Nə edək ki, danlanmayaq?


Danlanan şəxsin danlanmaması üçün ən sadə yol günah və eyiblərdən uzaq olmaqdır. Hətta bəzən elə olur ki, bizlərin yersiz addımlarımız və əslində günah olmayan sair əməllərimiz bizim danlanılmağımıza səbəb olur. Buna görə də hər bir rəftarımızı düşünərək etməliyik.

Əmirəlmöminin Əli əleyhissalam nəql edir ki, bir gün sevimli peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih belə buyurdu:

“Ya Əli, səkkiz dəstə insanlar vardırlar ki, əgər təhqir edilsələr yalnız özlərini danlasınlar (çünki özləri müqəssirdirlər).

1- Çağırılmadan və xəbərsiz qonaq gedən adam

2- Ev sahibinə əmr və göstəriş verən adam

3- Düşmənindən xeyir və yaxşılıq istəyən adam

4- Alçaq adamlardan bəxşiş uman (gözləyən) adam

5- Aralarında sirr olan iki nəfərin arasına girən adam, halbuki o iki nəfərin heç biri kiminsə onların sirrlərini bilmələrini istəmirlər.

6- Padşahın və Sultanın şənini, məqamını kiçik sayan adam

7- Əhli olmadığı (yəni ona uyğun olmayan) məclisdə oturam adam

8- Ona qulaq asmayan şəxsə söz deyən adam

əl-Xisal 2-ci cild 410-cu səhifə


Bu hədisə diqqət yetirdikdə görürük ki, hamısı əqli və ürfi göstərişlər əsasında olan ictimai ədəblərdir. Yəni ictimai ədəblərə və əqli göstərişlərə məhəl qoymayan insan başqaları tərəfindən təhqir olunmaq və danlanılmağa özü səbəbkardır.

c) Təsirlənməmək

Yuxarıda deyilənlərindən məlum olur ki, heç vaxt danlanmamış insan yoxdur. Çünki elə bir əməl yoxdur ki, bütün insanlar o əməldən razı olsunlar. Kimlərinsə xoşladığı əməl başqa bir dəstənin xoşlamadığı əməldir.

Hikmətli sözləri ilə yaddaşlarda yaşayan Loğman öz oğluna deyir: “Kimlərinsə səni alqışlamalarına sevinmə, eləcə də kimlərinsə səni danlamalarından qəmlənmə. Çünki bütün insanları razı salmaq heç cürə mümkün deyil.” Biharul ənvar 68-ci cild 352-ci səhifə

Başqa bir hədisdə oxuyuruq: “Musa peyğəmbər Allah Taala ilə münacatında dedi: İlahi, camaatın etiraz dilini məndən uzaq et ki, camaatın qınağından və məzəmmətindən uzaq olum.

Allah Taala həzrət Musaya belə bir vəhy göndərdi: -Ey Musa, Mən özüm üçün etmədiyim bir işi sənin üçün edərəmmi?! Musa peyğəmbər dedi: -İlahi, şadam ki, mən də Sənin yolundayam. (Sənə edilən mənə də edilir) Biharul ənvar 68-ci cild 353-cü səhifə.

Deməli, məlum oldu ki, bu dünyada danlaqdan heç cür qaçmaq mümkün deyil. Bu halda bizim vəzifəmiz şəriətin və ağılın göstərişlərinə əməl etməkdir. Onda biz yalnız töhmət mənasında danlanıla bilərik, həqiqi mənada yox. Nahaq yerə danlayanlardan qorxmayaq. Allah Taala Qurani-kərimin Maidə surəsinin 54-cü ayəsində buyurur: يجُاهِدُونَ فىِ سَبِيلِ اللَّهِ وَ لَا يخَافُونَ لَوْمَةَ لَائمٍ “Allah yolunda mübarizə edirlər (çalışırlar) və heç bir tənə vuranın tənəsindən (danlağından) qorxmurlar.”

Həmçinin onu da deyək ki, başqalarının danlaq və tənəsinə görə narahat olmamağın ən təsirli yollarından biri də onlardan tamah ümidimizi üzməkdir. Əgər kimsə başqalarından ona dünya malı və ya dünyəvi məqam verməsi tamahında olmazsa həmin adamların danlaq və tənələri ona təsir etməyəcəkdir. Məhəccəul bəyza 6-cı cild 193-cü səhifə. axlaqimaarif.com


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter