Hz.Mehdinin(ə) Mehdi adlanmasının səbəbi nədir?


Hz.Mehdinin(ə) Mehdi adlanmasının səbəbi nədir?Mehdi ləqəbi Hz.Mehdinin(ə) ən məhşur ləqəbidir.Bu ləqəb əziz Peyğəmbərimiz(s) tərəfindən dəfələrlə buyurulmuşdur və Peyğəmbərdən(s) nəql edilən təqribən 89 hədisdə “Mehdi” ləqəbinin qeyd edildiyi bildirilir.“Mehdi” sözünün leksikoloji mənası “hidayət edilmiş” deməkdir.Bu söz özünün ümumi mənası baxımından bütün hidayət edilmiş insanlara aid edilə bilər.Həmçinin bütün peyğəmbər və İmamlar da uca Yaradan tərəfindən hidayət edildiklərinə görə, qeyd edilən sözün ümumi mənası onlara da şamil edilir.Ümumiyyətlə, Allah yaratdığı hər bir varlığı hidayət etmiş, ona doğru yolu göstərmişdir və bu hidayət ümumi hidayət adlanır.Lakin hədislərdə və bir çox islami mənbələrdə xüsusi olaraq vurğulanan “Mehdi” axırzaman Mehdisidir ki, onun əsil-nəsəbi və xarakterik xüsusiyyətləri də geniş surətdə açıqlanmışdır.Buna görə də belə deyə bilərik ki,Mehdi yalnız axırzamanda zühuru vəd edilən islahedici xilaskardır.Hz.Məhəmməd (s) Hz.Əliyə (ə) xitabən buyurmuşdur:“Mehdi ləqəbi ona insanları Allaha doğru hidayət edəcəyinə görə verilib”


Novruz bayramı hədislərdə necə tanıtdırılır?


Novruz bayramı hədislərdə necə tanıtdırılır? Novruzda insanlar təmizlik işləri görür, yaxınlarının və xəstələrinin görüşünə gedir, bir-birinə hədiyyə verir , küsülüləri barışırdırır, yeni paltarlar geyir və bir çox gözəl insani xüsusiyyətlər. Bu gözəl xüsisiyyətlər dinimiz də bəyənilmiş sifətlərdəndir və bu haqda məsumlarımızdan çoxlu hədislər nəql olunmuşdur. İmam Zeynəlabidin (ə) buyurur: Namazdan sonra ən üstün əməl mömini sevindirməkdir. (Biharul-ənvar, 4/194) ... Hədislərimizdə Novruz bayramı dini rəhbərlər tərəfindən təsdiqlənmiş və onun qeyd olunmasına təşviq edilmişdir. Hətta novruz bayramı üçün bir sıra ibadətlər də qeyd olunur. Biz bu hədisləri oxucuların diqqətinə çatdırırıq.
Novruz bayramını təsdiqləyən və ona təşviq edən hədis: İmam Əli (ə) üçün faluzəc (şirniyyat) hədiyyə gətirdilər. Buyurdu: Bu nədir? Dedilər: Bu gün novruzdur. Buyurdu: Əgər bacarsanız, hər gün novruz edin. (Yəni: Allaha xatir bir-birinizə hədiyyə verin və bir-birinizin görüşünə gedin) Novruz bayramı üçün əməllər qeyd olunub, novruz bayramı günündə tarixdə mühüm hadisələr də baş vermişdir. Belə günləri gözəl sünnətləri ilə birlikdə yadd etməyin üstünülüyü aşkar bir məsələdir. ...


O hansı ibadətdir ki, əgər yerinə yetirilsə, haramdır, tərk olunsa da haramdır?


O hansı ibadətdir ki, əgər yerinə yetirilsə, haramdır, tərk olunsa da haramdır? \"Əmirəl-möminin (ə) Şəqşəqə xütbəsini bəyan edəndən sonra bir nəfər ayağa qalxır və Həzrətə (ə) bir məktub verir. Bu məktubda 10 sual verilmişdir ki, İmam (ə) hamısını cavablandırır. Onlardan beşinə işarə edək: 1. O hansı canlıdır ki, başqa bir heyvanın qarnından çıxar və onların arasında heç bir (qohumluq) bağı olmaz? İmam (ə) buyurur: \"Həzrət Yunus (ə) ki, balığın qarnından çıxır\". 2. O nədir ki, azı mübah və çoxu haramdır? Həzrət (ə) buyurur: \"Talut bulağıdır ki, hər kim ondan çox içsə, haramdır\". 3. O hansı ibadətdir ki, əgər yerinə yetirsə, haramdır, əgər tərk etsə, yenə haramdır? Həzrət buyurur: \"Məst (şərab içən) insanın namazıdır. O kəs ki, şərabla məst olar, əgər namaz qılsa günahdır, əgər namazı tərk etsə, yenə də günahdır. \"Ey iman gətirənlər, sərxoş halda (sərxoşluğunuz aradan gedənə və) nə dediyinizi bilənə kimi namaza yaxınlaşmayın\"\". (Nisa/43). 4. Bu, hansı quşdur ki, nə atası vardır, nə anası və nə də övladı? Həzrət (ə) buyurur: \"Bu, o quşdur ki, Həzrət İsa (ə) gildən düzəltmişdi ... (\"Maidə\" 110). 5. İki xristian şəhadət versə ki, filankəs xristian, ya yəhudi, ya zərdüşt olmuşdur, bu iki nəfərin şəhadətini qəbul etmək olarmı? Həzrət (ə) buyurur: \"Bəli, şəhadətlərini qəbul etmək olar. Çünki Allah Təala buyurur: \"Onların möminlərlə dostluqda ən yaxın olanlarının isə «biz xaçpərəstlərik» deyənlər olduğunu görərsən. Bu, ona görədir ki, onların bir qismi keşişlər və rahiblərdir və onlar təkəbbürlənmir, özlərini yuxarı tutmurlar\". (\"Maidə\" 82). Ona görə də o kəs ki, Allahın ibadətinə təkəbbür etməz, yalandan şəhadət də verməz\".


Nə üçün hələ də xanım Zəhranın (s) qəbri gizlin qalmışdır? Amma imam Əlinin (ə) qəbri sonralarda olsa aşkarlandı?


Nə üçün hələ də xanım Zəhranın (s) qəbri gizlin qalmışdır? Amma imam Əlinin (ə) qəbri sonralarda olsa aşkarlandı? İlk növbədə deməliyik: İmam Əlinin (ə) və xanım Zəhranın (s) qəbrlərinin gizli qalmaq səbəbləri eyni deyildir. İmam Əlinin (ə) qəbrinin gizli qalmaq səbəbi bu idi ki, cahil və ağılsız düşmənlər o həzrətin qəbrinə ehtiramsızlıq edə bilərdilər. amma sonralar Əhli- beyt (ə) məktəbi qüdrətlənir. İmama qarşı hörmətsizlik məsləhəti aradan getdi və o həzrətin qəbri hamı üçün aşkarlanır. Amma xanım Zəhranın (s) qəbrinin gizlin qalması. Xanımın öz vəsiyyəti əsasında idi. Bunun da əsas səbəbi: 1). Peyğəmbərdən sonra müsəlmanların vəfasızlığı. 2). Xəlifələrin Peyğəmbərin vəsiyyətinə əməl etməməsi. 3). Müsəlmanların Peyğəmbər ailəsinə qarşı təsəvvür olunmaz dərəcədə hörmətsizlik etmələri və sair. səbəblər olmuşdur.
Amma belə demək də olmaz ki, bütün bu saydıqlarımız xanımın (s) qəbrinin gizlin qalmasının əsas səbəbidir. Mümkündür bəzi səbəblər olsun ki, biz ondan xəbərsiz olaq.


Həzrət Zəhranın (s) şəxsiyyətinin hansı cəhətləri var?


Həzrət Zəhranın (s) şəxsiyyətinin hansı cəhətləri var? Həzrət Zəhranın (s) şəxsiyyətinin müxtəlif əzəmətli cəhətləri var ki, onu bütün genişliyi ilə yalnız, çox dərin təhqiqat, təfəkkür və araşdırmadan sonra ələ gətirmək olar. O Həzrətin mənəviyyat və ilahiyyat sahəsindəki elm, rəftar, əxlaq və siyasi mübarizələri araşdırmaqla hədəfimizə çata bilərik. Şiə və sünnü alimlərinin kitablarının təsdiqinə əsasən, xanımlar xanımı Həzrəti Zəhranın (s) mənəvi və insani xüsusiyyətlərini qısa da olsa belə izah etmək olar: 1-Rifah və yüksək səviyyəli həyat tərzi keçirməyə imkanı olan halda, ən çox qənaət, az sərvət və xalis ibadətlə həyat tərzi sürməsi; 2-Özünün şiddətlə təama və sair şeylərə ehtiyacı olan halda, onları Allaha xatir möhtaclara verməklə fədakarlığı və səxavəti; 3-Allah-Taalanın dərgahında xalisanə şəkildə çox ibadət və itaətlə məşğul olması; 4-Qadınlar üçün iffət və həya nümunəsi; İslami örtüyün və örpəyin riayət olunmasında ən kamil qadın nümunəsi; 5-Bütün aləmlərin qadınlarının seiyyidəsi olmaqla, ən yüksək səviyyəli ilahi elmə və agahlığa malik olması. Nümunə üçün \"Fatimənin müshəfi\" adlı dərin mənalı ilahi kitabının olması; 6- Atası, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) vəfatından sonra İmam Əlinin (əleyhissalam) vilayəti və İmaməti uğrunda ən yüksək səviyyədə siyasi və ictimai mübarizə aparması;


75 növ günahın nəticəsi haqqında İmam Səccadın (ə) hədisini yazın?


75 növ günahın nəticəsi haqqında İmam Səccadın (ə) hədisini yazın? İmam Səccaddan (ə) nəql olunmuş bir rəvayəti yada salmaq yerinə düşər. Bu rəvayətə əsasən 75 günahın dünyəvi nəticəsi var. Onlardan bəziləri bunlardır: 1. Neməti kəsən günahlar: Xalqa sitəm, xalqa ehsan etməmək və s, 2. Peşmanlıq gətirən günahlar: mömini öldürmək, qohumlarla əlaqəni kəsmək və s, 3. Nemətləri puç edən günahlar: Bilərəkdən günaha yol vermək, xalqın haqqını tapdalamaq və s, 4. Ruzini azaldan günahlar: Yoxsulluq və ehtiyacın izharı, namazın qəzaya getməsinə səbəb olan yuxu və s, 5. Abırı-həyanı aparan günahlar: Şərab içmək, qumar oynamaq, mənasız iş, yersiz zarafat və s, 6. Bəla gətirən günahlar: Çətinlikə olan müsəlmana diqqətsizlik, məzluma yardım göstərməmək və s, 7. Düşmənin rişxəndinə səbəb olan günahlar: Aşkar zülm, göz qabağında günah, haramı halal bilmək və s, 8. Ölümü tezləşdirən günahlar: «Yaxınlarla əlaqəni kəsmək, yalan and və yalan danışmaq və s, 9. Ümidi qıran günahlar: Allahın mərhəmətinə ümidsizlik, Allahın lütfünə diqqətsizlik və s, 10. Havanı qaraldan günahlar: Sehr-cadu, ulduzların taleyə təsirinə inanmaq və s, 11. İffət pərdəsini yırtan günahlar: Qaytarmamaq məqsədi ilə borc almaq, israfçılıq və s, 12. Duaların qəbuluna mane olan günahlar: Pis niyyətlik, qəlbin çirkaba batması və s, 13. Yağışı kəsən günahlar: Hakimlərin zülmü, yalan şəhadət, şahidliyi gizləmək, zəkat və borcun qarşısını almaq və s,


Səhih Buxari mötəbər kitabdırmı? Nə üçün səqəleyn hədisi orada yoxdur?


Səhih Buxari mötəbər kitabdırmı? Nə üçün səqəleyn hədisi orada yoxdur? Əlbəttə bu o demək deyil ki, əgər bir rəvayət səhih Buxaridə yoxdursa, deməli o hədis heç cür etimadlı deyildir. Belə ki, əhli- sünnətin özü də belə əqidəyə sahib deyildir. əgər belə olmasaydı bir çox fiqhi, kəlami vəs elmlərdə bu kitabın rəvayətlərindən savayı istəfadə edilməz və digər rəvayət kitablarını arxivə qoymaq lazım gələlərdi. Amma alimlərin kitablarını oxuduqdan sonra məlum olur ki, onlar müxtəlif mənbələrə istinad etmişlər.
Digər tərəfdən əhli- sünnət səhih Buxaridə olan bütün rəvayətləri qəbul edə bilməzlər. Çünki Quranın dəyişilməsi barəsində olan rəvayəti də qəbul etməli olarlar. İzah edilənlərdən sonra qeyd edə bilərik ki, doğrudur ki, səhih Buxari öz kitabında səqəleyn hədisinə işarə etməmişdir, amma bu kitabda bu hədisin olmaması onun etibarlılğına heç bir zərər yetirmir. Çünki bu hədis digər səhihlərdə və onların digər mötəbər kitablarında vardır. Misal üçün onların bəzisini qeyd edirik: - 1. Səhih Termizi, cild 5, səh 328, hədis 3874.[2] 2. Səhih Mslim, cil 7, səh 123.[3] 3. Sünən Darimi, cild 2, səh 432.[4] 4. Musnəde Əhməd bin Hənbəl, cild 3, səh 14, 17, 26 və 59: cild 4, səh 371.[5] (Qeyd etmək lazımdır ki, bu kitabın təlif olunma tarixi də əhli- sünnətə görə çox dəyərlidir və Səhih Buxarinin yazılışından öncə yazılmışdır ) ...


Qabilin qardaşı Habili öldürmə dastanı bizlərə hansı dərsləri verdi?


Qabilin qardaşı Habili öldürmə dastanı bizlərə hansı dərsləri verdi? Adəm övladları, Qabilin qardaşı Habili öldürmə dastanın bizlərə ibrət və dərsləri:
1-Habil-xeyir, Qabil ise ser quvveni temsil edir.
2-Qabil Habile el qaldirsa da, Habil onun pisliyine pislikle cavab vermir, eksine, qardasina dail pislikden el cekib duzgun yasamagi tovsiye edir.
3-Habil qetle yetirilse de, qalib o olur ve ozune ebedi Cennet, seadet qazanir.
4-Qabil ise Habili yolundan goturse de, Allah terefinden cezalandirilir ve ozune ebedi bexbextlik qazanir.
5-Insan kimise qetle yetirmekle, kimise bedbext etmekle ozunu xosbext ede bilmez.
6-Insan ancaq qelbini saflasdirmaqla, gunah islerden cekinmekle ozunu xosbext ede biler.
7-Tarixde saysiz-hesabsiz Qabiller yasayib, yasayir da. Ancaq elde olunan var-dovlet, ad-san, vezife inani seadete yetisdire bilmir.


İmam Əlini (ə) kim və nə baxımdan yer üzünün dördüncü xəlifəsi adlandırmışdı?


İmam Əlini (ə) kim və nə baxımdan yer üzünün dördüncü xəlifəsi adlandırmışdı? İmam Əli (ə) həmişə Peyğəmbərlə (s) bir yerdə olmuş və İslam yolunda hər bir fədakarlığı əsirgəməmişdir. Bir gün Peyğəmbərə (s) buyurur: \"Ey Allahın Rəsulu! Bir dəfə Mədinə yolunda uzun boylu bir kişi ilə rastlaşmışdıq. Bu uzun boylu kişi böyük bir ehtiramla Peyğəmbərə (s) salam verir və halını soruşur. Sonra üzünü mənə çevirib, deyir: \"Allahın salamı sənə olsun, ey dördüncü xəlifə”. Sonra Peyğəmbərə (s) baxıb dedi ki: \"Məgər belə deyildir?”.
Həzrət Peyğəmbər (s) də onu təsdiq edir. Sonra bu qoca kişi çıxıb getdi. Onun siması çox nurlu idi və necə də böyük bir şəxsiyyət idi. Məni niyə dördüncü xəlifə adlandırdı? Ey Peyğəmbər (s)! Bu qoca kişinin dedikləri nə idi? Siz də onu təsdiq etdiniz”. Həzrət Peyğəmbər (s) buyurdu: \"O, düz söz deyirdi. Həqiqətən, sən onun dediyi insansan. Allah Quranda buyurur: \"Və (yadına sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: «Həqiqətən Mən yer üzündə bir canişin (Allahın oradakı nümayəndəsi, ya da oranın nəsli kəsilmiş qədim sakinlərinin canişini) qoyacağam». (\"Bəqərə” 30). Birinci xəlifə Həzrət Adəm (ə) idi. Quran buyurur: \"(Sonra dedik:) «Ey Davud! Biz səni yer üzündə (Öz) xəlifə(miz) etdik”. (\"Sad” 26). İkinci xəlifə Həzrət Davud (ə) idi. Quran buyurur: «Qövmümün içində canişinlik et, islahla məşğul ol və fəsad törədənlərin yoluna tabe olma». (\"Əraf” 142). Harun üçüncü xəlifə idi. ...


And içməyin neçə şərti var?


And içməyin neçə şərti var? Andın bir neçə şərti vardır:
1. And içən şəxs, gərək baliğ və aqil olsun. Qəsd və ixtiyar üzündən and içsin. 2. And içib yerinə yetircəyi iş, gərək haram, ya məkruh olmasın və and içib tərk edəcəyi iş gərək vacib, ya müstəhəbb olmasın. 3. Allahın adlarından birinə and içsin ki, Onun müqəddəs zatından başqa o ad heç kəsə deyilməz, məsələn; «Allah», «Tanrı». Yaxud yalnız Allaha məxsus olan sifət və ya fe`llərlə (işlərlə) Allahı yad etsin, 4. Andı dilə gətirməlidir. Amma lal olan bir şəxs işarə ilə and içərsə, səhihdir. 5. Anda əməl etmək onun üçün mümkün olmalıdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter