Müsəlman yoxsulluqla barışmamalıdır! İmam Əlinin (ə) tapşırıqları


İmam Əli (ə) də yoxsulluğu cəmiyyətin çirkin fenomeni kimi tanıtmışdır. Həzrət (ə) buyurur: “Qəbir - yoxsul olmaqdan daha yaxşıdır”. Yaxud: “İki şey insanı həlak edər: yoxsulluq qorxusu və şöhrət istəmək”.
İmam (ə) bu fenomenin gətirdiyi pis nəticələrə işarə edir və müxtəlif tövsiyələr verir. İmam (ə) Muhəmməd ibni Hənəfiyyəyə buyurur: “Oğlum! Sənin yoxsulluğuna görə qorxuram. Ondan Allaha pənah apar! Çünki yoxsulluq insanı naqis və ağıl və düşüncəsini səksəkəli, insanları ona qarşı və onu insanlara qarşı bədbin edər”.
İmam (ə) buyurduğu kimi yoxsulluq insana çox sayda ziyan vurur. Ağlına və dininə böyük zərbə vurur. Əgər bu iki sərmayəni insandan alsalar, dini və ictimai mövqesini əldən verər. Nəticədə faydasız bir fərdə çevrilir ki, bunun özü də bir növ ölümdür...


Evlənərkən istixarə necə və nə üçün olmalıdır?


Evlənərkən nə üçün, necə və hansı yolla istixarə edilməldir? Allah-Taala yaradılışın ən gözəl, ən üstün və ən qiymətli gövhər və ləl-cavahirini insana bəxş etmiş və bununla da, insana bütün izzət, şərafət və kəramət bağışlamışdır. Yəqin ki, söhbətin hansı ilahi nemətdən getdiyini bildiniz... Bəli, bu gövhərin adı “ağıl”dır, hansı ki, düşüncələrimizə günəş kimi saçır, qəlblərimizi nurlandırır və həyat yolumuzu işıqlandırır. İmam Əli (ə) buyurur: “Ağıl, insanın vücudunda evin ortasında sancılmış çıraq kimidir.”[1]
Biz bu qiymətli və ilahi gövhərin işığında ondan düzgün və faydalı istifadə etməklə xeyri, şəri, fayda və zərəri bir-birindən ayırıb ən xeyirli, ən faydalı işi seçirik.
Allahın Rəsulu (s) buyurur: “İnkişaf, məsləhət və xeyrinizi ağlınızdan soruşun. O inkişaf yolunu və məqsədyönlü bir yolu sizə göstərərsə, onda itaət edin, onun əmrindən boyun qaçırmayın ki, peşman olarsınız...


Dua etməzdən əvvəl Allahın hansı 8 adı deyilsə, dua qəbul olunar?!


Həzrət Peyğəmbər (s) buyurur: “Allahın səkkiz adı vardır ki, ərşin sütununda, günəşin qəlbində, behiştdə və Tuba ağacında yazılmışdır. Hər kim dua etməzdən əvvəl onları deyərsə, duası yerinə yetər. Bu səkkiz ad ibarətdir: یا دائِمُ ,یا حَیُّ, یا وتْرُ, یا فردُ, یا اَحدُ, یا قَویُّ, یاقَدیمُ, یا قاد
“Allah” adı Quranda 980 dəfə istifadə olunmuşdur. Allahın bütün camal və cəlal sifətləri bu adda cəm olmuşdur. Bu ad, Allahın müqəddəs zatına işarə edir. Ona görə də nə zaman “Allah” sözü deyilər, Allahın bütün gözəl adları deyilmiş olar.
İmam Əli (ə) buyurur: “Hər kim Qurandan Allahın 100 ayəsini hansı yerindən olursa-olsun oxuyarsa və ondan sonra yeddi dəfə “Ya Allah” deyərsə, əgər daşa oxuyarsa, Allah Təala onu parçalayar”.


Bizi Allahdan uzaqlaşdırmaq istəyən dörd qorxulu düşmən nələrdir?!


Ətrafımızda daim bizi rəngarəng tələləri ilə Allahdan uzaqlaşdırmaq istəyən qorxulu düşmənlərin təhlükəsi var. Bu düşmənlər aşağıdakılardan ibarətdir:
1. Nəfs: Peyğəmbəri-Əkrəm (s) buyurur: “Ən inadkar düşmən insanın öz şəhvani və şeytani istəkləridir. Bu istəklərlə məşğul olmaq ilahi yaxınlıq məqamından uzaqlaşmağa səbəb olur.” (“Biharul-ənvar”, c.67, səh.36.)
2. İnsan şeytanlar: Qurani-Kərimin “Ənam” surəsinin 112-ci ayəsinə əsasən, cin şeytanlar Adəm övladlarından şagirdlər yetişdirirlər. Bu şagirdlər onlardan geri qalmır və bəzən daha qüvvəli olurlar. “Nas” surəsində buyurulur: “De ki, pənah aparıram insanların Rəbbinə... cinlər və insanlardan.” (“Nas”, 1 və 6.)...


Hədis Elmində Əshabi icma kimlərdirlər?


Əshabi icma İmamiyə elmində müəyyən dərəcəyə malik olan hədis nəql edənlərə deyilir. Bu insanların sayının 18 nəfər olduğunu bəyan edirlər. İmam Baqirin (ə) səhabələrindən tutmuş, İmam Rzanın (ə) səhabələrinə qədər. Bütün Əhli-Beyt (ə) alimləri onları güvənilən insanlar kimi tanıyırlar. Əlbəttə, onlara etimad etmək dərəcəsi fərqlidir. Lakin əksər alimlər onları inanılmış insanlar hesab edir və nəql etdikləri hədisləri səhih hədis kimi qəbul edirlər. O hədis ki, sənəd baxımından bu 18 nəfərə gəlib çatarsa, deməli səhih hədisdir. Bu insanlar Məsum İmamlar (ə) tərəfindən tərbiyə edilmiş və onların elm bulağından su içmişdilər. İslam dinində Quran ayələrindən sonra ən güclü maarif mənbəyi – hədis elmidir. Hədis – Məsum İmamların (ə) dilindən bəyan olunmuş kəlamların və onların etdikləri əməllərin nəql edilməsidir...


Təsbihati-ərbəənin sirri və mənası nədir?


İmam Həsən Müctəba (ə) buyurur: “Bir neçə yəhudi Peyğəmbərin (s) xidmətinə gəlir və onların ən alim olanı Həzrətə (s) deyir: “Təsbihati ərbəənin təfsiri nədir?”.
Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala bilir ki, bəni-Adəm Allaha yalan deyir, ona görə də buyurur: “Subhənallah”. Yəni, Allah insanların dediklərindən münəzzəh və pakdır.
Allah Təala bilir ki, bəndələri nemətinin şükrünü yerinə yetirmirlər, ona görə də bəndələrinin Onu həmd etməsindən əvvəl O, özünü mədh etmişdir. “Əlhəmdulillah”. Bu İlahi həmd və sitayiş – ilk kəlamdır ki, əgər olmasaydı, Allah heç bir zaman heç kəsə nemət verməzdi.
“Lə iləhə illəllah”, yəni Allahın vahid olmasına şəhadət verməkdir. Bəndələrin əməlləri qəbul olmaz, məgər onunla. Bu, təqva kəlməsidir ki, Qiyamət günü əməl tərəzisi onunla ağır olacaqdır...


İnsan Allahı sevib-sevmədiyini necə bilə bilər?


Həzrət Peyğəmbər (s) buyurur: “Allah Davuda (ə) buyurur: “Məni sev və Məni xəlqimin məhbubu et”.
Davud (ə) deyir: “Pərvərdigara! Mən səni sevirəm, ancaq Səni necə xəlqinin məhbubu edim?”.
Buyurur: “Nemətlərimi onların yadına sal. Çünki o zaman ki, nemətlərimi onlara sayarsan, Məni sevəcəklər””.
Həzrət Peyğəmbər (s) buyurur: “Allah sevgisinin nişanəsi – Allahı yada salmağı sevməklədir. Allahla düşmən olmağın əlaməti – Allahı yada salmağı düşmən bilməklədir”.
Həzrət Peyğəmbər (s) buyurur: “İman kamil olmaz, məgər biz Əhli-Beytin (ə) sevgisi ilə”.
Həzrət Peyğəmbər (s) buyurur: “Agah olun, hər kimin dostluğu Allah və düşmənçiliyi Allah üçün olarsa, ətası Allah üçün və qadağası Allah üçün olarsa – Allahın seçilmişlərindəndir”.


İslam maarifinə əsasən ən üstün nemət nədir?!


Həzrəti Peyğəmbərin (s) hədisinə əsasən Allah Taala (c.c) ən böyük nemət olara bəşəriyyətə əqli verdi! Bəs ağıldan sonra ən üstün nemətlər hansılardır?
1. Sağlam qəlb. İmam Əli (ə) buyurur: “Malın çoxluğu – nemətdəndir, ondan da üstünü – bədən sağlamlığıdır. Bədən sağlamlığından mühüm olanı – qəlbin təqvasıdır”.
2. Qəlbi Allaha təslim etmək. İmam Sadiq (ə) buyurur: “Allah Təala bəndəsinə, onun qəlbində Allahdan qeyrisinin yer tutmaması kimisı üstün nemət verməmişdir”.
3. Nübuvvət neməti. İmam Əli (ə) buyurur: “Sübhan Allahın göndərdikləri haqqın nümayəndələri – Allahla insanlar arasında xəbər gətirənlərdir”.
4. Vilayət neməti. İmam Sadiq (ə) buyurur: “Biz – hər bir yaxşılığın kökləriyik”.


Möminin rəbvədə yerləşən ağac kimi olması nə məna daşıyır?


Qurani-Kərim buyurur: “Mallarını Allahın razılığını qazanmaq və ruhlarını (iman və əməl baxımından) möhkəmləndirmək üçün xərcləyənlər, yüksəklikdə yerləşən və leysanın yağması nəticəsində ikiqat meyvə vermiş bağ kimidir. Ora leysan yağmasa da, narın yağış yağıb (və o, otsuz qalmayıb). Allah əməllərinizi görəndir”. (“Bəqərə” 265).
Bu ayədə mühüm nöqtə ondadır ki, o bağ ki, rəbvədə qərar tutar, ikiqat məhsul verər. Əgər üzərində yağış az yağsa da, yenə də məhsul verər.
Rəbvə ərəb dilində yerin o səthinə deyilir ki, dəniz səviyyəsindən orta hesabla 600 metr yüksəklikdə yerləşər. Mütəxəssislərin nəzərinə görə, yerin bu səthində olan bitkilər daha yaxşı yetişər və daha çox məhsul verərlər. Küləyin əsməsi, havanın təmizliyi, rütubətin normada olması – bunların hamısı bitkilərin inkişafına təsir edən amillərdirlər.
Bu səbəbdən o ağac ki, rəbvədə yerləşər, yağış yağması nəticəsində necə qat daha çox məhsul verər. Əgər yağış az yağsa belə, yenə də məhsulu bol olar.
Mömin da rəbvədə yerləşən ağac kimidir. Hər nə qədər Allaha yaxın olarsa, mənəvi səmərəsi də bir o qədər çox olar.


Dil zikr edəndə, insana nə kimi bərəkətlər gətirir?


Allahın insana əta etdiyi ən böyük nemətlərdən biri – dildir. Əgər bu dil Allahı zikr edərsə, öz vəzifəsini yerinə yetirmiş olar. Zikr edən dil, öz sahibinə çox sayda faydalar və bərəkətlər gətirər. Dil – qəlbin aynasıdır. Zikr o zaman dəyərli olar ki, qəlbdən gələr. Maddi bərəkətlər:
1. Bəsirət. O kəsin ki, zikr edən dili olar, Allah onun qəlbini nurani edər. Ona bəsirət əta edər. O, Allah nuru ilə doğru yola hidayət olar.
2. Halal ruzi qazanar. Dünya nemətləri insanın ehtiyaclarını təmin etmək üçün zəruri olsa da, onunla çox məşğul olmaq insanı qəflətə sala bilər. Allah o insanları sevir ki, hər bir halda Allahı yada salarlar, hətta ruzi qazanan zaman belə. Yəni, bütün səyləri ruzinin halal qazanılması yönündə olar. İmam Əli (ə) buyurur: “O zaman ki, bazara daxil olursunuz, Allahı çoxlu yada salın”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter