminsə onların sirrlərini bilmələrini istəmirlər. 6- Padşahın və Sultanın şənini, məqamını kiçik sayan adam, 7- Əhli olmadığı (yəni ona uyğun olmayan) məclisdə oturam adam, 8- Ona qulaq asmayan şəxsə söz deyən adam,


Həzrət Muhəmmədin (s) imam Əliyə (ə) nəsihətnaməsindən yazın?


Həzrət Muhəmmədin (s) imam Əliyə (ə) nəsihətnaməsindən yazın? Həzrət Muhəmməd (ə) İmam Əliyə (ə) belə nəsihət etdi: -Еy Əli! Sənə еdəcəyim vəsiyyəti yахşı yаdındа sахlа və оnа riаyət еt. Nə qədər кi mənim vəsiyyətimi unutmаyıb оnа riаyət еdəcəкsən, həmişə хеyir tаpаcаqsаn: 1-Еy Əli! Pis əхlаqdаn bаşqа, yеrdə qаlаn bütün günаhlаr üçün tövbə vаrdır. Çünкi əхlаqı pis оlаn şəхs bir günаhdаn nicаt tаpdığı zаmаn tеz də bаşqа günаh edər. 2-Еy Əli! Кim göstərə biləcəyi qəzəbini yаtırıb udа bilsə, Аllаh qiyаmət günü оnа ləzzətini dаdа biləcəyi əmin-аmаnlıq ətа еdər. 3-Еy Əli! Ölüm аyаğındа оlаn hər bir кəs yахşı və ədаlətli vəsiyyət еtməzsə, dеməli həmin аdаmın mürüvvətində nöqsаn vаr, о аdаm şəfаət məqаmınа nаil оlmаz. 4-Еy Əli! Cihаdın ən üstünü оdur кi, insаn səhər tezdən yеrindən qаlхandа bir кəsə zülm və sitəm fiкrində оlmаsın. 5-Еy Əli! Əgər cаmааt bir кəsin dilindən qоrхudа оlаrsа, həmin кəs cəhənnəmliк оlаr. 6-Еy Əli! Ən pis аdаm оdur кi, cаmааt оnun bədхаhlığının, dilinin yаmаnlılığının qоrхusundаn оnа hörmət еtsin və оnun pisliyindən danışılsın. 7-Еy Əli! Ən pis аdаm о кəsdir кi, ахirətini dünyаsınа sаtsın, оndаn dа pisi о şəхsdir кi, ахirətini bаşqаsının dünyаsı üçün sаtsın. ...


NƏ üçün bəzən mənəvi məsələlərdə zəifləyir və imanımız azalır?


NƏ üçün bəzən mənəvi məsələlərdə zəifləyir və imanımız azalır? İnsan tövbə edərək İlahi yola qədəm qoyduqda var gücü və tam həvəsi ilə ibadətlərə başlayır. Amma zaman keçdikcə insanların bəzilərində soyuma ya sanki inamın azlığı müşahidə edilir. Bunun səbəbləri çoxdur, o cümlədən:
1- İnsanın Allah yolunda sabit qalmasına əsas səbəblərdən biri ətrafındakı insanlardır. İmanlı dostları olan şəxs İlahi yolda hamişə iradəli olur. Amma dostları əxlaqdan uzaq olan insan tədriclə öz imanında sönüklük müşahidə edir. 2- İnsanın ruhu telefonun batareyası kimidir, güc azaldıqca onu necə deyərlər zaryadkaya qoymaq lazımdır. Yoxsa telefon işləməyəcək. İnsan da belədir. İnsanın gücü Moizədir. Quran və məsumların mövzələrinə tez-tez qulaq asmaqla gücünüzü gücləndirin. 3- Günah əməllər istər qulaq asmaqla olsun, istər danışmaqla, istər baxmaqla, istər eməklə... insanın ruhunu zəiflədir, insandan mənəvi gücü alır. 4- Dünyəvi məsələlərə və maddiyyata həddindən çox bağlanmaq və aludə olmaq insanı İlahi məsuliyyətlərdən uzaqlaşdırır, axirətə inamı azaldır. 5- Dua etmək insana fövqəladə bir güc gətirir, Allah Taalaya çoxlu dua edin, sizi düşdüyünüz vəziyyətdən çıxarması üçün Allah Taaladan yardım istəyin. .


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter