Hz Peyğəmbərin (s) baxışına əsasən Rahiblik necə dəyərləndirilir?!


İslam rahibliyi, başqa sözlə, asket həyat tərzini məhkum edir. Artıq bir şüara çevrilən məşhur “La ruhbaniyyətə fil-İslam!” (İslamda rahiblik yoxdur!) – hədisi bir çox kitablarda nəql olunub. “Ruhb” sözündən götürülən bu ifadə vəhşət və qorxu mənasını daşıyır. Bir termin kimi isə, Allahdan qorxub ibadət üçün camaatdan ayrılaraq tək-tənha yaşayan kəsə deyilir. Əldə olan məlumatlara əsasən, rahiblik həyat tərzi qədim zamanlardan Hindistan yarımadasında peyda olur və sonralar isə xristianlar arasında da yayılmağa başlayır...
Qurani-Kərimdə xristianlar arasında yayılan rahiblik pis bir bidət sayılır və bu barədə buyurulur: “Onlar özləri rahibliyi icad etdilər. Halbuki Biz yalnız Allahın razılığını qazanmağı tapşırmışdıq. Lakin onlar buna layiqincə riayət etmədilər.” (“Hədid” surəsi, ayə 27.)


İnsan “inşəallah!” deməyi unutsa, nə etsin?


Qurani-Kərim buyurur: “Və heç bir şey barəsində «mən sabah onu mütləq yerinə yetirəcəyəm» demə (çünki yaradılış səbəbləri, hətta insanın iradə və istəyi, Allahın iradə və istəyindən asılıdır).
Yalnız (belə de: «Əgər) Allah istəsə (filan işi edəcəyəm»). Və («inşəallah» deməyi) unudanda, öz Rəbbini yada sal və de: «Ümid var ki, Rəbbim məni bundan daha yaxın (bir yol)a – təkamülə və haqqa doğru yönəltsin»”. (“Kəhf” 23-24).
Biz insanlar adət etmişik ki, gələcək işlərimiz barəsində rahat hökmlər verək. Ancaq Allah Təala buyurur ki, ey Mənim bəndələrim! Belə etməyin. Çünki sizin bütün işlərinizin gələcəyi Mənim əlimdədir. Əgər həmin işin olmasını istəyirsinizsə, onu Mənim iradəmə tapşırın və deyin “inşəallah!”. Yəni, əgər Allah istəsə, həmin iş baş verəcəkdir.
Bu ayə bizə bir daha qəflətdən uzaq olmağı öyrədir və buyurur ki, həyatınızın hər anında Allahı yada salmağı unutmayın və Onu hər yerdə və hər anda yada salın.


İslam maarifinə əsasən Ümidsizlik, insanı uçuruma aparan bəladır?!


Hədislərdə ümidsizlik hər baxımdan insan həyatında durğunluğa səbəb olduğu üçün Allah insanları bu cür düşüncələrdən çəkindirmişdi. Ancaq çox təəssüf ki, insan həyatında müxtəlif səbəblər əl-ələ verərək bu böyük günahın yaşamasına kömək edirlər. Halbuki Allah Quranda buyurur:
Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq yalnız çətinliklə hasil olar!). Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (Buna görə də çətinliklərə səbirlə dözmək lazımdır!) (Şərh surəsi, ayə 5-6) İmam Sadiq (ə) buyurur: “Allaha ümidsizliyin soyuğu şiddətli şaxtadan da sərtdir.”
İslamın əsl və həqiqi mədəniyyətinin cəmiyyətimizə tam sirayət etmədiyindən bəzən ümidsizlik bəlasına düçar oluruq. Bunun isə açı nəticələrini hamılıqla müşahidə edirik. Baş verən intiharlar, ölümlər buna bariz nümunədir.Əgər bəzi tədbirlərlə bu bəlanın qarşısını almasaq, fəlakət gənclərimizin yaxasına yapışacaq. Bu məqsədlə hamımız xüsusilə hər vasitədən istifadə edib dəqiq, əsaslı həll yolları olan proqramlar hazırlamalıyıq...


Sual: Nə üçün bütün işlərdən qabaq “Bismillah” demək tapşırılmışdır?


Cavab: “Bismillah” müsəlmanlığın simvoludur. Müsəlmanın hər bir işində ilahi rəng olmalıdır. Hər hansı bir müəssisənin istehsal etdiyi bir məhsulun öz nişanı olduğu kimi, müsəlmanlığın da əlaməti var. Bu nişan həm cüzi, həm də külli ola bilər. Məsələn, bir müəssisə istehsal etdiyi bütün qablara böyük-kiçikliyindən asılı olmayaraq, nişan vura bilər. Dövlət idarələrinin üstünə sancılmış, dövlət məmurlarının stolu üstünə qoyulmuş, dövlətə aid gəmilərin uca bir nöqtəsində dalğalanan bayraqları da misal göstərmək olar. “Bismillah” və incəliklər :
1. “Bismillah” ilahi rəng göstəricisi, tövhid cəhətinin nişanıdır. İmam Rza (ə) buyurmuşdur: “Bismillah” insanın özünə Allah bəndəsi nişanı vurmasıdır.” (“Təfsiri-Nurus-səqəleyn”.) 2. “Bismillah” tövhid rəmzidir. 3. “Bismillah” davam rəmzidir. Çünki Allah boyasında olmayan hər bir şey fanidir. (Bax: “Qəsəs”/88.)...


Övlad sahibi olmaq istəyənlər üçün dua və əməllər


Ayətullah Behcət övlad sahibi olmaqla bağlı bəzi tövsiyələr vermişdir ki, onlara işarə edək. Bir nəfər İmam Sadiqin (ə) yanına gəlir və övlad sahibi olmadığını bildirir. Həzrət Sadiq (ə) buyurur: “Allahdan istə və səcdədə bu sözləri de:
“رَبِّ هَبْ لِی مِن لَّدُنْكَ ذُرِّیَّةً طَیِّبَةً إِنَّكَ سَمِیعُ الدُّعَاء رَبِّ لَا تَذَرْنِی فَرْدًا وَأَنتَ خَیْرُ الْوَارِثِینَ
Hədisi nəql edən yazır ki, bu göstərişə əməl etdim və Allah mənə övladlar nəsib etdi və adlarını Əli və Hüseyn qoydum”.
“Şəfayi-sudur” kitabında oxuyuruq ki, hər kim sübh namazının nafiləsi ilə sübh namazı arasında 41 dəfə “Həmd” surəsini deyər və bu işə 40 gün fasiləsiz əməl edərsə, Allah hacətini yerinə yetirər. Hətta əgər övladı olmasa belə, Allah ona övlad nəsib edər.


Məsumların hədisinə əsaən Dəstəmazın 7 bərəkəti


Dəstəmazın iki cəhətdən faydaları diqqət mərkəzində ola bilər: onlardan biri cismani və gigiyena tərəfidir. O birisi isə mənəvi tərəfidir. Dəstəmazın mənəvi cəhətdən bərəkətlərinə nəzər salaq: 1. Ömrü uzun edər. Həzrət Peyğəmbər (s) buyurur: “Ey insan! Çalış təharətli və dəstəmazlı olasan ki, Allah ömrünü uzun etsin. Əgər bacarsan gecə və gündüz dəstəmazlı olasan – bu işi gör. Çünki əgər dəstəmazlı halda dünyadan getsən, şəhidin savabına çatacaqsan”.
2. Hacətin yerinə yetməsinə səbəb olar.
3. Şəhadətin savabına çatmaq. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, dəstəmazlı yatar, əgər gecə ölüm sorağına gələrsə, bu insan dünyadan şəhid getmiş olar”.


Yer üzündə olan bu 3 ev çox dəyərlidir!


Ustad Ənsarian buyurur: “Allah Təala yer üzərində olan üç evi əziz və dəyərli hesab etmişdir. Onlardan biri – Beytul-məmurdur ki, Quran onu Beytul-ətiq adlandırmışdır. İkinci ev – Kəbədir.
Üçüncü ev isə möminin qəlbidir. Möminin qəlbinin dəyəri Allah yanında başqa evlərdən daha üstündür. Hədislərimizin nəzərinə görə, möminin qəlbi Allahın ərşi hesab olunur. Peyğəmbəri-Əkrəm (s) buyurur: “Möminin qəlbi – Rəhmanın ərşidir”.


Qəlbimizin yorğunluğunu və süstlüyünü necə müalicə edək?


Qəlb də, bədən kimi yorulur və süstləşir. Ona görə də onu yeni hikmət, dini maarif və həqiqətlər ilə canlandırmaq lazımdır ki, yorğunluğunu aradan aparsın. Qəlbin nurani olması üçün nə edək?
1. Quran oxuyaq. Həzrət Peyğəmbər (s) buyurur: “İnsan qəlbi dəmir kimi pas bağlayar və onun pasını aparmağın vasitəsi – Qurandır”.
2. Dini maarifə yiyələnmək. İmam Əli (ə) buyurur: “Qəlblər də bədənlər kimi yorğun olur. Ona görə də təzə bilik, hikmət kəsb etmək, yeni həqiqət və maarif əldə etməklə onun yorğunluğunu aradan aparın”.
3. Davamlı olaraq Allahı zikr etmək. İmam Əli (ə) buyurur: “Allah zikrini davamlı edin ki, qəlbi nurani edər”...


Dua etməzdən əvvəl Allahın bu 8 adı deyilsə, dua qəbul olunar!


Həzrət Peyğəmbər (s) buyurur: “Allahın səkkiz adı vardır ki, ərşin sütununda, günəşin qəlbində, behiştdə və Tuba ağacında yazılmışdır. Hər kim dua etməzdən əvvəl onları deyərsə, duası yerinə yetər. Bu səkkiz ad ibarətdir: یا دائِمُ ,یا حَیُّ, یا وتْرُ, یا فردُ, یا اَحدُ, یا قَویُّ, یاقَدیمُ, یا قاد
“Allah” adı Quranda 980 dəfə istifadə olunmuşdur. Allahın bütün camal və cəlal sifətləri bu adda cəm olmuşdur. Bu ad, Allahın müqəddəs zatına işarə edir. Ona görə də nə zaman “Allah” sözü deyilər, Allahın bütün gözəl adları deyilmiş olar.
İmam Əli (ə) buyurur: “Hər kim Qurandan Allahın 100 ayəsini hansı yerindən olursa-olsun oxuyarsa və ondan sonra yeddi dəfə “Ya Allah” deyərsə, əgər daşa oxuyarsa, Allah Təala onu parçalayar”.


İstiğfar üçün ən yaxşı zaman hansıdır? – Ayətullah Behcətin nəzəri


Ayətullah Behcət buyurur: “Kamil etiqadla çoxlu deyin: “Əstəğfirullah”. Heç bir şey sizi bu işdən ayırmasın, o zamana qədər ki, bütün bəlaların aradan gedər, məgər vacibat və zərurətdən başqa. Bəlkə onlar aradan qalxandan sonra belə, deyəsiniz ki, misal üçün geri qayıtmasın”.
Günah elə bir pərdədir ki, bəndə ilə Allah arasında hayil olar, bəndə ilə Allahın rabitəsini kəsər. Bu rabitənin yenidən bərpa olması üçün istiğfar və tövbə etmək zəruridir. Əlbəttə ki, istiğfar ancaq günahların aradan getməsinə xidmət etməz, həm də bəndənin Allah yanındakı dərəcəsini qaldırar və onu bir çox xatalardan qoruyar.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim çoxlu istiğfar edərsə və Allahdan üzr istəyərsə - Allah hər qüssəddən onun üçün genişlik qərar verər, hər sıxıntıdan çıxmaq üçün çıxış yolu qoyar və ona güman etmədiyi yerdən ruzi verər”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter