Hansı 3 səbəbdir ki, diqqət olunsa, insanın izzəti ziyan çəkməz?!


İmam Əli (ə) buyurur ki, o zaman ki, insan maddi çətinlikdə olar, bu zaman çətinliyə səbir etməzsə, izzəti aradan gedər. Çünki bu çətinliklər – Allah tərəfindən olan imtahandır. Əgər giriftarlıqlarını hər kəsə ifşa edərsə, o zaman zəlil hala düşər. Yaxınları və ətrafında olanlar ona xar gözü ilə baxarlar. Bu səbəbdən dinimiz məsləhət görür ki, hər nə qədər maddi çətinlikdə olsan belə, onu gizli saxlamağa çalış. Çünki ancaq bu yolla izzəti qorumaq olar. İmam Əlinin (ə) üçüncü xəbərdarlığı bu barədədir ki, buyurur: “Hər kim dilini özünə hakim edər – şəxsiyyəti təhqir olar”...


Dinin bütün göstərişləri insanda hansı xüsusiyyətlərin olmasını tələb edir?


Əbi Malik nəql edir: “İmam Səccada (ə) dedim: “Rica edirəm ki, məni dinin bütün göstərişlərindən agah edəsiniz”.
İmam (ə) buyurdu: “Haqqı demək, adilcəsinə hökm vermək, əhdə vəfa etmək”./Deyerler


Hz Peyğəmbərin (s) baxışında münafiq insanın 4 əlaməti var?!


Hz Peyğəmbərin (s) baxışında münafiq insanın 4 əlaməti var?!Allah Rəsulu (s) münafiqləri 4 sifətlə tanıtdırır və insanları bu kimi simaya sahib olan şəxslərdən kənar olmağı tövsiyə edir. Peyğəmbər buyurub (s):
“Bu 4 xislət kimdə olarsa o əsl münafiqdir və ya bu sifətlərdə hər hansı birisi bir kəsdə olarsa, onda münafiqlikdən əlamət vardır:
1-Ona bir şey əmanət edildikdə xəyanət edər.
2- Danışdıqda yalan danışar.
3- Söz verdikdə sözünə dönük çıxar.
4- Düşmənçilik edəndə haqqa(insafa, ədalətə) riayət etməz.”


İstiğfar üçün ən yaxşı zaman hansıdır? – Ayətullah Behcətin nəzəri


İstiğfar üçün ən yaxşı zaman hansıdır? – Ayətullah Behcətin nəzəri Əmirəl-möminin (ə) buyurur: “İstiğfar və bağışlanma istəməklə Allahdan özünüzü ətirləndirin ki, günahın pis iyi sizi rüsvay etməsin”. Bəlli olur ki, günah insandan pis qoxunun gəlməsinə səbəb olur. İnsan nə qədər özünü aldatsa da, günahın üfunəti insanı ifşa edir. Dinimiz istətir ki, insan xəta etdikdə, qəflətə düşüb günah etdikdə dərhal tövbə etsin. Hz Peyğəmbər (s) buyurur: “Xoş olsun o kəsin halına ki, Qiyamət günü əməl dəftərində hər günahın altında istiğfar olar”. Bəs istiğfar üçün ən yaxşı zaman hansıdır?
Ayətullah Behcət və mərhum Şeyx Abbas Qumi kimi alimlərin nəzərinə görə, istiğfar üçün ən yaxşı zamanlar cümə gününün səhər çağı, həmçinin sübh və əsr namazlarının təqibatlarından sonra edilən istiğfarlardır...


İslamda ağvalideyn olduğu kimi “övlada ağ olmaq” anlayışı varmı?


İslamda ağvalideyn olduğu kimi “övlada ağ olmaq” anlayışı varmı? Quran və hədislərdə valideynlər övlada qarşı diqqətli olmağa, övladların haqqlarına riaət etməyə çağırılır. Hətta Qurani Kərim “özünüzü və ailənizi oddan qoruyun” (Təhrim-6) deyərək ailənin nizam və intizamında ailə başçısını məsul bilir.
Bu mətləbə aydınlığ gətirən bir neçə hədisi təqdim edirik: 1-Allah Rəsulu (s) buyurub: Ey Əli (ə)! Allah lənət eləsin o valideynlərə ki, övladlarının ağvalideyn olmalarına səbəbkar olurlar. Ey Əli (ə)! Allah rəhmət eləsin o valideynlərə ki, ovladlarının onlarla xoşrəftar olmalarına səbəkar olurlar.
Ey Əli (ə)! Övladın valideynlərə ağ olması ilə valideynlərin övlada ağ olmsının günah və nəticəsi eynidir...


Məqsədə çatmaq üçün yalan danışmaq olarmı?


Qurani-Kərim Hz Peyğəmbərə (s) əmr verir: “(İnsanları) Rəbbinin yoluna hikmətli məntiq, qane edən dəlillər və gözəl, oyadıcı və ibrətamiz nəsihətlə dəvət et və onlarla (müxaliflərlə) ən gözəl tərzdə mübahisə et. Əlbəttə, sənin Rəbbin Özü Onun yolundan azanları daha yaxşı bilir və doğru yolda olanları daha yaxşı tanıyır”. Nəhl/125. Bu ayə buyurur ki, insanları hidayət etmək və doğru yola dəvət etmək üçün yalandan istifadə etməyə və digər bu kimi işlərə icazə verilmir. Bu, o deməkdir ki, əgər bütün insanlar yolunu azsalar və sən də bir yalanla onları hidayət edə bilsən, hətta onda da belə, bu işi görmə. Hz Əli (ə) buyurur: “Mənə tövsiyə edirsiniz ki, qələbə çalmağım üçün hökumət etdiyim insanların haqqında zülm edəm. Allaha and olsun ki, o zamana qədər ki, canım bədənimdədir, gecə və gündüz bərqərardır, səmanın ulduzları bir-birinin ardınca doğur və batır – heç bir zaman bu işi görməyəcəyəm”...


Möminlər arasında münasibət necə olmalıdır?


İslam peyğəmbəri (s) buyurub: “Mömin möminin güzgüsüdür.” (“Bihar”, c. 71, s. 270.)
Güzgü kimi, bir-birimizin həm gözəl, həm də nöqsanlı cəhətlərini görək. Güzgü kimi hər şeyi olduğu kimi, böyüdüb kiçiltmədən göstərək.
Güzgü kimi insanlarla üz-üzə durub danışaq, xəlvətdə yox. Sevirəm ki, dostlar bir ayna kimi.
Hər zaman üzümə deyə eybimi. Min dilli daraq tək gəzib xəlvəti, Nə pisdir edələr tük-tük qeybəti. Güzgü kimi başqalarının nə deyəcəyini düşünməyək...


Ərin həyat yoldaşı ilə rəftarında zəruri olan 3 şey


Ərin həyat yoldaşı ilə rəftarında zəruri olan 3 şey Ərlə arvadın bir-birinə qarşı haqları vardır. Əgər hər ikisi öz haqqına riayət edərsə, həyatları şirin və safalı olar. Ancaq onlara riayət etməmək həyatı acı edər. Kişinin qadına yaxşılıq etməsi o məsələlərdəndir ki, İslam dinində çox tövsiyə edilir. İmam Sadiq (ə) buyurur: “Ərin həyat yoldaşına qarşı rəftarında üç şey zəruridir: onun sevgisini və meylini özünə cəlb etmək, qarşılıqlı anlaşma, onunla xoş əxlaq olmaq”. Həzrət Peyğəmbər (s) buyurdu: “Ey Əbəl Həsən!”. Dedim: “Ləbbeyk, ey Rəsualllah!”. Həzrət (s) buyurdu: “Məndən eşit və mən Pərvərdigar tərəfindən danışıram. O kişi ki, evdə həyat yoldaşına yardım edər, onun üçün çox sayda orucun və gecə ibadətinin savabı hesab edilər. Ey Əli! Ailəsinə o kəslər xidmət edər ki, siddiq, şəhid, ya da Allahın dünya və axirət xeyiri istədiyi kəslər olar”.


Həzrət Əlinin (ə) “xoş onun halına” dediyi müsəlman hansı əxlaqi cəhətinə görədir?


Həzrət Əlinin (ə) “xoş onun halına” dediyi müsəlman hansı əxlaqi cəhətinə görədir? Öz gözündə tiri görməyən başqalarının gözündə çöp axtarır deyib müdrük atalarımız. Belə insanlar Allah tərəfindən seçilmiş, cəmiyyət üçün yaşayan insanlardır. Quranda bu seçilmış insanlara işarə edilərək buyurulur: Mən də (Şeytan) onlara (pis əməllərini, günahlarını) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam! Yalnız Sənin sadiq (muxləs) bəndələrindən başqa!\' (Hicr-42-43). Düzgün əqlə və təfəkkürə məxsus insanlar daima özləri ilə məşğul olur, öz eyib və nöqsanlarını aradan qaldırmağa çalışırlar. Həzrəti Əli (ə) bu mətləbə əhəmiyyət verərək buyurur: “Xoş o kəsin halına ki, onu başqalarının eybi yox öz eybi məşğul edir” (Nizamul-Hikmət-8. Səh-320). Başqalarında eyib axtarmaq insanı özündən qəflətə salır.


İmanın “başı” hesab olunan xislət hansı əxlaqi xasiyyətdir?


Həzərəti Əli kəlamları bu qəbil kəlamlardandır. Daim öz ecazkarlığı və kəskinliyi ilə seçilən Hz. Əli kəlamları insanı düşünməyə vadar edir. Əli (ə) imana və imanın əsas, ayrılmaz hissəsi ola səbrə işarə edərək buyurur: Səbrin imana olan nisbəti başın bədənə olan nisbəti kimidir. Başı olmayan bədənin xeyri olmadığı kim səbr olmayan imanda da xeyir olmaz. Səbr demək olar kı, imanın əməl şəklində göstəricisidir. Çünki iman və bu kimi şeyləri zahirdə görmək və ya göstərmək olmur. İman yalnız öz sahibinin əməllərində və əxlaqında təzahür edir. Səbr də bu növ təzahürlərdəndir. Hətta Əli (ə) səbri imanın əsas göstəricisi olaraq tanıtmış və imanın başı adlandırmışdır...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter