İmam Hüseynin (ə) intiqamını istəmək niyə böyük savabdır?


İmam Zaman ağanın (ə.f) zühurunu tezləşdirə bilən amillərdən biri də İmam Hüseynin (ə) qanının intiqamını istəməkdir. Bu, elə bir işdir ki, Allahdan başqa heç kəs onun savabının qədərini bilməz. Çünki onun qanının intiqamını istəyən Allahdır. Necə ki, ziyarətnamədə oxuyuruq: “Salam olsun sənə, ey o kəs ki, Allah qanının intiqamını istəyir və o kəsin oğlu ki, qanının intiqamını alan Allahdır”.
İmamın (ə) qanının intiqamını istəmək hər bir müsəlman üçün lazımlıdır. Çünki İmam Hüseyn (ə) hər bir möminin mənəvi atasıdır (Əba Abdullah olduğu üçün). “Aşura” ziyarətində oxuyuruq: “Alllahdan istəyirəm ki, mənə elə bir gün inayət etsin ki, öz qanımın intiqamını hidayət İmamı (ə.f) ilə aşkar edim”. Hər bir mömin özünü İmamın (ə) qanının intiqamını alan kimi hesab etməlidir...


Ziyarət zamanı səfər yoldaşlarına xidmət etməyin savabı


Ziyarət hərəmə getməklə kifayətlənməz. Həqiqi zəvvar o kəsdir ki, bu yolda fədakarlıq göstərər və başqalarının rahatlığını özünün rahatlığından daha üstün hesab edər. Bu zaman həqiqi zəvvar adını qazana bilər. Ərbəin zəvvarları da o cürdür. Bu üç günlük yürüş insanların iman səviyyəsini üzə çıxardar və niyyətlərini açıqlayar.
Hər kim bu yola ixlasla çıxarsa, ancaq özünü düşünməz. O, Allah yolunda çoxlu fədakarlıqlar edər və zəvvar adını qazanar.
İmam Sadiq (ə) bu cür insanlar barəsində buyurur: “Allahım! Məni, qardaşlarımı və atam Hüseynin (ə) qəbrini ziyarət edənləri bağışla! O kəsləri ki, mallarını infaq ediblər, bədənlərini çətinliyə salıblar, bizə yaxşılıq etmək şövqü ilə və bizə dostluğa görə qazanacaqları savaba görə olanları!”.
Həzrət Peyğəmbər (s) buyurur: “İki sifət vardır ki, ondan üstün yaxşılıq yoxdur: Allaha iman bəsləmək və Allah bəndələri üçün faydalı olmaq. İki sifət vardır ki, ondan üstün pislik yoxdur: Allaha şirk etmək və Allah bəndələrinə pislik etmək”.


Hansı ibadətlərdir ki, pis əməllərin təsirlərini silər?!


Bəli, bəzi ibadətlər vardır ki, hər kim onları yerinə yetirərsə, bu, əvvəllər etdiyi günahlarını məhv edər və əməl dəftərindən silər. Allah Təala bu ayədə belə buyurur: “Ey iman gətirənlər, əgər Allahdan qorxsanız, O, sizə (haqla batili bir-birindən) ayırd edən bir qüvvə verər, sizin (kiçik) günahlarınızı təmizləyər, və sizi(n böyük günahlarınızı) bağışlayar. Allah böyük lütf və ehsan sahibdir”. (“Ənfal” 29).
Şəhid Mütəhhəri “İlahi ədalət” kitabında iman ilə küfrün rabitəsi barəsində maraqlı mövzular bəyan etmişdir. Alim buyurur ki, heç bir əməl, iman olmadan qəbul olunmaz. Bunun da səbəbi bu deyildir ki, Allah Təala bəzi insanları, Ona itaətsizlik etdikləri üçün sevmir və buna görə də saleh əməllərini məhv edir. Xeyr, ona görədir ki, əməlin qəbul olması, yəni Allah dərgahına yuxarı qalxması üçün iman lazımdır...


Xəta edəndə, 7 saat ərzində bu zikri deyənə günah yazılmaz!


Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, tövbə edər, ancaq pis dostlarını dəyişdirməz – tövbə etməmiş olar”. İmam Əli (ə) buyurur: “O kəs ki, tövbə edər, gərək cismi itaətin çətinliyini dadsın, necə ki, bu cisim günahın şirinliyini dadmışdır”. İmam Sadiq (ə) buyurur: “Tövbənin şəraiti budur ki, tərk etdiyin vacibatın qəzasını yerinə yetirirsən”.
İmam Əli (ə) buyurur: استغفر و الله ربي و اتوب اليه \"Əstəğfirullahə Rabbi və ətubu iləyh\" zikri ilə batininizi xoş ətirli edin ki, günahın pis iyi sizi rüsvay etməsin”.
İmam Sadiq (ə) buyurur: “Hər kim günah edər, gündüzdən 7 saat ona möhlət verilər ki, (tövbə etsin). Əgər 3 dəfə desə: استغفر الله الذي لا اله الا هو الحي القيوم \"Əstəğfirullahəl-ləzi lə iləhə illə huvəl-həyyul-qayyum\"


Cümə günündə qılınan xüsusi hacət namazı necə qılınır?!


Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim cümə gününün fəzilətini daha yaxşı dərk etmək istəyirsə, zöhrdən əvvəl dörd rükətli namaz qılsın. Hər rükətdə 1 “Həmd” və 14 dəfə “Tövhid” (“İxlas”) surəsini oxusun. Namazdan ayrılandan sonra tövbə etsin və 70 dəfə istiğfar zikrini söyləsin (“Əstəğfirullahə Rabbi və ətubu iləyh”).
Sonra 50 dəfə təhlili söyləsin (“Lə iləhə illəllah”). 50 dəfə bu zikri desin: “Lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu”. 50 dəfə bu salavatı desin: “Salləllahu alə nəbiyyil-ummi və Alihi”.
Bu namaz bitəndən sonra Allah həmin bəndəni cəhənnəm atəşindən azad edər və namazına görə onu bağışlayar...


Allahla əlaqənin zəifləməsinə səbəb nədir?


Aqibətin xeyirli olması yəni, insan ömrünün sonuncu səhifəsinin gözəl şəkildə tamamlanması. Çoxları gözəl şəkildə başladılar, lakin sonları xeyir olmadı və pis tamamlandı. Lakin bunların müqabilində bəziləri də pis başladı, lakin sonda xeyirə çatdılar. Bu kimi şəxslərin aqibətlərinin bu cür olacağına heç kim inanmırdı. Qəbrə qədər narahat olacağımız məsələ aqibətimizin necə olacağıdır. Niyə ilk günlərdə Allahla əlaqəmiz sıx və səmimi olur, lakin getdikcə bu aradan gedir ya da inkişaf etmir? Çünki ilk günlərdə heç nəyimiz yox idi və Allahdan kömək diləyirdik. Lakin vaxt keçdikcə təkəbbürlü olduq. İlk günlər sübh namazına durmaq üçün ondan yardım istəyirdik, lakin indi “özümüz oyanacağıq” deyirik. Höccətül-islam Darsetani


Çətinliyə düşən zaman Aşura ziyarətini oxumağı unutmayın?!


Bu əyyamda Aşura ziyarətindən qafil olmayaq. Çünki Aşura ziyarəti Kərbəlanın şəxsiyyətnaməsidir. Onu çoxlu oxuyun və sözlərinin mənasına diqqət edin. Bu ziyarətdə adı çəkilən ümmət bir insan deyildir. Əslində ziyarət demək istəyir ki, İmamı (ə) qətl edən bir insan olmamışdır – bir fikir və bir təfəkkür olmuşdur.
İmam Sadiq (ə) buyuruşlarından birində buyurur: “Əgər sizə bir çətinlik üz versə ki, onu heç cür həll edə bilmirsinizsə, İmam Hüseyni (ə) ziyarət etmək niyyətilə qüsl alın. İki rükət İmam Hüseynin (ə) ziyarət namazını qılın. Aşura ziyarətini yüz salam və yüz lənət ilə oxuyun. Sonra “Əlqəmə” duasını oxuyun. Çətinliyiniz həll olacaqdır”. (Tebyan)
Mirzə Cavad Mələki buyurur: “Əgər Əhli-Beyt (ə) davamçısı olub-olmadığını bilmək istəyirsənsə, bax gör Məhərrəm ayı doğan zaman nə hisslər keçirirsən? Əgər qəlbinə qəm əyləşərsə, Allaha şükür et və şad ol ki, qəlbin Hüseyn (ə) sevgisi ilə doludur”


“Kullu yəvmin Aşura”nın mənası nədir?


“Kullu yəvmin Aşura” sözünün mənası odur ki, İmam Hüseyn (ə) aşiqi İmama (ə) ancaq Aşura günündə əza saxlamaz. Hər bir zamanda və hər bir məkanda Seyyidi-şühəda (ə) üçün ağlaya və əza saxlaya bilər. Biz gərək İmamın (ə) əməllərindən örnək götürək və ibrət dərsləri alaq. Zalımların zülmü qarşısında öz dini vəzifələrimizə əməl edək.
Aşura səhnəsini görmək meyar deyildir, əgər qəlbimiz İmam Hüseyn (ə) və Əhli-Beyt (ə) üçün yanırsa, qəlblərimizi Aşurayi edə bilər və onlar üçün hər bir zamanda əza saxlaya bilərik. Necə ki, onlar buyurmuşdular: “Kulli ərzin Kərbəla və kulli yəvmin Aşura”.
Bu cümlənin ən sadə təfsiri odur ki, İmam Hüseynin (ə) həqiqi aşiqi ancaq Aşura günündə əzadarlıq etməz. Ya da əzadarlıq üçün Kərbəlaya getməsi vacib deyildir. Həqiqi aşiq üçün hər gün Aşuradır və hər yer Kərbəladır. Həqiqi aşiq Aşuranın ideallarını hər zaman və hər yerdə yaşatmalıdır.


Məhərrəm ayının hansı böyük xüsusiyyətləri var?


Həzrət Peyğəmbər (s) buyurur: “Bir ildə 12 ay vardır ki, onun 4 ayı haram aylardır. 3 ay dalbadal gəlir: Zilqədə, Zilhiccə və Məhərrəm aylarıdır. Dördüncü ay isə Rəcəb ayıdır”.
Allah Təala yuxarıdakı ayədə bu dörd aya işarə edərək, buyurur ki, bu dörd ay haram (möhtərəm mənasında) aylardır və hər kim bu ayda günah edərsə, cəzası da böyük olar.
İbni Abbas bu ayə barəsində buyurur: “Allah bu ayədə buyurur ki, bütün aylarda zülm etməyin. Sonra dörd ayı haram elan edir və buyurur ki, hər kim bu aylarda günah edərsə, günahı böyük hesab olunar. Hər kim saleh əməl yerinə yetirərsə, savabı böyük olar”.
İbni Kəsir təfsirində bu ayə barəsində deyir: “Haram aylarda zülm etməyin cəzası böyükdür – baxmayaraq ki, zülm etmək həmişə haramdır. Ancaq bu dörd ayda daha böyük hesab olunur.


Ayətullah Mərəşi Nəcəfi məhərrəmlikdə sinəf vurmaq haqda nə buyurmuşdu?!


Ayətullah Mərəşi Nəcəfinin ən bariz xüsusiyyətlərindən biri bu idi ki, daima Əhli-Beytə (ə) təvəssül edərdi. Alim buyurur ki, nə zaman yeni paltar alsaydım, onu zərihə sirtməklə təbərrük edir və sonra geyinərdim. Alimin evi, kitabxanası və ofusu inşa edilən zaman ilk əvvəl bünövrəyə İmam Hüseyn (ə) türbətindən səpər və sonra inşa edərdilər.
Alim buyurardı ki, mən bu türbətlə bu yerləri sığortalayıram. İştirak etdiyi məclislərdə nə zaman Məsumların (ə) adı çəkilsəydi, alim özündən asılı olmayaraq göz yaşı tökərdi.
Sağlamlığı yol verən zaman əzadarlıq mərasimlərinə gedir və sinə vurardı. Buyurardı ki, mən bu sinə vurmağımla özümü il ərzində sığorta edirəm. Alim buyururdu ki, nə zaman çətinliyim olsa, Həzrət Məsumənin (s.ə) hərəminə gedir və bir neçə saat orada dua edərdim və həmin çətinliyim həll olardı. Alim özünü Əhli-beyt (ə) xidmətçisi sayardı.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter