Sual: Nə üçün bütün işlərdən qabaq “Bismillah” demək tapşırılmışdır?


Cavab: “Bismillah” müsəlmanlığın simvoludur. Müsəlmanın hər bir işində ilahi rəng olmalıdır. Hər hansı bir müəssisənin istehsal etdiyi bir məhsulun öz nişanı olduğu kimi, müsəlmanlığın da əlaməti var. Bu nişan həm cüzi, həm də külli ola bilər. Məsələn, bir müəssisə istehsal etdiyi bütün qablara böyük-kiçikliyindən asılı olmayaraq, nişan vura bilər. Dövlət idarələrinin üstünə sancılmış, dövlət məmurlarının stolu üstünə qoyulmuş, dövlətə aid gəmilərin uca bir nöqtəsində dalğalanan bayraqları da misal göstərmək olar.

“Bismillah” və incəliklər

1. “Bismillah” ilahi rəng göstəricisi, tövhid cəhətinin nişanıdır. İmam Rza (ə) buyurmuşdur: “Bismillah” insanın özünə Allah bəndəsi nişanı vurmasıdır.” (“Təfsiri-Nurus-səqəleyn”.)

2. “Bismillah” tövhid rəmzidir.

3. “Bismillah” davam rəmzidir. Çünki Allah boyasında olmayan hər bir şey fanidir. (Bax: “Qəsəs”/88.)

4. “Bismillah” Allaha eşq və Ona təvvəkkül rəmzidir. Rəhman və Rəhim olana sevgi göstərək, işimizi Ona təvəkküllə başlayaq. Onun adını çəkmək mərhəmətinin cəlb olunması səbəbidir.

5. “Bismillah” təkəbbürdən uzaqlaşma və ilahi dərgaha acizliyin izharı rəmzidir.

6. “Bismillah” bəndəlik yolunda ilk addımdır.

7. “Bismillah” şeytanın qaçması üçün bir səbəbdir. Allaha yaxın olan insana şeytan təsirsizdir.

8. “Bismillah” işlərin paklıq və sığortalanma səbəbidir.

9. “Bismillah” Allahın zikridir. Yəni “Bismillah” deyən kəs Allahı unutmadığını bəyan edir.

10. “Bismillah” insanın məqsədini açıqlayır. İnsan “Bismillah” deməklə izhar edir ki, Ey Rəbbim, hədəfim xalq, zalım hakimlər, görüntülər, həvəslər yox, yalnız Sənsən!

11. İmam Rza (ə) buyurmuşdur: “Bismillah” “ismi-əzəm”ə gözün qarası ağına yaxın olduğundan da yaxındır.” (“Təfsiri-Rəhnuma”.)

12. Surənin başlanğıcında “Bismillahir-Rəhmanir-Rəhimin” ibarəsi surədəki mətləblərin haqq və mərhəmət sahibi tərəfindən nazil olmasının rəmzidir.

13. Kitabın “Bismillahir-Rəhmanir-Rəhimlə” başlaması bildirir ki, hidayət, doğru yol yalnız Allaha üz tutmaqla gerçəkləşir.

14. Allah öz bəndələri, bəndələr isə öz məbudları ilə sözə “Bismillah”la başlayırlar.

15. İlahi kitabın “Rəhman və Rəhim” kəlmələri ilə açılması Quranın ilahi mərhəmət cilvəsinə işarə ola bilər. Necə ki, yaranışın özü və Peyğəmbərin göndərilməsi (besət) Allahın lütf və mərhəmət cilvəsidir. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 1-ci cild, “Həmd” surəsinin başlanğıcı.)

Maide.az – Maarif bölümü


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter