Hər kimdə bu üç şey olarsa, imanın dadını bilər?!


Həzrət Peyğəmbər (s) buyurur: “Üç şey vardır ki, hər kimdə bu üç şey olmazsa imanının dadını hiss etməz: Allah Təalanın haram buyurduğu şeylərdən onu saxlayan pəhriz, cahilin cəhlini geri qaytaran mülayimlik, xəlq ilə mehriban olmağa səbəb olan gözəl xasiyyət”. Həzrət (s) buyurur ki, hər kimdə bu üç şey olmazsa, imanın dadını hiss etməz. Yəni, bu üç sifət olmazsa, yəqini qüvvətlənməz və imanı zəif olar. Əgər fasiq insan olarsa, insanlara qəzəblənərsə və hər istədiyini edərsə - bu insan imanın dadını hiss edə bilməz. (Həvzəh)
Allah Təala Öz səma Kitabında həqiqi imana malik olanları mədh edərək, buyurmuşdur: “Ey iman gətirənlər, sizdən kim öz dinindən dönsə (Allaha bir ziyan vurmaz), Allah tezliklə Özünün sevdiyi və Onu sevən bir dəstəni gətirər. (Onlar) möminlərin qarşısında ram və təvazökar, kafirlərin qarşısında isə qüdrətli və qalibdirlər, Allah yolunda cihad edir və heç bir tənə vuranın tənəsindən qorxmurlar. Bu (iman, məhəbbət və şücaət), Allahın lütfüdür ki, onu istədiyinə verir. Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir”. (“Maidə” 54).


Övladlarımızı necə imanlı tərbiyə edək?


Qurani-Kərimdə buyurulur: «Ey mənim əziz oğlum, namaz qıl və yaxşı işləri (əql və şəriət nöqteyi-nəzərindən bəyənilən işləri görməyi) əmr et və pis işlərdən (hər hansı pis və bəyənilməz işi) qadağan et. (İnsanlar və Xaliq qarşısında olan vəzifələrinə əməl edərkən baş verəcək çətin hadisələrdən) sənə yetişənə döz ki, bunlar vacib əmrlərdən və mühüm işlərdəndir». (“Loğman” 17). Bu mübarək ayə bizi namazla birlikdə əmr-be-məruf və nəhy-əz-munkərə əməl etməyə dəvət edir. Əmr-be-məruf və nəhy-əz-munkər elə vacibatlardandır ki, hər bir müsəlman ona əməl etməlidir. İmam Əli (ə) buyurur: “Əmr-be-məruf və nəhy-əz-munkər yolunda sənə çatan məşəqqət və çətinliklərə səbir et”...
Bu mühüm vəzifə - Loğmanın oğluna verdiyi ən üstün tərbiyə yollarından biri idi. Loğman oğlunu yaxşı əməllər görməyə dəvət edərək, əslində onda dinə, insanlara sevgi yaratmaq istəyir. İstəyir ki, oğlunda dini qeyrət olsun, insanlarla dostluq rabitəsi qursun. Fitrəti daima ayıq olsun. Cəmiyyətin sağlam olmasına meyli yaransın...


Sübh namazından sonra hansı zikri 19 dəfə deməyin çoxlu savabı vardır?!


Allah övliyalarının öz şagirdləri üçün tövsiyə etdiyi dəyərli zikrlərdən biri “Bismilləhir-Rahmənir-Rahim”dir. Xüsusilə sübh namazından sonra bu zikri 19 dəfə deməyə çalışın ki, böyük əcri vardır. Əgər insan həyatda bu zikrə yaxın olarsa və onu canı ilə qəbul edərsə, axirətdə də onunla məhşur olar. Biz bu zikri nəinki təkcə hər işin başlanğıcında deməliyik. Əlbəttə, hər işin başında bu zikri deməyin böyük savabları vardır. Ariflərin nəzərinə görə, Allah yolunun yolçusu gərək bu zikri canına elə hopdursun ki, sanki onun ruhunun bir hissəsidir. Ancaq bu zaman suluk yoluna addım ata bilər. Ancaq bu zaman həmin zikrin həqiqətini dərk edəcəkdir. Onlar bu zikri deməkdən ləzzət alarlar. Xoş olsun onların halına!
İnsan əgər həyatında “Bismilləhir-Rahmənir-Rahim” deməyibdirsə və Əhli-Beyti (ə) tanımırsa – can verən zaman halı xarab olar. Bu insan Quranın səsini eşidən zaman da halı pisləşər.


Allah-Taala (c.c) hansı üç günaha görə dünyada bəla nazil edər?!


«Kumeyl» duasında oxuyuruq: «Allahumməğfirliyəz-zunubəl-ləti tunzilul-bəla.» – «İlahi, bəla nazil edən günahlarımı bağışla.» İmam Səccaddan (ə) nəql olunur ki, üç günah insana bəla nazil edər:
1. Tərku iğasətil-məlhuf – Qəlbisınıq insanın fəryadına diqqətsizlik: Maddi ziyana düşmüş, əzizlərindən birini itirmiş, hər hansı bir müsibətə düçar olmuş insanın fəryadına səs vermək istəyi fitri bir xüsusiyyətdir. Qəlbisınıq insanın səsinə səs verməmək müsəlmanlığa, insanlığa sığmayan bir işdir. İslam Peyğəmbəri (s) buyurur: «Hər kəs müsəlmanların işinə yarımadan sübhü açarsa, müsəlman deyil.» («Kafi», c.2, səh.163.)
2. Və tərku muavənətil-məzlum – Məzluma kömək etməmək: Məzluma yardım, ona kömək əli uzatmaq İslam dinində o qədər əhəmiyyətli iş hesab olunur ki, İmam Əli (ə) Ramazan ayının 21-ci gecəsi, ömrünün son dəqiqələrində övladları Həsən (ə) və Hüseynə (ə) vəsiyyətində buyurur: «Zalıma düşmən, məzluma yardımçı olun...


Allah-Taala (c.c) dərgahından ən yaxşı namaz hansıdır?!


Allah-Taala (c.c) dərgahında ən yaxşı namaz az olmasına baxmayaraq davamlı olmasıdır! İbadətlə yanaşı bütün işlərdə ardıcıllıq və davamiyyət bəyənilmişdir. İslamın nəzərincə, davamlı kiçik ibadətlər davamsız böyük əməllərdən dəyərlidir. Qurani-Kərimdə buyurulur: “Allaha pərəstiş et, Ona ibadətdə səbirli ol!” (“Məryəm” surəsi, ayə 65.)
Allahın Rəsulu (s) buyurur: “İbadətin bəlası süstlük, bəzən əməl edib, bəzən tərk etməkdir.” (“Biharul-ənvar”, 77-ci cild, səh.68.)
Bir çox hədislərdə deyilir: “Allahın yanında ən gözəl iş az olmasına baxmayaraq, davamlı olan işdir!” (“Nəhcül-fəsahə”.)
Demək, insanda ibadət və bəndəlik ruhiyyəsinin davamlı olması mühüm şərtdir. (“Namazın sirləri”, Ustad Möhsün Qəraəti, səh.20-21.) -Maide.az


Hansı əməl insanı Şeytanın şərrindən qoruyur?!


İmam Baqir (ə) buyurur -- “Sizə bir əməldən xəbər verməyimmi ki, onu yerinə yetirdikdə, (zalım) soltan və şeytan sizdən uzaqlaşsın?”
Əbu Həmzə ərz etdi: “Bəli, bizə xəbər verin ki, onu yerinə yetirək.” İmam (ə) buyurdu:
“Gününüzü sədəqə ilə başlamağı unutmayın; çünki sədəqə İblisin üzünü qara edər və (sədəqə verdiyiniz) həmin gün zalım soltanın qəzəbi sizə təsir etməz. Sizə Allah yolunda sevgini, yaxşı əmələ məhəbbət və yardım göstərməyi tövsiyə edirəm; çünki bu iş zalım soltan və şeytanın kökünü kəsir. Günahlarınızın bağışlanmasında israrlı olun; çünki bu, günahları məhv edir. (“Tuhəful-uqul”, 2-ci cild, səh.298.)


Hansı günahdır ki, qiyamətdə savab və yaxşılıqları əldən alacaq?!


“Həqqun-nas” məsələsi İslamda xüsusi əhəmiyyətə malik mövzulardan biridir və ən böyük günahdır, hətta “həqqullah”dan (Allahın haqqı) da böyükdür.
Nə çox insan bu dünyda bir “həqqun-nas”a görə bütün savab və yaxşılıqlarını itirəcək, ziyana uğrayacaq. Bu məsələdə olduqca diqqətli olmalıyıq ki, onun acı nəticəsinə mübtəla olmayaq! Peyğəmbəri-Əkrəm (s) buyurur: “Qiyamət günü çoxlu savab və yaxşılığa sahib olan bir şəxsi sevinc içində “məhşər” səhrasına gətirdikdə, birdən bir nəfər gəlib deyəcək: “İlahi, bu şəxs (dünyada) mənə zülm və haqsızlıq edib.” Bu zaman onun yaxşı işləri əlindən alınıb həmin şəxsə əta olunacaq və hətta onun bir yaxşı əməli belə qalmayacaq. Bununla belə, həmin şəxs hələ də razılıq verməyəcək və öz haqqını tələb edəcək. Bu zaman onun yaxşı əməlləri qalmadığından zülmə məruz qalmış şəxsin günahları onun boynuna yüklənəcək və beləcə, həmin (zalım) şəxs cəhənnəmə atılacaq.” (“Mizanul-hikmə”, 6-cı cild, səh.535.)


Necə bilək ki, insan Allah bəndəsidir? Dəqiq nişanələr


Allah bəndəsi deyildikdə, o kəs nəzərdə tutulur ki, öz tutumu həddində Allahın əmrlərinə təslim olar. Misal üçün, əgər maddi imkanı yoxdursa həcc ona vacib olmur. Çünki bu vacibatı yerinə yetirmək üçün lazım olan şəraitə malik deyildir. Və ya bir nəfərin uzun sürən xəstəliyi vardır və həkimi buyurur ki, şəfa tapmağın üçün gərək oruc tutmayasan. Bu zaman oruc vacibatı onun boynundan götürülür. Əgər insan bütün bu göstərişlərə qulaq verib əməl edirsə, deməli Allah bəndəsidir.
Kəbirə günahlardan çəkinmək və özünü səğirə günahlara düçar olmaqdan qorumaq da bəndəliyin nişanələrindən biridir. O zaman ki, səğirə günahlarından çəkinir və kəbirə günahlarından qaçırıq, deməli Allah bəndəsiyik. Həzrət Peyğəmbər (s) bu cür insanı mələklərdən də dəyərli hesab etmişdir.


Bərəkət nədir? Hansı amillər bərəkəti artırır və azladar?!


Bərəkət xeyir deməkdir. Misal üçün nəslin bərəkəti deyildikdə, övladların sayının çox olması nəzərdə tutulur. Bərəkətdə olan xeyir, mənəvi xeyirlə sonlanar. Yəni, bərəkət mənəvi olsa da, maddi olsa da yenə də mənəvi xeyirlə sonlanar. Quran bərəkətli insanları bizlərə tanıtmışdır, o cümlədən:
Bərəkət gətirən amilləri tanıyaq: iman, şükür etmək, sədəqə vermək, Allaha itaət etmək, sileyi-rəhm, yaşlı insanların evdə olması, xoş rəftar,
Bərəkətdən məhrum edən amilləri tanıyaq: zəkatı verməmək, Allahı yada salmaqdan üz döndərmək, israf, elm öyrənən zaman özünü lovğalanmaq,
Möminlər. “(Allah tərəfindən) deyildi: «Ey Nuh, sənə və səninlə birgə olan dəstələrə Bizim tərəfimizdən olan salamatlıq, salam və bərəkətlərlə aşağı en. Və (tarix boyu onların övladlarından) tezliklə (dünya nemətlərindən) bəhrələndirəcəyimiz ümmətlər gələcəkdir””. (“Hud” 48).


`ALLAHDAN QORXMAQ` NƏ DEMƏKDİR?!


Allahdan qoruxmaq dedikdə iki mənanı başa düşmək olar:
1. Məqsəd Allahın gözətçi və nəzarətçi olmasıdır. Yəni Allahın həqiqi bəndələri o kəslərdir ki, Allahın daim onlara nəzarət etdiyini bilirlər. İmam Xomeyninin (r.h) sözü ilə desək: “Aləm Allahın hüzurundadır, Allahın hüzurunda günah etməyin.” Onlar Allahın nəzarətindən qorxurlar. Bu etiqadın insan tərbiyəsində böyük rolu vardır. Özünü daim möhtərəm bir baxış altında olduğunu hiss edən kəs heç vaxt əyri addım ata bilməz və bütün əməl və rəftarları ölçü əsasında olar.
2. Məqsəd Allah-Taalanın ədalət məqamıdır. İlahi bəndələr həqiqətdə Allahın ədalətindən qorxurlar. Onlar bilirlər ki, əgər Allah bizimlə sırf ədalətlə rəftar edərsə, heç kimin aman tapmağına ümid yoxdur. Təəssüf ki, biz çox vaxt incə məsələlərə diqqət yetirmir, həmişə ölçü əsasında hesab-kitab aparmırıq.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter