İslamın müsəlman xalqın iqtisadiyyatının güclənməsi üçün tövsiyələri nələrdir?


İslamın iqtisadiyyatının qanunları
İslam iqtisadiyyatının bünövrəsini aşağıda qeyd olunan iki qanun təşkil edir;
1. İslam cəmiyyətində israfa yol verilməməlidir.
2. Müsəlmanlar yaşayan cəmiyyətdə yoxsul adam olmamalıdır.
Müsəlmanlar bu iki qanuna əməl etsələr, onların iqtisadi çətinliklərinin əksəriyyəti həll olunacaqdır. Lakin bu iki qanundan əlavə islam iqtisadiyyatında bə’zi cü’zi məsələlər də vardır ki, onların düzgün icrası bütün iqtisadi problemləri aradan qaldıracaqdır.
Nəticədə cəmiyyət yoxsulluqdan yaranan günahlardan saflaşacaqdır. Bu məsələlər aşağıdakılardır:
1. İslam dinində var-dövlət və sərvət «əmanət» hesab olunur.
2. Təbiətdən (su, hava, dəniz, meşə, dağ, səhra) istifadə etməkdə hamı bərabərdir.
3. Təkcə fiziki işin köməyi ilə deyil, həm də yüksək ixtisaslı kadrların və elmi axtarışların da güclü fəaliyyəti iqtisadi yoxsulluğu aradan qaldırar.
4. Xeyirxah iş görmək ibadət hesab olunur.
5. İslam dinində həm cəmiyyətin hüquqları qorunur, həm də fərdi hüquqlar (başqa qruplarda isə təkcə fərdi hüquqlara ehtiram qoyulur).
6. İslamda hər hansı iş görmək müqəddəs məqsədlər üçündür. Qazanılan mal-dövlət də bu müqəddəs hədəflə bağlı olmalıdır.
7. İslam dinində qazanc dalınca getmək izzət və şərəf dalınca getmək deməkdir. Bunu İmamlarımızın hədislərində də görmək olur. İnsanın izzət və şərəfli olması isə onun düşmən qarşısındakı müqavimətini artırır. Deməli, nəticə alırıq ki, yoxsulluq düşmənin nüfuz etməsinə yol açır. Əksinə halal sərvət düşmənin nüfuzunun qabağını alır.
8. Fəhlənin muzduna xəyanət etmək ən böyük günahlardan sayılır.
9. Bu dünya və onda olan var-dövlət insan üçün son məqsəd yox, haqqa qovuşmaq üçün vasitədir.
10. Müsəlman olan şəxs həm dünyasını, həm də axirətini tə’min etməlidir. Amma dünyanı buraxaraq təkcə axirətə yapışmaq və yaxud axirəti yaddan çıxarıb təkcə bu dünyanı fikirləşmək düz deyil.
11. Həm kişi, həm də qadın özlərinə münasib bir işdə işləməlidirlər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter