Həzrət Musanın (ə) Uca Allahdan xəbər aldığı naşükür insanlar kimlərdir?!


Ustad Ənsarian nəql edir: “Bir gün Musa ibn İmran (ə) Allaha buyurur: “Mənim elm, dərk və ibadət cəhətdən qiymətim neçədir?”.

Allah Təala buyurur: “Qiymətin 5-dir. Heç bir əskiyin yoxdur”. Musa (ə) deyir: “Allahım! İnsanların arasında elələri var ki, bizim arxamızca yersiz sözlər danışırlar?”.

Allah buyurur: “Çoxdur”. Deyir: “Niyə?”. Buyurur: “Bəzi insanların əxlaqı – yersiz danışmaqdır”.

Deyir: “Allahım! Sənin böyük qüdrətin vardır. Elə bir iş görə bilməzsən ki, onların yersiz danışmaqlarını qət edəsən?”.

Buyurur: “Xeyr, Mənim dünyada insanların işi ilə işim yoxdur. Onlar nəinki sənin arxanca yersiz söz danışırlar, bəlkə onları xəlq edən Allah olan Mənim də arxamca minlərlə yersiz söz danışırlar. Onlar deyirlər ki, bu aləmin Allahı yoxdur. Halbuki, Mən varam və onların ruzisini verirəm”.

Bu hədisdən belə nəticəyə gəlmək olur ki, dünyada həqiqətən də elə insanlar vardır ki, onların işi və əxlaqı – ancaq yersiz sözlər danışmaqdır. Bu insanlar üçün fərqi yoxdur ki, kimin sözünü danışırlar – adi insanın, İmamın (ə), yoxsa Peyğəmbərin (s) və hətta Allahın. Onların xasiyyəti, durumları belə qurulmuşdur. Çox təəssüf ki, onları nə bu dünyada və nə də axirətdə xoş şeylər gözləmir”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter