Təcrübəsiz anaların 7 səhvi hansılardır?


Təcrübəsiz anaların 7 səhvi

Hamımız bilirik ki, kiçik körpə anasının vaxtını o qədər alır ki, bəzən hamama getmək belə bir arzu olur.

Adətən ilk doğulan körpə ana üçün böyük həyəcan və marağa səbəb olur. Ona görə də istəyir ki, körpəsinin hər işi ilə o, məşğul olsun. Əgər siz də bu cür analardansınızsa, yadda saxlayın ki, ana olmaq şirindir, ancaq bütün işlərə özünüz tək yetişə bilməzdiniz. Sizə mütləq yardım lazımdır.

Adətən cavan analar bu səhvlərə yol verirlər:

1. Öz sağlamlıqlarına diqqət etmirlər. Bəli, bu düzdür ki, siz ana olmusunuz, ancaq özünüzü gərək unutmayasınız. Siz həyatınızda ən çətin hadisəni arxada qoymusunuz və doğum hər bir qadının həyatında ağır bir fenomendir. Siz bu ağır hadisədən sonra gərək sağlamlığınıza diqqət edəsiniz, yaxşı qidalanasınız, yaxşı istirahət edəsiniz. Ona görə də özünüzü körpənizə qurban verməyin. Unutmayın ki, əgər siz sağlam olmasanız, körpənizin qayğısına qala bilməzsiniz.

2. Körpəyə ağlamağa icazə vermirlər. Körpəniz ağlamağa başlayan kimi ona tərəf qaçırsınız və beyninizə min dənə fikir gəlir. Görəsən acdır, yoxsa susuzdur, yaxud yatmaq istəyir? Əlbəttə də körpənin göyərənə qədər ağlamasına icazə verməməlisiniz. Ancaq körpənin hər ağlaması ilə təşvişə düşməyin. Bu vəsvəsədir və sizin ruhi sağlamlığınıza ziyandır.

3. Körpəni tez-tez qucaqlarına götürürlər. Bəzi analar davamlı olaraq körpəni qucaqlarına götürərlər. Bu cür analar körpəni özlərinə bağlayarlar. Belə ana bilməlidir ki, körpəsini heç bir zaman tək qoyub, öz işlərini görə bilməyəcəkdir.

4. Başqalarına yardım etməyə icazə vermirlər. Körpəsini başqalarından saxlamaq və ona ancaq özünün baxmağı çox çətin bir işdir. Hər bir cavan ana təcrübəsiz olduğu üçün, yardıma ehtiyac duyar. Bundan başqa, sizin də istirahət etməyə ehtiyacınız vardır. Ona görə də yaxınlarınızın yardımını geri çevirməyin.

5. Körpəni öz yatağında yatızdırmamaq. Körpəni bu işə adət etdirmək olmaz. Körpənin öz yatağı olmalıdır və orada yatmalıdır. Onu süd vermək bəhanəsi ilə özünüzlə yatızdırmayın.

6. Körpə yatan zaman istirahət etmirlər. Bəzi analar elə bilir ki, yaxşı ana olmaq üçün gecə və gündüz başının üstündə olmalıdır. Unudur ki, özü də yatmalı və istirahət etməlidir. Körpə yatan zaman siz də istirahət edin və yaxşı olar ki, körpə gördüyünüz bir yerdə olsun və oyanan kimi sorağına gedə biləsiniz.

7. Həyat yoldaşlarını unudurlar. Hamı bilir ki, körpə ananın vaxtını o qədər alır ki, həyat yoldaşlarını unudurlar. Bütün vaxt və enerjilərini körpəyə sərf edirlər. Körpənin ailəyə daxil olması yaxşı işdir, ancaq həyat yoldaşını unutmaq olmaz. Ona görə də bir qədər özünüzə diqqət edin ki, çox yorulmayasınız. deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter